QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə158/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   154   155   156   157   158   159   160   161   ...   182

 

438 


 

TƏBİİ  SİSTEMİN ETİBARLILIĞI  – təbii sistemin (landşaft, 

biogeosenoz və s.) strukturunun, enerji axımının kəskin pozulmasilə 

normal, praktiki olaraq daim fəailyyət göstərmə dərəcəsi. 

TƏBİİ SULARIN BUFERLİK TUTUMU – 1) turşu və qələvi ilə 

təsir etdikdə  təbii suyun (hövzənin) aktiv reaksiya mühitini (pH) 

saxlaması qabiliyyəti. 

TƏBİİ TARAZLIQ (MÜVAZİNƏT) – qurulmuş təbii sistemlərdə 

onların sabitliyini, neqativ təsirlər zamanı özünə qayıtmasını təmin edən 

proseslər və hadisələrin məcmusu. T.t. canlı sistemin əsas 

xarakteristikasından biri sayılır. T.t.-ın indiqatoru təbii sistemlərin 

suksessiyasının gedişində klimaksa çatması qabiliyyətidir. 

TƏBİİ YEM SAHƏLƏRİ – Təbii otlaq və biçənək sahələri. Otlaq 

və biçənək qruplarına və tiplərinə bölünür. 



TƏKAMÜL, BİOLOJİ  TƏKAMÜL  orqanizmlərin tarixi 

inkişafı.  İrsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə, təbii və süni 

seçmə ilə müəyyən edilir. T. mahiyyətcə, orqanizmlərin yaşadığı mühitə 

uyğunlaşmalarının formalaşması, populyasiyaların, növlərin genetik 

tərkibinin dəyişilməsi, az uyğunlaşmış növlərin məhv olması, 

biogeosenozların və bütünlüklə biosferin dəyişilməsi ilə nəticələnir. T.-

ün səbəb və qanunauyğunluqları  təkamül təliminin predmetini təşkil 

edir. 


TƏKAMÜL REAKSİYALARI  – daha çox uyğunlaşan fərdlərin 

təbii seçilməsi yolu ilə uzun dövr ərzində populyasiyanın  ətraf mühitə 

dəyişən reaksiyası. 

TƏLƏ – xəzli vəhşi heyvanların (canavar, ayı, tülkü, pələng və s.), 

həmçinin kənd təsərrüfatı zərərvericilərinin ( sünbülqıran, dağ siçanları 

və s.) tutulması və ovlanmasında istifadə edilən alət. Ovçuluqla əlaqədar 

Daş dövründə meydana gəlmişdir.Müxtəlif növləri var. Ağac və ya 

dəmirdən düzəldilir. 

TƏLƏ YEMİ  – zərərverici gəmiriciləri və  həşəratları  məhv etmək 

məqsədilə onları  cəlb etmək üçün işlədilən maddələr. T.y. yüksək 

dərəcədə zəhərli olur. 

TƏMİZ (SIRF) MEŞƏLİK  – yalnız bir ağac cinsindən ibarət 

meşəlik. 



TƏMİZ SU – sudan istifadənin bütün növləri üçün yararlı su: məişət 

su təchizatı (içməli su), sənayenin yeyinti və digər sahələri, qızıl balıq 

yetişdirmək üçün və s. 

TƏMİZ SU EKOSİSTEMLƏRİ – duzluluğu 3,5%-dən artıq 

olmayan su ekosistemləri (çaylar, göllər, su anbarları, nohurlar). 

T.s.e.-də produsentlər arasında iki böyük qrup ayrılır: makrofitlər 



 

439 


 

(iri, əsasən ali çiçəkli bitkilər) və mikrofitlər (adi gözlə görünməyən çox 

xırda orqanizmlər, planktonun tərkibinə daxil olur, yaşıl və diatom 

yosunlarından, həmçinin sian bakteriyalardan ibarətdir). T.s.e.-də 

konsumentlər plankton, nekton və bentosdan ibarətdir. 

TƏMİZ SU HÖVZƏSİ  – duzluluğu 0,5%

0

-dən aşağı olan su 



hövzəsi. 

TƏMİZLƏYİCİ QURĞULAR – bax: suyun təmizlənməsi. 

TƏMİZLƏMƏ  – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan 

texnoloji proseslər: 

– Bioloji T. bax: bioloji təmizləmə və çirkab suların təmizlənməsi 

–  Biokimyəvi T. – çirkab suların T. xüsusi bakteriya, ibtidailər və 

bəzi ali bitkilərin köməyilə aparılır. Bax: çirkab suların təmizlənməsi. 

–  Hidro – qum – şırnaq T. – metal məmulatları  və tikinti 

materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın 

şırnaqla verilməsi ilə aparılır. 

– Qravitasiya T. –çökdürmə yolu ilə tozların tutulması. 

– Turşu T. – neft məhsulları bu üsulla təmizlənir. 

–  Yaş T. – Qazların maye ilə  təmasda olarkən bu üsuldan istifadə 

olunur. 


–  Yaşayış yerlərinin T. – yaşayış yerlərində toplanan tullantıların 

yığılması, daşınması  və  zərərsizləşdirilməsi üzrə görülən kompleks 

tədbirlər. 

– Qum – şırnaq T. – Metal məmulatları və tikinti obyektlərinin səthi 

xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir. 

– Neft məhsullarının sulfat turşusu ilə T. – neft məhsullarının və 

yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qətran 

maddələrindən sulfat turşusu ilə təmizlənməsi. 

–  Termik T.– Oksigen-asetilen lampasının alovu ilə metalların 

səthinin təmizlənməsi. Bax: çirkab suların təmizlənməsi. 

–  Kimyəvi T. – metalların səthinin (əsasən pasdan) turşu  əsasında 

karroziya inqibitorlar əlavə edilməklə xüsusi tərkiblə  təmizlənməsi. 

Bax: çirkab suların təmizlənməsi. 

–  Qələvi T. (neft məhsullarının) – qələvinin köməyi ilə açıq neft 

məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və onların turş 

komponentlərini neytrallaşdırmaq. 

–  Elektrik T. (qazların) – elektrostatik gücün təsirilə tozların 

tutulması. 



TƏNƏFFÜS – Oksigenin orqanizmə daxil olması və ondan karbon 

qazının xaric olunmasını (xarici T.) təmin edən proseslərin məcmusu; 

üzvi maddələrin oksidləşməsi və canlıların həyat fəaliyyətində  zəruri 



 

440 


 

enerjinin azad olunması üçün (Toxuma T-ü, hüceyrə T.-ü) hüceyrə  və 

toxumaların oksigendən istifadə etməsi. 

TƏNƏZZÜL EDƏN POPULYASİYA – cavan yaş sinfinə mənsub 

olan fərdlər olmayan populyasiya. T.e.p. adətən ölümə doğru gedir. 



TƏNƏZZÜL POPULYASİYASI – bir qayda olaraq fərdləri vege-

tativ yolla artır, toxumları tam yetişmək həddinə çatmadığından məhv 

olur və meyvə  əmələ  gətirmir (məs. növruzgülü və inciçiçəyi 

populyasiyaları). 



TƏRƏQQİ (canlı  təbiətdə)  – təkamül prosesində orqanizmlərin 

mürəkkəbləşməsi və  təkmilləşməsi. A.N.Seversov (1925) T.-i ayırır: 

bioloji T. (arealın genişlənməsi, müəyyən taksonun fərdlərinin sayının 

artması  və asılı sistemin qruplara parçalanması) və morfoloji T. 

(mürəkkəbləşmə  və  təkmilləşmə yolunda orqanizmlərin təkamülü). 

V.Frans (1935) biotexniki T. (faydalılıq, effektlik, canlı sistemin faydalı 

təsiri əmsalı) konsepsiyasını hazırlamışdır. İ.İ.Şmalqauzen (1938) canlı 

sistemin inteqrasiyasının təkmilləşdirilməsi konsepsiyasını, 

nəzəriyyəsini irəli sürmüşdür. 

TƏRƏQQİ EDƏN POPULYASİYA  – doğumun artması hesabına 

(adətən ölümdən çox) sayı daim çoxalan populyasiya (birillik ot bitkiləri 

və birhüceyrəli yosunlar (yazda), bir çox həşərat növü və s. 

TƏHLÜKƏLİ RİSK ZONASI – quru səthində və ya Dünya Okeanı 

akvatoriyasında insanın fəaliyyəti təhlükəli situasiya yarada biləcək yer, 

məs: dəniz  şelfində neftin sualtından çıxarılması zonası, tankerlərin 

keçməsi üçün təhlükə yaranır, onların qəzası  nəticəsində neftin 

dağılması baş verə bilər və s. 

TƏHLÜKƏSİZLİK FAKTORU – zərərli kimyəvi maddələrin və 

ya agentlərin toksik və yol verilən toksik olmayan konsentrasiyası 

arasındakı nisbəti. 

TƏHLÜKƏSİZLİK TEXNİKASI 

– 

əmək mühafizəsi 



bölmələrindən biri; zərərli (təhlükəli) istehsal amillərinin işləyənlərə 

təsirinin qarşısını almaq üçün təşkilatı və texniki tədbir və vasitələr sis-

temi. 

TƏRƏVƏZ BİTKİLƏRİ – becərilən və yabanı bir, iki və çoxillik 

ot bitkiləri: bunların  şirəli hissələri-tərəvəz yeyilir. T.b.-nə 1200-dən 

artıq növü əhatə edən 78 fəsilə aiddir; T.b-nin (pomidor, badımcan, is-

tiot, xiyar, yerkökü, kələm, soğan, kəvər, çuğundur və s.) meyvəsi, kökü 

və gövdəsindən istifadə olunur. T.b.-dən çoxu tropik və subtropik 

qurşaqlarda əmələ gəlmişdir, bəziləri istiliksevən bitkilərdir. 



TƏRƏVƏZÇİLİK – 1) tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşğul 

olan kənd təsərrüfatı sahəsi. T.k.t.-nın mühüm bir sahəsi kimi insanların 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə