QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

221 
 
tərəfindən  proqnozlaşdırılan  səviyyəsi  nəzərə  alınmaqla,  onun 
imzalandığı  anda  mövcud  qiymətlər  əsasında  imzalanır.  Əgər 
qiymət  artımı  gözlənilirsə,  o  proqnozlaşdırılan  səviyyəyə  uy-
ğun "mükafat" həcmində artırılır, əgər qiymətin azalması göz-
lənilirsə -  proqnozlaşdırılan "azalma"  həcmində  azaldılır. Əm-
təənin birjanın anbarına təhvil verilməsi və onun haqqının alın-
ması real əmtəələrin dərhal tədarükü üzrə sazişdə olduğu qay-
dada,  ancaq  əmtəələrin  birjanın  anbarından  alınması-müəyyən 
edilmiş müddət nəzərə alınmaqla həyata keçirilir. 
Müddətli əməliyyatlar və ya fyuçers sazişləri. Müddətli 
əməliyyatların  və  ya  fyuçers  sazişlərinin  iki  forması  fərqlən-
dirilir: uzun sazişlər və qısa sazişlər. 
Uzun  sazişlər.  Əgər  müştəri  qiymətlərin  artacağına 
əmindirsə  o,  brokerə  sifariş  verir  ki,  məsələn,  barelinin  birja 
qiyməti 80 dollar olmaqla və 3 aydan sonra tədarük etmək şərti 
ilə  1000  ton  xam  neft  alsın.  Birja  kotirovkalarını  izləyən 
müştəri  görsə  ki,  bu  müddət  ərzində  neftin  barelinin  qiyməti 
100 dollara çatıb, onda o, brokerə neftin satılması üçün göstəriş 
verir.  Birjanın  hesablama  palatasına  neftin  alınması  və  satışı 
üzrə  sazişləri  təqdim  etməklə  müştəri,  brokerin  haqqı  çıxıl-
maqla, 120000 dollara qədər mənfəət əldə edir. Əgər qeyd edi-
lən  müddət  ərzində  neftin  1  barelinin  birja  qiyməti  70  dollara 
düşübsə,  müştəri  neftin  satılması  üçün  brokerə  göstəriş 
verməlidir.  Bu  halda  müştəri,  brokerin  haqqı  da  nəzərə 
alınmaqla, 60000 dollardan çox ziyana düşəcəkdir. Möhtəkirlik 
əməliyyatı  nəticəsində  qazanc  əldə  etmək  istəyən,  ancaq 
qiymət  dəyişməsini  düzgün  proqnozlaşdıra  bilməyən  müştəri, 
1000  ton  xam  neftin  satılması  üçün  qarşılıqlı  əməliyyatı 
(offseti)  həyata  keçirməyə  bilməz,  ona  görə  ki,  o,  3  ay  müd-
dətində  bu  həcmdə  neftin  haqqını,  1  barelinin  qiyməti  80 
dollara  olmaqla  birjanın  hesablama  palatasına  ödəməyə  və 
özünə lazım olmayan bu həcmdə nefti birjanın rezervuarından 
(çənindən)  çıxarmağa  borcludur.  Neftin  sonradan  baha  qiy-


222 
 
mətə  satılması  üçün  birjanın  çənindən  daşınması  da  məqsədə 
uyğun deyil, çünki həm neftin qiyməti aşağı düşə bilər, həm də 
bu  həcmdə  neftin  daşınması  (nəqli)  və  saxlanması  üçün  əlavə 
vəsait xərclənə bilər. 
 
14.5. Auksion ticarət 
 
Auksion  -  əmtəə  tədavülünün  həyata  keçirilməsinə 
şərait  yaradan  vasitəçilik  fəaliyyətinin  xüsusi  növüdür.  Birja-
lardan  fərqli  olaraq  auksionlar  daimi  yox,  fərdi  xüsusiyyətlərə 
malik  olan  real  əmtəələrin  satışı  ilə  vaxtaşırı  məşğul  olan 
vasitəçi  ticarət  mərkəzləridir.  Auksionlarda  ticarət  açıq  torqlar 
metodu ilə həyata keçirilir. 
Auksionların növləri. Regionların əhatə miqyasına görə 
auksionlar iki növə ayrılır: milli və beynəlxalq. Ən çox yayılan 
auksion  əmtəələri  aşağıdakılardır:  dəri,  yuyulmamış  yun,  iri 
buynuzlu heyvanlar, at, dəniz balığı, tütün, çay və s. 
Auksionlar-müvafıq  binaları  (xidmət  otaqları),  avadan-
lığı və ixtisaslı kadrları olan kommersiya təşkilatlarıdır. Səhm-
dar cəmiyyət formasında yaradılan auksionlar daha geniş yayıl-
mışdır. Çox vaxt bunlar müəyyən növ əmtəələrin ticarətini in-
hisara alan iri şirkətlərdir. Onlar əsasən alış qiymətlərini diktə 
etməklə istehsalçılardan əmtəələri öz hesablarına alırlar, onları 
topdan  satışla  məşğul  olan  vasitəçilərə  satırlar  və  qiymət  fər-
qindən irəli gələn mənfəəti əldə edirlər. Bu auksionlar həm də 
müstəqil  istehsalçılardan  əmtəələri,  sonradan  satmaq  üçün, 
komission  əsaslarla  alırlar.  İri  auksionlar  həm  də  xammal  əm-
təələrinin  mükəmməlləşdirilməsi  üzrə  öz  istehsallarına  malik 
olurlar-məsələn, tədarükçülərdən alınan  yaş  dərinin  aşılanması 
üzrə.  Bu  cür  auksionlarda  ticarət  alıcıların  iştirakı  ilə  açıq 
keçirilir. 
Başqa auksionlar, əmtəələrin komissiya şərtləri əsasında 
yenidən satışı ilə məşğul olan, mükafatlarını satıcılardan, bəzən 


223 
 
həm də alıcılardan alan ixtisaslaşmış broker firmalarıdır. Alıcı-
ların  və  satıcıların  özləri  bu  cür  auksionlarda  iştirak  etmirlər, 
onların  göstərişlərini  müəyyən  edilmiş  səlahiyyətlər  çərçivə-
sində  brokerlər  həyata  keçirirlər.  Bəzən  bu  auksionları  qapalı 
adlandırırlar. 
Auksion ticarətin təşkili və texnikası. Vaxtaşırı fəaliyyət 
göstərən  auksionlar  bir  qayda  olaraq  torqların  keçirilməsi 
qrafikini  nəşr  etdirirlər  və  ya  əvvəlcədən  bu  haqda  tədarük-
çülərə və ənənəvi alıcılara xəbər verirlər. 
Tədarükçülərdən  alınan  əmtəələr  ya  yubanmadan  növ-
lərə  ayrılırlar,  ya  da  əlavə  olaraq  satışqabağı  mükəmməlləşd-
irilirlər.  Növlərə  ayırmalar  əmtəələrin  keyfiyyəti  üzrə  aparılır. 
Eyni keyfiyyətli əmtəələr partiyalar (lotlar) üzrə növlərə ayrılır. 
Hər lotdan nümunələr  götürülür.  Lotdakı  əmtəənin  miqdarı bu 
əmtəə  növünün  satışı  adətindən  asılı  olur.  Məsələn,  norkanın 
bir  lotunda  300  dəri,  karakulun  bir  lotunda  –  500-ə  qədər  və 
daha  çox  dəri  olur  və  s.  Hər  lota  nömrə  verilir  və  onların 
auksion satışı bu nömrələr üzrə həyata keçirilir. Uyğun keyfiy-
yətə  malik  lotlar  otrinq  adlanan  daha  iri  partiyalarda  komp-
lektləşdirilir. Otrinqlərdən də nümunələr götürülür. 
Əmtəələrin  növlərə  ayrılması  başa  çatdıqdan  sonra 
auksion  tərkibi  və  nömrəsi  göstərilməklə  lotların  kataloqunu 
nəşr  edir.  Kataloqlar,  auksionun  keçirilmə  tarixi  və  şərtləri 
göstərilməklə,  ənənəvi  alıcılara  göndərilir.  Alıcılar  nümayiş 
etdirilən əmtəələrlə yaxından tanış olmaq, onları maraqlandıran 
lotların nömrələrini və gözlənilən qiymətləri kataloqlarda qeyd 
etmək  üçün,  bir  qayda  olaraq,  auksiona  tez  gəlirlər.  Yeyinti 
məhsullarının auksionlarında alıcılar üçün dequstasiyalar təşkil 
olunur. 
Auksionun  əsas  mərhələsi  peşəkar  auksionçu  və  onun 
köməkçisi tərəfindən aparılan torqdur. Torqların həyata keçiril-
məsinin bir neçə üsulu vardır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə