Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə176/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   172   173   174   175   176   177   178   179   ...   193

 
347
Yazda bitki örtüyü güclü şəkildə inkişaf edir, fəal humusəmələgəlmə prosesi və 
müxtəlif orqanizmlərin təsiri altında üzvi qalıqların intensiv minerallaşması baş verir. 
Mikroorqanizmlərin ümumi miqdarına görə boz torpaqlar olduqca zəngindir.
 
Burada 
nitrifikasiya bakteriyaları və azot bakteriyaları, protoza sinfinin bütün nümayəndələri 
və yosunlar vardır. Torpaqəmələgəlmənin yaz fazası torpaq faunasının da – 
soxulcanların, termitlərin və başqa növ həşəratların, sürünənlərin fəallığı ilə 
səciyyələnir. Bu orqanizmlər torpaq profilinin quruluşuna və bitki qalıqlarının 
parçalanmasına əhəmiyyətli dərəcədə təsir göstərir. 
Beləliklə,  boz torpaqəmələgələmə üçün torpaqəmələgəlmə prosesinin yüksək, 
lakin qısa biogenliyi xasdır. Bununla da boz torpaqlarda humusun azlığı izah olunur. 
İlin quru dövründə
 
karbonatların və asan həllolan duzların torpaq səthinə doğru 
hərəkəti cərəyan edir. Qışda və yazda torpaq profilinin yağışların təsiri altında 
karbonatlardan və asan həll olan duzlardan yuyulması baş verir. Boz torpaqlarda hu-
musluluq və torpaq profilinin duzsuzlaşması  ərazinin mütləq yüksəkliyindən də 
asılıdır: mütləq yüksəklik artdıqca yağıntıların miqdarı və torpağın islanma dərinliyi 
də artır, bitki örtüyünün biokütləsi yüksəlir, vegetasiya müddəti uzanır və humuslaş-
ma güclənir. 
Torpaqəmələgəlmənin yaz fazasında torpaqdaxili aşınma prosesi də güclənir, 
nəticədə torpaq profilinin üst və orta hissələrində gilləşməyə gətirib çıxarır. 
Boz torpaqların suvarılması torpaqəmələgəlmə prosesinin təbii gedişatını 
əhəmiyyətli dərəcədə dəyişir. Yuyulmayan su rejimini irriqasion su rejimi əvəz edir. 
İrriqasion su rejimi üçün torpaq-qrunt təbəqəsinin qrunt suyunun səviyyəsinə kimi 
tam yuyulması  səciyyəvidir. Su rejiminin dəyişməsi elüvial prosesləri və bioloji 
fəallığı gücləndirir. 
Bundan başqa suvarma suyu vasitəsilə qranulometrik hissəciklərin aşağı qatlara 
yuyulması yeni, aqroirriqasion horizontun formalaşmasına səbəb olur. Elüvial 
prosesin daha fəal gedişatı asan həll olan duzların tam, karbonatların qismən 
yuyulmasında özünü göstərir. Bioloji fəallığın artması özünü mikrofloranın, o 
cümlədən nitrifikasiya bakteriyalarının və azot bakteriyalarının fəaliyyətinin 
artmasında göstərir.  Əgər xam torpaqlarda kök qalıqlarının bir hissəsi saxlanılırsa, 
suvarılan torpaqlarda kök kütləsinin bütün ehtiyatı tamamilə
 
parçalanır. Suvarmanın 
təsiri altında torpaq profilinin humusluluğu güclənir və torpaqların qida rejimi 
gübrələrin sistematik verilməsi ilə əhəmiyyətli dərəcədə dəyişir. 
Suvarma ilə bağlı torpaq nəmliyinin artması torpağın fiziki xassələrini də 
dəyişir: mikroaqreqatların parçalanması, torpaq-qruntun sıxlaşması, məsamələrin 
azalması, bərkimiş əkinaltı horizontun yaranması baş verir. 
Təsnifatı  və diaqnostikası.  Boz torpaqların təsnifatı  aşağıdakı  cədvəldə (121) 
verilmişdir. 
Cədvəl 121 
Boz torpaqların təsnifatı 
Tip Yarımtip Cins 
Boz Açıq, tipik, tünd 
Adi, qalıq-şoranlı, çınqıllı 
Suvarılan boz 
Açıq, tipik, tünd, qədimdən 
suvarılan 
Adi, təkrar şoranlaşmış, 
çınqıllı 
Çəmən-boz 
Çəmən-boz, çəmənləşmiş -
boz 
Adi, şoranvari, çınqıllı 
 
Açıq boz torpaqlar – zona daxilində  ən arid yarımtip hesab olunur. Çay terraslarında və dağətəyi 
düzənliklərdə yayılmışdır. Arealı dəniz səviyyəsindən 300-600 m-dən yüksəkdə deyildir. Açıq boz torpaqların 
profili daha az humusludur. Humus qatının qalınlığı 40-50 sm-dən çox deyildir. 
A horizontu – 6-12 sm, açıq-boz, xam torpaqlarda bir qədər çimləşmiş; B
1
- açıq-boz sarımtıl ləkəli olub, 
daha açıq rəngli və  sıxlaşmış  B
k
 karbonatlı horizontla əvəz olunur. Bu horizontda karbonatlar ağ gözcüklər 
şəklindədir. Təqribən 1m dərinliyə kimi islanır. Profilin 150-180 sm dərinliyində gips və suda həll olan duzlara 
rast gəlinir. 
Tipik boz torpaqlar orta qurşaq  əmələ  gətirir. Dağətəyi düzənliyin bir qədər hündür yerlərində  və alçaq 
dağlıq sahələrdə yerləşmişdir. Bu torpaqların yuxarı  sərhədi 700-1000 (1200) m hündürlükdən keçir. Humus 
qatı daha yaxşı seçilir; A+B
1
 qatının qalınlığı 55-80 sm-dir. A horizontu üst hissədə yaxşı çimləşmişdir, 1,5 m 


 
348
dərinliyə kimi islanır. Torpaq profilinin 130-200 sm dərinliyində gips qatı ayrılır. 
 
Tünd boz torpaqlar – yuxarı qurşaqəmələgətirən nəmli yarımtip hesab olunur. Yüksək dağətəyi 
sahələrdə və alçaq dağlıq ərazilərdə bu torpaqlar 700-1600 m hündürlüklərdə yayılmışdır. 
Yaxşı seçilən humuslu profilə malikdir. A - horizontu tünd-boz rəngli olub, topavari strukturludur; B
1
- boz 
rəngli qonurvari-sarımtıl çalarla örtülüdür. Topavari strukturludur; B
k
 horizontunda karbonatlar ağ gözcüklər 
şəklində toplanmışdır. Profil bir qayda olaraq, atmosfer suları ilə yaxşı yuyulmuşdur və 2 m dərinliyə kimi gips 
və asan həll olan duzlara təsadüf olunmur. 
Açıq və tipik boz torpaqlar arasında fasial yarımtiplər ayrılır – boz çox isti qısa müddətə donan (az 
karbonatlı), boz subtropik vaxtaşırı donan və boz subtropik çox isti donmayan. 
Tünd boz torpaqlar üçün iki fatsial yarımtip ayrılır – subtropik vaxtaşırı donan və subtropik çox isti 
donmayan. 
Boz torpaqların bütün yarımtipləri aşağıdakı cinslərə bölünür: adi, qalıq-şoranvari və çınqıllı. 
Suvarılan boz torpaqlar suvarmanın uzun müddət tətbiq edildiyi kənd təsərrüfatı istifadəsi  şəraitində 
formalaşmışdır. Bu torpaqlar aşağıdakı xüsusiyyətləri ilə səciyyələnir: onların profili genetik horizontlara zəif 
təbəqələşmişdir; humus miqdarı az (1-1,8%), profilboyu paylanması  bərabərdir; karbonatlı horizont seçilmir; 
soxulcanların intensiv fəaliyyətinin izləri profildə aydın görünür. 
Suvarılan boz torpaqlar aşağıdakı yarımtiplərə bölünür: suvarılan açıq boz, suvarılan tünd boz, suvarılan 
tipik və qədimdən suvarılan boz torpaqlar.  
Suvarılan boz torpaqlar 3 cinsə bölünür – adi, təkrar  şorakətləşmiş  və  çınqıllı.  Boz torpaqlar humus 
(aqroirriqasion) qatının qalınlığına görə növlərə bölünür –  az qalın ( < 40 sm), orta qalın ( 40-70 sm) və qalın (> 
70 sm). 
Çəmən-boz torpaqlar qrunt suyunun 2,5-5 m dərinlikdə yerləşdiyi şəraitdə formalaşmışlar. Avtomorf boz 
torpaqlardan bioloji dövranın intensivliyinin artması,  humus qatının qalınlığı və humusun çoxluğu ilə fərqlənir. 
Bu torpaqlar iki yarımtipə bölünür: çəmənləşmiş – boz torpaqlar qrunt suyunun 3,5-5,0 m dərinlikdə yerləşdiyi 
ərazilərdə yayılmışdır.  İki metr dərinlikdən sonra qleyləşmə  əlamətləri görünür; çəmən-boz torpaqlar qrunt 
suyunun 2,5-3,5 m dərinlikdə yerləşdiyi  ərazilərdə yayılmışdır. Bu torpaqlar daha çox humusludur, 1 m 
dərinlikdən başlayaraq qleyləşmə əlamətləri görünür. Aşağıdakı cinslərə bölünür: adi, şoranlaşmış və çınqıllı. 
Suvarmanın təsiri altında dəyişilməyə məruz qalmış çəmən-boz torpaqlar sərbəst tip kimi ayrılır – suvarılan 
çəmən-boz torpaqlar.  
Çəmən torpaqlar yüksək kapilyar nəmlənmə  və qrunt suyunun 1,0-2,5 m dərinlikdə yerləşdiyi  şəraitində 
formalaşır. Çay vadilərində, çay deltalarında çəmən  əsasən də taxıllı bitkilər altında müşahidə edilir. Çəmən 
torpaqların profili aşağıdakı horizontlara bölünür: A – AB
çg
B
kg
 – C
g
. Çəmən torpaqların fərqləndirici əlamətləri 
– yüksək humusluluğu (humus 4%-ə kimi) və humus horizontlarının (A+AB
g
 45-60 sm)  aydın seçilməsi; izafi 
nəmləmənin əlamətləri – pas ləkələrinin görünməsi; aşağı horizontlarda karbonat, gips və ayrı-ayrı hallarda asan 
həll olan duzların ayrılması.  
Çəmən torpaqları iki yarımtipə ayrılır:  çəmən  (tipik) – tipik çəmən bitkiliyi altında formalaşır (qrunt 
suyunun dərinliyi 1,5-2,5 m) və  nəmli-çəmən (bataqlıq-çəmən) – çay terraslarının daha rütubətli çökək 
sahələrində (qrunt suyunun dərinliyi 0,5-1,5 m) yayılmışdır. Çəmən torpaqlarla müqayisədə humusluluğu və 
qleyləşməsi daha yüksəkdir. 
 
Tərkibi və xassələri. Qranulometrik və mineraloji tərkibi. Boz torpaqlar arasında aparıcı növmüxtəlifliyi-
yüngül- və orta gillicəli, tünd boz torpaqlarda isə ağır gillicəli torpaqlardır. 
Allüvial süxurlar üzərində formalaşmış boz və  çəmən-boz torpaqlar qranulometrik tərkibinə görə olduqca 
rəngarəngdir. Qranulometrik tərkibinə görə boz torpaqlar iri toz fraksiyalarının yüksək miqdarı (40-55%), həmçinin 
profilin üst və orta horizontlarında lil fraksiyalarının zənginliyi  ilə səciyyələnir. 
İri fraksiyaların mineraloji tərkibi əsasən kvars, çöl şpatı, hidroslyuda və kalsitdən ibarətdir. Boz torpaqlar 
ağır fraksiya minerallarının yüksək miqdarı ilə (2 -10%) səciyyələnir.  
Yüksək dispersli minerallardan boz torpaqlarda hidroslyudalar, montmorillonit qrupundan olan minerallar, 
həmçinin xlorid, vermikulit və amorf maddələr üstünlük təşkil edir. 
Kimyəvi tərkibi və fiziki-kimyəvi xassələri. Boz torpaqların ümumi kimyəvi tərkibi mineral hissənin 
komponentlərinin profilboyu bərabər paylanması ilə  səciyyələnir. Yalnız karbonatların miqdarı profilboyu 
dərinliyə doğru artır (cədvəl 122). 
Açıq boz torpaqlardan tünd boz torpaqlara doğru ümumi tərkibdə R
2
O
3
 miqdarı artır və SiO
2
/R
2
O
3
 nisbəti 
azalır. 
Boz torpaqların kimyəvi tərkibinin vacib xüsusiyyəti – yüksək karbonatlığı  və az humusluluğudur. 
Karbonatların (CaCO
3
)  miqdarı 10-12% -dən 20-22% arasında tərəddüd edir. 
Boz torpaqların profili əksər hallarda 1,5-2 m dərinliyə kimi duzlardan yuyulmuşdur. Nadir hallarda açıq 
boz torpaqların arasında qalıq-şorakətvari torpaqlara rast gəlmək olur. Bu torpaqların profilinin bir metrliyində 
gips və asan həll olan duzların toplanmasını müşahidə etmək mümkündür.  
 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə