Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: İsmayıllı Şükran


Turist qrupunun formalaşması vaxtı turistlərin psixofizioloji xüsusiyyətlərinin nəzərə alınması hesabına



Yüklə 2,25 Mb.
səhifə5/8
tarix28.11.2023
ölçüsü2,25 Mb.
#133424
1   2   3   4   5   6   7   8
ekskursiya

Turist qrupunun formalaşması vaxtı turistlərin psixofizioloji xüsusiyyətlərinin nəzərə alınması hesabına;

Ekskursiya zamanı turistlərin zədələnməsi, ətraf mühitin onlara təsiri, səs-küy, toz, yanğın təhlükəsi, kimyəvi, radioaktiv, bioloji təsirlər, təbii hadisələr, kriminoqen vəziyyət, yol hərəkəti qaydalarının pozulması onların təhlükəsizliyinin təmin olunmasını tələb edən şərtlərdəndir.

Təhlükəsizliyin təmin olunması üçün səyahətlərin və turistlərin qaldığı yerlərdə təhlükəsizlik normalarının işlənib həyata keçirilməsi, bu məsələnin vacibliyində ictimaiyyətin məlumatllandırılması və maarifiəndirilməsi, ekstremal vəziyyətlərlə bağlı problemlərin həlli məqsədilə ikitərəfli, regional və ümumdünya səviyyəsində beynəlxalq əməkdaşlığın yaradılması bu baxımdan vacib məsələlərdəndir.

Daşınma səyahətin ən təhlükəli mərhələlərindən hesab olunur. Hər nə qədər önləyici və tənzimləmə tədbirləri alınsa da nəqliyyat vasitələri yüksək təhlükə mənbəyi hesab olunur, arzu edilməz halların çoxu da məhz nəqliyyat vasitələri ilə daşınma mərhələsində baş verir. Bu baxımdan baş verə bilən gözlənilməz riskli halların vurduğu zərərlərin sığorta vasitəsilə ödənilməsi üçün ekskursantların hər birinin sığortalı olması tələb olunur.

Ancaq bütün bunlar baş verməsin deyə, ekskursiyalar zamanı təhlükəsizlik qaydaları çərçivəsində ekskursantlar avtobusun salonunda hərəkət başlanmazdan əvvəl öz yerlərini tutmalı, hərəkət bitdikdən sonra avtobusun tam dayanmasına qədər ekskursiya iştirakçıları öz yerlərindən qalxmamalı, sürücüyə mane olmamalıdırlar. Ekskursiya zamanı intizamsızlıq edən ekskursantlara qarşı əvvəlcə xəbərdarlıq olunub, daha sonra isə ekskursiyanın davam etdirilməsi və digər ekskursantların rahatlığının pozulmaması üçün müvafiq tədbir görülməlidir. Ekskursantlar yolda, xüsusən turist avtobusu ilə səyahət edərkən nəqliyyat vasitəsinin sürücüsü ilə sıx münasibətdə olurlar.

Riskin kimyəvi amillərinə zəhərli, qıcıqlandırıcı, həssaslığı artıran maddələr daxildir. Turistlərə xidmətdə belə riskli amillərin qarşısını almaq üçün aşağıdakı tədbirlərin görülməsinə diqqət yetirilməlidir:


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə