QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə157/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   153   154   155   156   157   158   159   160   ...   182

 

436 


 

(sezium, yod) xarakterik şüalanma yaratması. 



TƏBİİ RESURS POTENSİALI – təbii nemətlərdən (torpaq, bitki, 

heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə 

edilməsi imkanları (mümkünlüyü) məcmusu. 

TƏBİİ RESURSLAR – cəmiyyətin maddi və  mədəni tələbatını 

yaratmaq (ödəmək) üçün istifadə olunan, bəşəriyyəti  əhatə edən təbii 

mühitin komponentləri. T.r.-ın mühafizəsinin  əsas prinsipi onların 

səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir. 



TƏBİİ RESURSLARIN BƏRPASI  – kompleks tədbirlər həyata 

keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən 

düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin 

bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.). 



TƏBİİ RESURSLARIN COĞRAFİYASI Coğrafiya elminin bir 

hissəsi, ayrı-ayrı  təbii resursların növ və birləşmələrinin yerləşməsi, 

onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını 

tədqiq edir. 



TƏBİİ RESURSLARIN İNVENTARİZASİYASI  – müxtəlif 

statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi 

üzrə  proqramın hazırlanması  məqsədilə  təbii sərvətlərin miqdarının, 

keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu. 



TƏBİİ RESURSLARIN QİYMƏTİ – istehsal dövriyyəsinə qatılan 

faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti. 



TƏBİİ RESURSLARIN SƏMƏRƏLİ  İSTİSMARI  – aşağıdakı 

kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması: 1) təbii 

sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi; 

2) yeni əmələ  gələn təbii (bioloji) resurslardan minimum istifadə; 3) 

təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək; 4) uzunmüddətli 

ekoloji-sosial balansın təmin olunması. 



TƏBİİ RESURSLARIN TƏSNİFATI  – 1) Mənbəyinə  və 

yerləşməsinə görə energetika resursları, atmosfer, qaz resursları, su 

resursları, litosferin resursları, bitki resursları, iqlim resursları; 2) 

Tükənmə sürətinə görə – tez tükənən, tədricən tükənən resurslar; 3) 

Bərpa olunmasına görə  bərpa olunan və  bərpa olunmayan resurslara 

bölünür. 



TƏBİİ RESURSLARIN VƏ 

TƏBİİ 

ŞƏRAİTİN 

XƏRİTƏLƏŞDİRİLMƏSİ – təbii resursların sahəcə təbii yayılmasının  

xəritə üzərinə köçürülməsi (kəmiyyət və keyfiyyət göstəriciləri ilə) və 

təbii şəraitin regional xüsusiyyətlərinin əks olunması. 

TƏBİİ RESURSLARIN TÜKƏNMƏSİ – təbii resursların mümkün 

ehtiyatı və onun təbii sistemdən zərərsiz (təhlükəsiz) çıxarılma norması 




 

437 


 

ilə təbiətin (təbii resursların) məhsuldarlığı və bərpa olunma qabiliyyəti, 

bərpa olunan resursların hasil olunması (çıxarılması) onun təbii bərpa 

olunması tempindən (sürətini) keçməsi nəticəsində uyğunluğun 

pozulması prosesi. T.r.t. hazırki elmi-texniki tərəqqi dövründə müasir 

təbiətdən istifadənin əsas neqativ ekoloji xarakteristikası hesab olunur. 



TƏBİİ RESURSLARIN UÇOTU (HESABA ALINMASI) – təbii 

resursların səmərəli istifadəsi məqsədilə onların kəmiyyət və 

keyfiyyətinin naturada aşkar edilməsi. 

TƏBİİ SEÇMƏ  – canlılar aləmində  təkamül prosesinin əsas 

amillərindən biri. Daima fəaliyyət göstərən T.s.-ni ilk dəfə ingilis alimi 

Ç.Darvin aşkar etmiş  və T.s. nəzəriyyəsini yaratmışdır. T.s. insanın 

iştirakı olmadan təbiətdə yayılmış heyvan və bitki orqanizmlərinin 

əlamət və xüsusiyyətlərində baş verən dəyişikliklərin müəyyən həyat 

şəraitinə uyğunlaşması, uyğunlaşa bilməyənlərin isə  tədricən aradan 

çıxmasıdır. Darvin göstərir ki, hər hansı bir orqanizmin yaşadığı mühit 

şəraiti dəyişərsə, həmin şərait onlarda bu və ya digər istiqamətdə cüzi də 

olsa dəyişkənlik əmələ gətirir. Əgər belə dəyişkənlik yaşamaq uğrunda 

mübarizədə orqanizmin faydasınadırsa və nəsildən-nəslə keçərək davam 

edirsə, onda həmin dəyişkənlik güclənir. Əsrlərlə davam edən bu proses 

nəticəsində  tədricən  əmələ  gələn belə  dəyişkənliklər adi növdən 

fərqlənən növdəyişkənliklərinə, sonra yarımnövə  və  nəhayət, yeni 

növün əmələ gəlməsinə səbəb olur. Yeni əlamət və xüsusiyyətlərə malik 

olan növlər  əlverişsiz mühitə düşdükdə  bəziləri uyğunlaşaraq yaşayır, 

uyğunlaşa bilməyənlər isə  tədricən məhv olur. Növ üçün faydalı olan 

yeni əlamətlərin nəsillər üzrə əmələ gəlməsi, güclənməsi və toplanması 

T.s. yolu ilə həyata keçir. 

Təbiətdə mövcud olan müxtəlif heyvan və bitki növləri yaşamaq 

uğrunda mübarizədə T.s. yolu ilə öz rənglərinə, formalarına və  bəzi 

xüsusiyyətlərinə görə yaşadıqları mühitə o qədər uyğunlaşmışlar ki, çox 

zaman onları  həmin mühitdən seçmək çətin olur. Bəziləri isə  həyatda 

bioloji varlıqlarını təmin etmək üçün öz xarici görünüşlərinə görə başqa 

növə  bənzəyirlər. Beləliklə, Darvin sübut etmişdir ki, süni seçmədən 

fərqli olaraq T.s. yalnız müəyyən həyat  şəraitində növlərdə fayda verə 

biləcək əlamətləri seçib saxlayır. Əgər belə olmazsa, onda həmin növlər 

öz həyatını davam etdirə bilməz və tədricən onların nəsli kəsilər. 

TƏBİİ SƏRVƏTLƏRİN İSTİSMARI NORMASI – elmi cəhətdən 

əsaslanmış  və  rəsmi təsdiq edilmiş T.s.i.n. Məqsədi təbii resursların 

səmərəli istifadəsi və reproduksiyası (bərpası) sayılır. 

TƏBİİ  SİSTEM  – təbii strukturu və törəmələrdən ibarət sistem 

(məs., populyasiya, biogeosenoz, biom, biosfer). 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə