QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

209 
 
obyekti  ola  bilməzlər.  Əmtəə  nişanında  istifadə  hüquqlarına 
aiddir: o, hallanmır (təsir altına düşmür). Həmişə mətndə eyni 
üsulla  fərqləndirilir  (böyük  hərflə,  dırnaq  işarəsi  ilə,  kursivlə, 
üslublaşmış  şriftlə  və  s.);  qeydiyyatdan  keçmiş  əmtəə  nişanı 
xüsusi  nişanla  C  (kopirayt)  təchiz  olunur  (əmtəənin,  yaxud 
malın olduğu ölkədə qəbul edilən). 
Xidmət nişanının sahibi eyni məhsul və xidmətlər üçün 
əmtəə  nişanından  və  onun  variantlarından  istifadə  edilməsi 
üçün müstəsna hüquqa malikdir. Əmtəə nişani istehsalçıya bir 
hüquqi  və  ya  fiziki  şəxs  tərəfindən  təklif  edilən  əmtəə  və 
xidmətlərin digər şəxslərin  yekcins  əmtəə  və  xidmətlərin fərq-
lənməsinə  imkan  verir,  onların  dəyərinə  təsir  edir,  rəqabət 
qabiliyyətinin yüksəldilməsinə səbəb olur. 
 Dünya 
bazarında  markalanmış  əmtəələr  adətən 
markalanmamış  əmtəələrə  nisbətən  15-20%  bahadır.  Xidmət 
nişanı  qanunla  qorunur  və  digər  şəxslər,  məsələn,  lisenziya 
sazişləri əsasında öz qiyməti ilə başqasına verilə (satıla) bilər. 
Xidmət  nişanından  beynəlxalq  təcrübədə  istifadə  edil-
məsi  bir  sıra  sazişlərlə  tənzimlənir:  Sənaye  mülkiyyətinin 
qorunması  üzrə  Paris  konvensiyası  ilə,  əmtəə  nişanlarının 
beynəlxalq  qeydiyyatı  haqqında  beynəlxalq  konvensiya  ilə, 
Nişanların  qeydiyyatı  üçün  məlumatların  və  xidmətlərin 
beynəlxalq təsnifatı haqqında sazişlə və s. 
Mülki-hüquqi  təsnifata  görə  xidmət  nişanı  hüquqi 
müstəsna  hüquqlara  aiddir.  Qanunla  müəyyən  edilir  ki,  əmtəə 
nişanı  sahibi  əmtəə  nişanından  istifadə  etməyə  görə,  ondan 
sərəncamlıq etməyə görə eləcə də digər şəxslər tərəfindən əm-
təə  nişanından  istifadə  edilməsinə  qadağan  qoymağa  görə 
müstəsna hüquqa malikdir. 
Əmtəələr  üçün  əmtəə  və  xidmət  nişanının  keçmədiyi 
əmtəələrdə və əmtəə nişanı məxsus olmayan şəxs tərəfindən və 
ya  əmtəə  nişanından  istifadə  edilməsi  üçün  müəyyən  edilmiş 
qaydada lisenziya (icazə) almayan şəxs tərəfindən onların qab-


210 
 
laşmasında  əmtəə  nişanının  icazə  verilmədən  tətbiq  olunması 
onun  (əmtəə  nişanının)  sahibinin  hüquqlarının  pozulması  kimi 
qəbul  olunur.  Bununla  belə  "istifadə"  sözü  geniş  mənada  dərk 
olunur: onun reklamda, nəşrlərdə, rəsmi blanklarda, lövhələrdə, 
eksponatların  nümayiş  etdirilməsi  zamanı  sərgilərdə,  yarmar-
kalarda və s.-də istifadə edilməsi kimi. 
Yalnız  xidmət    nişanı  ondan  istifadə  edilməsi  üçün 
firmaya  müstəsna  hüququ  təmin  edir  və  firmanı  "oxşarları 
çaşdıran" nişanların rəqiblər tərəfindən tətbiqini qoruyur. Məş-
hur firmalar firma adını və ya nişanını çoxzaman görünən yer-
də  yerləşdirirlər.  Bu  xüsusilə  dəbdə  olan  paltarda,  avtomobil-
lərdə  qəbul  olunmuşdur.  Dilerlərin,  topdansatış  və  pərakəndə 
ticarət firmalarının markaları çoxzaman malın qabında (qablaş-
masında) yerləşdirilir. 
Geniş  miqyasda  məşhur  olan  və  bazarda  möhkəm 
nüfuza  malik  olan  digər  firmanın  əmtəə  nişanından  istifadə 
etməyi arzu edən firma yalnız müqavilə lisenziya ayırmalarına 
görə  bu  marka  üçün  patentin  sahibinin  icazəsi  ilə  bunu  edə 
bilər. 
Əmtəə  nişanının  güzəştləri  və  ondan  istifadə  edilməsi 
üçün  lisenziyaya  verilməsi  mümkündür.  Lisenziya  müqavilə-
sində  lisenziya  üzrə  aparılan  əmtəələrin  (malların)  keyfiyyəti 
sahibin  əmtəələrinin  (mallarının)  keyfiyyətindən  azolmayan 
şərt  ehtiva  olunmalıdır.  Əmtəə  nişanının  işlənib  hazırlanması 
kommersiya sirri sayılır. 
 
             XIV FƏSİL.Xammalla ticarətin xüsusiyyətləri. 
14.1. Xammalla ticarətin xüsusiyyətləri. 
 
 
Ümumi  "xammal"  və  ya  “xammal  əmtəəsi”  anlayışı 
altında mineral xammallar, onların zənginləşdirilməsi və emalı 
nəticəsində  alman  məhsullar  (qara  metal,  əlvan  metal  və  s.), 
bitki  və  heyvan  mənşəlı  xammallar  və  onların  emalı 


211 
 
nəticəsində  alınan  məhsullar,  kimya  və  yeyinti  məsulları  başa 
düşülür.  Qeyd  etmək  lazımdır  ki,  bir  çox  hallarda  xammalla 
hazır məhsul arasında dəqiq sərhəd qoymaq mümkün olmur. 
Beynəlxalq  təcrübədə  xammal  əmtəələri  ilə  ticarət 
zamanı  bazarda  fəaliyyətin  əvvəlki  bölmələrdə  (mövzularda) 
nəzərdən  keçirilən  forma  və  metodlarından  istifadə  edilir. 
Bununla  yanaşı,  bir  sıra  bitki  və  heyvan  mənşəli,  eləcə  də, 
mineral  xammalların  emalı  məhsulları  ilə  mübadilə  zamanı 
ticarətin  təşkilinin  xüsusi  formaları  və  tənzimləmə  metodları 
tətbiq edilir. 
Xammal  əmtəələrinin  bir  çox  növləri  üzrə  beynəlxalq 
ticarət  hazır  məhsullarla  ticarətdən  fərqli  şərtlərlə  həyata 
keçirilir. Bu, hər şeydən əvvəl, beynəlxalq bazarlarda xammal 
əmtəələrinin  təklifinin  onlara  olan  tələbi  uzun  müddət 
üstələməsi  ilə  əlaqədardır  və  belə  vəziyyət,  inkişaf  etməkdə 
olan  ölkələrə  uzanmış  xammal  böhranı  haqqında  danışmağa 
əsas verir, hərçənd ki,  xammalla beynəlxalq  ticarətin 80,0%-ə 
qədəri sənayecə inkişaf etmiş ölkələrin payına düşür. 
Elmi-texniki  tərəqqinin  inkişafı  ilə  əlaqədar  olaraq  bir 
çox  bitki  və  heyvan  mənşəli  məhsulları  müvəffəqiyyətlə  əvəz 
edən  yeni  sintetik  məhsulların  istehsalı,  xammala  qənaət  edən 
texnologiyanın  tətbiqinin  genişlənməsi,  xammaldan  təkrar 
istifadə  hallarının  çoxalması  təbii  xammal  ixrac  edən  şirkət-
lərin vəziyyətinin getdikcə pisləşməsi meylini doğurur. 
Bir  çox  xammal  əmtəələrinin  beynəlxalq  ticarəti,  hazır 
məhsullara nisbətən, sənayecə inkişaf etmiş ölkələrin iri şirkət-
ləri,  xüsusilə  də  transmilli  şirkətlər,  tərəfindən  daha  çox  inhi-
sara alınmışdır və bu onlara bazarlarda qiymətləri diktə etmək 
imkanı verir. 
Sənayecə  inkişaf  etmiş  kapitalist  ölkələri  strateji 
ehtiyatların  yaradılması  və  satışı  vasitəsilə  beynəlxalq  bazar-
larda  bir  çox  xammal  əmtəələrinin  təklifini  və  onlara  olan 
tələbi  tənzimləmək  imkanına  malik  olurlar.  Mineral  və  kənd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə