QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   79

175 
 
nəzərdə  tutulsun.  İkinci  variant  qarşılıqlı  ticarətin  ümumi 
əlamətlərini xarakterizə  edir, barter adlanan birinci  variant  isə 
onun xüsusi növüdür. 
Qarşılıqlı ticarət milli və beynəlxalq ticarətin qədim for-
masıdır  və  ümumi  ekvivalent  kimi  pul  meydana  gələnə  qədər 
geniş yayılmışdı. Pul dövriyyəsi genişləndikcə qarşılıqlı ticarət 
öz  əhəmiyyətini  itirirdi,  ancaq  XX  əsrin  ikinci  yarısından 
etibarən onun tətbiqi aşağıdakı səbəblər üzündən genişlənməyə 
başladı: 
-  ölkələrin  və  bütöv  regionların  qeyri-bərabər  iqtisadi 
inkişafı  hesablaşmalar  üçün  inkişaf  etməkdə  olan  ölkələrə 
kifayət qədər valyuta ehtiyatlarına malik olmağa imkan vermir
-  əmtəələrin  satış  probleminin  kəskinləşməsi,  satıcıları 
məcbur  edir  ki
,
  öz  məhsullarının  rəqabət  qabiliyyətinin  artırıl-
ması və satışın həcminin çoxaldılması üçün alıcılara təklif etsin 
ki,  aldığı  malların  haqqını  əmtəələrin  qarşılıqlı  tədarükünün 
tam və ya qismən həyata keçirilməsi yolu ilə ödəsinlər
-  ödəniş  qabiliyyətinin  aşağı  düşməsinə  səbəb  olan 
iqtisadi  böhranlar  sahibkarları  məcbur  edir  ki,  pulla  hesablaş-
maları  məhdudlaşdırsınlar  və  əmtəələrin  qarşılıqlı  dəyişdiril-
məsinə qayıtsınlar. 
İnkişaf  etməkdə  olan  ölkələrdə,  eləcə  də  bu  ölkələr 
arasında, qarşılıqlı ticarətin genişlənməsinin əsas səbəblərindən 
biri əmtəə bazarlarının istənilən məhsullarla dolu olması və bu 
səbəbdən  də  satışda  problemlərin  yaranmasıdır.  Yaranmış 
vəziyyət  satıcıları  məcbur  edir  ki,  öz  məhsullarının  rəqabət 
qabiliyyətinin  artırılması  və  satış  həcminin  çoxaldılması  üçün, 
alıcıların istəyinə uyğun olaraq, satdıqları  məhsulların haqının 
alıcıların məhsulları ilə ödənilməsinə razılıq versinlər. 
Qarşılıqlı ödəniş vasitəsi kimi satıcılar əsasən özlərinin 
istehsalı üçün lazım olan  malları qəbul  edirlər. Məsələn, boya 
istehsalçıları  onu  qismən  pula  satır,  qismən  də  boyanı 
qablaşdırmaq üçün bankalara dəyişirlər. Banka istehsalçıları isə 


176 
 
aldığı  boyadan  bankaları  markalamaq  və  reklam  üçün  istifadə 
edirlər.  Ancaq  bir  sıra  hallarda  qarşılıqlı  lazım  olan  malların 
dəyişdirilməsi  hesablaşmalar  və  satışın  həcminin  genişlən-
dirilməsi  üçün  kifayət  etmir,  ona  görə  də,  satıcılar  özlərinə 
lazım  olan  məhsulları  artıq  həcmdə  almağa  və  ya  özlərinə 
lazım olmayan malları almağa məcbur olurlar. XX əsrin 80-ci 
illərində  bu  təcrübə  qarşılıqlı  ticarət  zamanı  alınmış  lazım 
olmayan  malların  satışı  ilə  məşğul  olan  xüsusi  vasitəçi 
firmaların yaranmasını stimullaşdırdı. 
Qarşılıqlı  ticarətin  genişlənməsi  bank  kapitalının  da  bu 
sahəyə  cəlb  etdi.  Tərəflər  əmtəələrin  qarşılıqlı  tədarükünü  çox 
nadir  hallarda  eyni  zamanda  həyata  keçirirlər.  Ona  görə  də, 
təcrübədə  əmtəəni  birinci  təklif  edən  tərəf  digər  tərəfi 
kreditləşdirir  (öz  əmtəəsini  ona  haqqı-əvəzi-sonradan  ödənil-
məklə  göndərir).  Qarşılıqlı  ticarətin  bir  sıra  növlərində  kredit-
ləşmənin müddəti bir neçə ay və  ya il təşkil edə bilər. Banklar 
qarşılıqlı ticarətin iştirakçılarına müxtəlif kredit növlərini - həm 
qısa, həm də uzun müddətli təklif edir. Bundan başqa banklar, 
tərəflərin  qarşılıqlı  tədarük  üzrə  öhdəliklərinin  və  göndərilən 
malların haqqının ödənilməsinin zəmanətçisi kimi də çıxış edir. 
 
11.2. Əmtəələrin (malların) qarşılıqlı alışı 
 
Əmtəələrin  (malların)  qarşılıqlı  alışı  bir  neçə  variantda 
həyata keçirilə bilər. 
I  variant. 
u
Əsas  ixracçı"  adlandıracağımız  A  firması 
"əsas  idxalçı"  olan  B  firması  ilə  alqı-satqı  müqaviləsi  imzala-
yır,  bu  zaman  hansı  firmanın  qarşılıqlı  öhdəliklərin  təşəbbüs-
çüsü  olmasının  əhəmiyyəti  yoxdur.  Alqı-satqı  müqaviləsində 
tərəflər  göstəriblər  ki,  məsələn,  əsas  idxalçı  aldığı  malların 
haqqının  yarısını  pulla,  yarısını  isə  razılaşdırılmış  qiymətlə  və 
razılaşdırılmış həcmdə müəyyən malla ödəyəcəkdir. Beləliklə, 
əsas  ixracçı  müqavilədə,  satdığı  malların  haqqının  bir  hissəsi-


177 
 
nin  əsas  idxalçı  tərəfindən  müəyyən  mallarla  ödəniləcəyinə 
razılıq verir. 
Tədarük  etdiyi  (satdığı)  malın  haqqının  ödəniləcəyinə 
əmin  olmaq  üçün  əsas  ixracçı  (A  firması)  əsas  idxalçıdan  (B 
firmasından) maliyyə zəmanəti tələb edə bilər. Bank kreditləri, 
ehtiyat akkreditivləri belə zəmanət rolunu oynaya bilər. 
Ancaq  təcrübə  göstərir  ki,  çox  vaxt  vəsait  çatışmazlığı 
üzündən  əsas  idxalçı  eyni  zamanda  müqavilə  məbləğinin 
50,0%-ni ödəmək və maliyyə zəmanəti vermək imkanına malik 
olmur.  Belə  hallarda  tərəflər  əsas  ixracçının  bank  zəmanəti 
əsasında  əsas  idxalçının  avans  olaraq  öz  məhsulunu  ona 
göndərməsi barədə razılığa gəlirlər. 
II  variant.  Əsas  ixracçı  və  əsas  idxalçı  bağladıqları 
alqı-satqı müqaviləsində qeyd edirlər ki, məsələn, əsas idxalçı 
müqavilə  məbləğinin  70,0%-ni  pulla  ödəyir,  qalan  30,0%-nin 
ödənilməsi  üçün  razılaşdırılmış  müddətdə  əmtəənin  qarşılıqlı 
alışı  haqqında  əlavə  müqavilə  imzalayır,  başqa  sözlə,  əsas 
ixracçı  olur.  Qarşılıqlı  müqavilənin  imzalanması  hər  iki  tərəf-
dən  asılı  olduğundan,  onlar  öz  mənafelərinin  qorunması  üçün 
aşağıdakı tövsiyələri nəzərə almalıdırlar: 
1)  Əmtəənin  qarşılıqlı  alışına  dair  əlavə  müqavilənin 
imzalanmasını  əsas  idxalçının  öhdəsinə  qoymaq  məqsədi  ilə, 
əsas  ixracçı,  əsas  müqavilədə  qeyd  etdirməlidir  ki,  əgər  əsas 
idxalçı  bu  sahədə  öz  üzərinə  düşən  öhdəliyi  razılaşdırılmış 
müddətdə  yerinə  yetirməsə,  onda  o,  əsas  müqavilə  üzrə  qalan 
məbləği  əsas  ixracçıya  ödəməlidir.  Bundan  əlavə,  əsas  ixracçı 
əsas  müqavilədə  nəzərdə  tuta  bilər  ki,  əsas  idxalçı  tərəfindən 
əmtəənin qarşılıqlı alışma dair əlavə müqavilənin imzalanması 
gecikərsə,  onda  o,  bu  səbəbdən  əsas  ixracçıya  dəyən  zərəri 
ödəməlidir. 
2)  Əsas  ixracçı  tərəfindən  əsas  idxalçının  ona  lazım 
olmayan əmtəəni və ya məqbul olmayan qiymətə göndərməkdə 
təqsirləndirilməməsi  üçün,  çalışmaq  lazımdır  ki,  əsas  müqavi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə