441
qidasında istifadə edilən və müalicə əhəmiyyətli tərəvəz bitkilərinin
becərilməsi ilə məşğul olur. Bostançılıqda – bostan bitkilərinin (qarpız,
yemiş, qabaq) yetişdirilməsi T.-ə aiddir. Açıq qruntda 50-dən çox
tərəvəz (kələm, pomidor, xiyar, soğan, yerkökü, çuğundur) və həmçinin
ədviyyat bitkiləri (tərxun, keşniş, reyhan, kəvər, nanə və s.), örtülü
qruntda isə xiyar, pomidor, gülkələm, kahı və s. əkilir. Tərəvəz istehsalı
respublikanın 4 iqlim iqtisadi zonasında – Lənkəran-Astara, Quba-
Xaçmaz, Abşeron və Gəncə-Qazax zonalarında mərkəzləşdirilmişdir. 2)
Tərəvəz bitkilərinin biologiyasını və becərmə üsullarını öyrənən elm
sahəsi.
TƏSADÜFƏN GƏTİRİLƏN ORQANİZMLƏR – yerli ekosistem
üçün qəsdən gətirilməyən yad heyvan və bitkilər. T.g.o. bitki və heyvan
orqanizmləri üçün bəzən pozitiv, neytral, çox hallarda isə kəskin neqativ
nəticələr törədir. Belə ki, T.g.o. bir regiondan digərinə bütün yer
üzərində birə, gənə, siçovul, ağcaqanad, tarakan, bir çox alaqların
yayılmasına səbəb olur.
TƏSADÜFİ QİDA – heyvanların bəzi halda az miqdarda yediyi qi-
da.
TƏSADÜFİ YAYILMA –populyasiya daxilində fərdlər arasındakı
məsafə bərabər olur. Fərdlər nizamsız (qarışıq) paylanır. Təbiətdə T.y.
nadir halda olur.
TƏSƏRRÜFAT SAHƏSİ – insanın təsərrüfat məqsədilə istifadə et-
diyi hər hansı ərazi və ya akvatoriyanın bir hissəsi.
TİBBİ COĞRAFİYA – coğrafiyanın və tibb elmlərinin şöbəsi.
Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin əhalinin sağlamlığına necə
təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində
yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan
ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiyası. T.c.-nın
mühüm bir şöbəsidir.
TİBBİ EKOLOGİYA – əsasən əhalinin təbii-antropogen mühitə
morfo-fizioloji və genetik adaptasiya formaları məsələlərini işləyib
hazırlayır. Bax: insan ekologiyası.
TİBBİ İQLİMŞÜNASLIQ – coğrafiya və tibb elmi qovuşuğunda
olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim
parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və
yayılmasını öyrənir.
TİFOFİTLƏR (yun. tiphos - bataqlıq) – bataqlıq və göllər üçün xa-
rakterik bitkilər.
TİKİNTİ EROZİYASI – tikinti işləri aparılarkən torpağın üst
qatının dağılması və yuyulması. T.e.-nın qarşısının alınması üçün əsasən
442
mühəndis tədbirləri görülür.
TİOFİLLƏR (yun. thaion - kükürd) – hidrogen-sulfid və ya digər
kükürd birləşmələri ilə zəngin olan mühiti üstün tutan bakteriyalar.
TİP, BİOLOGİYADA – taksonomik kateqoriya. T. sistematika ilə
əlaqədardır; zooloqlar onu «aləm»”-dən sonra ən ali taksonomik kateqo-
riya hesab edirlər. Botanika və bakteriologiyada T. əvəzinə «şöbə»”
işlədilir. T.taksonun özəyi və əsasıdır, obyektivdir dəyişmir, lakin tak-
sonun hüdudları subyektiv və dəyişkəndir. Hər taksonun özünün T.-i
var.
TOXUM FONDU – Kənd təsərrüfatı və meşə təsərrüfatı bitkilərinin
səpin üçün ehtiyatı. T.f.-na toxumluq əkinlər üçün rayonlaşdırılmış
sortların ən yaxşı, seçmə toxum materialının ayrılması, kənd təsərrüfatı
bitkiləri yığımının başlanğıcında bir aydan gec olmayaraq qurtarır. T.f.-
nun miqdarını və səpin normasını səpin planına əsasən təsərrüfat özü
müəyyən edir. T.f. quru, təmiz və zərərsizləşdirilmiş yerdə saxlanılır.
Onun vəziyyətinə və istifadə olunmasına ciddi nəzarət edilir.
TOXUM NƏZARƏTİ – kənd təsərrüfatı bitkilərinin istehsalı,
tədarükü, saxlanması və səpinə hazırlanması prosesində onların
toxumlarının keyfiyyətinə nəzarət sistemi tədbirləri. T.n. toxumçuluğun
ən əsas hissəsidir. T.n. əkin sahələrini, kondisiyalı toxum materialı ilə
təmin edir, Dövlət toxum inspeksiyası toxumun təmizliyini,
cücərməsini, həyat qabiliyyətini, yoluxma dərəcəsini, 1000 dənin
çəkisini və nəmliyini yoxlayır.
TOXUMÇULUQ – bitkiçilik sahəsi; sortdəyişmə və sort
təzələnmənin yerinə yetirilməsi üçün rayonlaşdırılmış sortların
toxumlarının kütləvi surətdə çoxaldılması ilə məşğul olur.T. bilavasitə
seleksiya ilə əlaqədardır və onun nəzəri əsasıdır.
TOXUMDAN YARANAN AĞACLIQ (meşəlik) – toxumdan
əmələ gəlmiş ağaclardan ibarət meşəlik.
TOXUMŞÜNASLIQ – toxumlardan bəhs edən elm; ana bitkidə
yumurta hüceyrənin mayalandığı vaxtdan başlayaraq həmin toxumlar-
dan yeni bitki əmələ gələnə qədər olan dövrdə toxumların həyatı və
inkişafını öyrənir.
TOXUMUN CÜCƏRMƏ FAİZİ – toxumun cücərti mərhələsinə
keçmək qabiliyyəti. Toxumun yaşından və xarici mühit şəraitindən
(temperatur, torpağın nəmliyi) asılı olaraq cücərən toxumların faizi ilə
ifadə olunur.
TOKSİFİKASİYA – pestisidlərin parçalanması (bioloji və ya fiziki-
kimyəvi) nəticəsində əmələ gələn maddələrin zəhərliyinin artması.
TOKSİK DOZA – zəhərli maddənin (agentin) minimal miqdarının
443
təsirinə orqanizmin gözə çarpacaq dərəcədə (aydın) zəhərlənməsi.
TOKSİK DUMAN – qazşəkilli çirkləndiricilərlə (əsasən kükürd an-
hidridi) toz hissəcikəri və duman damlalarının qarışığı.
TOKSİKANT (yun. taxikan - zəhər) – sağlamlıq üçün zəhərli,
zərərli maddə.
TOKSİKANTIN SABİTLİYİ – zəhərləyici maddənin suda, torpaq-
da davamlığı. Təkrar verildikdə zəhər toplanır və öz zəhərliliyini
müəyyən müddət saxlayır. Belə ki, pestisidlərdən ətraf mühit (su) üçün
üzvi xlor birləşmələri daha sabit qalır.
TOKSİKLİK – maddənin və ya orqanizmin digər orqanizmə zərərli
təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su
toksikologiyasında 2T. ayırd edilir. Su mühitinin təbii proseslərlə
(mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni T.
– insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması,
qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi,
atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi.
TOKSİKODİNAMİKA – zəhərlə zəhərlənmənin dinamikası;
zəhərlənmə prosesi, onun inkişafı. Termin əsasən sənaye
toksikologiyasında istifadə olunur.
TOKSİKOKİNETİKA – toksikologiyanın bölməsi: Zəhərin təsir
sürəti və mexanizmi, zəhərin orqanizmdə miqrasiyasını(daxil olması,
yayılması, metabolizm) öyrənir.
TOKSİKOLOGİYA – tibbin bir bölməsi; zəhərli maddələrin
tərkibini, onların heyvan orqanizminə təsir mexanizmini, yaratdığı pato-
loji prosesləri (zəhərlənmə), müalicə və profilaktika üsullarını öyrənir.
T. fənn kimi müxtəlif mənşəli zəhərlərin (kimyəvi birləşmələrin),
pestisidlərin, radioaktiv maddələrin, qeyri üzvi, bitki və heyvan mənşəli
bakterial toksinlərin və s. öyrənilməsi ilə məşğuldur.
TOKSİKOLOGİYA EKSPERTİZASI – zəhərin orqanizmə tok-
siklik və təhlükəlik dərəcəsini öyrənmək məqsədilə eksperimental
şəraitində qabaqcadan toksikliyinin tədqiqi.
TOKSİNLƏR – fizioloji funksiyaları süstləşdirən, insan və
heyvanların xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki,
yaxud heyvan mənşəli maddələr. Kimyəvi tərkibinə görə bütün T. zülal,
yaxud polipeptidlərdir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli ola-
raq T. orqanizmə düşdükdə orada anticisim yaradır. T. ilan, əqrəb və
hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxil-
dir.Bakteriya mənşəli T. nisbətən geniş yayılmışdır.
TOKSOB ORQANİZMLƏR – bu və ya digər dərəcədə mühitin
toksikliyinə davam gətirən su orqanizmləri. N.S.Stroqanov (1982) onu
Dostları ilə paylaş: |