QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   79

215 
 
nur. Sabitləşdirici BƏS-ri əsasən kauçuk, kakao, qalay, kofe və 
s. xammallar üçün tətbiq edilir. 
İnzibati  BƏS-ri.  Bu  sazişlər  bır  neçə  əmtəə  növlərinin, 
məsələn,  buğda,  şəkər  və  s.  ticarəti  üzrə  statistik  təhlillərin 
aparılması  və  ümumi  təkliflərin  hazırlanması  məqsədi  ilə 
bağlanır. 
3.  İnkişafın  həcmi  üzrə  BƏS-ri.  Bu  sazişlər  xammal 
istehsalçılarının ixrac potensialının inkişafı məqsədilə bağlanır. 
Bu tipli sazişlər qiymətli ağac növlərinin, bitki yağlarının və s. 
alqı-satqısı zamanı tətbiq edilir. 
Yeyinti  məhsullarının  istehsalçılarının  və  istehlakçıla-
rının  dağınıqlığı  sazişlərin  "elektron"  üsulu  ilə  bağlanmasının 
genişlənməsinə gətirib çıxarmışdır. Bu sazişlər yazılı sazişlərlə 
eyni  qüvvəyə  malikdir.  Ərzaq  məhsullarının  iri  partiyalarının 
alışı zaman torqların təşkili metodundan da istifadə edilir. 
 
 
14.3. Əmtəə birjaları 
 
Əmtəə  istehsalının  genişlənməsi  külli  miqdarda  əmtəə 
kütləsinin  mübadilə  dairəsinə  daxil  olmasına  səbəb  olmuşdur 
ki, bu da, eyni növ əmtəələrin daimi bazarlarının yaranmasına 
gətirib  çıxarmışdır.  Ticarət  proseslərinin  təkmilləşməsi  bu 
bazarları  daimi  fəaliyyət  göstərən  birjalara  çevirmişdir.  İlk  iri 
birjalar  XVII  əsrin  əvvəllərində  Avropada,  yüz  il  sonra  Ame-
rikada meydana gəlmişdir. 
Birjalar öz mahiyyəti etibarı ilə müştərilərin tapşırığı və 
hesabına  fəaliyyət  göstərən  iri  vasitəçi  təşkilatlardır.  Birjalar 
mineral  və  kənd  təsərrüfatı  xammallarının,  eləcə  də,  onların 
ilkin  emalı  məhsullarının  və  yarımfabrikatlarının  ticarəti  üzrə 
ixtisaslaşırlar. 67 növ real əmtəələrin 20-30%-i birjalar vasitə-
silə alınıb-satılır, qalanları isə birjadan kənar dövriyyədə müba-
dilə  edilir.  Eyni  zamanda  birjalarda  külli  miqdarda-onların 


216 
 
ümumi  dövriyyəsinin  dəyərinin  92-98%-i  həcmində-möhtəkir-
lik  əməliyyatları  həyata  keçirilir  ki,  bu  da  bütün  dünya  üzrə 
real  əmtəə  dövriyyəsinin  həcmindən  əhəmiyyətli  dərəcədə 
çoxdur.  Möhtəkirlik  əməliyyatları  real  əmtəələrin  alqısı  və  ya 
satqısı  üçün  yox, qiymət fərqi hesabına qazanc  əldə etmək və 
ya real əmtəələrin qiymətinin aşağı düşməsinin qarşısını almaq 
məqsədi ilə, onların kağız və ya elektron simvolları vasitəsi ilə 
həyata  keçirilir.  Dünya  əmtəə  dövriyyəsinin  nisbətən  məhdud 
hissəsinin  birjalardan  keçməsinə  baxmayaraq,  o,  ayrı-ayrı 
əmtəə növləri üzrə tələb və təklifin nisbətini müəyyən etmək və 
birja  qiymətlərini  (birja  kotirovkalarını)  dünya  qiymətlərinin 
indikatoru hesab etmək üçün kifayətdir. 
Tarixən belə vəziyyət yaranmışdır ki, əmtəə birjalarının 
çoxu  London,  Paris,  Hamburq,  Amsterdam,  Antverpen,  Nyu-
York, Çikaqo, Vinniper, Tokio, lokoqama, Sinqapur, Sidney və 
s. kimi iri ticarət mərkəzlərində yerləşir. 
Əmtəələri dövriyyəyə cəzb edən mərkəzlər kimi yerləş-
diyi regionların sərhədlərindən asılı olaraq əmtəə birjaları milli 
və beynəlxalq xarakter daşıya bilər. Bir və ya bir neçə eyni növ 
əmtəələr üzrə əməliyyatların həyata keçirildiyi birjalar ixtisas-
laşmış  birjalar;  eyni  növ  əmtəələrin  geniş  dairəsi,  eləcə  də, 
kənd təsərrüfatı, mineral və sənaye istehsalı xarakterli müxtəlif 
əmtəələr üzrə əməliyyatlar həyata keçirilən birjalar isə univer-
sal birjalar adlanır. 
Təşkilati-hüquqi  nöqteyi-nəzərdən  birjalar  kütləvi  və 
xüsusi formalara ayrılır. 
Kütləvi birjalara dövlət və bələdiyyə təşkilatları tərəfin-
dən  hamilik  edilir.  Onların  fəaliyyəti  qanunlarla  və  digər 
normativ  aktlarla  tənzimlənir  və  açıq  xarakter  daşıyır.  Kütləvi 
birjalar  kontinental  Avropada  geniş  yayılmışdır  və  fəaliyyət 
miqyaslarına  görə  milli  xarakter  daşıyırlar.  Bu  tipli  birjaların 
üzvləri əsasən iri şirkətlərin rəhbərlərindən ibarət olur. Kütləvi 
birjalarda  həm  onun  üzvləri,  həm  də  digər  sahibkarlar  sazişlər 


217 
 
imzalaya  və  əməliyyat  apara  bilərlər.  Həm  birjanın  üzvləri, 
həm  də  digər  sahibkarlar  əməliyyatlarda  iştiraka  görə  birjaya 
sabit  məbləğ  ödəyirlər.  Bununla  yanaşı,  iştirakçılar  həyata 
keçirdikləri  əməliyyatların  dəyərindən  asılı  olaraq  birjaya 
müəyyən  faiz  ödəyirlər.  Ödənilən  məbləğlər  birjanın  fəaliy-
yətinin maliyyələşdirilməsinə sərf edilir. 
Xüsusi  birjalar  bir  qayda  olaraq  məhdud  sayda  üzvlər-
dən  ibarət  olmaqla  qapalı  tipli  səhmdar  cəmiyyət  formasında 
yaradılır.  Birjalar  onların  funksiyalarını,  strukturunu,  idarə 
edilməsi qaydalarım, fəaliyyətdə olan üzvlərinin sayını, onların 
birjaya  qəbul  edilməsi  və  birjadan  xaric  edilməsi  qaydalarmı 
özündə  əks  etdirən  nizamnamələri  əsasında  fəaliyyət  göstərir-
lər.  Birjanın  üzvləri  özlərinin  broker  məntəqələrinə  malik 
olurlar. Bu məntəqələrdə bilavasitə sazişləri hazırlayan broker-
lər,  onların  köməkçiləri  və  digər  köməkçi  heyət  fəaliyyət 
göstərirlər. 
Birja  bilavasitə  alqı-satqı  müqavilələri  üzrə  sazişlər 
bağlamırlar;  bu  əməliyyatları  birjanın  üzvləri  öz  brokerləri 
vasitəsilə  həyata  keçirirlər.  Birjanın  üzvləri  divident  almırlar, 
onun xidmətlərindən istifadə etmirlər, ancaq həyata keçirdikləri 
əməliyyatların  məbləğindən  asılı  olaraq  birjaya  müəyyən  faiz 
ödəyirlər.  Birjanın  üzvləri  real  əmtəələr  və  ya  möhtəkirlik 
əməliyyatları  üzrə  müştərilərin  sifarişlərini  yerinə  yetirdiklə-
rinə  görə onlardan müəyyən haqq alırlar. Birjanın üzvləri həm 
də  öz  hesablarına  möhtəkirlik  əməliyyatları  apara  bilərlər  və 
onların  müvəffəqiyyətlə  həyata  keçiriləcəyi  təqdirdə  əlavə 
mənfəət əldə edə bilərlər. 
Birjaların  quruluşu  və  fəaliyyətinin  təşkili.  Birjaların 
quruluşu  və  fəaliyyətinin  təşkili  onun  üzvlərinə  bütün  lazımi 
xidmətlərin  göstərilməsi  məqsədi  ilə  həyata  keçirilir.  Bu 
məqsədlə  birjada  xüsusi  komitələr  yaradılır.  Komitələr 
əməliyyatların  uçotunu  aparır  və  sənədləşdirir,  birja  qiymətlə-
rini təsbit edir və müəyyən edilmiş vaxtda yüksək, orta və aşağı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə