QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə152/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   148   149   150   151   152   153   154   155   ...   182

 

423 


 



 

TAFROFİTLƏR (yun. tophros – xəndək və ...fit) kanal və arxlar-

da bitən bitkilər.  



TAXIL FƏSİLƏSİ – (Poaceae) Bu fəsiləyə aid olan nisbətən iri-

boylu cinslərdən yarpaqsünbül və ya bambuk cinsi (600-dən artıq növü 

məlumdur), psevdosoza cinsi (3 növü məlumdur) və qarğı cinsini 

(Arundo) göstərmək olar. 

Azərbaycanda T.f.-nə aid olan adi qarğı  (A.donaks)  və pampas otu 



(Gynerium) bitir. Adi qarğı respublikamızın aran rayonlarında su 

hövzələrinin, axmazların kənarlarında, çay vadilərində yayılmışdır. Xalq 

arasında dam örtüyü, çəpər çəkmə, çətən düzəltmə və s.-də istifadə edi-

lir.    



TAXILÇILIQ, TAXILÇILIQ TƏSƏRRÜFATI – taxılın istehsalı, 

bölünməsi və satışı. Taxıl istehsalı  dənli və  dənli-paxlalı bitkilərin 

becərilməsinə  əsaslanır. T. insanlar üçün əsas qida mənbəyi olmaqla, 

maldarlığı qüvvətli yem və yeyinti sənayesini xamalla təmin edən kənd 

təsərrüfatı sahəsidir. Azərbaycanda T.-ın tarixi 7 min ildən çoxdur. Ən 

qədimdən istifadə olunan taxıl bitkiləri buğda, arpa və darıdır. Sonralar 

isə çəltik, vələmir, qarğıdalı və çovdar əkilməyə başlanmışdır. Buğdanın 

14 növünün 270-dən artıq növmüxtəlifliyi və yüzlərcə forması vardır. 



TAKIR EKOSİSTEMLƏRİ  – Axarı olmayan səhra düzənliyində 

yerləşdiyi üçün hipoekosistem qrupuna aid edilir. Biotanın avtotrof 

hissəsi göy-yaşıl yosunlardan ibarət olduğundan takırın səthi bərk və 

davamlı qabıqlı (qalınlığı 1-2 sm) olur. Quruduqda çoxbucaqlı çatlar 

əmələ gəlir. Bir qədər sonrakı inkişaf mərhələsində şibyələr, daha sonra 

halofil kolcuqlar, xeyli sonrakı mərhələdə isə yovşan peyda olur, torpağı 

primitiv şoran-şorakət takır torpağıdır. 

 



 

423 


 

Takır 

 

TAKSASİYA  (lat. taxatio - qiymət)  bitkinin potensial 

məhsudarlığının təyini. Bax: meşə taksasiyası. 



TAKSON – Xüsusiləşmiş (ayrılmış) canlılar qrupu. T.-un 2 xarakte-

rik xüsusiyyəti var. T. formal surətdə ayrılmış taksonomik vahidindən 

(məs. növdən) real mövcud obyekt kimi fərqlənir. Ümumiyyətlə növ 

takson deyil. T. ilk növbədə sistematiklər tərəfindən rəsmi qəbul 

edilməlidir, yəni o müəyyən ranq tutmalıdır. 

TAKSONOMİK ƏLAMƏTLƏR – Müəyyən bir taksonu başqa bir 

taksondan fərqləndirən hər hansı xüsusiyyət. T.ə.-in 5 tipi mövcuddur. 

1-ci tip morfoloji əlamətləri, 2-ci tip maddələr mübadiləsi 

xüsusiyyətləri, 3-cü tip ekoloji əlamətləri, 4-cü tip etoloji əlamətləri, 5-

ci tip coğrafi əlamətləri. Bir çox T.ə. (məs. kimyəvi, xromosom, fizioloji 

və etaloji xüsusiyyətlər və s. təsnifat üçün çox qiymətlidir). 



TAKSONOMİK KATEQORİYA 

– iyerarx taksonların 

səviyyəsindən biri (yarımnöv, növ, cins və i.a.). 

TAKSONOMİYA  – biologiyanın bölməsi: orqanizmin ierarxik 

klassifikasiyasının nəzəri prinsipləri, metodları ilə  məşğul olur (tip, si-

nif, dəstə, cins, növ, yarımnöv). T. termini O. Dekandol (1813) 

tərəfindən irəli sürülmüşdür. 



TALA – Meşəlik içərisində açıq (meşəsiz) sahə 

TALASSOFİL ORQANİZMLƏR (yun. thalassa - dəniz) – yalnız 

dəniz və okeanlarda yaşayan orqanizmlər (kitlər, delfinlər, dəniz kirpisi, 

bir çox balıqlar, akula və s.). 

TALLOFİTLƏR – tallomlu və ya ibtidai bitkilər (bakteriyalar, yo-

sunlar, göbələklər, şibyələr). 



TAM SAKİTLİK ZONASI – qoruğun daxilində  təbii proseslərə 

insanın istənilən müdaxiləsi qadağan olunan ərazi (zona). 



TAM SIRADAN ÇIXMIŞ (DÖYƏNƏK) OTLAQ (SBOY) – 

Həddən artıq tapdanmış otlaq: ot örtüyü tamamilə  məhv edilmişdir 

(dağılmışdır). Fitomeliorasiya yolu ilə bərpası tələb olunur. 

TANATOZ  (yun. thanatos - ölüm)  – bəzi heyvanların (adətən 

həşəratların) özünü ölülüyə vurmaq qabiliyyəti ilə qoruyucu reaksiyası. 



TANATOLOGİYA  – ölüm problemlərinin bioloji və  fəlsəfi 

aspektlərini öyrənən elm. 



TANNİN  (fr. Tannin – dərini aşılamaq)  – Zülallarla və bir çox 

başqa polimerlərlə (sellüloz, pektin maddələri) möhkəm rabitə  əmələ 

gətirmək qabiliyyəti olan, bitkilərdə geniş yayılmış fenol birləşmələri 

qrupu. Bitki mənşəli aşılayıcı maddələr tannid adlanır. T. aşı bitkilərinin 




 

424 


 

kökündə, oduncağında, yarpağında və meyvəsində olur. T. dərinin 

aşılanmasında, pambıq parçaların boyanmasında və tibbdə (büzücü 

maddə kimi) işlədilir. 



TAPDALANMA  – insan və heyvanlar tərəfindən tapdalanma 

nəticəsində torpağın bərkiməsi və bitki örtüyünün zədələnməsi (məhv 

edilməsi). 

TAPILMA YERİ (mestonaxojdenie) – Ayrı-ayrı bitki və heyvanın 

tapıldığı və ya müşahidə olunduğu yer. 



TARİXİ AMİL – cəmiyyətin tarixi inkişafı gedişi ilə yaranaraq təbii 

mühitə təsir göstərən amil (məs. Yerin atmosferində son 100 il ərzində 

CO

2

-nin qatılığının artması). 



TARAKANLAR, YÜYÜRÜKLƏR  (Blattoptera) – cücü dəstəsi. 

3000-dək, Azərbaycanda isə 8 növü var. T.-nın növündən asılı olaraq 

inkişafa 2 aydan 3-4 ilə  qədərdir. Azərbaycanda evlərdə  qara  T.  və 

kürəni T., təbii şəraitdə isə Misir T.-ı və tünd T. ən çox təsadüf edilir. 

Əsasən gecələr fəal olurlar. Xəzəllərin altında, torpaqda, çörəkxanalar-

da, evlərdə  və s. yaşayır. Bəzi T. xəstəlikləri və helmintləri yayırlar. 

Mübarizə tədbirləri sanitariya-profilaktika və kimyəvi üsullardadır. 

TARLAQORUYUCU MEŞƏ ZOLAQLARI – Tarlaların sərhədi 

boyunca və tarla daxili əkin sahələrinin kənarı ilə salınmış meşələr. 

T.m.z. səthi axımın qarşısını alır, güclü küləklərin təsirini azaldaraq 

torpağı eroziyadan qoruyur, onun su, temperatur və qida rejimini 

yaxşılaşdırır, sahələrdə qarın bərabər paylanmasına və  tədricən 

əriməsinə  şərait yaradır, torpaqdan rütubətin buxarlanmasını azaldır. 

Bütün bunlar kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir. 

Müəyyən edilmişdir ki, T.m.z. ilə əhatə edilmiş tarlada kənd təsərrüfatı 

bitkilərinin məhsulu açıq sahədəki tarlaya nisbətən 20-25% artıq olur. 

Azərbaycan Respublikasında ilk meşə zolağı 1930-cu ildə Lənkəran-

Astara rayonları  ərazisində yaradılmış, sonralar Quba-Xaçmaz 

zonasında, Abşeronda, Gəncə-Qazax zonasında, Muğan düzündə, 

Qarabağda, Mil və Şirvan düzlərində 12 dövlət meşə zolağı salınmışdır. 

TEXNİKİ BİTKİLƏR – Bir neçə qrupa bölünür: nişastalı, şəkərli, 

yağlı, efir yağlı  və lifli T.b. T.b.-dən  ən  əhəmiyyətlisi kauçukverən, 

quttaperçalı, aşı, boyaq, dərman, narkotik və s. bitkilərdir. Azərbaycan 

Respublikasında T.b.-dən kartof, günəbaxan, pambıq, kənaf, tütün, 

dərman bitkiləri və s. becərilir. 

TEXNİKİ EKOLOGİYA – texnikanın ekosistemlərə  təsirini 

öyrənən ekologiya elminin bölməsi. T.e. orqanizmlər tərəfindən 

binaların, texnikanın pozulmasını (dağılmasını) öyrənir. Məs. ağac 

qurğuların ev göbələkləri tərəfindən, bənd, gəmilərin dibinin bioloji 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə