QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə13/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   9   10   11   12   13   14   15   16   ...   182

 

36 


 

110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. A.ç. hava 

və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük 

əhəmiyyətə malikdir. A.ç. xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və 

s.) ölçülür. 

ATMOSFER FAKTORU – atmosferin fiziki vəziyyəti və kimyəvi 

tərkibi ilə 

əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi, 

çirkləndiricilərin olması). 



ATMOSFER FİZİKASI  – atmosferdə baş verən fiziki proses və 

hadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini, 

onların radiasiyasını udması  və  şüalandırmasını  və buxarın 

kondensasiyasını, buludların və yağıntıların  əmələ  gəlməsini, 

atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçinin bu 

hadisələr arasındakı asılılığı və s. öyrənir. 



ATMOSFER TƏZYİQİ  – atmosferin Yer səthinə  və cisimlərə et-

diyi təzyiq. Hər bir nöqtədə A.t. o nöqtədən atmosferin üst sərhədinə 

qədər olan hava sütununun ağırlığı ilə müəyyən olunur. Normal A.t. 760 

mm hündürlüyündə civə sütununun ağırlığına bərabərdir. A.t. -ni 

ölçmək üçün təzyiq vahidi olaraq bar qəbul edilmişdir. A.t. barometrlə 

ölçülür. 



ATMOSFERİN ÇİRKLƏNMƏSİ – havaya fiziki agentlərin, kim-

yəvi maddələrin və ya orqanizmlərin daxil edilməsi, həyat mühitinə pis 

təsir göstərir və ya maddi sərvətlərə zərər yetirir. 

ATMOSFERİN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ  – atmosferin 

çirkləndiricidən təbii proseslər yolu ilə çökməsi və atmosfer yağıntıları 

ilə yuyulması. 

ATMOSFERİN RADİOAKTİVLİYİ  – atmosferdə  təbii və süni 

mənşəli radioaktiv qarışıqların miqdarı. Təbii mənbəli radioaktivliyə yer 

qabığında yerləşən radioaktiv nuklid, uran, torium və aktiniumu 

göstərmək olar, onlar parçalanma prosesində atmosferə daxil olur. Təbii 

radioaktivliyin mənbəyinə  həmçinin kosmik şüalar aiddir. Radioaktiv 

izotopların antropogen mənbələri – nüvə partlayışı, atom energetikası və 

sənaye sayılır. Atmosferdə radioaktiv maddələr əsasən aerozollarda (tüs-

tü, dumanın hissəciklərində) toplanır. A.r. üzrə müşahidələr bir çox 

ölkələrdə aparılır. 

ATMOSFERİN SİRKULYASİYASI 

– atmosferdə hava 

axınlarının, o cümlədən tsiklon, antitsiklon, musson və passatların 

ümumi sistemi. 



ATMOSFERİN ŞƏFFAFLIĞI atmosferin radiasiya, o cümlədən 

görünən  işığı buraxma qabiliyyəti. Atmosferin antropogen çirklənməsi 

(toz hissəciklərilə, karbon qazı, kükürd, azot, aerozollarla) A.ş. azaldır. 



 

37 


 

A.ş.-nın pozulmasının ən qlobal nəticəsi parnik effekti hesab olunur. 



ATOLL  (ing. atoll)  – tropik qurşaqda mərcan riflərinin  əmələ 

gətirdiyi daxili laqunları qapayan qövsvari ada. 



ATOM BOMBASI – atom nüvəsinin parçalanma reaksiyası 

nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin 

ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombası. İlk 

A. b. İkinci dünya müharibəsinin sonunda ABŞ-da hazırlanmışdır. A.b. 

havada (istənilən hündürlükdə, yer səthində  və su altında, lazımi 

dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ A. b-nı sınaqdan 

çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki 

(avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına 

ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam 

ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 

35 min adam ölmüşdür. 

ATOM ELEKTRİK STANSİYASI  (AES) – nüvə yanacağını 

«yandırmaq» hesabına enerji əldə edən elektrik stansiyası. AES – ra-

dioaktiv çirklənmə nəticəsində ətraf mühitə təsir göstərir, qəza vaxtı da-

ha təhlükəli təzadlar baş verir. AES, həm də güclü istilik çirklənmə fak-

torudur. 

ATOM ENERJİSİ ÜZRƏ BEYNƏLXALQ AGENTLİK  Atom 

enerjisindən dinc sahədə beynəlxalq  əməkdaşlağın inkişafı  məqsədilə 

1957-ci ildə yaradılmışdır. (10-dan çox dövləti birləşdirir). 

ATTRAKTANTLAR (yun. attraho – özümə çəkirəm) – Öz iyi ilə 

zərərli həşərat, gəmirici və b. orqanizmləri özünə cəlb edən təbii və sin-

tetik (kimyəvi) maddələr. Son vaxtlar A.-dan bitkinin zərərvericilərdən 

mühafizəsində istifadə edilir. 



AUTEKOLOGİYA – ekologiyanın bir bölməsi; bitki, göbələk və 

heyvanat aləminin yaşadığı mühitlə olan qarşılıqlı  əlaqəsini, onların 

ekoloji amillərlə olan davamlılığını, orqanizmin fizioloji və morfoloji 

adaptasiya prosesini tədqiq edir. A.-nın xüsusi bölməsi  antekologiya 

adlanır. 

AUTVELLİNQ  (ing. aut – kənar, well – sel kimi axmaq) – 

estuarilərdən dənizə biogen maddələrlə zəngin olan suyun axması. 



AZ YARARLI SÜXURLAR

 – 


bitkinin inkişafı üçün əlverişsiz fizi-

ki və kimyəvi xassələrə malik olan süxurlar. Belə süxurlarda bioloji 

rekultivasiyanın aparılmasını  təmin etmək üçün kimyəvi, aqrokimyəvi 

və meliorativ araşdırmaların aparılması tələb olunur. 



AZALAN NÖV – fərdləri və populyasiya müxtəlifliyi nəzərə çar-

pacaq dərəcədə durmadan azalmağa doğru gedən növ. 



AZDUZLU (ŞORTƏHƏR) SU – Duzun qatılığı 10q/l-rə  qədər 


 

38 


 

olan su. 



AZOY MÜHİT  – canlı orqanizmlərdən mərhum olan mühit 

(vulkanın krateri, hiperqalin su və s.). 



AZONAL BİTKİ ÖRTÜYÜ, İNTROZONAL BİTKİ ÖRTÜYÜ 

– heç bir yerdə müstəqil zona əmələ gətirməyən, lakin müxtəlif zonalar-

da rast gəlinən bitki örtüyü. A.b.ö. müxtəlif litoloji çılpaq süxurlar 

üzərində, müəyyən zona üçün xas olmayan izafi rütubətli və ya əksinə 

çox az rütubətli sahələrdə,  şoran və s. yerlərdə inkişaf edir. A.b.ö.-nə 

bataqlıq, çay gətirmələri, duzlu su hövzələri bitkiləri də daxildir. 



AZOT BAKTERİYALARI  – havadan azotu fiksasiya etmə 

qabiliyyəti olan aerob bakteriyalar qrupu. 



AZOT GÜBRƏLƏRİ  – bitkilərin azot qidasının mənbəyi kimi 

istifadə edilən üzvi və mineral maddələr. 

Azot, mineral A. g.-nin tərkibində ammonyak (NH

3

), nitrat (NO



3

), 


ammonyak - nitrat (NH

3

 və NO



3

) və amid (NH

2

) şəklində olur. 



Ammonyaklı gübrələrə ammonium-sulfat, ammonium-xlorid, am-

monium-bikarbonat və maye azot gübrələri aiddir. 

Ammonyaklı-nitratlı gübrələrə ammonium şorası  və ammonium 

sulfonitrat aiddir. 

Nitratlı gübrələrə natrium şorası, kalsium şorası (kalsium-nitrat), 

kalium şorası (kalium-nitrat) aiddir. 

Amidli gübrələrə karbamid (sidik cövhəri), kalsium-sianamid və 

karbalid-formaldehid aiddir. 



AZOT FİKSASİYASI  – molekulyar atmosfer azotunun (N

2



kimyəvi birləşmə şəklinə salınması və azotlu maddələrə çevrilməsi pro-

sesi. Azotfiksə edən mikroorqanizmlər, o cumlədən yumrucuq 

bakteriyaları torpaqda, şirin su hövzələrində, dəniz və okeanlarda 

yaşayan mikroorqanizmlər A.f.-na səbəb olur. A.f. azotun təbiətdə dövr 

etməsində böyük rol oynayan, torpaq və su hövzələrini azotlu 

birləşmələrlə zənginləşdirən ən mühüm bioloji prosesdir. 



AZOT FİKSƏ EDƏN MİKROORQANİZMLƏR, AZOT 

FİKSATORLARI  – havanın molekulyar azotunu mənimsəyərək onu 

üzvi birləşmələrə çevirir. A.f.m.-ə paxlalı bitkilərlə (noxud, yonca və s.) 

simbioz (müştərək)) həyat tərzi keçirən Phisobium cinsindən olan və 

sərbəst yaşayan bakteriyalar aiddir. Köklərində yumrucuqlar əmələ 

gələn paxlalı bitkilər  əkilmiş 1 ha torpaqda il ərzində 100-250 kq-dan 

çox molekulyar atmosfer azotlu maddələrə çevrilir. Bə’zi aktinomisetlər 

və paxlasız bitkilərin (qızılağac, akasiya, iydə və s.) köklərində yumru-

cuq  əmələ  gətirən mikroorqanizmlər də A.f. m.-dir. Bir çox göy-yaşıl 

yosun növləri, bə’zi qırmızı  və yaşıl yosun növləri, bə’zi qırmızı  və 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə