436
(sezium, yod) xarakterik şüalanma yaratması.
TƏBİİ RESURS POTENSİALI – təbii nemətlərdən (torpaq, bitki,
heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə
edilməsi imkanları (mümkünlüyü) məcmusu.
TƏBİİ RESURSLAR – cəmiyyətin maddi və mədəni tələbatını
yaratmaq (ödəmək) üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii
mühitin komponentləri. T.r.-ın mühafizəsinin əsas prinsipi onların
səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir.
TƏBİİ RESURSLARIN BƏRPASI – kompleks tədbirlər həyata
keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən
düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin
bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.).
TƏBİİ RESURSLARIN COĞRAFİYASI –
Coğrafiya elminin bir
hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi,
onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını
tədqiq edir.
TƏBİİ RESURSLARIN İNVENTARİZASİYASI – müxtəlif
statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi
üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının,
keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu.
TƏBİİ RESURSLARIN QİYMƏTİ – istehsal dövriyyəsinə qatılan
faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti.
TƏBİİ RESURSLARIN SƏMƏRƏLİ İSTİSMARI – aşağıdakı
kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması: 1) təbii
sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi;
2) yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə; 3)
təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək; 4) uzunmüddətli
ekoloji-sosial balansın təmin olunması.
TƏBİİ RESURSLARIN TƏSNİFATI – 1) Mənbəyinə və
yerləşməsinə görə energetika resursları, atmosfer, qaz resursları, su
resursları, litosferin resursları, bitki resursları, iqlim resursları; 2)
Tükənmə sürətinə görə – tez tükənən, tədricən tükənən resurslar; 3)
Bərpa olunmasına görə bərpa olunan və bərpa olunmayan resurslara
bölünür.
TƏBİİ RESURSLARIN VƏ
TƏBİİ
ŞƏRAİTİN
XƏRİTƏLƏŞDİRİLMƏSİ – təbii resursların sahəcə təbii yayılmasının
xəritə üzərinə köçürülməsi (kəmiyyət və keyfiyyət göstəriciləri ilə) və
təbii şəraitin regional xüsusiyyətlərinin əks olunması.
TƏBİİ RESURSLARIN TÜKƏNMƏSİ – təbii resursların mümkün
ehtiyatı və onun təbii sistemdən zərərsiz (təhlükəsiz) çıxarılma norması
437
ilə təbiətin (təbii resursların) məhsuldarlığı və bərpa olunma qabiliyyəti,
bərpa olunan resursların hasil olunması (çıxarılması) onun təbii bərpa
olunması tempindən (sürətini) keçməsi nəticəsində uyğunluğun
pozulması prosesi. T.r.t. hazırki elmi-texniki tərəqqi dövründə müasir
təbiətdən istifadənin əsas neqativ ekoloji xarakteristikası hesab olunur.
TƏBİİ RESURSLARIN UÇOTU (HESABA ALINMASI) – təbii
resursların səmərəli istifadəsi məqsədilə onların kəmiyyət və
keyfiyyətinin naturada aşkar edilməsi.
TƏBİİ SEÇMƏ – canlılar aləmində təkamül prosesinin əsas
amillərindən biri. Daima fəaliyyət göstərən T.s.-ni ilk dəfə ingilis alimi
Ç.Darvin aşkar etmiş və T.s. nəzəriyyəsini yaratmışdır. T.s. insanın
iştirakı olmadan təbiətdə yayılmış heyvan və bitki orqanizmlərinin
əlamət və xüsusiyyətlərində baş verən dəyişikliklərin müəyyən həyat
şəraitinə uyğunlaşması, uyğunlaşa bilməyənlərin isə tədricən aradan
çıxmasıdır. Darvin göstərir ki, hər hansı bir orqanizmin yaşadığı mühit
şəraiti dəyişərsə, həmin şərait onlarda bu və ya digər istiqamətdə cüzi də
olsa dəyişkənlik əmələ gətirir. Əgər belə dəyişkənlik yaşamaq uğrunda
mübarizədə orqanizmin faydasınadırsa və nəsildən-nəslə keçərək davam
edirsə, onda həmin dəyişkənlik güclənir. Əsrlərlə davam edən bu proses
nəticəsində tədricən əmələ gələn belə dəyişkənliklər adi növdən
fərqlənən növdəyişkənliklərinə, sonra yarımnövə və nəhayət, yeni
növün əmələ gəlməsinə səbəb olur. Yeni əlamət və xüsusiyyətlərə malik
olan növlər əlverişsiz mühitə düşdükdə bəziləri uyğunlaşaraq yaşayır,
uyğunlaşa bilməyənlər isə tədricən məhv olur. Növ üçün faydalı olan
yeni əlamətlərin nəsillər üzrə əmələ gəlməsi, güclənməsi və toplanması
T.s. yolu ilə həyata keçir.
Təbiətdə mövcud olan müxtəlif heyvan və bitki növləri yaşamaq
uğrunda mübarizədə T.s. yolu ilə öz rənglərinə, formalarına və bəzi
xüsusiyyətlərinə görə yaşadıqları mühitə o qədər uyğunlaşmışlar ki, çox
zaman onları həmin mühitdən seçmək çətin olur. Bəziləri isə həyatda
bioloji varlıqlarını təmin etmək üçün öz xarici görünüşlərinə görə başqa
növə bənzəyirlər. Beləliklə, Darvin sübut etmişdir ki, süni seçmədən
fərqli olaraq T.s. yalnız müəyyən həyat şəraitində növlərdə fayda verə
biləcək əlamətləri seçib saxlayır. Əgər belə olmazsa, onda həmin növlər
öz həyatını davam etdirə bilməz və tədricən onların nəsli kəsilər.
TƏBİİ SƏRVƏTLƏRİN İSTİSMARI NORMASI – elmi cəhətdən
əsaslanmış və rəsmi təsdiq edilmiş T.s.i.n. Məqsədi təbii resursların
səmərəli istifadəsi və reproduksiyası (bərpası) sayılır.
TƏBİİ SİSTEM – təbii strukturu və törəmələrdən ibarət sistem
(məs., populyasiya, biogeosenoz, biom, biosfer).