QəRİb məMMƏdov, mahmud xəLİlov


Øÿêil 4.2. 1 – Àüàúûí (Úþêÿ) êþêöíäÿ ìèêîðèçà; 2 – áþúÿéèí ñöðfəñè; 3 -



Yüklə 4,26 Mb.
Pdf görüntüsü
səhifə32/184
tarix14.10.2017
ölçüsü4,26 Mb.
#4746
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   184

 

70

 



Øÿêil 4.2. 1 – Àüàúûí (Úþêÿ) êþêöíäÿ ìèêîðèçà; 2 – áþúÿéèí ñöðfəñè; 3 - 

ãàáûãéåéÿí áþúÿê; 4 - éàðïàãëà ãèäàëàíàí èïÿêãóðäóíóí òûðòûëû; 5 - 

éàðïàãéåéÿí áþúÿê; 6 - ÷è÷ÿéè òîçëàíäûðàí àðû; 7 - àüàúûí áóäàüûíäà 

ãàðàtîéóüóí éóâàñû; 8 - éàðïàãëà ãèäàëàíàí ìàðàë; 9 - àüàúûí òîõóìó èëÿ 

ãèäàëàíàí ñè÷àí (Ï.Äéóâèíéî âÿ Ì. Òàíãà, 1968, Ã.À.Âîðîíîâóí äÿéèøèêëèéè èëÿ, 

1987) 

 

 Hər bir yarus müəyyən kompleks şəraitə uyğunlaşır və fitoiqlimin yaranmasında özünəməxsus iştirak edir. 



Beləliklə, ağac-kol və ot yarusları müxtəlif ekoloji vəziyyətlərdə yerləşir, bu isə bitkilərin fəaliyyətinə  və 

yaruslarda yaşayan (məskunlaşan) heyvanların həyatına təsir göstərir.  

Fitosenozların torpaqaltı yarusu bitki köklərinin işlədiyi dərinlikdən, kök sisteminin aktiv hissəsinin 

yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə (altıya qədər) torpaqaltı yarus muşahidə etmək olar.  

Heyvanlar əksəriyyət etibarilə bu və ya digər bitki örtüyü yarusunda yerləşir. Onlardan bəziləri ona uyğun 

yarusdan kənara çıxmır. Məsələn, həşəratlar arasında aşağıdakı qruplar ayrılır: torpaqda məskunlaşanlar – 



geobiy, yerüstü səth qatında – herpetobiy, mamır yarusundakı – briobiy, ot örtüyündəki –fillobiy, bir qədər 

yüksəkdə yerləşən, həşəratlar isə  aerobiy  adlanır. Quşlar arasında yalnız yerdə yuva quranlar (toyuqkimilər, 

tetra quşu, tənək quşu və b.), kol yarusunda yuva quranlar (oxuyan qaratoyuqlar, qar quşu, silviya quşu) və ya 

ağac çətirində yuva quranlar (alacəhrə, payız bülbülü, iri yırtıcılar və b.) ayrılır.     

Su ekosistemlərində irimiqyaslı  şaquli strukturu ilk növbədə xarici faktorlar əmələ  gətirir. Pelaqialda 

təyinedici faktorlara işıqlanma və temperatur qradiyetləri və biogenlərin konsentrasiyası aiddir. Dərinliklərdə 

hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə faktora qruntun müxtəlifliyi, dib qatlarında suyun 

hidrodinamikası  əlavə olunur. Şaquli strukturun xüsusiyyətləri növ tərkibi, dominantlıq edən növün əvəz 

olunması, bitkilərin göstəricisi ilə ifadə olunur.  

Mozaiklik və yarusluq dinamikası – bir mikroqrup digəri ilə  əvəz olunur, onların ölçüləri qısalıb, yaxud 

böyüyə bilər.  

Üfüqi istiqamətdə parçalanma - mozaiklik praktiki olaraq bütün fitosenozlar üçün xasdır. Ona görə onların 

daxilində struktur vahidləri ayırırlar. Bu vahidlərə müxtəlif adlar verilir, məs. mikroqruplar, mikrosenozlar, 



 

71

mikrofitosenozlar, parsellər və s. Bu mikroqruplar növ tərkibinə, növlərin say nisbətinə, yaşına, sıxlığına, 



məhsuldarlığına və başqa xassələrinə görə fərqlənirlər.  

Mozaiklik müxtəlif səbəblərdən – biotopun xüsusiyyətlərindən,  mikrorelyefin, torpağın müxtəlifliyindən, 

mikroiqlimin təsirindən, bitkilərin mühitəmələgətirmə  təsirindən və onların bioloji xüsusiyyətlərindən yaranır. 

O, heyvanların fəaliyyəti (torpağın eşilib çıxarılması və sonradan bitki ilə örtülməsi, qarışqa yuvalarının əmələ 

gəlməsi, dırnaqlılar tərəfindən səthin topalanması və bitkilərin yeyilməsi (zədələnməsi) və s.) və ya insanın təsiri 

(meşənin qırılması  nəticəsində yeni ağaclığın  əmələ  gəlməsi, mal-qara otarılması, ocaq qalama və s.), güclü 

küləklər nəticəsində ağacların yıxılması, yanğınlar və s. nəticəsində yaranır.  

 

4.2. Biosenozda orqanizmlərin əlaqələri 

Biosenozların yaranması  və mövcudluğunun  əsası orqanimzlərin eyni biotopda yerləşərək bir-birilə 

əlaqəsindən ibarətdir. Bu əlaqələr növlərin qruplaşmasında  əsas yaşama  şəraitini, qida əldə etməsini və yeni 

ərazilər zəbt etməsini müəyyənləşdirir.  

V.N.Beklemişevin təsnifatına  əsasən növün biosenozda müəyyən ekoloji sığınacaq tapması  əhəmiyyətinə 

görə bilavasitə və dolayı vasitəli əlaqələr  dörd tipə bölünür: trofik, topik, forik və fabrikasiya əlaqələri.  

Trofik əlaqələr. Bir növün digər növun fərdinin hesabına (ya diri halda, ya ölü qalıqları, yaxud da həyat 

fəaliyyəti məhsulu ilə)  qidalanması zamanı baş verir. İynəcənin digər həşəratı uçan halda tutması, peyin qurdu 

böcəyinin iri dırnaqlıların peyini ilə qidalanması, arının bitkinin nektarını toplaması onlara qida olan növlə 

bilavasitə trofik əlaqəyə girməsi deməkdir.  



Topik əlaqələr – bir növün həyat fəaliyyəti nəticəsində digər növün yaşayış şəraitinin istənilən fiziki və ya 

kimyəvi dəyişməsi ilə xarakterizə olunur. Bu əlaqələr  olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün 

mühit yaratması (məsələn, daxili parazitizmi və ya yuva kommensalizmi), substratın formalaşdırması ilə 

əlaqədar digər növün nümayəndələri ya bura köçür, yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri, 

temperaturun,  ətraf sahənin işıqlanmasının dəyişməsi, ayrılma (ifrazat) məhsulları ilə mühitin doyması  və s. 

səbəbdən köçməkdən çəkinir (imtina edir). Milçək sürfələrinin inək peyinində  məskunlaşması, ağacın 

gövdəsindəki şibyələr, onlar üçün substrat və ya yaşama mühiti sayılan orqanizmlərlə bilavasitə topik əlaqədə 

olurlar. Digər orqanizmlər üçün mühit yaratmaq və ya mühiti dəyişməkdə bitkilər xüsusən böyük rola malikdir. 

Bitki örtüyü enerji mübadiləsi xüsusiyyətinə görə yer səthində isitiliyin paylanması, mezo və mikroiqlimin 

yaranmasında güclü faktor hesab olunur. Meşə çətiri altında meşəaltı kollar, ot örtüyü, həmçinin heyvanat aləmi, 

az dəyişən (sabit) temperatur və yüksək rütubətlik şəraitində olur.  

Ot örtüyü ətraf ərazinin rejimini az da olsa dəyişdirir. Bozqır şəraitində çim örtüyünün yanında ot olmayan 

yerə nisbətən torpağın səthində temperatur 8-12

0

 aşağı olur. Burada çoxlu xırda həşəratlar toplanır. Mənfi və ya 



müsbət topik qarşılıqlı  əlaqələr nəticəsində növun biri biosenozda digərlərinin yaşamasını  təyin edir və ya 

kənarlaşdırır.  

Topik və tropik əlaqələr biosenozda olduqca böyük əhəmiyyət daşıyaraq onun mövcudluğunun  əsasını 

təşkil edir. Məhz bu əlaqə tipləri müxtəlif növdən olan orqanizmləri bir-birinin yanında saxlayır və onları 

müxtəlif miqyasda kifayət dərəcədə sabit qruplaşmada cəmləşdirir.  

Forik  əlaqələr. Bir növün digər növün yayılmasında iştirakı deməkdir. Nəqletmə (daşıma) rolunda 

heyvanlar çıxış edir. Heyvanların bitki toxumlarını, sporlarını, tozcuqları bir yerdən başqa yerə aparması 



zooxoriy, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Daşıma (nəqletmə) adətən xüsusi və müxtəlif 

uyğunlaşmalar vasitəsilə həyata keçirilir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla tutub saxlaya 

bilər. Passiv tutmaq (ilişib qalmaq) heyvanın bədəninin təsadüfən bitkiyə toxunması ilə baş verir. Bitkinin 

toxumu və ya hamaş meyvəsi xüsusi ilişik qarmaq, tikan (üçbarmaq, pıtrax, fıstıq) heyvanın bədəninə (tükünə) 

ilişərək aparılır. Toxumların belə yayılması ən çox məməli heyvanlarda (məs. qoyun) müşahidə olunaraq kifayət 

qədər uzaq məsafələrə aparılır. Aktiv ilişmək üsulu – heyvanların (ən çox məməlilər və quşlar) bitkilərin meyvə 

və giləmeyvəsini yeməklə baş verir. Həzm olunmayan toxumları heyvanlar peyinlə birlikdə ayırır. Göbələk 

sporlarının aparılmasında həşəratların rolu böyükdür. Görünür göbələklərin meyvə gövdəsi yayıcı  həşəratlar 

üçün cəzbedicidir.  

Fabrikasiya  əlaqələri.  Biosenotik  əlaqənin belə tipində növ iştirak edərək öz tikintisində (fabrikasiya) 

ayrılma məhsulları, yaxud ölü qalıqlar, yaxud da hətta digər növün canlı fərdlərindən istifadə edir. Məs., quşlar 

yuvasını qurmaq üçün ağacların budaqlarından, məməlilərin tükündən, ot, yarpaq, başqa quş növünün tükü və 

lələyindən istifadə edirlər.  



Fizioloji optimum – növ üçün bütün abiotik faktorlar birliyi əlverişli olub, böyümə  və çoxalmanın daha 

sürətlə getməsi mümkündür.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə