Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: İsmayıllı Şükran


-havada, suda, torpaqda, qida məhsullarında və başqa bioloji mühitlərdə zərərli kimyəvi maddələrin qəbul edilmiş normada olmasına müntəzəm nəzarəti həyata keçirmək



Yüklə 2,25 Mb.
səhifə6/8
tarix28.11.2023
ölçüsü2,25 Mb.
#133424
1   2   3   4   5   6   7   8
ekskursiya

-havada, suda, torpaqda, qida məhsullarında və başqa bioloji mühitlərdə zərərli kimyəvi maddələrin qəbul edilmiş normada olmasına müntəzəm nəzarəti həyata keçirmək.

Turistləri belə riskli amillərin təsirindən mühafizə etmək məqsədilə zəruri olan yerlərdə onların yanğın təhlükəsinə qarşı xəbərdar olunmaları, obyektlərin və ərazilərin yanğın təhlükəsi təlimatı ilə təmin edilməsinə sössüz əməl olunması tələb olunur. Ekskursiya avtobusunda yanğınsöndürən qurğunun olması bu baxımdan əsas şərtlərdən biridir.

Turistlərin sığortalanması prosesinin vacibliyini vurğulayır

Turizmdə təhlükəsizlik turistlərin şəxsi təhlükəsizliyinin təmin olunması və onların əmlakının qorunması, onların ləyaqətinə, hüquq və azadlıqlarına hörmət, turizm obyektlərinin inamlı və ətraf mühitin əlverişli olmasıdır. Sığorta hər bir insanın sağlamlığının və rahatlığının təminatıdır. Ələxsus da yad ölkəyə gəzməyə, turist səfərinə gedən şəxs üçün sağlamlıq sığortası olduqca vacibdir. Təsadüfi deyil ki, turizm şirkətləri tərəfindən təqdim edilən turpaketlərın əsas bəndlərindən biri sığorta ilə bağlıdır.

Bəs bu sığorta hansı prosedurlarla həyata keçirilir və ümumiyyətlə, turistə şirkət tərəfindən təklif edilən sığorta hansı üstünlükləri verir? Onu qeyd edək ki, xarici ölkələrdə insanlar turist səfərinə çıxdıqları zaman bu məsələyə ciddi önəm verirlər. Hətta hansı sığorta şirkəti tərəfindən və hansı məbləğdə sığorta olunmaları onlar üçün əhəmiyyət daşıyır.

İstehsalatda təhlükəsizlik qaydalarına və turizm xidmətləri zamanı ətraf mühitin mühafizəsi

Mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərin, o cümlədən ictimai iaşə obyektləri, mehmanxana və mehmanxana tipli müəssisələrdə və s. Yanğından, qəfil yaranacaq digər hadisələrə qarşı vasitə və ilkin avadanlıqlar quraşdırılmalıdır. İstehsalatda yaranacaq hər hansı bir yanğından qorunmaq üçün yanğından mühafizə sistemləri, yanğına qarşı vasitə və yanğın xəbərverici qurğuları ilə təchiz olunmalıdır.

İstehsalatda iş proesesi zamanı, mətbəx və digər bölmələrdə elektrik qurğularının, kondisionerlərin, isitmə və qaz sobalarının istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarət olunmalıdır. Bunun üçün hər bir obyektin özünün texniki kommisiya rəhbərliyi olmalı və ildə iki dəfədən az olmayaraq texniki baxış keçirilməli, yaranmış problemi yerindəcə həll etməlidir.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə