QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə162/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   158   159   160   161   162   163   164   165   ...   182

 

449 


 

dağ-meşə, qəhvəyi dağ-meşə, qara, dağ  şabalıdı, boz-qonur, boz və s. 

T.t. var. 

Azərbaycanın torpaq örtüyünün tərkibi  

(torpaq tipinə görə) 

 

№ Torpaqlar 

 

Sahə 


Min ha 

1 Dağ-çəmən 559,3 



6,5 

2 Qonur 


dağ-meşə 416,5 

4,8 


3 Qəhvəyi dağ-meşə 1212,0 

14,0 


4 Dağ qaratorpaq 

76,2 


0,9 

Şabalıdı (boz-qəhvəyi) 2200,6 



25,5 

6 Sarı 157,1 

1,8 

7 Boz 


və boz-qonur 

2493,2 


28,9 

8 Çəmən 1050,8 

12,2 



Şoranlar və b. torpaqlar 



475,9 

5,5 


Respublika üzrə cəmi: 

8641,5 100 



 

TORPAQ-YER RESURSLARI – bütün kənd təsərrüfatı sahələri və 

istifadə formasından asılı olmayaraq bütün torpaq örtüyü resursları. 



TORPAQ ZOOLOGİYASI  – torpaqda yaşayan heyvan 

orqanizmlərini öyrənən elm. Heyvanların (10 tipinin) həyatı torpaqla sıx 

əlaqədardır. Onların  əksəriyyətini onurğasızlar təmsil edir. Onurğalı 

heyvanlardan ayaqsız amfibiyalar, sürünənlər və  bəzi məməli heyvan 

növləri (gəmiricilər və s.) torpaqla daha çox əlaqədardır. Torpaq 

orqanizmlərindən soxulcanlar, məryəmqurdlar, çoxayaqlılar və s. tam 

mənada saprofaq olub, torpağın bərpasında böyük rol oynayırlar. 

Torpaqda küllü miqdarda yırtıcı  və  zərərli heyvan növləri yaşayır və 

fəaliyyət göstərir. 

TORPAĞIN AERASİYASI  – Torpağın saxlaya bildiyi havanın 

miqdarı (faizlə) və onun atmosfer ilə mübadiləsi. Torpağın hava keçirmə 

qabiliyyətindən və nəmliyindən asılıdır. Torpaq havasının əsas elementi 

atmosferdən daxil olan oksigendir. O, köklərin, torpaq heyvanat 

aləminin və aerob mikroorqanizmlərinin tənəffüsünü təmin edir. 

TORPAĞIN BƏRPASI  – 1) insan fəaliyyəti və ya təbii fəlakət 

nəticəsində pozulmuş torpaq sahələrinin  əvvəlki münbitliyini bərpa 

etmək; 2) «Atılmış»” (istifadədən çıxmış) torpaq sahələrindən təkrar 

istifadə edilməsi. 



TORPAĞIN BİOLOJİ AKTİVLİYİ 

– torpaqda 

mikroorqanizmlərin (azot fiksəsi, ammonium fiksəsi, denitrifikasiya, 



 

450 


 

nitrifikasiya) və ya torpaq orqanizmləri, həmçinin bitkilərin kök sistemi 

tərəfindən torpağa buraxılan fermentlərin təsiri ilə gedən proses. 

TORPAĞIN BONİTETLƏŞDİRİLMƏSİ – ən mühüm aqronomik 

xassələrinə görə torpaqların müqayisəli qiymətləndirilməsi. T.b. onun 

münbitliyini, yəni keyyfiyətini ballarla ifadə edən kəmiyyət 

göstəricisidir. Torpaqdakı proseslər və keyfiyyət dəyişilmələri yalnız 

onun xassələrini dəqiq öyrənməklə müəyyən edilir. T.b. torpaqların 

iqtisadi qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, meliorasiya və s. 

üçün zəruridir. 

TORPAĞIN BUFERLİYİ (ing. buffer – təkanı zəiflətmək) – Turşu 

və qələvilərin təsiri nəticəsində torpağın (və torpaq məhlulunun) mühit 

reaksiyasını az və ya çox saxlamaq qabiliyyəti. Belə ki, zəif podzol 

torpaqların turşuya münasibətinə görə buferliyi 2-3, qaratorpaqlarınkı 

10-a bərabərdir. T.b. ekosistemin mühüm göstəricilərindən biridir. 

TORPAĞIN ÇİRKLƏNMƏSİ  – Torpaq müxtəlif çirklənmə 

formasına məruz qala bilir: radioaktiv, mikrob, pestisid, neft və s. 

T.ç. torpaqəmələgəlmə prosesinin gedişini dəyişir (çox vaxt onu 

dayandırır), məhsuldarlığı  aşağı salır, bitkidə çirkləndiricilər bitkidən 

bilavasitə və ya vasitə ilə (bitki və ya heyvan qida maddələri vasitəsilə) 

insan orqanizminə daxil olur. Nəhayət, T.ç. torpağın xəstəliklərdən və 

digər arzu olunmayan mikroorqanizmlərdən özünü təmizlənməsini 

zəiflədən xəstəlik və mikrobioloji çirklənmə qorxusu yaradır. Məs. 

çirklənməməiş torpaqda qanlı ishal və yatalaq xəstəliklərinin törədiciləri 

2-3 sutka, zəif çirklənmiş torpaqda isə qanlı ishal törədiciləri bir neçə 

ay, tifin törədiciləri isə il yarıma qədər qala bilir. T.ç. bəzən geniş 

əraziləri tuta bilir. Məs. 1980-ci ildə keçmiş SSRİ  ərazisində 

pestisidlərlə çirklənmiş torpaqların sahəsi 40 mln. ha olmuşdur (Əkin 

sahəsinin 1/6-i). 



TORPAĞIN DEQREDASİYASI  (lat. deqratatio – enmə, aşağı 

düşmə) – Təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün 

aparılmayan aqrotexnika, çirklənmə  və s.) təsiri nəticəsində torpağın 

xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq 

strukturunun pozulması və münbitliyinin aşağı düşməsi ilə nəticələnir. 



TORPAĞIN DUZLAŞMASI (ŞORLAŞMASI)  Torpaqda suda 

həll olan duzların yığılaraq  şoran və  şorakət torpaqların  əmələ  gəlmə 

prosesi. T.d. ilkin və sonradan ola bilər. İlkin düzlaşma qrunt sularının 

buxarlanması, ana süxurun duzluluğu və ya eol (küləklə sovrulma), 

biogen və digər amillərin təsirilə torpaqda duzların təbii olaraq 

toplanması  nəticəsində baş verir. Sonradan T.d. su rejiminin süni 

dəyişdirilməsi, məs. düzgün suvarılma aparılmadıqda baş verir. T.d. 



 

451 


 

xloridli, sulfat-xloridli, sulfatlı, sodalı ola bilər. 



TORPAĞIN EROZİYASI  – Meylli sahələrdə (yamaclarda) suyun 

torpağı  və onun ayrı-ayrı hissələrini yuması  nəticəsində torpaq örtüyü 

bütövlüyünün pozulması və dağılması. Bax. eroziya. 

TORPAĞIN ƏHƏNGLƏNMƏSİ – Turşuluğu çox olan torpaqlara 

sönməmiş əhəng CaO verərək turşuluğunu azaltmaq. 



TORPAĞIN FLORASI VƏ FAUNASI – Torpaqda yaşayan bitki, 

göbələk, külli miqdarda göy-yaşıl, yaşıl, sarı-yaşıl yosunlar məskunlaşır 

(2000 növdən artıq). Onlar həm torpağın səthində, həm də üst qatlarında 

yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə 

zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə havadan azotu fiksə 

edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər, bakteriya və 

aktinomisetlər inkişaf edir (xüsusilə meşə torpağında). 

Torpaq fauna ilə  də xeyli zəngindir. Burada heyvanların bir hissəsi 

kapilyar və pərdə rütubətə uyğunlaşır (protozon və nematodun çox kiçik 

növləri). Burada buğumayaqlılardan gənələr və s. də yaşayır. Bu iki 

qrup faunanın miqdarı 1 sm

3

 torpaqda minlərlədir. Torpaqda həm də 



xeyli iri onurğasızlar da – yağış soxulcanı, çoxayaqlılar, cücülərin sür-

fələri, həmçinin yereşən onurğalılar – köstəbək, kor siçan, marmot 

yaşayır. 

Torpaqdakı bütün bitkilər və heyvanlar (xüsusilə bakteriyalar, 

aktinomisetlər və yosunlar, nano-mikro və mezofauna) ekosistemin mü-

hüm hissəsi olub torpaqəmələgəlmə prosesində böyük rol oynayır. 



TORPAĞIN GENETİK HORİZONTLARI  – torpaqəmələgəlmə 

prosesində ayrılan və torpaq səthinə müəyyən dərəcədə paralel yerləşən, 

nisbətən oxşar torpaq qatları. Bir-birindən və ana süxurdan rənginə, 

strukturuna, quruluşuna, tərkibinə  və digər  əlamətlərinə görə seçilir. 

T.g.h.-nın birliyi torpaq profilini əmələ gətirir. 

TORPAĞIN GİPSLƏNMƏSİ  – udulmuş natriumu kaliumla əvəz 

etmək məqsədilə torpağa gips verilməsi;  şorakət və  şorakətləşmiş 

torpaqların fiziki-kimyəvi xasələrini yaxşılaşdırır. T.g. meliorasiyanın 

bir forması sayılır. 



TORPAĞIN GÜCDƏN DÜŞMƏSİ , torpağın yorulması – 

Torpağın tərkibinin, torpaqda mikroorqanizmlərin (göbələk, bakteriya) 

miqdarının, mikroelementlərin və bəzi makroelementlərin ehtiyatının bu 

və ya digər dərəcədə  kəskin pozulması  və  kənd təsərrüfatı bitkilərinin 

məhsuldarlığının azalması. T.g.d.-nin əsas səbəbləri eyni sahədə uzun 

müddət eyni kənd təsərrüfatı bitkisinin becərilməsi, torpaqda 

xəstəliktörədən mikroorqanizmlərin toplanması, zərərli cücü və 

alaqların inkişafı  və s.-dir. Qarşısını almaq üçün növbəli  əkinə riayət 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə