Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə180/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   193

 
355
 
Cədvəl 125 
Qırmızı torpaqların ümumi analizi 
 
Dərinlik, 
sm 
Humus,% 
pH, su 
çəkimi 
Ümumi tərkib, % 
SiO
2
R
2
O
3
CaO MgO 
0-8 5,99 4,2 
35,92 
48,79 
0,65 
0,95 
13-26 5,20  4,7 35,34 45,57 0,53 1,22 
35-45 4,77  4,5 35,62 45,57 0,43 1,24 
53-64 1,45  4,4 35,76 49,12 0,51 1,39 
75-91 0,72  4,4 35,76 49,52 0,46 1,39 
140-160 0,51  4,4  32,62 49,52  0,46  2,41 
 
Cədvəl 126 
Qırmızı torpaqlarda udulmuş kationların tərkibi 
 
Horizontlar 
Ca
2+ 
Mg
2+ 
H
+
 
Cəmi Ca
2+
Mg
2+
H
+
 
m-ekv /100 qr torpaqda 
Cəmdən %-lə 
A

1,9 4,3 12,1 18,3 10,3 23,5 66,3 
B

1,0 1,2 8,2 10,4  9,6 11,5 78,8 
B
2
 0,9 
2,0 
8,9 
11,8 
7,6 
16,9 
75,4 
C 0,8 
2,2 
9,1 
12,1 
6,6 
18,,1 
75,2 
 
 
 
 
 
 
 
 
 
Udulmuş kationlar içərisində hidrogen (60-75%) və alüminiumun xüsusi çəkisi 
böyükdür. Qalanları kalsium və maqneziumun payına düşür. Qırmızı torpaqların 
əsaslarla doymaması və əsaslar içərisində hidrogen və alüminiumun üstünlüyü  onların 
şiddətli turş (pH 4,2-4,5) reaksiyasını şərtləndirir. Qırmızı torpaqlar əlverişli fiziki xas-
sələrə malikdir: suyadavamlı aqreqatların yüksək göstəricisi, yüksək sukeçiricilik, 
yüksək sututumu və  məsaməlik. Qırmızı torpaqlarda suyadavamlı aqreqatların 
yaranmasında biryarımlıq oksidlər, torpaq hissəciklərinin səthini örtməklə  və onları 
bir-birinə yapışdırmaqla böyük rol oynayır. 
 
§ 113. Sarı torpaqlar 
 
Qırmızı torpaqlar kimi sarı torpaqlar da isti və rütubətli subtropik iqlim şəraitində 
yaranmışdır. Sarı torpaqlar qırımızı torpaqlardan fərqli olaraq tərkibində silisiumun miqdarı 
daha çox (55-65%), biryarımlıq oksidlərin miqdarı isə azdır (25-30%). Ona görə  də sarı 
torpaqlar qırmızı torpaqlar kimi parlaq rəngə malik deyil. Qırmızı torpaqlardan fərqli olaraq sarı 
torpaqlar üçün, həmçinin aşınmanın sillitli tipi səciyyəvidir. 
Sarı torpaqlar qırmızı torpaqlarla müqayisədə daha yaxşı görünən podzollaşma 
əlamətlərinə malikdir. Ona görə  də onların profili genetik horizontlara yaxşı 
ayrılmışdır. Torpaq horizontlarının ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm  arasında 
tərəddüd edir. Sarı torpaqlarda aşağıdakı horizontları ayırırlar: A
o
 – meşə döşənəyi (3-4 
sm); A
1
 – humuslu horizont, bozumtul-sarımtıl rəngli, topavari və ya topavari-qozvari 
strukturlu, sıxlaşmış, ağır gillicəli; A
2
 – podzollaşmış,  üzərində sarı çalarlı qonur-
sarımtıl rəngli, gillicəli, sıxlaşmış; B- illüvial horizont, açıq-sarı  və üzərində sarı-
manqanlı  ləkələr, topavari-prizmavari strukturlu, sıxlaşmış, gillicəi; C – 
torpaqəmələgətirən süxur, müxtəlif rəngli.  
Təsnifatı. Sarı torpaqlar daxilində dörd tip ayırırlar: sarı torpaqlar, podzollu-sarı 
torpaqlar, sarı-qleyli torpaqlar və podzollu-sarı-qleyli torpaqlar. 
Sarı torpaqlar alçaq dağlığın dağətəyi hissələrində  və yamaclarında 
formalaşmışdır. Öz xassələrinə görə bu torpaqlar qırmızı torpaqlarla qonur-meşə 
torpaqları arasında aralıq mövqe tutur. (M.N.Sabaşvili). 
Sarı torpaqların profilinin quruluşu və əlamətləri yuxarıda təsvir edilmişdir. 
Podzollu-sarı torpaqlar dağətəyi düzənlikdə  və alçaq dağlıq  ərazilərdə inkişaf 
etmişdir. Bu torpaqların yaranmasında vaxtaşırı izafi nəmlənmə böyük rol oynayır. 


 
356
Onların profili genetik horizontlara təbəqələşmişdir. Sarı torpaqlardan fərqli olaraq bu torpaqlarda podzollaşma 
və torpaq səthində qleyləşmə  əlamətləri aydın seçilir. Üzərində qleyləşmə  əlamətləri olan podzollu qatın 
qalınlığı 50 sm və daha çox olur. İllüvial horizont biryarım oksidlər və lil hissəcikləri ilə  zənginləşmişdir və 
yüksək sıxlığı ilə seçilir. Podzollu-sarı torpaqlar turş reaksiyaya malikdir. 
Sarı-podzullu-qleyli torpaqlar hamar sahələrdə qrunt suyunun torpağın səthinə yaxın olduğu və ya səth 
izafi nəmliyin güclü təsirə malik olduğu yerlərdə formalaşmışdır. Bu torpaqlar qleyli və qleyvari torpaqlara 
bölünür. Torpaq profilinin təbəqələşməsi müşahidə edilimir. Bu torpaqlar daxilində profilin aşağı hissəsində 
qələvi reaksiyası və karbonatlığı  ilə səciyyələnən qalıq-karbonatlı torpaqlar da yayılmışdır. 
Tərkibi və  xassələri. Sarı torpaqlar qranulometrik tərkibinə görə  əsasən gilli və gillicəlidirlər. Gilli şistlər 
üzərində inkişaf etmiş sarı torpaqların yüksək dispersli fraksiyalarında kaollinit, montmorillonit və hidroslyuda qru-
pundan olan minerallar üstünlük təşkil edir. Qırmızı torpaqlardan fərqli olaraq onlarda biryarımlıq oksidli minerallar 
(hetit, hibbsit və s.) azlıq təşkil eidr. 
Ümumi analiz sarı torpaqların profilində qırmızı torpaqlardan fərqli olaraq SiO
2
-un daha yüksək göstəriciyə 
malik olduğunu göstərir. Onun miqdarı podzollaşmış horizontda daha çoxdur (cədvəl 127). 
 
Cədvəl 127 
Sarı-podzollu torpaqların ümumi tərkibi 
 
Dərinlik, 
sm 
Humus, % 
pH su 
çəkimi
Ümumi tərkib, % 
SiO
2
R
2
O
3
CaO MgO 
0-15 
5,88  6,6 64,59 20,94 1,38  1,82 
10-15 
1,46  6,6 66,12 22,80 0,46  1,81 
20-25 
0,87  6,4 64,53 24,53 1,38  1,82 
35-40 
0,79  6,2 63,48 25,66 1,28  2,02 
45-50 

6,0 57,45 29,69 1,20  1,85 
55-60 

5,9 57,30 29,97 1,21  1,58 
65-70 

6,0 56,26 31,08 1,25  2,53 
80-90 

6,4 55,55 30,35 2,37  3,08 
100-125 

6,9 52,22 31,37 4,39  4,08 
 
Sarı torpaqların tərkibində 4-5 %, bəzi hallarda 10%-ə kimi humus, 0,2-0,4% azot vardır. Dərinlikdən asılı 
olaraq humus və azotun miqdarı  kəskin  şəkildə azalır. Mübadiləli kationlar içərisində kalsium üstündür (60-
80%), lakin maqnezium və hidrogen də kifayət qədərdir (cədvəl 128).  
Cədvəl 128 
 
Podzollu-sarı torpaqlarda udulmuş kationların tərkibi 
 
Horizontlar 
Ca
2+ 
Mg
2+ 
H

Cəmi Ca
2+
Mg
2+
H
+
m-ekv /100qr torpaqda 
Cəmdən %-lə 
 
1 2 



6 7 8 
A

10,6 4,0 0,1 14,7  72,2  27,2  0,6 
B

8,7 3,3 0,2 12,2  71,3  27,0  1,6 
B

9,0 4,3 5,2 18,5  48,6  23,2  28,1 
C 12,1 
3,6 
5,2 
20,9 
57,8 17,2 
17,2 
 
Torpaq məhlulunun reaksiyası  zəif turşdur (pH 5-6). Sarı torpaqlar qırmızı torpaqlardan fərqli olaraq az 
əlverişli fiziki xassələrə malikdir. Xüsusən də podzollu-sarı  və podzollu-sarı qleyli torpaqlar əlverişsiz fiziki 
xassələri ilə səciyyələnir. 
Qırmızı və sarı torpaqlardan kənd təsərrüfatında istifadə. Rütubətli subtropiklərin təbii şəraiti bir çox 
kənd təsərrüfatı bitkilərini yetişdirməkdən ötrü olduqca əlverişlidir. Qırmızı və sarı torpaqlarda çay, sitrus, tütün 
və s. bitkilər becərilir. Lakin bu torpaqlar bitkinin tələbini ödəməkdən ötrü kifayət qədər qida elementlərinə 
malik deyillər. Azotun mütəhərrik formaları asanlıqla torpağın üst qatlarından yuyulur, biryarım oksidlər isə 
fosforu bitkilər üçün əlçatmaz formaya salır. 
Mineral gübrələrdən azot, fosfor, həmçinin kalium gübrələri kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına 
daha səmərəli təsir göstərir. 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə