Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə174/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   170   171   172   173   174   175   176   177   ...   193

 
343
Bu horizontlar yüksək sıxlığı və pis sukeçiriciliyi ilə seçilir. 
Boz-qonur torpaqlar nəmliyin kəskin defisiti ilə üzləşir. Hətta yazda faydalı  nəmliyin ehtiyatı böyük 
deyildir. Yayda tarla nəmliyi bitkinin soluxma əmsalından aşağıdır. 
 
§ 108. Takırlar və takırabənzər torpaqlar 
 
Genezisi. Takırlar – gilli səhralarda xüsusi torpaq tipidir. Onlar Amudərya, Sırdərya, Murqab, Tecen, Atrek 
çaylarının deltalarında, həmçinin qədim çay yataqlarında, Sarıqamış çökəkliyində, Qızılqum, Qaraqum 
səhralarının yüksək sahələrində, Kopetdağın dağətəyi düzənliklərində yayılmışdır. Azərbaycanda  onlar lokal 
şəkildə Abşeron və ona yaxın ərazilərdə müşahidə edilir. 
Takırlar geomorfoloji baxımdan müxtəlif ərazilərdə formalaşır. Lakin onlar zəif parçalanmış düzən relyef 
formalarında daha tez-tez müşahidə edilir. Onlar müxtəlif mənşəli, lakin ağır qranulometrik tərkibli süxurlar 
(qədim allüvial, qədim irriqasion, prolüvial və delüvial) üzərində yayılmışlar. Torpaqəmələgətirən süxurlar 
karbonatlığı və şoranlığı ilə seçilir. 
Takırların üzəri yosun və  şibyələrlə örtülü
 
olur. Nadir hallarda yovşan və  şorangə növlərinə, çatlarda və 
qum çöküntüləri üzərində qara saksaul koluna təsadüf etmək olur. 
Üzərində bitən bitkilərin növündən asılı olaraq takırlar bir-birindən fərqləndirilir: yosunlu takırlar, yosunlu-
şibyəli takırlar və şibyəli takırlar
Takırlar özünəməxsus profil quruluşuna malkidirlər. Onların səthi çatlı, sıx, çəhrayi və ya sarımtıl-boz 
rənglidir.  Üst horizont – iri məsaməli sıx, qalınlığı 2-3 sm olan qaysaqdan ibarətdir. Bu horizont laylı və ya 
pulcuqlı məsaməli, lakin bir qədər az sıxlığı olan qata keçir. Qaysağın və laylı horizontun qalınlığı 3-7 sm-dir. 
Sonra topavari horizont gəlir. Şorakətvari takırlarda o yaxşı görünür və kolloid hissəciklərlə zəngin olduğundan 
çox sıxdır. Şorakətsiz takırlarda kolloid hissəciklərinin və biryarımlıq oksidlərin profilboyu bərabər paylanması 
müşahidə edilir. 
Takırlar üçün yüksək karbonatlıq səciyyəvidir. Onların spesifik əlaməti qaysağın olmasıdır. Qaysağın əmələ 
gəlməsinə səbəb torpaq kütləsinin natrium ionu vasitəsilə dispersləşməsi və ekstraarid şəraitdə qurumasıdır. 
Tədqiqatçılar takırların mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər. Geoloqlar, məsələn, takırların qədim 
və müasir dövrdə su axınlarının narın hissəcikləri çökdürməsi nəticəsində yaranması fikrini irəli sürmüşlər və s. 
Torpaqşünasların fikrincə, takırəmələgəlmə torpaq prosesidir. İ.P.Gerasimov və Y.N.İvanov takırları 
şoranlı-şorakətvari torpaqəmələgəlmə tipinin hidromorf torpaqlar sırasına aid edirlər. Bu nəzəriyyəyə görə, 
takırların profilinin formalaşmasında  əsas rol şorlaşma və duzsuzlaşmanın bir-birini növbə ilə  əvəz etməsi 
proseslərinə  məxsusdur. Onlar takırları  səhra zonasının səthdən və ya cırtdan  şorakətləri hesab edirdilər. 
Takırların əmələ gəlməsinin şorakətli-şoranlı hipotezi daha geniş tanınmışdır. 
Bəzi tədqiqatçılar takırların yaranmasını torpaq səthinin tez bir zamanda izafi nəmlənməsi və quruması ilə 
izah edirlər. 
Y.B.Lobovaya görə, takırlar – səhra zonasının avtohidromorf torpaqları olub, izafi səthi nəmlənmə    və 
şorlaşma-duzsuzlaşmanın fəsli kontrastlı, karbonatlı və şorakətləşmə şəraitində formalaşmışdır. 
Torpaq-geoloji hipotez tərəfdarları (U.U.Uspanov, A.N.Rozanov) hesab edir ki, takırların profilinin və 
fiziki xassələrinin formalaşmasında süxurların qranulometrik tərkibi əhəmiyyətli rol oynayır. 
Takırların yaranmasının bioloji nəzəriyyəsi N.N.Bolışevə məxsusdur. Onun nəzərincə, takırların inkişafında 
əsas rol ibtidai bitkilərə, ilk növbədə yosunlara və  şibyələrə  məxsusdur. L.Y.Rodina və N.İ.Bazilyeviçə görə, 
yosunlar 6 s/ha, şibyələr isə 10 s/ha üzvi maddə toplayır.  İbtidai bitkilərin həyat fəaliyyəti və onların 
parçalanması zamanı yaranmış üzvi turşular torpağın mineral hissəsinə dağıdıcı  təsir göstərir. Nəticədə takır 
qaysağında amorf silisium turşularının toplanması və biryarım oksidlərin azalması baş verir. Takır solodlaşma 
əlamətləri əldə edir. 
Ağır qranulometrik tərkibi və  səhra zonasının özünəməxsus hidrotermik şəraiti takırlı torpaqlara məxsus 
mənfi xassələrinin formalaşmasında əhəmiyyətli rol oynayır. 
Səhra zonasında takırabənzər səhra torpaqları və qumlu səhra torpaqları geniş yayılmışdır. Takırabənzər 
səhra torpaqları cavan allüvial düzənliklərdə, şibyə, şorangə və efemer bitki qarışığı altında formalaşmışdır. Zəif 
inkişaf etmiş profili və məsaməli qaysağı ilə seçilir. 
İbtidai səhra torpaqları arasında takırabənzər adi, takırabənzər qalıq-humuslu (qalıq-çəmən), takırabənzər 
şorakətvari torpaqlar da yayılmışdır. Takırabənzər qalıq-humuslu torpaqlar çəmən torpaqların (boz tuqay) səhralaşması 
nəticəsində yaranmışdır. Bu torpaqlar yüksək humusluluğu ilə seçilir. 
Təsnifatı. Takır torpaqlar tipi şorlaşmanın xarakterinə, nəmlənmə və qaysağın inkişaf dərəcəsinə görə iki 
yarımtipə bölünür – tipik takırlar və səhralaşmış takırlar. 


 
344
Tipik takırlar (yosunlu) aşağıdakı cinslərə bölünür: adi, şoranvari, şorakətvari, 
şorakətvari bərkimiş, qumlaşmış və qədimdən dincə qoyulmuş. Adi takırlarda duzlar 
(> 1%) bir qədər dərinlikdə yerləşmişdir (20-30 sm). Şorakətvari takırlarda duzlar 
bilavasitə qaysağın altındadır. 
Şorakətvari takırlar müəyyən dərinliyə kimi duzlardan yuyulmuşlar, daha bərk 
qaysaq qabığına və qaysaqaltı qata, su çəkiminin yüksək qələviliyinə malikdirlər. 
Şorakətvari bərkimiş takırlar səth sularının uzun müddət durduğu yerdə 
formalaşır, dərin çatları olan günbəzşəkilli bərk qaysağa malikdir. Bu takırlar iri 
kəltənvari strukturu ilə seçilir və duzlardan müxtəlif dərəcədə yuyulması və şorakət-
liyi ilə səciyyələnir. 
Qumlaşmış takırlar küləyin gətirdiyi qumların torpaq səthini örtməsi və üzərində 
ali bitkilərin məskunlaşması nəticəsində yaranır. Qədimdən dincə qoyulmuş takırlar 
suvarma kəsildikdən sonra dincə qoyulmuş sahələrdə yaranır. 
Səhralaşmış takırlar  (şibyəli) suyun səthi vaxtaşırı (hər il) örtdüyü yerlərdə 
əmələ  gəlir. Bu torpaqların daha yumşaq laylı qaysağı olur, onların cinslərə 
bölünməsi işlənməyibdir. 
Tərkibi və xassələri.  Takırlar  əsasən gilli torpaqlardır. Takırların profilinin aşağı 
hissəsində çox vaxt qum və yüngül qranulometrik tərkibli süxurlara təsadüf etmək olur. 
Qranulometrik hissəciklər içərisində  xırda qum fraksiyaları üstünlük təşkil edir. Lil 
fraksiyalarının və narın tozun da xüsusi çəkisi yüksəkdir. İri fraksiyaların mineraloji tərkibi 
çöl  şpatı, slyuda və kvarsdan, lil fraksiyasının tərkibi isə montmorillonit qrupundan 
minerallardan, hidroslyuda, amorf qarışıqlarından ibarətdir. Kaolinit qrupundan olan 
minerallara nadir hallarda təsadüf olunur. 
Ümumi analiz takırların mineral hissəsində üç valentli silisium oksidinin 
üstünlük təşkil etdiyini göstərir. Qaysaqda silisium turşularının artması müşahidə 
edilir ki, bu da solodlaşma əlamətini göstərir (cədvəl 120). 
Cədvəl 120 
Tipik şoranlaşmış takırların ümumi tərkibi 
 
Dərinlik 
Hiqroskopik 
nəmlik 
Humus Azot  SiO

R
2
O

Fe
2
O

0-2 1,18 0,51 
0,06 
65,80 
25,66 
7,11 
10-15 1,78  0,55 
0,03 
60,36 
25,82 
8,42 
30-40 1,53  0,41 

59,78 
29,17 
7,86 
415-425 0,56 
-  - 
80,05 
15,49 
3,59 
 
Dərinlik Al
2
O
3
CaO MgO SiO
2
/R
2
O
3
SiO
2
/Fe
2
O
3
 SiO
2
/Al
2
O
3
0-2 18,55 
2,00 
4,24 4,8  24,90  6,0 
10-15 17,40 2,84 
4,91  4,5 
19,41 
5,9 
30-40 21,31 2,04 
5,03  3,9 
21,09 
4,7 
415-425 11,90  -  2,11  9,6 
20,41 
11,4 
 
Sıxlaşmış horizontda biryarım oksidlərin miqdarı nəzərəçarpacaq dərəcədə artır. 
Bütün horizontlarda maqnezium kalsiumu üstələyir. Bu torpaqların maqneziumlu 
alüminosilikat minerallarla zəngin olduğunu göstərir.  
Takırların tərkibində humusun miqdarı olduqca azdır (0,3 - 0,8 %). Humus maddələrinin tərkibində 
fulvoturşular üstünlük təşkil edir. C
ht
 : C
ft
 =0,4 - 0,5. 
Takırların bir metrlik qatında humusun ehtiyatı 85 t/ha-dan çox deyildir. Azotun miqdarı 0,03-0,06% 
arasında tərəddüd edir və onun ehtiyatı orta hesabla 7 t/ha təşkil edir. 
Takırların tərkibində fosfor və kaliumun mütəhərrik birləşmələri azdır. Onların udma tutumu 5-10 mq-ekv 
–dir. Udulmuş əsaslar içərisində Ca
2+
, Mg
2+
 və Na

üstünlük təşkil edir. 
Məhlulun reaksiyası şiddətli qələvidir (pH 8-10). Takırların əksəriyyəti güclü şorlaşmaya məruz qalmışdır. 
Duzların böyük konsentrasiyası qaysağın altındadır. Qaysağın özü isə zəif şorlanmışdır. Takırlar əsasən sulfatlı-
xloridli-natriumlu şorlaşma tipinə aid edilirlər. 
Takırlarda duzun miqdarı onların yuyulma dərəcəsindən, qranulometrik tərkibindən və ana süxurun 
xarakterindən, həmçinin torpağın inkişaf fazasından asılıdır.  İnkişafının ilkin mərhələsində takırlarda duzların 
daha böyük konsentrasiyası olur. 
Takırlar əlverişsiz su-fiziki və fiziki xassələri– aşağı filtrasiya qabiliyyəti, zəif məsaməliyi ilə səciyyələnir. 
Quru halında takırlar çox bərk olur. Onların  əlverişsiz fiziki xassələri ağır qranulometrik tərkibləri, aşağı 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə