QəRİbov asəF ƏZİzov anar



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/79
tarix04.04.2018
ölçüsü2,8 Kb.
#35823
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   79

243 
 
2. Baş lisenziya – il ərzində bu və ya digər malın ixracı-
na və idxalına əməliyyatların sayına məhdudiyyət qoyulmadan 
verilən icazə başa düşülür. 
Qlobal lisenziya - müəyyən müddət ərzində kəmiyyət və 
dəyər məhdudiyyəti olmadan malın dünyanın istənilən ölkəsinə 
ixracı və idxalı üçün verilən icazə nəzərdə tutulur: 
Avtomatik  lisenziya  -  ixracatçı  və  idxalatçı  tərəfin-dən 
müraciət  edildikdən  sonra  (bu  müraciət  dövlət  orqanı 
tərəfindən rədd edilə bilməz) dərhal verilən icazədir. 
Müəyyən  bir  ölkədən  idxal  və  ixraca  qadağa  qoyula 
bilər  ki,  bu  da  embarqo  adlanır.  Bu  hal  məcburi  tədbir  olub 
beynəlxalq  təcrübədə  qəbul  edilmişdir,  prinsipial  xüsusiy-
yətlərə  malik  olub  açıq  və  gizli  formalarda  edilə  bilər.  Belə 
qadağanın  açıq  forması  adətən  BMT-nin  qərarlarına  əsaslanır 
və xarici ticarətin tamamilə kəsilməsini nəzərdə tutur. 
XX  əsrin  1970-ci  illərindən  başlayaraq  beynəlxalq 
iqtisadi  təşkilatların  proteksionizm  meyli  və  onun  həyata 
keçirilməsinin  əsas  vasitələri  ilə  ciddi  surətdə  mübarizəyə 
başlamaları  ölkələri  proteksionizm  siyasətinin  alətlərinin 
genişləndirməyə və yeni vasitələrdən istifadə etməyə sövq etdi 
ki,  bu  proses  də  iqtisadi  ədəbiyyatlarda  neoproteksionizm 
meyli adlanır. 
Neoproteksionizm  meyli  ilk  dəfə  olaraq  özünü  ixracın 
"könüllü  məhdudlaşdırılması"  adlandırılan  tədbirlərin  həyata 
keçirilməsində göstərdi. Hökumət ixracın "könüllü məhdudlaş-
dırılması"na  adətən  daha  iri  idxal  ölkəsinin  siyasi  təzyiqi 
nəticəsində gedir. İri ölkə ixrac ölkəsini ixracı "könüllü" surət-
də  məhdudlaşdırmaqdan  imtina  edəcəyi  halda  idxala  birtərəfli 
surətdə məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəyi ilə hədələyir və 
bu  yolla  onu  "könüllü"  surətdə  məhdudlaşdırmaya  getməyə 
məcbur edir. 
İxracın  "könüllü  məhdudlaşdırılması"
 
dedikdə,  tica-rət 
partnyorlarından  birinin  malın  ixracına  kvota  qoyulması 


244 
 
haqqında  rəsmi  və  ya  qeyri-rəsmi  saziş  əsasında  ixracın  həc-
mini  məhdudlaşdırmaq  və  ən  azı  genişləndirməmək  üzrə 
götürdüyü öhdəlik başa düşülür. 
Qeyri-tarif  metodlarından  biri  də  paratarif  tədbirləridir. 
Paratarif tədbirləri gömrük sərhədindən keçirilən mallara tətbiq 
edilən  elə  ödəniş  və  yığımlara  deyilir  ki,  gətirilən  malların 
dəyərini  gömrük rüsumundan  əlavə  olaraq artırır (ya müəyyən 
faiz, ya da mal vahidinə əmsal tətbiq etməklə). 
Paratarif tədbirlərinə aşağıdakılar daxildir: 
•  gömrük  əlavələri  –  ticarət-siyasi  məqsədlərlə, 
büdcənin  doldurulması,  yaxud  milli  istehsalın  müdafiəsi  üçün 
tətbiq edilən əlavə vergi və rüsumlar
•  əlavə  yığımlar  –  daxili  analoqu  olmayan,  idxal 
mallarmdan  gömrük  rüsum  və  vergilərindən  artıq  (əlavə) 
tutulan ödənişlər. Onlar xarici ticarətlə bağlı fəaliyyətin müəy-
yən  növlərinin  maliyyələşdirilməsi  üçün  nəzərdə  tutulur.  Bun-
lara  adətən  xarici  valyutanın  köçürülməsinə  qoyulan  vergi, 
idxal  lisenziyası  üçün  yığım,  liman  yığımları,  statistik  vergi, 
nəqliyyat vasitələrinə vergi aid edilir
•  Diskretləşdirilmiş  gömrük  qiymətləndirilməsi  - 
gömrük  rüsum  və  yığımlarının  hesablanması  üçün  gömrük 
dəyərinin inzibati yolla müəyyən edilməsi praktikası. 
Qeyri-tarif  metodları  sırasında  kəmiyyət  məhdudiyyət-
ləri  ilə  yanaşı  proteksionizmin  gizli  metodlarını  da  göstərmək 
olar. Bu metodlar özündə qeyri-tarif xarakterli müxtəlif çeşidli 
maneələri əks etdirir. 
Bəzi  qiymətləndirmələrə  görə  gizli  proteksionzimin  bir 
neçə  yüz  növü  vardır  ki,  onların  da  köməyi  ilə  dövlətlər 
birtərəfli  qaydada  idxalı  və  ixracı  məhdudlaşdırırlar.  Onların 
əsaslarının sırasına aşağıdakılar daxildir: 
Texniki  maneələr  -  ticarət  siyasətinin  gizli  metodu 
olmaqla  milli  texniki,  inzibati  və  digər  norma  və  qaydalar 
vasitəsilə  xaricdən  mal  idxalının  məhdudlaşdırılmasına  yönəl-


245 
 
dilir. Texniki xarakterli maneələrdən ən geniş  yayılanları milli 
standartlara  əməl  edilməsi,  idxal  malların  keyfiyyətini  təsdiq 
edən  sertifikatların  alınması,  mallarının  xüsusi  qablaşdırılması 
və  nişanlanması  ətraf  mühitin  mühafizəsi  üzrə  tədbirlərin 
həyata keçirilməsi də daxil olmaqla müəyyən sanitar gigiyenik 
normalara əməl edilməsi, mürəkkəbləşdirilmiş gömrük formal-
lıqlarına  və  istehlakçıların  hüquqlarına  əməl  edilməsi  barədə 
irəli sürülən tələblər aiddir. 
Daxili  vergilər  və  yığımlar  -  idxal  malının  daxili 
qiymətini artırmağa və bununla da onun daxili bazarda rəqabət 
qabiliyyətini  aşağı  salmağa  yönəlmiş  ticarət  siyasətinin  gizli 
metodudur. 
Dövlət  satınalmaları  çərçivəsində  siyasət  –  dövlət 
orqanları  və  müəssisələrindən  müəyyən  malları  yalnız  yerli 
istehsalçılardan  almağı  tələb  edən  ticarət  siyasətinin  gizli 
metodudur.  Bu  zaman  həmin  malların  idxal  mallarından  baha 
ola  biləcəyi  heç  bir  rol  oynamır.  Bu  cür  siyasət  adətən  milli 
təhlükəsizliyin qorunması zəruriliyi ilə izah edilir. 
Yerli  komponentlərdən  istifadə  tələbi  –  son  məhsulun 
daxili  bazarda  satılmaq  üçün  nəzərdə  tutulduğu  halda  həmin 
malın  milli  istehsalçılar  tərəfindən  istehsal  olunmalı  olan 
payını  qanunvericiliklə  müəyyən  edən  ticarət  siyasətinin  gizli 
metodudur.  
 
15.5. Valyuta nəzarəti

 
Kommersiya  fəaliyyətinin  dövlət  tənzimlənməsi  siste-
mində valyuta nəzarəti mühüm yer tutur. 
Valyuta  nəzarət  sistemi  ölkələr  arasında  valyuta  dəyər-
lərinin  müxtəlif  formalarının  yerdəyişməsinin  tənzimlənməsi 
üzrə  tədbirlər  toplusunu  təmsil  edir.  Bu  tədbirlər  toplusunda 
valyuta  məhdudiyyətlərinin  tətbiqinə  xüsusi  fikir  verilir. 
Valyuta  məhdudiyyətləri  valyuta  dəyərləri  ilə  bağlı  əməliy-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə