Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: İsmayıllı Şükran



Yüklə 2,25 Mb.
səhifə2/8
tarix28.11.2023
ölçüsü2,25 Mb.
#133424
1   2   3   4   5   6   7   8
ekskursiya

İlk olaraq istənilən turist səfərə çıxarkən yeni həyal təcrübəsini əldə etməklə yanaşı, özünü təhlükəsiz, hiss etməlidir. Bu ən vacib həyat əhəmiyyətli şərtlərdən biridir. Xüsusi ilə də şəxsin hər hansı bir yeni xarici ölkəyə səyahəti zamanı bu daha önəmli olur.

Turizm xidmətlərinin göstərilməsi zamanı standartına uyğun olaraq məqbul risk səviyyəsi həm fövqəladə hallarda (təbii fəlakətlər zamanı və s), həm də adi şəraitdə turistlərin həyatı və sağlamlığı üçün təmin olunmalıdır.


Turqrup üzvlərinin hüquq və vəzifəri

Müəyyən sayda və müxtəlif xarakterli insanlardan ibarət olan turist qrupu mürəkkəb idarəetmə obyektidir. Tursəfərlər boyunca yarana bilən hər cür adi və gözlənilməz hallara qarşı müvafiq reaksiyanın verilməsi baxımından belə bir qrupun üzvləri olan bələdçi, sürücü və ekskursantların hər birinin öz hüquq və vəzifələrini yaxşı bilməsi tələb olunur. İlk olaraq, turqrup rəhbəri olan bələdçinin hansı hüquq və vəzifələri oluğuna nəzər salaq. Belə ki, ekskursiya rəhbəri:

Turqrup üzvlərini onların fiziki imkanları, bacarıq və vərdişləri, texniki imkanlardan istifadə bacarıqları və habelə onların qrup üzvləri ilə psixoloji uyğunluğu əsasında tərtib etməyə;

Lazım gəldikdə qrup üzvlərini tibbi baxışdan keçirməyə;

Marşrutu, onun yürüş üçün ehtimal olunan mürəkkəb yerlərini və aşılma yollarını öyrənməyə, müvafiq kartoqrafik materialları hazırlamağa;

Lazım gəldikdə qrupun məşqlərini keçirməyə borcludur

Qrupun təhlükəsizliyi və müdafiəsini effektiv təmin edir

Ekskursiya zamanı ən mühüm tələblərdən biri ekskursantların təhlükəsizliyinin təmin edilməsidir. Ümumiyyətlə, turizmdə təhlükəsizlik geniş anlayışdır. Təhlükəsizilk turistləri qəbul edən ölkənin milli maraqlarının və turistlərin şəxsi təhlükəsizliyinin təmin olunması ilə sıx bağlı olub, eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasını da özündə ehtiva etdirir. Tur səfərlər zamanı təhlükəsizliyi təmin etmək, bu sahə ilə məşğul olan bütün firmaların və məsul şəxslərin, habelə yerli icra hakimiyyətləri, milli və beynəlxalq təşkilatların diqqətində olmalıdır.


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə