QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə154/182
tarix20.10.2017
ölçüsü3,76 Mb.
#5996
1   ...   150   151   152   153   154   155   156   157   ...   182

 

427 


 

hal çirkləndiricilərin şaquli diffuziyasını pozur, çirklənmiş hava (alt qat) 

yuxarı isti qat tərəfindən sıxılır, bu zaman smoq təhlükəsi baş verir. 

TEMPERATUR STRATİFİKASİYASI  su hövzələrində 

müxtəlif temperaturlu su kütlələrinin laylığı (qat-qat yerləşməsi). 



TENZİDLƏR – (sintetik, səthi aktiv maddələr) – iki mühitin 

arasında toplanmış kimyəvi maddələr. (məs. su və hava arasında). 



TERATOGENLƏR – orqanizmə  təsir etdikdə teratogenoz 

eybəcərlik və başqa inkişaf anomaliyası törədir. 



TERATOLOGİYA (yun. teras - eybəcər) – morfogenezin anormal 

inkişafı və quruluşu, qismən eybəcərliyi və pozulmanı öyrənən fənn (an-

tropogen mənşəli toksik maddələrin təsiri ilə). 

TERİOFAUNA – məməlilər faunası. 

TERİOLOGİYA  (yun. therion - heyvan)  – zoologiyanın 

məməliləri tədqiq edən sahəsi. 



TERMAL BİTKİ ÖRTÜYÜ – isti temperaturlu bulaqların və 

sahillərin bitki örtüyü. T.b.ö.-nün tərkibinə yosunlar, aktinomisetlər, 

göbələklər, bəzi ayıdöşəyilər və çiçəkli bitkilər daxildir. 

TERMAL SULAR – Yer qabığının 20

°C və daha yüksək tempera-

turlu yeraltı suları.  İsti bulaqlar, qeyzer və buxar şırnaqları  şəklində 

təzahür edir: kimyəvi və qaz tərkibi, minerallaşması müxtəlif olur. T.s.-

dan qədimdən müalicə məqsədi ilə istifadə edilmişdir. T.s. Azərbaycan 

Respublikasında Kəlbəcər, Astara, Lənkəran, Masallı, Dəvəçi, Quba 

rayonlarında və Abşeron yarımadasında var. 

TERMİK AMİL (temperatur amili) – mühitin temperaturu ilə 

bağlı təsir göstərən amil. 



TERMİTLƏR  (Isoptera) – həşərat dəstəsi. Tarakanlara və 

dəvədəlləyilərə yaxındır. T. yuvalarda bir neçə yüz milyon fərdə qədər 

«ailə» halında yaşayırlar. T.-in əsas qida mənbəyi oduncaqdır. Bəziləri 

yalnız kif göbələkləri ilə qidalanır. Dünyada 6 fəsiləyə aid 2600, 

Azərbaycanda iki növü yaşayır. 

TERMİTOFAQLAR  – termitlərlə qidalanan heyvanlar (quşlar, 

qarışqayeyənlər və s.). 



TERMOBİONTLAR  – isti qaynaqlarda (90-100

°) daim yaşayan 

orqanizmlər (məs. bəzi diatom və göy-yaşıl yosunlar-isti qaynaqlarda, 

50-85


°temperaturda, bəzi bakteriyalar 95-100° temperaturda). 

TERMOBİOTOP – bəzi bakteriya və yosunların  yaşadığı isti qay-

naqlar (95-100

°). 

TERMOFİLLƏR, TERMOFİL ORQANİZMLƏR  – 45

°C-dən 


yuxarı temperaturda yaşayan orqanizmlər (əksər orqanizmlər üçün məhv 

olma temperatur). T. isti bulaqlarda, termal sularda, torpağın üst qatında, 




 

428 


 

torfda, peyində yaşayır. Bəzi aktinomisetlər, göbələklər, yosunlar, bəzi 

ayıdöşəyikimilər. 

TERMOFİTLƏR – İstilik sevən bitkilər. 

TERMOKRENOFİLLƏR  – isti qaynaqlarda yaşayan orqanizmlər 

(bəzi bakteriyalar, ibtidailər, malyusklar və s.). 



TERMOGEN  MİKROORQANİZMLƏR  – qıcqırma prosesində 

iştirak edən mikroorqanizmlər: bu zaman üzvi substratın oksidləşməsi 

gedir və çoxlu miqdarda istilik ayrılır. 

TERMOGEN BAKTERİYALAR  – böyümə  və  fəaliyyəti 

prosesində özündən  ətraf mühitə xeyli istilik (+70-80

°C-dək) ayıran 

bakteriyalar. T.b.-a yüksək temperaturda inkişaf edən bakteriyalar aid-

dir. Üzvi maddələrlə zəngin olan torf, meşə döşənəyi, peyin və quru ot-

da çoxalır, onların populyasiyalarının  ən intensiv böyüməsi 50

°C-dən 

yüksək temperaturda gedir. T.b. öz mühitinin yanmasına özü «səbəbkar»” 



ola bilər. 

TERMOMETR – mühitlə bilavasitə təmasda olduğu yerin (sahənin) 

temperaturunu ölçmək üçün cihaz. T.-lər XVI – əsrin sonu, XVII əsrin 

əvvəlində meydana gəlmişdir. Məqsədlərinə görə müxtəlif termometrlər 

– maye, qaz, termoelektrik və bir çox b. mövcuddur. 



TERMONASTİYA  –temperaturun təsiri altında bitkinin hərəkəti. 

Məs. lalənin və zəfəranın çiçəyi temperatur aşağı olduqda qapanır, tem-

peratur çoxaldıqda-açılır: yoncanın yarpaqları hava isti olduqda bir-

birinə yaxınlaşaraq (sıxılaraq) aşağı sallanır, sərin vaxtda isə yarpaqlar 

düzələrək normal vəziyyət alır. T. bitkinin ətraf mühitin temperuturunun 

dəyişməsinə qarşı adaptiv reaksiyası sayılır. 



TERMOSFER –Yer səthindən 80 km-dən 800 km arasında atmosfe-

rin çox seyrək qatı, 200-300 km-ə qədər temperaturun kəskin qalxması 

ilə səciyyələnir (1500

°-yə qədər). 



TERMOTAKSİS – heyvanların (infuzorlar, həşəratlar və s.) optimal 

temperatur zonasına doğru istiqamətlənmiş (səmtlənmiş) hərəkəti. 



TERMOTERAPİYA,  İSTİLİK MÜALİCƏSİ  – Fizioterapevtik 

müalicə üsulu; orqanizmə istilik təsiri göstərən müxtəlif fiziki 

vasitələrin müalicə  məqsədi ilə titbiqi. Ev şəraitində su və elektrik 

isidicilərindən, habelə isidici kompreslərdən, təpitmələrdən istifadə edi-

lir. Tibb müəssisələrində T. parafin, torf, müalicə palçıqları, ezokeriq, 

isti qum, yerli və ümumi vannalar, eyni zamanda günəş şüaları, müxtəlif 

elektrik və s. vasitələrlə həyata keçirilir. 

TERMOTROPİZM – bitki orqanlarının (gövdə, budaq, yarpaq) is-

tilik mənbəyinə (müsbət T) və ya əksinə (mənfi T) doğru əyilməsi. 



TEROFİTLƏR (yun. theros - yay) – birillik bitkilər. 


 

429 


 

TERRAS  (frans. terrasse)  – Yamaclarda pillə-pillə yerləşən, səthi 

üfiqi və ya bir qədər meylli olan relyef forması. T. əsasən suyun eroziya, 

abraziya və akkumlyativ fəaliyyəti nəticəsində  əmələ  gəlir. T.-lar 

mənşəyinə görə struktur və akkumlyativ T.-lara bölünür. 

Dağ yamaclarında torpaq eroziyasının qarşısını almaq məqsədilə 

buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terras-

lar düzlədilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar

Siyəzən, Dəvəçi,  Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş  və 

orada badam, püstə, eldar şamı və digər ağac cinslərindən bağlar, meşə 

bağlar salınmışdır. 

Daşkəsən, Kəlbəcər, Laçın və b. rayonlarda keçmişdə uzun dövr eyni 

istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə «tax-

talar»”) yaranmışdır. Hazırda bu terrasların «taxta»” hissəsindən taxıl 

əkini, biçənək kimi istifadə edilir. Meylli hissəsində isə çox yerdə təbii 

olaraq ağac və kollardan meşəliklər yaranmışdır. 

 

 

Dağətəyi zonada yamacda süni yaradılmış terras 

 

TERREKTORLAR  – torpağın səthində biosenozda dominantlıq 

edən növlər (mamırlar, şibyələr). 



TEST OBYEKTİ (ing. test – təcrübə, sınaq) –təsir dərəcəsinə görə 

mühitin keyfiyyəti üzrə fikir toksikatının qatılığı ilə ifadə olunur. 



TEST PERSONU – ekosistemin iki fraqmentində növün ayrılıqda 

növ tərkibi və sayının nisbətinin təyini metodu. 



TEST SAHƏSİ  – landşaft komponentlərinin  əsas xassələrini


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə