Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə175/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   193

 
345
humusluluğu, yüksək dispersliliyi və kolloidlərin mütəhərrikliyi ilə əlaqədardır. 
Takırlar çox aşağı su ehtiyatına malikdir. Yayda güclü qurulaşma baş verir və tarla nəmliyi soluxma 
nəmliyi səviyyəsinə kimi aşağı düşür. Bu zaman takırlar fiziki quruluq vəziyyətində olur. Zəif sukeçiriciliyi 
səbəbindən hətta erkən yazda, yağıntıların ən çox düşdüyü dövrdə belə, takırların profilinin islanması 50 sm-dən 
çox olmur. 
Kənd təsərrüfatında istifadə.  Aşağı  təbii münbitlik səbəbindən səhra torpaqlarının çox hissəsi örüş 
sahələri kimi istifadə edilir. Əkin, bağ və bostan sahələri altında istifadə yalnız suvarma şəraitində mümkündür. 
Səhra zonasının torpaqları olduqca rəngarəngdir. Ona görə də hətta suvarmanın tətbiqi ilə bütün torpaqları 
kənd təsərrüfatında istifadə etmək mümkün deyildir. Gipsli yuxa boz –qonur və  çınqıllı, həmçinin  şiddətli 
şorlaşmış torpaqlar kənd təsərrütafında istifadəyə yararlı deyildir. 
Səhra zonasında yüngül torpaqlar üzərində formalaşmış  şorakətləşməmiş  və ya zəif  şorakətləşmiş,  
şorlaşmamış və ya zəif şorlaşmış boz-qonur torpaqlar kənd təsərrüfatı üçün ən əlverişli torpaqlar hesab olunur. 
Ən  əlverişsiz torpaqlar şorakətləşmiş  və xüsusən də  şoranlaşmış torpaqlar hesab olunur. Onların 
mənimsənilməsi bəzən təkrar şorlaşmaya səbəb olur. 
Səhra torpaqları daxilində takırlar  ən aşağı münbitli torpaqlardan hesab olunur. Ona görə  də onların 
mənimsənilməsi müəyyən çətinliklərlə bağlıdır. Onların tərkibində olduqca az miqdarda qida elementləri vardır. 
Onlar çox əlverişsiz su, fiziki, və hava xassələrinə malikdirlər. Bu da onların ağır qranulometrik tərkibi və 
səthlərində müxtəlif qalınlıqlı  və müxtəlif bərklikli qaysağın olması ilə  əlaqədardır. Takırların  əksəriyyəti 
şorakətlidir və tərkibində çoxlu miqdarda asan həll olan duzlar, o cümlədən soda vardır. 
Hazırda takırların mənimsənilməsi sahəsində dünya təcrübəsi mövcuddur. Onların münbitliyinin 
artırılmasının aqromeliorativ tədbirlər sisteminə ilk növbədə asan həllolan duzlardan yuyulması  tədbirləri 
daxildir. Yuma işləri payız və qış aylarında aparılır. Yumadan əvvəl takırlar dərindən (plantaj) şumlanır. Dərin 
şum (40-50 sm) takırların su - fiziki xassələrini yaxşılaşdırmaqla yanaşı, onları şorakətsizləşdirir. Buna səbəb 
şum zamanı gips horizontunun üstə çevrilməsi və şorakətli qatla qarışması nəticəsində tərkibindəki kalsiumun 
şorakət qatdakı natriumu sıxışdırıb çıxarmasıdır. Torpağa üzvi və mineral gübrələrin verilməsi kənd təsərrüfatı 
bitkilərinin məhsuldarlığını  kəskin  şəkildə artırır. Azot və fosfor gübrələrinin birgə verilməsinin daha yüksək 
səmərəliliyi vardır.  
Takırların xassələrinin yaxşılaşdırılmasında torpağı azotla zənginləşdirən duzadavamlı bitkilərin (yonca və 
s.) səpilməsinin böyük əhəmiyyəti vardır. Digər tərəfdən takırları qumlamaq vasitəsilə  də  əlverişsiz fiziki 
xassələri, su və hava rejimini yaxşılaşdırmaq mümkündür. 
Səhra zonası – heyvandarlığın inkişafında  əhəmiyyətli bazadır. Burada geniş otlaq sahələri yerləşmişdir. 
Qumların və yüngül qranulometrik tərkibli torpaqların geniş yayılması  və  kəskin quraq iqlimi hədsiz otarma 
şəraitində torpaqları eroziyaya gətirib çıxarır. Ona görə  də  səhra zonası torpaqlarından səmərəli istifadə - 
deflyasiyanın qarşısının alınması, otlaq sahələrinin məhsuldarlığının artırılması  ən  əhəmiyyətli məsələlərdən 
hesab olunur. 
 
 
XXXVII FƏSİL. QURU SUBTROPİKLƏRİN DAĞƏTƏYİ – SƏHRA BOZQIR TORPAQLARI 
 
§ 109. Boz torpaqlar 
 
Boz torpaqlar əsasən Mərkəzi Asiya və Azərbaycanın dağətəyi və dağətəyi düzənlik  ərazilərin subtropik 
yarımsəhralarında yayılmışdır. Bu regionlarda boz torpaqların çəmən-boz və  çəmən torpaqlarla birgə ümumi 
sahəsi 32 mln.ha təşkil edir. 
İqlimi. Zonanın iqlimi kontinental, quru və istidir. Mülayim isti qışı ilə  səciyyələnir. Yanvarın orta 
temperaturu +2-dən -5
0
C arasında, iyulun temperaturu isə 26-30
0
C arasında tərəddüd edir. 
10
0
C-dən yuxarı temperaturların cəmi 3400-5400
0
C, onların davam etmə müddəti 170-245 gündür. 
Ərazinin mütləq yüksəkliyi artdıqca yağıntıların miqdarı artır və istiliklə təmin olunması azalır. Ən az yağıntılar 
(100-250 mm) dağətəyi düzənliklərə, ən çox yağıntılar (450-600 mm) isə tünd boz torpaqların yayıldığı alçaq 
dağlıq  ərazilərə düşür. Yağıntıların  əsas hissəsi qış  və yazda düşür, yayda yağıntılar demək olar ki, olmur. 
Buxarlanma 1000-1350 mm, rütubətlənmə əmsalı 0,12-0,33 arasında dəyişir. İqlimin vacib xüsusiyyəti yaz və 
yay dövrləri arasında kontrastlığın olmasıdır; yaz isti, rütubətli, lakin qısa, yay çox isti, quru və uzundur. 
İstiliklə təmin olunmasına görə zona uzun vegetasiya dövrü olan birillik subtropik bitkilər qurşağına, nəmliklə 
təmin olunmasına görə isə  çox quru və quru zonaya aid edilir. 
Relyef və torpaqəmələgətirən süxurlar. Zonanın relyefi çay vadilərinin və müvəqqəti su axınlarının 
yataqları ilə parçalanmış geniş meyilli dağətəyi düzənlikdən ibarətdir. 
Mərkəzi Asiyanın boz torpaqlarında torpaqəmələgətirən süxurlar lös və lösabənzər gillicələrdən ibarətdir. 
Kür-Araz ovalığında allüvial və delüvial mənşəli ağır gillicəli və gilli süxurlar üstünlük təşkil edir. 
Bitki örtüyü. Boz torpaqlar zonasının daxilində  ərazinin mütləq yüksəkliyi artdıqca çoxillik bitkilər 


 
346
dəyişir. Bununla belə bütün yüksəkliklərdə
 
səhra qum
 
otlarından (Carex pachystills) və qırtıcdan (Poa bulbosa) 
ibarət efemer örtüyü hakimdir. Efemer bitkiləri qısa yaz dövründə inkişaf edir. Qumotu-qırtıc örtüyü daxilində 
birillik efemerlər də (Papaver pavonium, Delphinium persicum, Alyssum desertorum, Malcolmia turcestanica və 
b.) geniş yayılmışdır. 
Açıq boz torpaqlar yarımzonasında çoxillk otlardan Psoralea Drupacea, Ferula sp. və s. geniş yayılmışdır. 
Tipik boz torpaqlar yarımzonasında efemerlərə gec vegetasiya edən çoxillik otlar da əlavə olunur. 
Tünd boz torpaqlar yarımzonasında əsas fonu ayrıq (agropyrum trichophorum), soğancıqlı arpa (Hordeum 
bulbosum), andız (Kodonocephalum grande) və başqa bitkilər yaradır.  Dağlararası vadilərdə çayların 
subasarlarında qovaq, söyüd və iydə ağaclarından ibarət tuqay meşələri yayılmışdır. 
Genezisi. Boz torpaqlar üçün aşağıdakı xassə və əlamətlər səciyyəvidir: profilin genetik horizontlara zəif 
təbəqələşməsi; zəif humuslaşma (tünd boz torpaqlardan başqa); makrostrukturun zəif, mikrostrukturun yaxşı 
inkişaf etməsi; yüksək məsaməli və yumşaq quruluş; bütün profilin karbonatlığı (üst qatda karbonatların bir 
qədər azalması); karbonatların çoxluğu ilə  əlaqədar qələvi reaksiya; süxurla müqayisədə torpağın gilləşməsi; 
profilboyu torpaq faunasının fəaliyyətinin izləri. 
Boz torpaqların quruluşunda ümumi cəhətlər aşağıdakı kimidir: profilin üst hissəsi bir qayda olaraq zəif 
humus rənginə boyanır  və onun rəngi torpaqəmələgətirən süxurun rəngindən kəskin seçilir. Humus horizontu 2 
horizonta bölünür: A- humus horizontu və  B
1
- keçid horizontu. Aşağıda  karbonatlı illüvial horizont B
k
 
yerləşmişdir. Bu horizont tədricən ana süxura keçir. Tünd boz torpaqlarda humuslu profil yaxşı ifadə 
olunmuşdur. 
Boz torpaqların genezisinin öyrənilməsi V.V.Dokuçayev, N.M.Sibirtsev, 
K.D.Qlinka, P.S.Kossoviç, N.A.Dimon, L.İ.Prasolov, A.N.Rozanov və başqalarının 
tədqiqatları ilə bağlıdır. 
Bu tədqiqatlar nəticəsində boz torpaqlar sərbəst tip kimi ayrılmış, “boz 
torpaqlar” termini isə dünya elmi ədəbiyyatında əsaslı şəkildə öz yerini tapmışdır. 
Boz torpaqlar zonasında torpaqəmələgəlmə prosesi hidrotermik rejimin xüsusi 
şəraitində inkişaf edir. İstilik rejimi torpaqların donmaması və ya ayrı-ayrı illərdə 25-
30 sm dərinliyə kimi donması, rütubətli yaz dövründə əlverişli temperatur (10-25
0
C) 
və yay dövründə sabit yüksək temperaturu (30
0
C üst 30 sm dərinlikdə və 20-25
0
C 1 
m dərinlikdə) ilə səciyyələnir. 
Xam və dəmyə boz torpaqlar yuyulma su rejimi tipi ilə səciyyələnir. Lakin qış 
vaxtı torpağın donmaması,  əlverişli quruluşu boz torpaqların qış-yaz yağıntıları ilə 
dərindən islanmasına şərait yaradır; açıq boz torpaqlar 1 m və tipik torpaqlar isə 1,5 
m və daha çox dərinliyə kimi islanır. Torpağın nəmlənməsi bu zaman tarla 
sututumuna (20-21%) uyğun gəlir. Yazda, nəmliyin buxarlanma və desuksiyaya 
intensiv sərf olunduğu zamanda belə torpağın nəmliyi 80-100 sm dərinlikdə soluxma 
nəmliyindən 1,5-2 dəfə çox olur, yağıntıların düşdüyü zaman isə üst qatda bu 
göstərici tarla sututumuna bərabər olur. 
May ayından oktyabra kimi torpağın 1 m və daha çox dərinliyinə kimi fasiləsiz 
quruması baş verir. Torpaq-qruntun maksimal quruması yay kserotermik dövründə 
(iyul-avqust)  ən yüksək həddə çatır, bu zaman üst horizontlarda nəmlik maksimal 
hiqroskopikliyə kimi aşağı düşür. Bu da bioloji proseslərin sönməsinə səbəb olur. 
Hidrotermik rejimin qeyd edilən xüsusiyyətlərinə uyğun olaraq, boz torpaqların 
yaranmasının təbii prosesi iki kəskin fərqli dövrlə  səciyyələnir: 1) qısa müddət 
bioloji proseslərin fəal getdiyi isti və rütubətli yaz dörü (mezoterm) və 2) uzun 
müddət bioloji proseslərin tam kəsildiyi və torpaq profilində pərdə-kapilyar suların 
üstü yuxarı hərəkətinin hakim olduğu çox isti və quru yay dövrü. 
Efemer –səhra bitkiliyialtı boz torpaqlarda maddələrin bioloji dövranının 
əhəmiyyətli xüsusiyyəti – hər il biokütlənin böyük hissəsinin (70%-ə kimi) bitki 
qalıqları formasında torpağa daxil olmasıdır (60-100 s/ha). Bitki qalıqlarının 80-
90%- i kök sisteminin hesabınadır. Bu qalıqlar yüksək küllülüyi və tərkibində xeyli 
miqdarda azotun olması ilə  səciyyələnir. Bioloji dövranın boz torpaqlar zonasında 
fərqli cəhəti – bitki qalıqlarının intensiv parçalanmasıdır. 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə