QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

246 
 
yatlarda  qadağalar,  limitləşmə,  nizama  salma,  ləngimə  və  ya 
onların  sərəncamları  şəklində  istifadə  olunur.  Valyuta  nəzarə-
tinin  və  valyuta  məhdudiyyətlərinin  əsas  məqsədləri  kimi  aşa-
ğıdakıları göstərmək olar: 
- iqtisadi təhlükəsizliyin təmin edilməsi
- xarici iqtisadi əlaqələrdə inkişafın stimullaşdırılması; 
- ölkənin valyuta ehtiyatlarının formalaşması; 
- ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi. 
Valyuta  məhdudiyyətləri  aşağıdakı  amillərin  nəzərə 
alınması ilə tətbiq olunur: 
-  ölkənin  iqtisadi  inkişaf  səviyyəsinin  və  onun  valyuta 
bazarının nəzərə alınması; 
- ödəniş balansının vəziyyəti; 
-  rəsmi  qızıl  -  valyuta  ehtiyatlarının  səviyyəsi  və  dina-
mikası; 
- milli pul vahidinin dönmə rejimi
- idxalın həcmi və ona olan tələb; 
- iqtisadi üstünlüklər; 
- milli istehsalın qiymət və həcmlərinin səviyyəsi. 
Valyuta  nəzarətinin  əsas  tələbi  valyuta  qanunverici-
liyinə  riayət  olunmasıdır.  Bu  qanunvericilik,  bir  qayda  olaraq, 
kapitalın hərəkəti ilə əlaqədar olan (ödəniş balansının strukturu 
üzrə) əməliyyatların və cari əməliyyatların yerinə yetirilməsinə 
nəzarət  üzrə  tədbirlər  kompleksini  nəzərdə  tutur.  Valyuta 
nəzarətinin  və  valyuta  məhdudiyyətlərinin  formaları  uyğun 
olaraq  bu  əlamətə  görə  cari  (mal  sövdələşmələri  və 
«görünməz» sövdələşmələr) və maliyyə (kapitalın ixracı, idxalı 
və neytral sövdələşmələr) formalarına bölünürlər. 
Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır: 
-  aparılan  valyuta  əməliyyatlarının  qüvvədə  olan 
qanunvericiliyə  uyğunluğunu  və  bunun  üçün  lisenziya  və 
icazələrin olmasını müəyyən etmək; 


247 
 
-  dövlət  qarşısında  xarici  valyuta  üzrə  və  Azərbaycan 
Respublikasının  valyuta  bazarında  valyutanın  satışı  üzrə 
öhdəliklərin  rezidentlər  tərəfindən  yerinə  yetirilməsi  vəziyyə-
tini yoxlamaq; 
-  xarici  valyuta  ilə  ödənişlərin  əsaslandırılmış  olduğunu 
yoxlamaq; 
-  valyuta  əməliyyatları,  o  cümlədən  qeyri-rezidentlərin 
milli valyuta ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı və 
obyektivliyini yoxlamaq. 
Valyuta nəzarətinin əsas vəzifələri aşağıdakılardır: 
- ixrac edilmiş əmtəələr üzrə valyuta mədaxilinə nəzarət 
etmək; 
-  idxal  əməliyyatları  üzrə  əmtəələrin  Azərbaycan  Res-
publikasına daxil olmasına nəzarət etmək; 
-  barter  müqavilələri  üzrə  əmtəələrin  Azərbaycan  Res-
publikasına daxil olmasına nəzarət etmək. 
Azərbaycanda  valyuta  nəzarəti  "Valyuta  tənzimi  haq-
qında" Azərbaycan Respublikasının Qanununa, eləcə də Nazir-
lər Kabinetinin, Azərbaycan Respublikasının Milli Bankının və 
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsinin  öz 
səlahiyyətləri  çərçivəsində  qəbul  etdikləri  qərarlara  uyğun 
həyata  keçirilir.  Respublikamızda  valyuta  nəzarətini  həyat 
keçirən  orqanlar  isə  Azərbaycan  Respublikasının  Milli  Bankı 
və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsidir. 
Valyuta nəzarətinin həyata keçirilməsi üçün ilkin sənəd 
lazımi  qaydada  tərtib  olunmuş  ixrac  və  ya  idxal  müqavilə-
ləridir.  Onlarda  minimum  aşağıdakı  rekvizitlər  öz  əksini 
tapmalıdır: 
-  hüquqi  ünvanları  göstərilməklə  tərəflərin  müəyyən 
edilməsi; 
-  miqdarı  və  texniki  xüsusiyyətləri  qeyd  edilməklə 
əmtəələrin təsviri; 


248 
 
-  əmtəə  vahidinin  qiymətinin,  qiymətin  hesablanma 
üsulunun və müqavilənin ümumi məbləğinin göstərilməsi
- tədarük vaxtının göstərilməsi; 
- əmtəənin  qəbulu  və  haqqının ödənilməsi  üzrə alıcının 
öhdəlikləri; 
- ödənişlərin həyata keçirilməsinə əsas verən sənədlərin 
siyahısı göstərilməklə ödənişlərin müddəti, ödəniş valyutası və 
ödəniş üsulu; 
-  ödənişi  həyata  keçirənlərin  və  alanların  bankının  və 
hesablarının  nömrələrinin  göstərilməsi  (eləcə  də,  ödənişlərin 
həyata  keçirildiyi  müxbir  bankların  rekvizitlərinin  göstəril-
məsi); 
-  göndərilən  əmtəənin  haqqının  ödəniləcəyinə  və  ya 
həyata keçirilmiş ödənişə görə əmtəənin tədarükünə zəmanət; 
-  əmtəənin  göndərilməyəcəyi  təqdirdə  alınmış  avansın 
qaytarılacağına dair tərəflərin öhdəlikləri
-  öhdəliklərin  yerinə  yetirilməməsinə  görə  tərəflərin 
məsuliyyəti və cərimə sanksiyaları; 
-  meydan  çıxan  mübahisələrin  baxılacağı  məhkəmənin 
yerləşdiyi ölkənin adı. 
Müqavilə  azərbaycan  dilində  tərtib  olunmalıdır  və  ya 
azərbaycan  dilinə  tərcüməsi  notarial  qaydada  təsdiq  olunma-
lıdır.  Müqavilə  nömrələnməli,  onun  imzalandığı  yer  (ölkə), 
tarix  göstərilməli  və  onu  imzalamağa  səlahiyyəti  olanlar 
tərəfindən imzalanmalıdır. 
Valyuta  nəzarətinin  həyata  keçirilməsi  üçün  ikinci  növ 
sənədlər  saziş  pasportu,  uçot  kartoçkası  və  ödəniş  kartoç-
kasıdır. 
Hər bir idxal  və ixrac  əməliyyatları üzrə  saziş  pasportu 
tərtib edilir. Saziş pasportu idxalçının və  ya ixracçının valyuta 
hesabının  açıldığı  və  müqavilə  üzrə  hesablaşmaları  aparan 
bank  tərəfindən  imzalanır.  Saziş  pasportu  müəyyən  edilmiş 
qaydada, standart formada və iki nüsxədə tərtib edilir. 


249 
 
Saziş  pasportu  tərtib  edildikdən  sonra  idxalçı  və  ya 
ixracçı  onu,  müqavilənin  əsli  və  ya  təsdiq  edilmiş  surəti  ilə 
birlikdə,  öz  bankına  təqdim  edir.  Bank  təqdim  edilmiş  sənəd-
lərin, o cümlədən imzaların, həqiqiliyini yoxlayır, saziş paspor-
tunu  imzalayır,  onun  bir  nüsxəsini  özündə  saxlayır,  digər 
nüsxəsini  isə  müştəriyə  verir.  Bununla  da  bank  müqavilənin 
yerinə yetirilməsinə nəzarət funksiyasını üzərinə götürür. 
ARDGK  tərəfindən  uçot  kartoçkası  hər  bir  gömrük 
deklarasiyasında hər bir əmtəə kodu üzrə tərtib edilir. ARDGK 
Azərbaycan  Respublikası  ərazisindən  çıxarılan  və  ya  onun 
ərazisinə  daxil  olan  əmtəələrin  və  müvafiq  ödənişlərin 
eyniləşdirilməsi  məqsədi  ilə  uçot  kartoçkalarmı  idxalçının  və 
ya  ixracçının  bankına  göndərir.  Ödəniş  kartoçkaları  müqavilə 
üzrə  həyata  keçirilən  ödənişlərin  qeydiyyatı  və  onlara  nəzarət 
məqsədi ilə tərtib edilir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


250 
 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
Azərbaycan dilində 
1.
 
Alıyev  İ.H.,  İbadov  S.A.  Azərbaycan  iqtisadiyyatı. 
Bakı: Ağrıdağ, 1998, 94 s. 
2.
 
 Abbasov  T.A.,  Bağırov  M.S.  Mühasibat  (idarəetmə) 
uçotu. Bakı: ADPU, 2007,  523 s. 
3.
 
Axundov  Ş.  «Marketinqin    əsasları».  Bakı:  Ergün, 
2001, 538 s. 
4.
 
Alıyev  İ.A.  Azərbaycan  Respublikasında  aqrar  sahədə 
iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi. Bakı: Elm, 
2003, 315 s. 
5.
 
“Azərbaycan XXI əsrin astanasında” / Respublika elmi-
praktiki  konfransının materialları.  Bakı: Şərq-Qərb, 1997, 856 
s. 
6.
 
Azərbaycanın xarici ticarəti 2005-2008-ci illər. Statistik 
məcmuə. Bakı: 2009, 114 s. 
7.
 
Azərbaycan  Respublikası  Konstitusiyası.  Bakı:  Qanun, 
2009, 68 s. 
8.
 
Bağırova  İ.V.  Beynəlxalq  ixtisaslaşma  və  regional 
inkişafın  inteqrasiya  olunması  istiqamətləri  /  Beynəlxalq 
iqtisadi  əlaqələrin  inkişafında  regionların  rolu  və  əhəmiyyəti. 
Beynəlxalq elmi konfransın materialları. Naxçıvan: 2009, s.26-
29  
9.
 
Bayramov Ə.Ə. Regional iqtisadi inteqrasiya-nəzəriyyə 
və praktika. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1997, 222 s. 
10.
 
Beynəlxalq  iqtisadi  əlaqələrin  inkişafında  regionların 
rolu  və  əhəmiyyəti  /    Beynəlxalq  elmi  konfransın  materialları. 
Naxçıvan, NDU-nun Qeyrət nəşriyyatı, 2009, 116 s. 
11.
 
Dövlət rüsumu. (normativ-hüquqi aktlar toplusu). Bakı: 
Hüquq ədəbiyyatı, 2003, 140 s. 
12.
 
Əhmədov  N.H.  Heydər  Əliyev  və  Azərbaycanda 
gömrük  xidməti.  Humanitar  elmlərinin  öyrənilməsinin  aktual 
problemləri. Bakı: Mürtəcim, 2008, 222 s. 


251 
 
13.
 
Əliyev M.T. Azərbaycan iqtisadiyyatı. Bakı: Elm, 1997, 
216 s. 
14.
 
Əliyev  A.Ə.,  Nuriyev  C.Q.,  Nuriyeva  G.Q. 
”İqtisadiyyat  və  hüquq”.  Ensiklopedik  izahlı  lüğət.      Bakı: 
Qanun, 2002, 536 s. 
15.
 
Əliyev  A.Ə.,  Şəkərəliyev  A.Ş.  «Bazar  iqtisadiyyatına 
keçid: dövlətin iqtisadi siyasəti» Bakı: Qanun, 2002, 278 s. 
16.
 
Əliyev  A.Ə.  Gömrük  işi  və  dünya  iqtisadiyyatının 
formalaşması və inkişaf problemləri. Bakı: Çaşıoğlu, 2003, 256 
s. 
17.
 
Əliyev 
A.Ə. 
Azərbaycanın 
iqtisadi 
siyasəti. 
Azərbaycanın  xarici  ticarət-iqtisadi  əlaqələri  /  Ali  məktəblər 
üçün dərslik.  Bakı: Qanun, 2003, 323 s. 
18.
 
Əliyev V. Azərbaycanın XİF tənzimlənməsində gömrük 
tariflərinin tətbiqi problemləri. Bakı: Elm, 2006, 238 s. 
19.
 
Əlirzayeva  T.Ə.,  Əlirzayev  Ə.Q.  Əhalinin  gəlirləri  və 
istehlakının maliyyə mexanizmləri. Bakı: Elm, 2007, 247 s. 
20.
 
Feyzullabəyli 
İ.Ə.,  İbişov  E.İ.,  İsrafilov  H.A. 
“Beynəlxalq ticarət işi”. Bakı: Təhsil, 2001, 382 s.  
21.
 
Gömrük  tarifi  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu. Bakı: Qanun, 1995. 
22.
 
Heydərov  K.F.  Gömrük  işinin  əsasları:  IV  cilddə,  I  c., 
Gömrük  işinin  təşkili  və  texnologiyası.  Bakı:  Azərnəşr,  1998, 
496 s. 
23.
 
Heydərov K.F.,  İbrahimov T.T.  «Gömrük  işi  - iqtisadi 
süverenlik və təhlükəsizlik» Bakı: Ozan, 1999, 217 s. 
24.
 
Heydərov  K.F.  Heydər  Əliyev  və  Azərbaycanda 
gömrük 
sisteminin 
təkamülü 
(İqtisadi 
təhlükəsizlik 
konsepsiyası üzrə). Bakı: Ozan, 2000, 252 s. 
25.
 
Həbibbəyli  Ə.İ.  Azərbaycan  Respublikasının    Böyük  
Britaniya  və  Şimali    İrlandiya  Birləşmiş  Krallığı  ilə  iqtisadi 
əlaqələri. Bakı: Nurlan, 2007, 213 s. 
26.
 
Həsənov  R.T.  Azərbaycan  Respublikasının  sosial-


252 
 
iqtisadi  inkişafının  bazar  modelinin  konseptual  əsasları.  Bakı: 
Elm, 1998, 328 s. 
27.
 
Kərimov  C.,  Hüseynov  C.  Beynəlxalq  iqtisadi 
münasibətlər. Mühazirə toplusu. Bakı: Azərnəşr, 1998, 124 s. 
28.
 
Kərimov  C., Gənciyev  G.Ə. Dünya iqtisadiyyatı. Bakı: 
Maarif,  2001, 294 s.   
29.
 
Kərimli  İ.A.  Beynəlxalq  iqtisadi  münasibətlərin  müasir 
problemləri. Bakı: Çaşıoğlu, 2006, 300 s. 
30.
 
Qəribov  A.H.  Azad  iqtisadi  zonalar:  imkanlar, 
perspektivlər. Bakı: Təhsil, 2001, 133 s. 
31.
 
Qəribov  A.H.  Azad  iqtisadi  zonalar  və  iqtisadi 
təhlükəsizliyin tənzimlənməsi. Naxçıvan: İdeya, 2011, 254 s. 
32.
 
Meybullayev M. İqtisadi təlimlər tarixi / Ali məktəblər 
üçün dərslik. Bakı: Nurlan, 2005, 560 s. 
33.
 
Məmmədov  Z.  S.  Azərbaycan  Respublikasının  xarici 
iqtisadi əlaqələri. Bakı: Qızıl Şərq, 2004, 187 s.   
34.
 
Məmmədov 
Z.S. 
Regionların 
iqtisadi 
inkişaf 
problemləri. Bakı: Elm, 2007, 469 s. 
35.
 
Məmmədov A.S. Texniki nəzarət vasitələri və onlardan 
istifadə qaydaları. Bakı: Azərnəşr,  2009, 304 s. 
36.
 
Nadirov  A.A.  Müstəqil  Azərbaycan  iqtisadiyyatının 
inkişaf məsələləri. Bakı: Elm, 2002, 450 s. 
37.
 
Nuriyev  C.Q.  Beynəlxalq  iqtisadi  əlaqələrin  hüquqi 
tənzimlənməsi. Bakı: Qanun, 2000, 228 s. 
38.
 
Nuriyev C.Q. «Gömrük  hüququ» / Ali məktəblər üçün 
dərslik. Bakı: Qanun, 2002, 323 s. 
39.
 
Nuriyev 
Ə.X. 
Regional 
inkişafın 
dövlət 
tənzimlənməsinin  aktual  məsələləri.  Azərbaycan  iqtisadiyyatı: 
problemlər, perspektivlər. Bakı: Elm, 2004. 
40.
 
Rüstəmov  A.A.  Yeni  iqtisadi  münasibətlər  şəraitində 
əhalinin maddi rifahının yüksəldilməsinin iqtisadi problemləri. 
Bakı: Bakı Universiteti nəşriyyatı, 2003, 339 s. 
41.
 
Şəkərəliyev  A.Ş.  Dünya  iqtisadiyyatı  və  beynəlxalq 


253 
 
iqtisadi  münasibətlər.  Bakı:  İqtisad  Universiteti  nəşriyyatı, 
1999, 324 s.   
42.
 
Şəkərəliyev  A.Ş.,  Nuriyev  C.Q.,  Əliyev  A.Ə.  Gömrük 
işinin təşkili və idarə edilməsi. Bakı: Qanun, 2004, 343 s. 
43.
 
Şəkərəliyev A.Ş., Həmidova M.Y. Gömrük işinin təşkili 
və idarə edilməsi. Bakı: Hüquq ədəbiyyatı, 2006, 215 s. 
44.
 
Şirəliyev  A.İ,  Şirəliyeva  Ş.A.  İqtisad  elmlərində 
işlədilən alınma sözlər. Bakı: Qorqud, 1999, 136 s. 
45.
 
Şirəliyev  A.İ.  Bazar  iqtisadi  sistemində  mənafelər 
problemi. Bakı: Qorqud, 2000, 95 s. 
46.
 
Vəliyev 
D.Q. 
Beynəlxalq 
iqtisadiyyat. 
Bakı: 
Azərbaycan Universiteti nəşriyyatı, 1998, 384 s.   
47.
 
Vəliyev  D.Q.  Qloballaşma  şəraitində  Azərbaycanın 
dünya 
maliyyə 
bazarlarına 
inteqrasiyası: 
təmayüllər, 
problemlər,  perspektivlər.  Azərbaycan  Universiteti  nəşriyyatı, 
Bakı: 2006, 242 s. 
                                               Türk dilində 
48.
 
Alkin E. Uluslararası ekonomik ilişkiler. İstanbul: Filiz 
kitabevi, 1990, 369 s.  
49.
 
Aras O.N. Azərbaycan ekonomisi və yatırım imkanları. 
Bakü: TÜSİAB, 2005, 395 s. 
50.
 
İşgüden  T.,  Akyüz  M.  Uluslararası  iktisad.  İstanbul: 
Evrim kitabevi. 1995, 145 s.   
51.
 
İyibozkurt  E.  Uluslararası  iktisat.  Teori  ve  politika. 
Bursa: Ezgi kitabevi yayınları, 1995, 391 s.  
52.
 
Karluk  R.  Uluslararası  ekonomi.  İstanbul:  Remzi 
kitabevi, 1991, 130 s.  
53.
 
Nemli  A.  Gelişmekde  olan  ülkelerde  vergi  politikası. 
İstanbul: Y. Güryay matbaası. 1979, 203 s.  
54.
 
Oğan  S.  Azerbaycan.  İktisadi  bünyesi.  İstanbul:  Türk 
Dünyası Araştırmalar Vaqfı, 1992, 200 s.  
55.
 
Selcuk  H.  Yeni  yüzyılda  Azerbaycan’ın  sosyol-
Ekonomik yapısı. İstanbul: “Tasam yayınları”, 2004, 205 s.  


254 
 
56.
 
Seyidoğlu  Ş.  Uluslararası  iktisat:  teori,  politika  və 
uyqulama, İstanbul: Güzem yayımları, 2003, 663 s.  
                                                 Rus dilində 
57.
 
Абасов Ч.M. Основные направления формирования 
внешнеэкономической политики Азербайджана. Баку: Изд. 
Сабах, 1994, 53 с.  
58.
 
Авдокушин  Е.Ф.  Международные  экономические 
отношения. Москва: Юрист, 1999, 366 с.  
59.
 
Алиев  И.  Каспийская  нефть  Азербайджана.  М.: 
«Известия», 2003, 710 с. 
60.
 
Ахмедов  А.И.,  Мухсинова  Л.Х.,  Азизов  Р.Н., 
Гаджиева 
С.М. 
Международная 
торговля 
Азербайджанской Республики. Баку: Сада, 2002, 244 с.  
61.
 
Ахмедов  А.,  Гулиев  Ю.,  Ализаде  М.  Развитие, 
транспортной системы мира. Баку: Элм, 2006, 251 с. 
62.
 
Гаджиев  Ш.  Азербайджан  на  пути  к  мировому 
сообществу:  стратегия  внешнеэкономического  развития, 
Киев, Експресс-об'ява, 2000, 503 с. 
63.
 
Джеффри 
Д. 
Сакс, 
Фелипе 
Ларрон 
Б. 
Макроэкономика.  Глобальный  подход.  М.:  ДЕЛО,  1996, 
847 с.  
64.
 
Дилигенский  Г.  Глобализация  в  человеческом 
измерении. МЭ и МО, 2002, № 7, с. 4-16.  
65.
 
Киреев  А.  Международная  экономика.  М.:  Наука, 
1998, 415 с.  
66.
 
Мировая  экономика.  Под  редакции  Булатова  А.С. 
М.: Юристы, 2000, 734 с.  
67.
 
Мировая  экономика  за  100  лет.  Статистическое 
приложение. МЭ и МО, 2001, № 9, с. 90-114.  
68.
 
Набиев 
Н.А. 
Проблемы 
комплексного 
использования  минеральных  ресурсов  Азербайджана. 
Баку: Элм, 1978, 106 с.  
69.
 
Покровская  В.  В.  Организация  и  регулирование 


255 
 
внешнеэкономической  деятельности.  М.:  Юристь,  2000, 
456 с.  
70.
 
Раджабли  А.  Теория  национальной  безопосности. 
Баку:  БСУ,  2005,  116 с.  
71.
 
Сафаров  С.  Стимулы  для  местного  производства  – 
Эхо, 25.05.2002.  
72.
 
Самедзаде  З.А.  Экономическая  безопасностъ 
государства  –  важнейшее  завоевание  независимого 
Азербайджана. Газ. «Игтисадийят». 2001, октябр - ноябр  
73.
 
Самедзаде  З.А.  Этапы  большого  пути  (экономика 
Азербайджана  за  полвека,  её  реали  и  перспективы).  Баку: 
«Нурлан», 2004, 932 c. 
74.
 
Сандровский  К.К.  Международное  таможенное 
право / Учебник. Киев, «Знания», КОО, 2002, 461 с. 
75.
 
Хасбулатов 
Р.И. 
Мировая 
экономика. 
М.: 
Международные отношения, 1994, 735 с.  
                                             İnternet saytları 
76.
 
www.economy.gov.az
 – İqtisadi İnkişaf Nazirliyi  
77.
 
www.azstat.org
  -  Azərbaycan  Respublikası  Dövlət 
Statistika Komitəsi 
78.
 
www.maliyye.gov.az
 - Maliyyə Nazirliyi 
79.
 
www.az-customs.net
 - Dövlət Gömrük Komitəsi 
80.
 
www.kitab.az
 – Elektron Kitabxana Şəbəkəsi 
 
 
 
 
 
 
 
 
 
 


256 
 
QƏRİBOV ASƏF HEYDƏR OĞLU 
ANAR ƏLİ OĞLU ƏZİZOV 
ƏHMƏDOVA SƏDAQƏT ELMAN QIZI 
 
 
BEYNƏLXALQ TİCARƏT ƏMƏLİYYATLARI 
 
Dərs vəsaiti. Bakı, 2017, səh. 255 
 
 
Elmi redaktor:  prof. İ.M.Məmmədov 
              Texniki redaktor:     Ə.N.Bağırov 
       Kompüter tərtibatçısı:    İ.F.Həsənova 
       Kompüter operatoru:     G.M.Məmmədova 
 
 
 
Çapa imzalanıb: 07.09.2017 
Kağız formatı: 60x84 
Həcmi: 16 ç/v 
Tiraj: 500 
 
 
“Bakı Biznes Universiteti nəşriyyatı”  
Bakı, H.Zərdabi küç. 88

 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə