QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə160/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   156   157   158   159   160   161   162   163   ...   182

 

444 


 

oliqo – (zəif), poli – (güclü), və mezo – (orta) T.o. ayırd edir. 



TOLERANTLIQ  (lat. tolerantia - dözümlülük)  Növlərin mühit 

şəraitinə ekoloji valentliyi, adaptasiya olunması. Növlər müxtəlif 

tolerantlıq evribiontlara (geniş amplitudalı tolerantlığa) bölünür. Yalnız 

tolerantlı növlər sabit, xüsusilə klimaks ekosistemlər əmələ gətirir. 



TOPOQRAFİK XƏRİTƏLƏR  –  İri miqyaslı ümumi coğrafi 

xəritələr. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi 

ilə fərqlənir. T.x. icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topo-

qrafik planlara bölünür: Birinci qrupa 1:1000000, 1:500000, ikinci qru-

pa 1:200000, 1:100000 (hamısı kiçik miqyaslı T.x.), 1:500000, 1:25000 

(orta miqyaslı T.x.), 1:10000, 1:5000 (iri miqyaslı T.x.), üçüncü qrupa 

1:2000, 1:1000, 1:500 miqyaslı  xəritələr aid edilir. T.x-in coğrafi 

məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün 

obyektlər qəbul edilmiş  şərti işarələrlə göstərilir. T.x-dən xalq 

təsərrüfatında, elmi işlərdə və hərbi məqsədlə istifadə olunur. 



TOPOQRAFİK PLANALMA – topoqrafik xəritələrin orijinalını 

yaratmaq üçün aparılan kompleks işlər. T.p. yerüstü və aerofototopoqra-

fik üsullarla aparılır. Yerüstü T.p. menzula, taxeometrik və fototeodalit 

planlama üsullarına bölünür. Bu üsullar çox vaxt və  xərc tələb 

etdiyindən, hazırda topoqrafik xəritələr,  əsasən aerofototopoqrafik pla-

nalma ilə yaradılır. 



TOPOQRAFİYA  (yun. topos – yer və qrafiya)  – topoqrafik 

xəritələrin yaradılması üçün aparılan planalma metodlarından bəhs edən 

elm. Müasir T.-nın  əsas metodları aerofotoşəkilçəkmə  və kosmik 

fotoşəkilçəkmədir (kosmik fotoplanalma). 



TOPONİMİKA (yun. topos – yer və onuma - ad) – coğrafi adları 

(toponimləri), onların mənasını, quruluşunu, mənşəyini və yayılma 

arealını öyrənir. Hər bir ərazidəki toponimlərin məcmusu onun 

toponimiyasını  təşkil edir. Azərbaycan toponimiyasının  əsas fondunu 

Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən 

başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və 

monqol  qaydalarının, habelə iber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə 

bağlı toponim layları aşkara çıxarılmışdır. 



TORF – yanar faydalı qazıntı. Bataqlıq şəraitində natamam çürümüş 

bitki qalıqlarının toplanmasından  əmələ  gəlir. Element tərkibinin 50-

60%-ini karbon (C) təşkil edir. Rəngi sarı və ya qarayadək dəyişən qo-

nur olur. Torfa tünd rəng verən çürüntüdür. T. üçün təbii yatımda 

yüksək (88-96%) rütubətlilik səciyyəvidir. Yanarkən 2650-3120 kkal/kq 

istilik verir. Yanacaq, kübrə və material kimi istifadə olunur. 



TORPAQ – Yer kürəsinin quru hisəsində bitkilərin məhsuldarlığını 


 

445 


 

təmin etmək qabiliyyətinə malik olan üst kövrək münbit qatıdır. 

V.V.Dokuçayev torpağı fiziki-coğrafi mühitin və orqanizmlərin dağ 

süxurlarına birgə  təsiri nəticəsində formalaşaraq yer qabığının üst 

yumşaq qatını  əmələ  gətirən xüsusi təbii cisim kimi təyin edir. Dağ 

(ana) süxurun üst horizontları orqanizmlərin, bitki örtüyünün atmosferin 

və hidrosferin uzunmüddətli dərin təsirinə  məruz qalaraq torpağı dağ 

süxurundan fərqləndirən başlıca cəhət onun münbitliyidir. 



TORPAQ COĞRAFİYASI – torpaqşünaslığın bölməsi: torpaqların 

coğrafi yayılmasının qanunauyğunluqlarını öyrənir. Ümumi və regional 

T.c.-na ayrılır. Ümumi T.c. torpaqəmələgətirən amilləri və torpaqların 

coğrafi yayılmasının ümumi qanunauyğunluqlarını öyrənir. Regional 

T.c. torpaq rayonlaşdırılması ilə  əlaqədar məsələlərin həlli və ayrı-ayrı 

sahələrin torpaq örtüyünün təsviri ilə məşğuldur. 



TORPAQ FONDU – müəyyən ölkənin bütün torpaqlarının 

məcmusu. 



TORPAQ FONDUNUN MÜLKİYYƏT NÖVLƏRİ – hər bir 

dövlətin vahid torpaq fondunu onun hüdudları daxilində olan torpaqlar 

təşkil edir. Azərbaycanda torpaq islahatı zamanı respublikanın vahid 

torpaq fondu dövlət mülkiyətində saxlanılan (dövlət torpaqları), 

bələdiyyə mülkiyyətinə verilən (bələdiyyə torpaqları) və xüsusi 

mülkiyyətə verilən torpaqlara ayrılmışdır. Relyef, iqlim şəraitinin və 

bitki örtüyünün müxtəlifliyi respublikamızın vahid torpaq fondunu 

təşkil edən torpaqların müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və 

şorakətləşməyə uğramasını şərtləndirən səbəblərdəndir. (cədvəl 1, 2, 3) 

Dövlət torpaqları – Azərbaycan respublikasının vahid torpaq fon-

dunun 4.925.197 ha-ı dövlət mülkiyyətində saxlanılmışdır. Bura dövlət 

hakimiyyəti orqanlarının və dövlət obyektlərinin yerləşdiyi torpaqlar; 

yay, qış otaqları  və meşə fondu torpaqları, su fondu torpaqları, xüsusi 

mühafizə olunan ərazilərin torpaqları, daxildir. Bundan başqa elmi-

tədqiqat və  tədris müəssisələrinin, eləcə  də dövlət müəssisə, idarə  və 

təşkilatlarının daimi istifadəsində olan, həmçinin dövlət ehtiyat fondu 

torpaqları da bura aid edilir. 



Bələdiyyə torpaqları – B.t.-na respublikanın vahid torpaq fondunun 

2,054.293 hektarı  bələdiyyə mülkiyyətinə verilmişdir. Bura ümumi 

istifadə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan tor-

paqlar və ehtiyat fondu torpaqları daxildir. B.t.-na həmçinin şəhərlərin

qəsəbələrin və kənd yaşayış  məntəqələrinin torpaqları və əhalinin mal-

qara üçün istifadə etdikləri örüş sahələrinin torpaqları aiddir. 



Xüsusi mülkiyyətdəki torpaqlar – X.m.t.-rı 1.662.016-ha təşkil 

edir. Bura vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə