QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə155/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   151   152   153   154   155   156   157   158   ...   182

 

430 


 

onların bir-birilə  əlaqəsini və bir-birinə  təsirini dəqiq tədqiq etmək 

məqsədilə  ərazidə etalon kimi seçilmiş sahə. T.s. həm landşaft – 

ekspedisiyası  tədqiqatları zamanı (birdəfəlik və ya çoxdəfəlik 

müşahidələr yolu ilə), həm də stasionar tədqiqatlarında (sistemli 

müşahidələr yolu ilə) öyrənilir. Test sahələrində dəqiq proqram əsasında 

müşahidələr və ölçü işləri yerinə yetirilir. T.S. sistemi ekoloji 

monitorinqin aparılmasında da istifadə olunur. 



TƏBİƏT  – 1) geniş  mənada mövcudat, forma müxtəlifliyi olan 

bütün aləm. T. anlayışı bu mənada materiya, universum, kainat 

anlayışları ilə bir sırada durur. 2) Dar mənada elm obyekti, daha dəqiq, 

təbiətşünaslıq məcmu obyekti. 3) T.-in ən çox işlənən mənası insan 

cəmiyyətinin yaşadığı  təbii  şəraitdir. Bu mənada T. anlayışı insanın 

təbiətə olan münasibətində T.-in yeri və rolunu ifadə edir. T. təkcə təbii 

şəraiti yox, habelə insanın yaratdığı şəraiti («ikinci» T”) əhatə edir. 

İnsanın təbiətə olan münasibətinin real əsası onun fəaliyyətidir, bu 

fəaliyyət həmişə T.-də  və onun materialı ilə  həyata keçirilir. Elm 

təbiətin özünün təkrar istehsalını  və  təbiətdən insanın istifadə etməsini 

planlaşdırmaq imkanı yaradır. Nəticədə qlobal idarəetməyə  əsaslanan 

intensiv münasibət yaranır ki, bu da T.-dən səmərəli istifadənin, T.-in 

saxlanması və təkrar istehsalının proqramına əsaslanır. T. getdikcə daha 

böyük miqyasda sosial orqanizmin mühüm və məqsədli idarə olunan ün-

sürünə çevrilir. 

TƏBİƏT ABİDƏLƏRİ – Elmi, tarixi və estetik əhəmiyyət daşıyan 

ayrı-ayrı obyektlər: biosenozlar, qocaman, iri gövdəli və nadir ağaclar, 

üstü açılmış paleontoloji obyektlər, şəlalələr, mağaralar «çılpaqlaşmış”» 

geoloji sahələr və s. T.a-nin təşkili və mühafizəsi yerli hökumət 

orqanlarının səlahiyyətində olur. 

TƏBİƏTDƏN  İSTİFADƏ  – gələcək nəsilərin ehtiyacını  nəzərə 

almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə  ətraf 

mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii 

resurslardan səmərəli və qənaətlə istifadə edilməsi.  

Təbii sərvətlərdən istifadə olunması. – Yerin ətrafındakı kosmik 

fəzadan tutmuş yerin dərin qatlarına qədər olan geniş sahəni əhatə edir. 

Təbiətdən səmərəli istifadə edilməsi qurulmuş qlobal və ekosistem 

qanunauğunluqların və proseslərin maksimal dərəcədə saxlanmasıdır, 

çalışmaq lazımdır ki, onları insanın və digər orqanizmlərin yaşadığı 

mühitin ziyanına dəyişilməsinə yol verilməsin, bu dəyişilmə əsasən təbii 

və antropogen ekosistemlərin ümumi məhsuldarlığının yüksəldilməsi 

istiqamətində olmalıdır. 



TƏBİƏTDƏN 

İSTİFADƏNİN 

İNTENSİVLİYİ 

– təbii 



 

431 


 

resurslardan istifadə  dərəcəsi və bu istifadənin cəmiyyət üçün 

effektivliyi. 

TƏBİƏTİ MÜHAFİZƏ HÜQUQU – təbii resursların mühafizəsi 

və həyat mühitilə əlaqədar dövlətin qanun və qərarlarının məcmusu. 



TƏBİƏTİ MÜHAFİZƏNİN BİOLOGİYASI – canlı təbiətin ətraf 

mühitlə  hərtərəfli  əlaqəsini (o cümlədən antropogen) öyrənən elm 

sahəsi. T.m.b.-nin məqsədi canlı  təbiətin planetimizin həyati mühüm 

komponenti kimi keyfiyyət və kəmiyyət tərkibinin dərk edilməsidir. Bu 

termin ingilis dilli ədəbiyyatda meydana gəlib. 

TƏBİƏTİN ETALONLARI – Təbiətin təbii halda (ilkin 

vəziyyətdə) qəbul edilən sahələri. Təbiətdə ilkin, təbii, şərti təbii, təbii-

antropogen sahələrə ayrılır. Bəşəriyyətin təbiətlə qlobal təsirilə əlaqədar 

təbiətdə faktiki olaraq ilkin evolyusion-təbii etalonlar qalmamışdır, lakin 

T.e.-ə çox yaxın olan sahələr mövcuddur (Antraktidada, Mərkəzi 

Qrenlandiyada, yaşayış  məntəqələrindən uzaqda yerləşən tropik 

meşələr, ilkin tayqa meşəsi və s.). 

TƏBİƏTİN DEQRADASİYASI  – təbii (zəlzələ, vulkan 

püskürməsi, daşqın, sel, yanğın, tufan, qasırğa və s.) və antropogen 

(geniş  ərazilərdə meşənin məhv edilməsi, su hövzələrinin, atmosferin, 

torpağın çirklənməsi, hədsiz mal-qara otarılması, brokonyerlik, 

nəzarətsiz ov və s.) səbəblərdən ekoloji müvazinətin pozulması. 

TƏBİƏTİN DƏYƏRLİ  SƏRVƏTLƏRİ  –  ərazinin geoloji, 

hidroloji, botaniki, zooloji, landşaft və mədəni-tarix xüsusiyyətləri. Bax: 

təbii ehtiyatlar. 

TƏBİƏTİN DƏYİŞDİRİLMƏSİ  – Atropogen təsir göstərmək ilə 

təbii komplekslərin bioloji və ya təsərrüfat məhsuldarlığını yüksəltmək 

və ekoloji tarazlıq yaratmaq. T.d. yeni ərazilərin mənimsənilməsi və ya 

təbii sistemlərin bioloji və digər məhsuldarlığını  bərpa etməklə  də 

aparılır. 

TƏBİƏTİN FENOMENİ  – təbiət abidəsi kimi xüsusi qorunmağa 

ehtiyacı olan təbiətin görkəmli hadisəsi və ya obyekti. 



TƏBİƏTİN QORUNMASI HAQQINDA QANUN – təbii 

resursların qorunması, səmərəli istifadəsi və  bərpası üzrə dövlət təd-

birlərini tənzimləyən əsas hüquqi normaların məcmusu. 

TƏBİƏTİN KONSERVASİYASI  – təbiəti mühafizənin ilkin 

formalarından olub insanların tam və ya hissə-hissə istifadəsini qadağan 

etməyə əsaslanır. Xüsusi qorunan ərazilərdə qoruq rejimi yaratmaq yolu 

ilə yerinə yetirilir. 



TƏBİƏTİN MÜHAFİZƏSİ  –  Ətraf təbii mühitin mühafizəsi-təbii 

ehtiyatlardan istifadə, onların saxlanmasını və səmərəli istehsalını təmin 




 

432 


 

etmək üçün dövlət və hüququ tədbirlər sistemi. Azərbaycan 

Respublikasında T.m. müvafiq dövlət orqanları, qoruqları, meşəçilik 

idarələri, ovçuluq təsərrüfatları  və b. müəssisələr tərəfindən həyata 

keçirilir. T.m. torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və 

zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə  və otlaqların 

mühafizəsi, nadir tapılan və  nəsli kəsilməkdə olan faydalı bitki və 

heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii 

abidələrin qeydiyyatı, mühafizəsi və  bərpası, balneoloji və iqlim 

ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral 

mənbələrin mühafizəsi, həmçinin T.m. ideyası və təbiətin qorunmasına 

yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur. Eyni zamanda geniş 

miqyasda tarlaqoruyucu və digər melorativ meşə zolaqları salınır, 

torpağın münbitliyinin artırılması, meliorasiya üzrə tədbirlər görülür, su 

və külək eroziyasına qarşı mübarizə aparılır. Su ehtiyatlarının mühafizə 

edilməsi üçün işlər görülür. Dəniz və başqa su hövzələrinə tökülən axar 

suların zərərsizləşdirilməsi üçün xüsusi təmizləyici qurğular quraşdırılır. 

T.m. eyni zamanda təbii ehtiyatların saxlanması  və  bərpasının 

ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Bu 

fənnin bölmələri torpağın, suyun, atmosferin, bitki və heyvanat 

aləminin, təbii komplekslərin (landşaftın) qorunması və s.-dən ibarətdir. 

Azərbaycan Respublikasında T.m. üzrə mühüm tədbirlər keçirilir. Belə 

ki, nadir flora, fauna və əhəmiyyətli obyektləri qoruyub saxlamaq üçün 

diqqətəlayiq işlər görülür, milli parklar, dövlət qoruqları, yasaqlıqlar, 

ovçuluq təsərrüfatları yaradılır. 

T.m.-nin  əsas forması  təbii ehtiyatlardan səmərəli və kompleks 

istifadə etməkdir. 

TƏBİƏTİN URBANİZASİYASI  – təbii landşaftların  şəhər 

salmağın təsirilə süni landşaftlara çevrilməsi. Urbanizasiya prosesi 

zamanı  ərazidəki təbii ekosistemlər də  sıradan çıxır. Bununla yanaşı 

şəhər və şəhər əhalisi ətraf landşaftlara təsir göstərir, torpağın səthi və ot 

örtüyü istirahət zonasında tapdanır. T.u. zamanı  təbiəti mühafizə  işi 

nəzərə alınmalı, təbii mühitdə yüksək yük yaradan sənayenin və əhalinin 

hədsiz cəmləşməsinin qarşısı alınmalıdır. 

TƏBİƏTİN VƏZİYYƏTİ  (onun insan tərəfindən pozulma 

dərəcəsinə görə): təbii vəziyyət insanın bilavasitə təsərrüfat fəaliyyətilə 

pozulmamışdır (yerli təbiət qlobal antropogen dəyişmənin zəif vasitəli 

təsirini sınaqdan keçirir); tarazlıq vəziyyəti-bərpa proseslərinin sürəti 

antropogen pozulmanın sürətindən çoxdur və ya ona bərabərdir; krizis 

vəziyyət-antropogen pozuntuların sürəti təbiətin özünübərpa tempindən 

yüksəkdir, lakin təbii sistemlərin kökündən dəyişməsi hələ baş vermir



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə