57
mikrotəkamül planında, həm də mühitin cari şəraitinə gündəlik uyğunlaşmasında (Ç.Çauze, 1947, S.S.Şvars,
1972) sərfəlidir.
Populyasiyanın heteroziqotluq dərəcəsini yüksək səviyyədə saxlamaq mühüm ekoloji məsələ (vəzifə)
hesab olunur. Bu, mühitin tərəddüd etdiyi şəraitdə populyasiya sistemini təmin edən ekoloji prosesdir.
58
IV FƏSİL
BİOSENOZLAR (BİOTİK QRUPLAŞMALAR)
Biotop daxilində yayılmış, bütün canlılar - müxtəlif növlər və hər bir növü təşkil edən fərdlərin təbii qrupları
biosenozları əmələ gətirir. Biosenoz – quru və su hövzəsinin müəyyən, nisbətən eyni (oxşar) sahəsi-
ni tutan (orada yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki,
heyvan və mikroorqanizmlərin məcmusudur. Bioloji dövranda iştirakına görə biosenozda əsas üç orqa-
nizmlər qrupu ayırırlar: 1) Avtotrof orqanizmlər (produsentlər) – qeyri üzvi maddədən üzvi maddə əmələ gə-
tirir. 2) Heterotrof orqanizmlər (konsumentlər) hazır üzvi maddələrlə qidalanan orqanizmlərdir. Bura insan
və heyvanlar, həmçinin bəzi bitkilər (göbələklər, bir çox parazit və saprofit örtülü toumlular) və mikroorqa-
nizmlər aid edilir. 3) redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər aiddir. Bu orqa-
nizmlər öz həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə bir-
ləşmələrə (So
2
, N
2
, O
2
, N
3
, və s.) çevirir. (minerallaşdırır)
Beləliklə, biosenoz və biotop bir-birinə təsir göstərən iki ayrılmaz element olub ekosistem adlanan bu və ya
digər dərəcədə dayanıqlı sistem əmələ gətirir.
ekosistem=biotop+biosenoz
Bəzi tədqiqatçılara görə ekosistem istənilən uzunluqda və ölçüdə (böyüklükdə) ola bilər. Bu baxımdan ay-
rılır;
-
mikroekosistemlər, məs. meşədəki tək çürümüş kötük, ağac üzərindəki şibyə yastığı;
-
mezoekosistemlər, məs. meşə, çəmən, səhra;
-
makroekosistemlər, məs. okean.
Ekosistem biosferin elementar funksional vahididir. Onun strukturuna adətən üç planda baxılır: 1) kompo-
nent (populyasiya və ya növ) tərkibi və müxtəlif növ populyasiyalarının, həyati formaların (biomorf) və başqa
struktur elementlərin nisbəti; 2) ayrı-ayrı elementlərin ərazidə yayılması; 3) Bütün əlaqələrin, ilk növbədə qida
zənciri və tsikllərin, trofik, forik və digər əlaqələrin məcmusu.
Bəzi tədqiqatçılar (Y.Odum 1975) ekosistemə və biogeosenoza eyni kateqoriya kimi baxır. Digərlərinə
(məs. V.N. Sukaçev 1942) görə onlar arasında oxşarlıq vardır, lakin identik (eyni) deyildir. V.N. Sukaçeva (
1940, 1942) görə biogeosenoz yer səthinin oxşar canlı (bitki örtüyü, heyvanat aləmi, mikroorqanizmlər) kom-
ponentlərinin və təbii şərait, geoloji quruluş və s. onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksidir. Demə-
li, biogeosenozun bağlılıq faktorları - substraktın təbiəti, relyef tipi və torpaq sayılır, yəni biogeosenoz Sukaçe-
va görə xoroloji (fiziki-coğrafi) xarakter daşıyır. Ekosistemə, əsasən ərazicə deyil, trofik mövqeyindən baxılır.
Beləliklə, biogeosenoz və ekosistemin nisbətini belə təsəvvür etmək olar: biogeosenoz fitosenozun sərhədi da-
xilində ekosistemdir. Daha dürüstü, ekosistem və biogeosenoz kateqoriyaları bitki qruplaşması səviyyəsində
bir-birinə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar.
Şəkil 4.1. Ekosistemdə maddələrin bioloji dövranı (sadə sxem)
59
Ekosistemlərin əksəriyyəti uzun təkamül gedişində (inkişafında) təşəkkül tapmışlar və növlərin ətraf mühütə
uyğunlaşması nəticəsidir. Ekosistemlər özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin dəyişməsi-
nin və populyasiyanın sıxlığının kəsgin tərəddüdünün qarşısını almaq qabiliyyətinə malikdir.
4.1. Biosenozun strukturu
Biosenozun strukturu çoxplanlı olub onun öyrənilməsində müxtləif aspektlər ayrılır.
4.1.1. Biosenozun növ strukturu
Biosenozun növ strukturu bir sıra faktorlardan asılı olaraq növlərin müxtəlifliyi və kəmiyyətcə nisbəti ilə
xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrinin çatışmazlığı hesab
olunur. Kasıb və zəngin növlü biosenozlar ayırırlar. Qütb arktik səhralarında və şimal tundrada istiliyin son
dərəcə defisitliyi şəraitində, susuz isti səhralarda, çirkab suları ilə çirklənmiş su hövzələrində, bir və ya bir neçə
mühit faktorunun həyat səviyyəsi üçün orta optimal səviyyədən kənara çıxması (sapması) ilə əlaqədar
qruplaşmalar olduqca kasatlaşır, belə ki, çox az növlər belə olduqca əlverişsiz şəraitə uyğunlaşa bilirlər. Tez-
tez fəlakətli təsirlərə (məsələn, çay daşqınları zamanı subasar yerlər, bitki örtüyü müntəzəm olaraq məhv
edilən sahələr, herbisidlərdən istifadə və digər antropogen təsirlər) məruz qalan biosenozlarda növ spektri
böyük olmur. Əksinə, həyat üçün abiotik mühit şəraiti optimuma yaxınlaşdıqda olduqca zəngin növlərə malik
olan qruplaşmalar (biosenozlar) əmələ gəlir. Buna tropik meşələri, çoxmüxtəlif orqanizmlərlə zəngin olan
mərcan rifləri, arid zonada çay vadilərini misal göstərmək olar. Tropik meşələrin biosenozları çox müxtəlif
heyvanat aləmi və bitki növlərinə malik olub, hətta yan-yana eyni növdən olan ağaclara rast gəlinmir.
Biosenozların növ tərkibi, həmçinin məskunlaşdığı yerdə yaşama müddətindən, hər biosenozun tarixindən
də asılıdır. Təzə formalaşan cavan qruplaşmalar çoxdan formalaşan, yetişmiş qruplaşmalara nisbətən az növə
malik olur. İnsan tərəfindən yaradılan biosenozlar (tarla, bağ, bostan) da analoji şəraitdəki təbii sistemlərə
(meşə, bozqır, çəmən) nisbətən növlərlə kasat olur. Aqrosenozların kasıb növ tərkibini xüsusi mürəkkəb
aqrotexniki tədbirlər sistemini (məs. alaqlarla və bitki zərərvericiləri ilə mübarizə) həyata keçirməklə insan özü
nizamlayır.
Lakin, hətta ən kasat biosenozlarda da müxtəlif sistematik və ekoloji qruplara aid olan onlarla
orqanizmlərə rast gəlmək olar. Məs., taxıl zəmisində və ya üzüm bağında taxıl və üzümdən başqa az da olsa,
alaq otlarına, həşəratlara, zərərvericilərə, yırtıcılara, siçanabənzər gəmiricilərə, onurğasızlara-torpaq qatı və
torpaqüstü orqanizmlərə, rizosferin mikroskopik orqanizmlərinə, patogen göbələklərə və s. rast gəlinir.
Demək olar ki, bütün yerüstü və əksəriyyət su biosenozlarının tərkibinə həm mikroorqanizmlər, həm bitki,
həm də heyvan növləri daxil olur. Lakin bəzi şəraitlərdə formalaşan biosenozların tərkibində bitki olmur (məs.
mağaralarda və su hövzələrinin fotik zonasından aşağıda), istisna hallarda isə biosenoz yalnız
mikroorqanizmlərdən ibarət olur (məs. su hövzəsinin dibində anaerob mühitdə, çürüyən lillərdə, hidrogen-
sulfid qaynaqlarında və s.).
Biosenozun növ tərkibinin mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin müxtəlifliyindən də asılıdır. Növlərin
ekoloji təsnifatına görə müxtəlif şəraiti olan biotoplarda daha zəngin flora və faunaya malik olan biosenozlar
formalaşır. Növlərin çoxluğunun məskunlaşmaq şəraiti əlverişli sayılan yer, qruplaşmalar arasındakı
(sərhədindəki) «ekoton» adlanan keçid zonasıdır, burada növ müxtəlifliyinin artması isə «sərhəd effekti»
adlanır. Ekoton növlərlə zəngin olur, çünki bura hər iki sərhədyanı qruplaşmalardan növlər daxil olur. Bundan
başqa ekoton sərhədyanı biosenozlarda rast gəlinməyən özünəməxsus xarakter növlərə də məxsusdur. Məs.,
Böyük Qafqazın cənub yamacında meşənin yuxarı sərhədinin subalp çəməninə keçid zonası orta dağ-meşə
fıstıq qurşağına nisbətən flora və fauna ilə daha zəngindir. İki qonşu biotoplar bir-birindən nə qədər çox
fərqlənərsə, onların sərhədlərində şərait bir o qədər müxtəlif və «sərhəd effekti» bir o qədər güclü olar. Meşə
və ot bitkilərinin, həmçinin su və quru biosenozlarının kontaktında növ zənginliyi güclü artır. «Sərhəd effekti»
bir-birindən kəskin ayrılan təbii zonaların (meşətundra; meşə-bozqır; yüksək dağlıq meşəsi – subalp zonası)
flora və faunası üçün daha səciyyəvidir.
Mühitin müxtəlifliyi həm abiotik faktorlarla, həm də canlı orqanizmlərin özləri ilə yaradılır. Hər növ onunla
trofik və topik cəhətdən əlaqəli digər növlərə biosenozda möhkəmlənmək üçün şərait yaradır. Məsələn, yeni
məskən mənimsəyən sünbülqıran ora özünün yırtıcılarını cəlb edə bilər, həmçinin 50 növə qədər özünün
parazitlərini və 100 növə qədər yuvada birgə yaşayan orqanizmləri gətirə bilər. Heyvanlar üçün mühitin əlavə
müxtəlifliyini bitki örtüyü yaradır. Bitki örtüyü nə qədər güclü inkişaf edərsə, biosenozda bir o qədər çoxşaxəli
Dostları ilə paylaş: |