QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə159/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   155   156   157   158   159   160   161   162   ...   182

 

441 


 

qidasında istifadə edilən və müalicə  əhəmiyyətli tərəvəz bitkilərinin 

becərilməsi ilə məşğul olur. Bostançılıqda – bostan bitkilərinin (qarpız, 

yemiş, qabaq) yetişdirilməsi T.-ə aiddir. Açıq qruntda 50-dən çox 

tərəvəz (kələm, pomidor, xiyar, soğan, yerkökü, çuğundur) və həmçinin 

ədviyyat bitkiləri (tərxun, keşniş, reyhan, kəvər, nanə  və s.), örtülü 

qruntda isə xiyar, pomidor, gülkələm, kahı və s. əkilir. Tərəvəz istehsalı 

respublikanın 4 iqlim iqtisadi zonasında – Lənkəran-Astara, Quba-

Xaçmaz, Abşeron və Gəncə-Qazax zonalarında mərkəzləşdirilmişdir. 2) 

Tərəvəz bitkilərinin biologiyasını  və becərmə üsullarını öyrənən elm 

sahəsi. 

TƏSADÜFƏN GƏTİRİLƏN ORQANİZMLƏR – yerli ekosistem 

üçün qəsdən gətirilməyən yad heyvan və bitkilər. T.g.o. bitki və heyvan 

orqanizmləri üçün bəzən pozitiv, neytral, çox hallarda isə kəskin neqativ 

nəticələr törədir. Belə ki, T.g.o. bir regiondan digərinə bütün yer 

üzərində birə, gənə, siçovul, ağcaqanad, tarakan, bir çox alaqların 

yayılmasına səbəb olur. 



TƏSADÜFİ QİDA – heyvanların bəzi halda az miqdarda yediyi qi-

da. 


TƏSADÜFİ YAYILMA –populyasiya daxilində  fərdlər arasındakı 

məsafə  bərabər olur. Fərdlər nizamsız (qarışıq) paylanır. Təbiətdə T.y. 

nadir halda olur. 

TƏSƏRRÜFAT SAHƏSİ – insanın təsərrüfat məqsədilə istifadə et-

diyi hər hansı ərazi və ya akvatoriyanın bir hissəsi. 



TİBBİ COĞRAFİYA  – coğrafiyanın və tibb elmlərinin  şöbəsi. 

Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin  əhalinin sağlamlığına necə 

təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində 

yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan 

ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiyası. T.c.-nın 

mühüm bir şöbəsidir. 



TİBBİ EKOLOGİYA  –  əsasən  əhalinin təbii-antropogen mühitə 

morfo-fizioloji və genetik adaptasiya formaları  məsələlərini işləyib 

hazırlayır. Bax: insan ekologiyası. 

TİBBİ  İQLİMŞÜNASLIQ  – coğrafiya və tibb elmi qovuşuğunda 

olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim 

parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və 

yayılmasını öyrənir. 



TİFOFİTLƏR (yun. tiphos - bataqlıq) – bataqlıq və göllər üçün xa-

rakterik bitkilər. 



TİKİNTİ EROZİYASI – tikinti işləri aparılarkən torpağın üst 

qatının dağılması və yuyulması. T.e.-nın qarşısının alınması üçün əsasən 




 

442 


 

mühəndis tədbirləri görülür. 



TİOFİLLƏR  (yun. thaion - kükürd) – hidrogen-sulfid və ya digər 

kükürd birləşmələri ilə zəngin olan mühiti üstün tutan bakteriyalar. 



TİP, BİOLOGİYADA  – taksonomik kateqoriya. T. sistematika ilə 

əlaqədardır; zooloqlar onu «aləm»”-dən sonra ən ali taksonomik kateqo-

riya hesab edirlər. Botanika və bakteriologiyada T. əvəzinə  «şöbə»” 

işlədilir. T.taksonun özəyi və  əsasıdır, obyektivdir dəyişmir, lakin tak-

sonun hüdudları subyektiv və  dəyişkəndir. Hər taksonun özünün T.-i 

var. 


TOXUM FONDU – Kənd təsərrüfatı və meşə təsərrüfatı bitkilərinin 

səpin üçün ehtiyatı. T.f.-na toxumluq əkinlər üçün rayonlaşdırılmış 

sortların ən yaxşı, seçmə toxum materialının ayrılması, kənd təsərrüfatı 

bitkiləri yığımının başlanğıcında bir aydan gec olmayaraq qurtarır. T.f.-

nun miqdarını  və  səpin normasını  səpin planına  əsasən təsərrüfat özü 

müəyyən edir. T.f. quru, təmiz və  zərərsizləşdirilmiş yerdə saxlanılır. 

Onun vəziyyətinə və istifadə olunmasına ciddi nəzarət edilir. 

TOXUM NƏZARƏTİ  – kənd təsərrüfatı bitkilərinin istehsalı, 

tədarükü, saxlanması  və  səpinə hazırlanması prosesində onların 

toxumlarının keyfiyyətinə nəzarət sistemi tədbirləri. T.n. toxumçuluğun 

ən  əsas hissəsidir. T.n. əkin sahələrini, kondisiyalı toxum materialı ilə 

təmin edir, Dövlət toxum inspeksiyası toxumun təmizliyini, 

cücərməsini, həyat qabiliyyətini, yoluxma dərəcəsini, 1000 dənin 

çəkisini və nəmliyini yoxlayır. 

TOXUMÇULUQ  – bitkiçilik sahəsi; sortdəyişmə  və sort 

təzələnmənin yerinə yetirilməsi üçün rayonlaşdırılmış sortların 

toxumlarının kütləvi surətdə çoxaldılması ilə  məşğul olur.T. bilavasitə 

seleksiya ilə əlaqədardır və onun nəzəri əsasıdır. 



TOXUMDAN YARANAN AĞACLIQ (meşəlik)  – toxumdan 

əmələ gəlmiş ağaclardan ibarət meşəlik. 



TOXUMŞÜNASLIQ  – toxumlardan bəhs edən elm; ana bitkidə 

yumurta hüceyrənin mayalandığı vaxtdan başlayaraq həmin toxumlar-

dan yeni bitki əmələ  gələnə  qədər olan dövrdə toxumların həyatı  və 

inkişafını öyrənir. 



TOXUMUN CÜCƏRMƏ FAİZİ  – toxumun cücərti mərhələsinə 

keçmək qabiliyyəti. Toxumun yaşından və xarici mühit şəraitindən 

(temperatur, torpağın nəmliyi) asılı olaraq cücərən toxumların faizi ilə 

ifadə olunur. 



TOKSİFİKASİYA – pestisidlərin parçalanması (bioloji və ya fiziki-

kimyəvi) nəticəsində əmələ gələn maddələrin zəhərliyinin artması. 



TOKSİK DOZA – zəhərli maddənin (agentin) minimal miqdarının 


 

443 


 

təsirinə orqanizmin gözə çarpacaq dərəcədə (aydın) zəhərlənməsi. 



TOKSİK DUMAN – qazşəkilli çirkləndiricilərlə (əsasən kükürd an-

hidridi) toz hissəcikəri və duman damlalarının qarışığı. 



TOKSİKANT  (yun. taxikan - zəhər)  – sağlamlıq üçün zəhərli, 

zərərli maddə. 



TOKSİKANTIN SABİTLİYİ zəhərləyici maddənin suda, torpaq-

da davamlığı. Təkrar verildikdə  zəhər toplanır və öz zəhərliliyini 

müəyyən müddət saxlayır. Belə ki, pestisidlərdən ətraf mühit (su) üçün 

üzvi xlor birləşmələri daha sabit qalır. 



TOKSİKLİK – maddənin və ya orqanizmin digər orqanizmə zərərli 

təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su 

toksikologiyasında 2T. ayırd edilir. Su mühitinin təbii proseslərlə 

(mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni T. 

– insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, 

qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, 

atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi. 

TOKSİKODİNAMİKA  – zəhərlə  zəhərlənmənin dinamikası; 

zəhərlənmə prosesi, onun inkişafı. Termin əsasən sənaye 

toksikologiyasında istifadə olunur. 

TOKSİKOKİNETİKA  – toksikologiyanın bölməsi: Zəhərin təsir 

sürəti və mexanizmi, zəhərin orqanizmdə miqrasiyasını(daxil olması, 

yayılması, metabolizm) öyrənir. 

TOKSİKOLOGİYA  – tibbin bir bölməsi; zəhərli maddələrin 

tərkibini, onların heyvan orqanizminə təsir mexanizmini, yaratdığı pato-

loji prosesləri (zəhərlənmə), müalicə  və profilaktika üsullarını öyrənir. 

T. fənn kimi müxtəlif mənşəli zəhərlərin (kimyəvi birləşmələrin), 

pestisidlərin, radioaktiv maddələrin, qeyri üzvi, bitki və heyvan mənşəli 

bakterial toksinlərin və s. öyrənilməsi ilə məşğuldur. 



TOKSİKOLOGİYA EKSPERTİZASI  – zəhərin orqanizmə tok-

siklik və  təhlükəlik dərəcəsini öyrənmək məqsədilə eksperimental 

şəraitində qabaqcadan toksikliyinin tədqiqi. 

TOKSİNLƏR  – fizioloji funksiyaları süstləşdirən, insan və 

heyvanların xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, 

yaxud heyvan mənşəli maddələr. Kimyəvi tərkibinə görə bütün T. zülal, 

yaxud polipeptidlərdir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli ola-

raq T. orqanizmə düşdükdə orada anticisim yaradır. T. ilan, əqrəb və 

hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxil-

dir.Bakteriya mənşəli T. nisbətən geniş yayılmışdır. 

TOKSOB ORQANİZMLƏR  – bu və ya digər dərəcədə mühitin 

toksikliyinə davam gətirən su orqanizmləri. N.S.Stroqanov (1982) onu 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə