QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə153/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   149   150   151   152   153   154   155   156   ...   182

 

425 


 

çirklənməsi (bitki ilə artma və s.). T.e. həm də ekosistemlərə nəqliyyatın 

səs çirklənməsi, və s.-ni öyrənir.  

TEXNİKİ SU – içməli, mineral və  sənaye sularından başqa, xalq 

təsərrüfatında istifadə edilən su. 



TEXNOGEN DƏYİŞİLMƏ– biosenozun sənayenin bu və ya digər 

vasitələrinin təsiri nəticəsində  dəyişilməsi-istehsalın tullantıları ilə 

çirklənməsi, məs. SO

2

 ilə  və ya radioaktiv şüalanma ilə, yer səthində 



qeyri adi qruntların (süxurların və s.) toplanması. Bu dəyişilmə diqressiv 

istiqamətdə gedir. Belə sahələrdə demutasion dəyişilməyə nail olmaq 

üçün meliorativ tədbirlərin görülməsi vacibdir. 

TEXNOGEN MİQRASİYA – sənaye və kənd təsərrüfatı fəaliyyəti 

nəticəsində kimyəvi elementlərin  və maddələrin axını. T.m. çox vaxt 

təbiətdə maddələr mübadiləsinin normal gedişini (həcmi, sürəti) pozur. 

Məs., torpağın çirklənməsi, meşələrin məhv edilməsi. Oksigenin və kar-

bon qazının atmosfer və quruda mübadiləsini azaldır. Odur ki, biosferdə 

oksigen axınının müəyyən olunmuş  həcmini saxlamaq üçün canlı 

maddələri əsas geokimyəvi qüvvə kimi mühafizə etmək lazımdır. 

TEXNOGEN ZƏLZƏLƏ (süni zəlzələ) – insanın texniki fəaliyyəti 

nəticəsində yeraltı  zərbələr və yer səthinin kəskin dəyişməsi. T.z. 

bilərəkdən, yeraltı nüvə partlayışı zamanı baş verə bilər. Çox vaxt Yer 

qabığının dinamik tarazlığı pozulduqda və ayrı-ayrı sahələrə böyük yük 

edildikdə (dərin və böyük su anbarı tikdikdə) və ya yük kənar edildikdə 

T.z. (yeraltı su, neft, qaz çıxarıldıqda, böyük göllərin səviyyəsi aşağı 

düşdükdə) baş verir. 

TEXNOGENEZ (yun. Techne - incəsənət) – təbii mühiti dəyişərək 

süni (texnogen) təbiət yaradan insanın qlobal texniki fəaliyyəti. Bunun 

nəticəsində relyefin texniki formaları (kurqan və terrikonlar, xəndək və 

daş, qum karxanaları,  bəndlər),  texnogen landşaftlar (şəhər, sənaye, 

kənd təsər.), texnogen səhralar və akvatoriyalar, həmçinin süni bitki 

sortları  və heyvan cinsləri  əmələ  gəlir. T. məqsədyönlü aparılaraq 

bəşəriyyətin həyat  şəraitini yaxşılaşdırmaq üçün yerinə yetirilir. Lakin 

qabaqcadan görünməyən və arzu olunmaz nəticələri təbiətə böyük ziyan 

vurur, bir çox bitki və heyvan növlərinin məhv olmasına, landşaftın 

kasatlaşmasına, geniş  ərazilərin səhralaşmasına, – həyat mühitinin 

kasatlaşması, çirklənməsi və dağılmasına səbəb olur. Planetdə texnika 

artdıqca həyat azalır. XX əsrdə T. genişlənərək yerətrafı kosmosa çata-

raq, nəinki planetar, həm də kosmik hadisəyə çevrilmişdir. T.-in təsiri 

nəticəsində yeni-texnosfer formalaşır. 



TEXNOLOGİYANIN EKOLOGİYALAŞDIRILMASI  – istehsa-

latda, kommunal təsərrüfatında,  əhalinin məişətində elə texnologiya 




 

426 


 

hazırlayıb tətbiq etməlidir ki, yüksək keyfiyyətli maksimum məhsul əldə 

etməklə  təbiətdə ekoloji tarazlıq, maddələr mübadiləsi və enerji 

saxlanılsın (pozulmasın), həmçinin  ətraf mühitin çirklənməsinə yol 

verilməsin. T.e. konsepsiyasının inkişafında akad. İ.V.Petryanov-

Sokolovun (1976, 1987) böyük əməyi olmuşdur. 



TEXNOLOJİ ETİKA – insanın istehsal prosesi zamanı ətraf mühitə 

tullantılar atılmır, tam istifadə edilir, utilləşdirilir və ya etibarlı 

konservləşdirilir. Məlumdur ki, yalnız aztullantılı  və ya tullantısız tex-

nologiya qapalı istifadə tsikli olub ətraf mühitin mühafizəsi problemini 

effektiv həll etməyə qadirdir. 

TEXNOSFER (yun. techne – incəsənət, ustalıq və spharia - kürə) 

– 1) Cəmiyyətin sosial-iqtisadi tələbatına uyğun olaraq insan tərəfindən 

texniki vəsaitin bilavasitə  və ya vasitəli təsiri ilə biosferin yeni şəklə 

salınmış (dəyişdirilmiş) hissəsi. 2) Biosferin dəyişilməsində texnikanın 

böyük rolu olmaqla təkamülün müasir pilləsi (mərhələsi). 

TEXNOZOY ERASI – texnogenoz nəticəsində həyat mühitinin ak-

tiv dəyişməsi, insan tərəfindən yeni landşaftların, yeni bitki və heyvan 

növmüxtəlifliyinin yarandığı və insanın hakim növə çevrildiyi epoxanın 

T.e. adlandırılması  təklif olunmuşdur. Bu epoxa 10 min il əvvəl 

başlanmışdır. T.e. termini rəsmi olaraq və hələ geniş yayılmamışdır. 

TEKTONİK GÖL – Yer qabığının yarılması və üfiqi yerdəyişməsi 

nəticəsində əmələ gələn göl (məs. Baykal g). 



TEKTONİK PROSESLƏR  – Yer qabığının müasir strukturu və 

orada gedən ümumi dəyişikliklərlə əlaqədar proseslər. 



TEKTONİKA (VƏ YA GEOTEKTONİKA)  – geologiyanın bir 

şöbəsi. Yer qabığının quruluşunu, onun ayrı-ayrı hissələrinin hərəkətini, 

dağ  əmələgəlmə proseslərini və materiklərin  əmələ  gəlməsini öyrənən 

elm. 


TELERQONLAR  (yun. tele – uzaq və ergon - hərəkət)  – 

heyvanların xarici mühitə ayırdığı maddələr. Fərdlər və populyasiyalar 

arasında informasiya məqsədi daşıyır. Termini Kirşenblat (1957) təklif 

etmişdir. 



TEMPERATUR  – makroskopik sistemin termodinamik tarazlıq 

halını  səciyyələndirən fiziki kəmiyyət. Termodinamik tarazlıqda olan 

izolə edilmiş sistemin bütün hissələrinin T-u eynidir. Beynəlxalq 

vahidlər sistemində mütləq T. kelvinlə (K) ölçülür. Selsi şkalası ilə təyin 

edilmiş temperaturla (t) mütləq temperatur (T) arasında  əlaqə t = T – 

273,15 K düsturu ilə ifadə olunur. 



TEMPERATUR  İNVERSİYASI  – atmosferin yuxarı qatlarında 

temperaturun atmosferin aşağı qatına nisbətən daha yüksək olması, belə 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə