Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: İsmayıllı Şükran



Yüklə 2,25 Mb.
səhifə4/8
tarix28.11.2023
ölçüsü2,25 Mb.
#133424
1   2   3   4   5   6   7   8
ekskursiya

Yerləşmə yerləri və ictimai binalarda təhlükəsizlik qaydalarına, normalarına, nəqliyyat vasitələrinin texniki vəziyyətinə riayət etmək, turistlərin daşınmaları üçün istifadə edilən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etməklə;

İstifadə edilən inventarın və avadanlıqların (liftlər, qaldırıcı mexanizmlər, arabalar və başqa) istismarı qaydalarına riayət etməklə;

Ehtimal oluna bilən risk amilləri barədə, onlardan necə xilas olmaq, zədələnmə hallarında hansı təcili tədbirlərin görülməsi və s. Haqqında turistləri qabaqcadan məlumatlandırmaq və s.

Ətraf mühit təsirləri üçün müəyyən qaydalara əməl olunmalıdır. Məlumdur ki, ətraf mühitin insan orqanizminə təsiri kimi, temperaturun, nəmliyin, təzyiqin, küləyin, yağıntının kəskin yüksək və yaxud aşağı olması ilə qiymətləndirirlər. Mikroiqlim göstəriciləri, eləcə də otaqlarda və turistlərə xidmət edən (yataq, iaşə, klub və digər) nəqliyyat vasitələrində quraşdırılmış sanitar-gigiyena şəraiti tələblərə cavab verməlidir. Riskin bu amilinin zərərli təsirlərinin aradan qaldırılması üçün:

- Turist tədbirinin keçirilməsi üçün ilin əlverişli fəsli, günü seçilməlidir;

- Səmərəli turist marşrutları planlaşdırılmalıdır;

- Rayonun hava xüsusiyyətləri nəzərə alınmalıdır;

- Gözlənilməyən xoşagəlməyən hava şəraitindən sığortalanmaq üçün stğınacaqlı marşrutlar seçmək;

- Xüsusi mühafizəsi olan nəqliyyat vasitələrindən, sığınacaqlardan və xəbərdaredici qurğusu olan, soyuducu və yaxud qızdırıcıya malik yerləşmə yerlərindən istifadə etmək;

- Fərdi mühafizə vasitələri, o cümlədən müvafiq avadanlıqlarla turistləri təmin etmək;

- Marşrutda (iqlim şəraiti, hündürlüklər fərqləri) real və proqnozlaşdırılan şərtlər haqqında turistlərə vaxtında məlumat vermək.

Riskin psixofizioloji amilləri

Bu fiziki və ruhi-əsəb yüklənmələridir. Psixofizioloji amillərin azaldılması və yaxud da aradana qaldırılmasına aşağıdakı hallara əməl etməklə xilas olmaq olar:

Turistlərə xidmət proqramının rasional qurması, yerdəyişmənin, çatdırmanın qrafıkə uyğun olması, normal insan həyatına əməl olunması (normal yuxu, qidalanma, sanitar və məişət ehtiyaclarının təmin olunması ) ilə;


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə