QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   79

224 
 
Qiymətin  qalxması  auksionu.  Qiymətlərin  qalxması 
auksionu  səsli  və  səssiz  aparıla  bilər.  Səsli  auksionda  auksi-
onist  növbəti  lotun  nömrəsini  (lotun  nömrəsi  eyni  zamanda 
işıqlı lövhədə nümayiş etdirilir) və ilkin qiymətini olan edir və 
soruşur:  "Kim  daha  çox?"  Alıcılar  hər  dəfə  qiyməti  torqların 
keçirilməsi  qaydalarında  qeyd  edilmiş  minimal  əlavədən  az 
olmayan  miqdarda  qaldırırlar.  Minimal  əlavələrin  miqdarı 
lotun  ilkin  qiymətinin  1,0%-dən  2,5%-nə  qədər  olur.  Əgər 
qiymətin növbəti qaldırılması  baş  vermirsə auksionist üç dəfə: 
“Kim  daha çox?” sualını təkrar edir, çəkici vurur və elan edir 
ki, lot qiyməti son qaldırana satıldı. Auksionçunun köməkçiləri 
hansı  lotun,  hansı  qiymətə,  hansı  alıcıya  satıldığını  qeyd 
edirlər. 
Alıcıların  əvvəlcədən  sözləşməsi  nəticəsində  hər  hansı 
bir  lota  maraq  göstərilməməsi  səbəbindən  müəyyən  edilmiş 
auksion  satış  qiymətinə  nail  olmaq  mümkün  olmazsa, 
auksionist  səbəb  göstərmədən  lotu  torqdan  çıxara,  bir  müd-
dətdən sonra onu yenidən satışa təqdim bilər. 
Səssiz  (kar)  auksion  zamanı  auksionçu  lotun  minimal 
qiymətini  elan  edəndən  sonra,  alıcılar  qiymətin  müəyyən 
edilmiş  hədd  miqdarında  qaldırılması  üçün  auksionçuya  şərti 
işarə verirlər. Auksionçu alıcının adını çəkmədən hər dəfə yeni 
qiyməti elan edir. Əgər auksionçunun üç dəfə "Kim daha çox?" 
sualına şərti işarə verən  olmasa, lot və  ya  əşya axırıncı siqnal 
verən  alıcıya  satılır.  Səssiz  torqun  keçirilməsi  alıcının  adının 
gizli  saxlanmasına  imkan  verir.  Bu  növ  auksionlar  əsasən 
incəsənət  əsərlərinin  və  qiymətli  əşyaların  satışı  zamanı  təşkil 
edilir. 
Qiymətin  aşağı  salınması  auksionu.  Bəzi  auksionlar 
əvvəlcədən  elan  edilmiş  ilkin  qiymətin  qabaqcadan  müəyyən 
edilmiş  miqdarda  azaldılması  ilə  keçirilir.  İştirakçılardan  kim 
birinci "Hə" desə, əmtəə lotunu o alır. 


225 
 
Qiymətin  aşağı  salınması  ilə  keçirilən  bəzi  auksionlar 
avtomatlaşdırılmışdır.  Daha  aşağı  qiymətlər  hər  dəfə  lövhədə 
göstərilir.  Lotu  birinci  “Hə”  deyən  və  ya  lövhədə  qiymət 
dəyişməsini  dayandıran  elektrik  düyməni  birinci  basan  alır. 
Alıcı torqun iştirakçısının yerində blokada edilmiş yanan lampa 
ilə müəyyən edilir. 
Avtomatlaşdırılmış  torq  həm  də  qiymətin  qalxması  za-
manı  tərbib  edilir.  Qiymət  qalxdıqca  alıcılar  elektrik  düyməni 
buraxır. Torqu düyməni son olaraq buraxmayan alıcı udur. 
Bir  qayda  olaraq  auksion  torqları  sürətlə  keçirilir.  Bir 
saat  ərzində  300  -ə  qədər  lot  satıla  bilər.  Avtomatlaşdırılmış, 
xüsusilə qiymətlərin aşağı salındığı, torqlarda satış daha sürətlə 
keçirilir - bir saat ərzində 450-600 lot satıla bilər. 
Müqavilələrin sənədləşdirilməsi ausionistin köməkçiləri 
tərəfindən  aparılmış  qeydlər  əsasında  auksionun  müdiriyyəti 
tərəfindən  həyata  keçirilir.  Əmtəələrin  satıcıları  (komitentlər) 
və  alıcıları  nümunəvi  müqavilələri  imzalayırlar.  Komitentlər 
satdıqları  əmtəələrin  pullarmı  alır,  alıcılar  isə  aldıqları 
əmtəələrin  tam  dəyərini  (və  ya  avans)  ödəməklə  onları  auk-
sionun  qaydalarına  uyğun  müəyyən  edilmiş  müddətdə  anbar-
dan aparırlar. 
Auksionlar, kommersiya təşkilatı olaraq, avans vermək-
lə əmtəə tədarükçülərini kreditləşdirə bilərlər. Alıcılar əmtəələ-
ri auksiondan kommersiya krediti əsasında ala, onların haqqını 
əmtəələr satıldıqca və ya istifadə edildikcə ödəyə bilərlər. 
Auksion ticarət tədavül xərclərini azaltmağa, əmtəələrin 
satışını  region  üçün  optimal  sayıla  biləcək  qiymətlərlə  həyata 
keçirməyə və beləliklə də həm satıcı, həm də alıcı üçün kifayət 
qədər optimal şərait yaratmağa imkan verir. 
 
 
 


226 
 
XV FƏSİL. Kommersiya fəaliyyətinin dövlət 
tənzimlənməsi 
15.1. Kommersiya fəaliyyətinin dövlət 
tənzimlənməsinin zəruriliyi 
 
Bazar  iqtisadiyyatı  şəraitində  qanunvericilik,  icraedici 
və  nəzarətedici  tədbirlər  sistemini  əhatə  edən  dövlətin  iqtisadi 
funksiyaları  geniş  olmaqla  yanaşı,  eyni  zamanda  müxtəlif 
təyinatlıdır.  Bu  iqtisadi  funksiyaları  daha  aydın  başa  düşmək 
üçün  ilk  növbədə  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin 
subyekt  və  obyektlərinin  müəyyənləşdirilməsi  məqsədəuy-
ğundur.  Belə  ki,  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  sub-
yektləri  hər  şeydən  əvvəl  öz  gəlirlərinə,  əmlaklarının  səviy-
yəsinə,  mülkiyyət  münasibətlərinə  görə  fərqlənən  dövlət,  həm 
də  qeyri-dövlət  təsərrüfat  strukturlarını,  eləcə  də  bazar  siste-
minə  daxil  olan  sosial  qrupları  əhatə  edir.  İqtisadi  baxımdan 
dövlət  tənzimlənməsi  fərdi  əmək  fəaliyyəti  ilə  məşğul  olan 
fiziki  şəxslərdən  tutmuş,  müxtəlif  sahibkarlıq,  o  cümlədən 
kommersiya, birliklərini, şirkətləri və s. əhatə edir. 
İqtisadiyyatın  dövlət  tənzimlənməsi  hər  şeydən  əvvəl, 
əsas  məqsədə  nail  olmağa  -  insanların  maddi  rifah  halının 
yüksəldilməsinə,  onların  hüquq  və  sosial  müdafiəsinin  təmin 
edilməsinə  yönəldilməlidir.  Dövlət  müəyyən  bir  qrupun  və  ya 
sinfin deyil, hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının 
ən ali təminatçısı və müdafiəçisi kimi çıxış etməlidir. Buna nail 
olmaq üçün dövlət mülkiyyət və təşkilati-hüququ formasından 
asılı  olmayaraq  bütün  təsərrüfat  strukturlarının  fəaliyyətini 
qanunvericilik  yolu  ilə  tənzimləyir,  cəmiyyət  üzvlərinə  təsir 
göstərir,  ictimai  münasibətlər  sistemini  təkmilləşdirir  və  onu 
daha da zənginləşdirir. 
Sahibkarlıq  fəaliyyətinin  başqa  növləri  kimi  kommer-
siya fəaliyyəti də dövlət tərəfindən tənzimlənir. Bu ilk növbədə 
kommersiya  təşkilatlarının  yaradılmasının  və  fəaliyyətinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə