QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə156/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   152   153   154   155   156   157   158   159   ...   182

 

433 


 

kritik vəziyyət-bərpa olunan sistem antropogen təzyiq altında  əvvəlcə 

mövcud olan ekoloji sistemdən az məhsuldardır (qismən səhralaşma 

müşahidə olunur); katastrofik vəziyyət-yaranan az məhsuldar 

ekosistemdə bərpa olunma prosesi olduqca zəif gedir (güclü səhralaşma 

müşahidə olunur); kollapsa-itirilən omoloji məhsuldarlıq bərpa olunmur. 



TƏBİƏTŞÜNASLIQ  – canlı  və cansız təbiət haqqında elmlər 

sistemi, elmi biliyin üç (texniki və ictimai elmlərlə yanaşı)  əsas 

sahələrindən biri. T. təbiət hadisələrinin mahiyyətini, qanunlarını tədqiq 

edir və bu zəmində yeni hadisələri irəlicədən görür və yaradır, həmçinin 

dərk olunan qanunlardan praktiki istifadə imkanlarını açıb göstərir. 

TƏBİİ AMİL  – insanın iştirakı olmadan təsir göstərən amil. 

Təbiətin və ya təbii mühitin təsiri nəticəsində müəyyən dərəcədə 

dəyişdirən, lakin sosial amillər, o cümlədən texnogen təsirlər kimi 

tamamilə məhv etməyən amil. 



TƏBİİ-ANTROPOGEN MÜVAZİNƏT (TARAZLIQ) – 

mühityaradan komponentlərin və proseslərin balansının insan tərəfindən 

dəyişdirilməsi əsasında əmələ gələn törəmə ekoloji müvazinət. 

TƏBİİ-ANTROPOGEN  ŞƏRAİT  – təbii  şəraitin və insan 

fəaliyyətinin inteqrasiyası. Təbiətdən səmərəli istifadə,  ətraf mühitin 

çirklənmədən uğurlu mühafizəsi belə inteqrasiyanın optimallaşdırılması 

əsasında aparılmışdır. 



TƏBİİ  BİTKİ ÖRTÜYÜ – insanın bilavasitə  və vasitəli təsiri 

olmadan formalaşan təbii bitki qruplaşmaları. 



TƏBİİ ÇİRKLƏNDİRİCİ – insan fəaliyyəti ilə əlaqədar olmayan, 

yəni təbii mənşəli çirkləndirici. 



TƏBİİ ÇİRKLƏNMƏ – təbii, fəlakətli proseslər (məs. güclü vulkan 

püskürməsi) nəticəsində baş verən çirklənmə. 



TƏBİİ EHTİYATLAR  – Bəşəriyyətin varlığı üçün zəruri olan və 

təsərrüfatda istifadə edilən təbiət elementləri. Günəş enerjisi, Yerin 

daxili istiliyi, su, torpaq və mineral ehtiyatları, bitki örtüyü, heyvanat 

aləmi, iqlim (istilik, yağıntı, küləyin gücü) T.e.-ın  əsas növləri sayılır. 

T.e. maddi istehsal sahələrində (energetika, sənaye, kənd təsərrüfatı və 

təsərrüfatın digər sahələri) və qeyri maddi istehsal sahələrində (məs. 

istirahət məqsədi ilə) istifadə olunan növlərə ayrılır. Aşkar edilən, lakin 

hələlik istifadə olunmayan T.e. potensial T.e. sayılır. İnsan cəmiyyətinin 

təbii ehtiyatlarla təmin olunması ən mühüm problemlərdən biridir. 

TƏBİİ EHTİYATLAR COĞRAFİYASI  – coğrafiyanın xüsusi 

bölməsi; təbii ehtiyatların ayrı-ayrı növlərinin strukturu və  ərazi üzrə 

yerləşməsi, onların iqtisadi cəhətdən qiymətləndirilməsi və təsərrüfatda 

səmərəli istifadəsi problemlərinin tədqiqi ilə  məşğuldur.Təbii 




 

434 


 

ehtiyatların və ətraf mühitin mühafizəsi və təkrar istehsalının, həmçinin 

bəşəriyyətin təbii ehityatlarla təmin olunma dərəcəsinin coğrafi 

baxımdan öyrənilməsi ilə əlaqədar T.e.c.-nın əhəmiyyəti artır. T.e.c.-nın 

torpaq fondu, bitki və heyvanat aləmini, aqroiqlim, yeraltı, Dünya 

okeanı və qurunun hidroloji ehtiyaclarını öyrənən bölmələri var. 



TƏBİİ  FƏLAKƏT  – Dağıdıcı  təbii və  təbii antropogen hadisələr 

(zəlzələ, daşqın, sel, vulkan püskürməsi, quraqlıq, səhralaşma, 

ziyanvericilərin kütləvi artımı). Bu hadisələr çoxlu insan tələfatına 

səbəb ola bilər. 



TƏBİİ FON – təbii maddələrin və ya agentlərin təbii konsentrasiyası 

və ya canlı orqanizmlərə təsir dərəcəsi. 



TƏBİİ KOMPLEKS – coğrafi kompleks, geokompleks, geosistem. 

Termin aşağıdakı göstəricilərlə istifadə olunur: 1) təbiətin istənilən 

əlaqəli hadisələrində; 2) torpaq, bitki, landşaftın məkanca qanunauyğun 

birləşməsi (məs.,  şoran kompleksi və s.); 3) (müvəffəqiyyətsiz) təbii 

ərazi kompleksinin, təbii landşaftın qısaldılmış adı. Termin 

təbiətşünaslıqda (məs., coğrafiyada) və  təbiəti mühafizənin normativ 

sənədlərində geniş istifadə olunur. 

TƏBİİ QAZLAR – Yer qabığında  əmələ  gələn karbohidrogenli 

bərpa olunmayan qazlar. T.q.-ın  əsas komponenti metandır (98%-ə 

qədəri); bura həmçinin propan, butan, izobutan və pentan daxildir. T.q.-

ın dünyada ehtiyatı proqnoz hesablamalara görə 10

15

m

3



  təşkil edir 

(1978). 


TƏBİİ QRUPLAŞMA  – insanın təsiri olmadan əmələ  gələn və 

inkişaf edən qruplaşma. 



TƏBİİ QURŞAQ VƏ ZONALAR, coğrafi zonalar – Coğrafi qurşaqlar 

daxilində, başlıca olaraq istiliyin və rütubətin miqdarından və nisbətindən 

asılı olaraq bir-birini qanunauyğunluqla  əvəz edən, keyfiyyətcə  fərqli olan 

əsas landşaft bölgüləridir. C.z. adətən enlik istiqamətində yerləşir, xeyli bö-

yük sahə tutur və onların kəskin seçilən sərhədləri yoxdur. C.z. zahiri 

cəhətdən, adətən özlərinə xas olan bitki örtüyü ilə müəyyən edilir; ona görə 

də onların çoxu bitki örtüyü adı ilə adlanır: tundra zonası, meşə zonası və s.  

s.

Yerin coğrafi qurşaqları və zonaları 

 

Qurşaqlar Zonalar 



Arktika qurşağı 

Arktika buz səhraları zonası 

Antarktida 

qurşağı 


Antarktida buz səhraları zonası 


 

435 


 

Subarktika 

qurşağı 

Tundra zonası, Meşə tundra zonası 

Subantarktika 

qurşağı 


Okean çəmənlikləri zonası 

Mülayim (şimal 

və cənub qurşaqlar) 

Mülayim qurşaqların meşələr zonası 

Mülayim qurşaqların meşə-çöllər zonası 

Mülayim qurşaqların çöllər zonası 

Mülayim qurşaqların yarımsəhralar zonası 

Mülayim qurşaqların səhralar zonası 

Subtropik (şimal 

və cənub qurşaqlar) 

Subtropik qurşaqların meşələr zonası 

Subtropik qurşaqların meşə-çöllər zonası 

Subtropik qurşaqların çöllər zonası 

Subtropik qurşaqların yarımsəhralar zonası 

Subtropik qurşaqların səhralar zonası 

Tropik (passat-

lar) (şimal və 

cənub) qurşaqlar 

Tropik qurşaqların meşələr zonası 

Tropik qurşaqların seyrək meşələr 

və savannalar zonası 

Tropik qurşaqların yarımsəhralar zonası 

Tropik qurşaqların səhralar zonası 

Subekvatorial 

(şimal və cənub) 

qurşaqlar 

Subekvatorial qurşaqların meşələr zonası 

Subekvatorial qurşaqların savannalar və seyrək 

meşələr zonası 

Ekvatorial 

qurşaq 

Ekvatorial meşələr zonası 



 

TƏBİİ LANDŞAFT  – yalnız təbii amillərin təsiri nəticəsində 

formalaşmış, insanın təsərrüfat fəaliyyətilə  dəyişilməyə  uğramamış 

landşaft. Təbii inkişaf imkanlarına malikdir; onun strukturunun 

davamlığı özününizamlama prosesləri ilə müəyyən edilir. 



TƏBİİ MÜHİT RESURSLARI – insan fəaliyyəti ilə bilavasitə 

əlaqəli ekoloji resurslar. Təbii resurslar termininə yaxındır. 



TƏBİİ OBYEKTLƏRİN PASPORTU – T.o.p.-da ətraf mühitin 

vəziyyəti və resurslardan istifadə haqqında sənədlər qeyd edilir. 



TƏBİİ MÜVAZİNƏT  – təbii sistemlərdə, onun sabitliyini və 

neqativ təsirdən sonra öz vəziyyətinə qayıtmaq qabiliyyətini təmin edən 

proseslər və hadisələrin məcmusu. T.m.-in indiqatoru suksessiya gedişi 

ilə inkişaf edərək klimaks vəziyyətinə çatmaq qabiliyyətidir. 



TƏBİİ POTENSİAL  –  əhalinin təsərrüfat fəaliyyətilə istifadə 

olunan təbii sistemin hər hansı funksiyanı yerinə yetirməsi qabiliyyəti 

müəyyən ekoloji-iqtisadi göstəricilərlə ifadə olunur. 

TƏBİİ RADİOAKTİVLİK, FON  RADİOAKTİVLİYİ – Abiotik 

və biotik obyektlərin tərkibində olan müxtəlif radioaktiv izotoplarla 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə