438
TƏBİİ SİSTEMİN ETİBARLILIĞI – təbii sistemin (landşaft,
biogeosenoz və s.) strukturunun, enerji axımının kəskin pozulmasilə
normal, praktiki olaraq daim fəailyyət göstərmə dərəcəsi.
TƏBİİ SULARIN BUFERLİK TUTUMU – 1) turşu və qələvi ilə
təsir etdikdə təbii suyun (hövzənin) aktiv reaksiya mühitini (pH)
saxlaması qabiliyyəti.
TƏBİİ TARAZLIQ (MÜVAZİNƏT) – qurulmuş təbii sistemlərdə
onların sabitliyini, neqativ təsirlər zamanı özünə qayıtmasını təmin edən
proseslər və hadisələrin məcmusu. T.t. canlı sistemin əsas
xarakteristikasından biri sayılır. T.t.-ın indiqatoru təbii sistemlərin
suksessiyasının gedişində klimaksa çatması qabiliyyətidir.
TƏBİİ YEM SAHƏLƏRİ – Təbii otlaq və biçənək sahələri. Otlaq
və biçənək qruplarına və tiplərinə bölünür.
TƏKAMÜL, BİOLOJİ TƏKAMÜL – orqanizmlərin tarixi
inkişafı. İrsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə, təbii və süni
seçmə ilə müəyyən edilir. T. mahiyyətcə, orqanizmlərin yaşadığı mühitə
uyğunlaşmalarının formalaşması, populyasiyaların, növlərin genetik
tərkibinin dəyişilməsi, az uyğunlaşmış növlərin məhv olması,
biogeosenozların və bütünlüklə biosferin dəyişilməsi ilə nəticələnir. T.-
ün səbəb və qanunauyğunluqları təkamül təliminin predmetini təşkil
edir.
TƏKAMÜL REAKSİYALARI – daha çox uyğunlaşan fərdlərin
təbii seçilməsi yolu ilə uzun dövr ərzində populyasiyanın ətraf mühitə
dəyişən reaksiyası.
TƏLƏ – xəzli vəhşi heyvanların (canavar, ayı, tülkü, pələng və s.),
həmçinin kənd təsərrüfatı zərərvericilərinin ( sünbülqıran, dağ siçanları
və s.) tutulması və ovlanmasında istifadə edilən alət. Ovçuluqla əlaqədar
Daş dövründə meydana gəlmişdir.Müxtəlif növləri var. Ağac və ya
dəmirdən düzəldilir.
TƏLƏ YEMİ – zərərverici gəmiriciləri və həşəratları məhv etmək
məqsədilə onları cəlb etmək üçün işlədilən maddələr. T.y. yüksək
dərəcədə zəhərli olur.
TƏMİZ (SIRF) MEŞƏLİK – yalnız bir ağac cinsindən ibarət
meşəlik.
TƏMİZ SU – sudan istifadənin bütün növləri üçün yararlı su: məişət
su təchizatı (içməli su), sənayenin yeyinti və digər sahələri, qızıl balıq
yetişdirmək üçün və s.
TƏMİZ SU EKOSİSTEMLƏRİ – duzluluğu 3,5%-dən artıq
olmayan su ekosistemləri (çaylar, göllər, su anbarları, nohurlar).
T.s.e.-də produsentlər arasında iki böyük qrup ayrılır: makrofitlər
439
(iri, əsasən ali çiçəkli bitkilər) və mikrofitlər (adi gözlə görünməyən çox
xırda orqanizmlər, planktonun tərkibinə daxil olur, yaşıl və diatom
yosunlarından, həmçinin sian bakteriyalardan ibarətdir). T.s.e.-də
konsumentlər plankton, nekton və bentosdan ibarətdir.
TƏMİZ SU HÖVZƏSİ – duzluluğu 0,5%
0
-dən aşağı olan su
hövzəsi.
TƏMİZLƏYİCİ QURĞULAR – bax: suyun təmizlənməsi.
TƏMİZLƏMƏ – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan
texnoloji proseslər:
– Bioloji T. bax: bioloji təmizləmə və çirkab suların təmizlənməsi
– Biokimyəvi T. – çirkab suların T. xüsusi bakteriya, ibtidailər və
bəzi ali bitkilərin köməyilə aparılır. Bax: çirkab suların təmizlənməsi.
– Hidro – qum – şırnaq T. – metal məmulatları və tikinti
materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın
şırnaqla verilməsi ilə aparılır.
– Qravitasiya T. –çökdürmə yolu ilə tozların tutulması.
– Turşu T. – neft məhsulları bu üsulla təmizlənir.
– Yaş T. – Qazların maye ilə təmasda olarkən bu üsuldan istifadə
olunur.
– Yaşayış yerlərinin T. – yaşayış yerlərində toplanan tullantıların
yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə görülən kompleks
tədbirlər.
– Qum – şırnaq T. – Metal məmulatları və tikinti obyektlərinin səthi
xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir.
– Neft məhsullarının sulfat turşusu ilə T. – neft məhsullarının və
yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qətran
maddələrindən sulfat turşusu ilə təmizlənməsi.
– Termik T.– Oksigen-asetilen lampasının alovu ilə metalların
səthinin təmizlənməsi. Bax: çirkab suların təmizlənməsi.
– Kimyəvi T. – metalların səthinin (əsasən pasdan) turşu əsasında
karroziya inqibitorlar əlavə edilməklə xüsusi tərkiblə təmizlənməsi.
Bax: çirkab suların təmizlənməsi.
– Qələvi T. (neft məhsullarının) – qələvinin köməyi ilə açıq neft
məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və onların turş
komponentlərini neytrallaşdırmaq.
– Elektrik T. (qazların) – elektrostatik gücün təsirilə tozların
tutulması.
TƏNƏFFÜS – Oksigenin orqanizmə daxil olması və ondan karbon
qazının xaric olunmasını (xarici T.) təmin edən proseslərin məcmusu;
üzvi maddələrin oksidləşməsi və canlıların həyat fəaliyyətində zəruri
440
enerjinin azad olunması üçün (Toxuma T-ü, hüceyrə T.-ü) hüceyrə və
toxumaların oksigendən istifadə etməsi.
TƏNƏZZÜL EDƏN POPULYASİYA – cavan yaş sinfinə mənsub
olan fərdlər olmayan populyasiya. T.e.p. adətən ölümə doğru gedir.
TƏNƏZZÜL POPULYASİYASI – bir qayda olaraq fərdləri vege-
tativ yolla artır, toxumları tam yetişmək həddinə çatmadığından məhv
olur və meyvə əmələ gətirmir (məs. növruzgülü və inciçiçəyi
populyasiyaları).
TƏRƏQQİ (canlı təbiətdə) – təkamül prosesində orqanizmlərin
mürəkkəbləşməsi və təkmilləşməsi. A.N.Seversov (1925) T.-i ayırır:
bioloji T. (arealın genişlənməsi, müəyyən taksonun fərdlərinin sayının
artması və asılı sistemin qruplara parçalanması) və morfoloji T.
(mürəkkəbləşmə və təkmilləşmə yolunda orqanizmlərin təkamülü).
V.Frans (1935) biotexniki T. (faydalılıq, effektlik, canlı sistemin faydalı
təsiri əmsalı) konsepsiyasını hazırlamışdır. İ.İ.Şmalqauzen (1938) canlı
sistemin inteqrasiyasının təkmilləşdirilməsi konsepsiyasını,
nəzəriyyəsini irəli sürmüşdür.
TƏRƏQQİ EDƏN POPULYASİYA – doğumun artması hesabına
(adətən ölümdən çox) sayı daim çoxalan populyasiya (birillik ot bitkiləri
və birhüceyrəli yosunlar (yazda), bir çox həşərat növü və s.
TƏHLÜKƏLİ RİSK ZONASI – quru səthində və ya Dünya Okeanı
akvatoriyasında insanın fəaliyyəti təhlükəli situasiya yarada biləcək yer,
məs: dəniz şelfində neftin sualtından çıxarılması zonası, tankerlərin
keçməsi üçün təhlükə yaranır, onların qəzası nəticəsində neftin
dağılması baş verə bilər və s.
TƏHLÜKƏSİZLİK FAKTORU – zərərli kimyəvi maddələrin və
ya agentlərin toksik və yol verilən toksik olmayan konsentrasiyası
arasındakı nisbəti.
TƏHLÜKƏSİZLİK TEXNİKASI
–
əmək mühafizəsi
bölmələrindən biri; zərərli (təhlükəli) istehsal amillərinin işləyənlərə
təsirinin qarşısını almaq üçün təşkilatı və texniki tədbir və vasitələr sis-
temi.
TƏRƏVƏZ BİTKİLƏRİ – becərilən və yabanı bir, iki və çoxillik
ot bitkiləri: bunların şirəli hissələri-tərəvəz yeyilir. T.b.-nə 1200-dən
artıq növü əhatə edən 78 fəsilə aiddir; T.b-nin (pomidor, badımcan, is-
tiot, xiyar, yerkökü, kələm, soğan, kəvər, çuğundur və s.) meyvəsi, kökü
və gövdəsindən istifadə olunur. T.b.-dən çoxu tropik və subtropik
qurşaqlarda əmələ gəlmişdir, bəziləri istiliksevən bitkilərdir.
TƏRƏVƏZÇİLİK – 1) tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşğul
olan kənd təsərrüfatı sahəsi. T.k.t.-nın mühüm bir sahəsi kimi insanların
Dostları ilə paylaş: |