QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə21/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   17   18   19   20   21   22   23   24   ...   46

115 
 
janrına  məndə  sonsuz  inam  hissi  oyatdı...  Lakin 
bayatını  vaxtı  keçmiş  bir  janr  hesab  edən  bəzi 
ədəbiyyatçıların  yanlış  mülahizələrinə  görə  çox 
narahat  idim.  Qəzənfərin  tədqiqatları  əyani 
şəkildə  göstərdi  ki,  bayatı  bütün  türk  dünyasının 
ölməz  şeiridir  və  çağdaş  şairlərin  də  bu  biçimdə 
yazıb-yaratmağı  son  dərəcə  gərəklidir.  Fədakar 
folklorçumuzun  bu  sahədəki  misilsiz  fəaliyyəti 
yoluma  gur  işıq  saldığına  görə  ona  ömürlük 
minnətdaram. Ona  ithaf  etdiyim  poema  da  həmin 
minnətdarlıq duyğularının ifadəsidir”.   
Ömür-gün yoldaşı Fəridə xanımın altmış yaşı 
münasibəti  ilə  şair  bayatı  üstündə  “Altmış  yaşa 
çatan  yar”  adlı  poema  da  yazmışdır.  Təəssüf  ki, 
ağır  xəstəlik  ucbatından  poemanı  tamamlaya 
bilməmişdir.  Şərti  olaraq  poemanı  üç  fəslə 
bölmək  olur:  Fəridə  xanımla  bağlı  hissə,  Fəridə 
xanımın  ata  ocağı  ilə  bağlı  hissə,  Laçınla  bağlı 
hissə.  Bu  poemaya  daha  geniş  yer  verməyimizin 
yeganə  səbəbi  onunla  bağlıdır  ki,  şairin  bu  əsəri 
tamamlanmamışdır.   
Poemanın  əsas  hissəsi  Fəridə  xanıma  həsr 
olunub.  Şairin  ilhamla  yazdığı  bu  hissədən  bəzi 


116 
 
bayatıları verməklə kifayətlənirik.   
Altmış yaşa çatan yar,   
Hələ də naz satan yar. 
Bu bəxtəvər günündə 
Gül-çiçəyə batan yar. 
Baxtımla baş-başayam
Gərək yüz il yaşayam. 
Qırx ildir ki, səninlə 
Qol-boyunam, qoşayam.   
Əzizlənir adımız,   
Gül açır muradımız. 
Hüdudsuz dünyamızdır 
Üç gözəl övladımız.   
Həcmcə  nisbətən  kiçik,  mənaca  dərin  olan  bu 
lirik  poemada  şair  Fəridə  xanımın  ata  ocağından 
söz salır, anasını yada salır:   
Ömür bir bağ olaydı, 
Xəzan yasaq olaydı. 
Mənim mələk qaynanam 
Kaş bu gün sağ olaydı. 
Sonra  Fəridə  xanımın  beş  bacısından,  onların 
ailələrindən,  sevinc  və  kədərlərindən,  Fəridə 


117 
 
xanımın 
atasından 
bəhs 
edir. 
Onun 
namuslu-qeyrətli,  halal  zəhmətlə  dolanan  bir  kişi 
olduğundan, Şərq aləminə xas olan bir niskilindən 
söz açır.   
Əli qabarlı kişi,   
Alnı vüqarlı kişi. 
Bircə oğul sarıdan   
Könlü qubarlı kişi – 
deyə  təəssüflənir,  eyni  zamanda  sevinir  ki,  Sadıq 
kişinin  halal  ocağında  yetişən  altı  pəridən  biri  də 
ona qismət olub:   
Sünbülüm dənə düşdü,   
Həyatım yönə düşdü.   
Altı gözəl pərinin 
Biri də mənə düşdü.   
Əsərin  son  hissəsində  şair  düşmən  tapdağı 
altında olan Laçından, Laçın həsrətindən söz açır:   
Gözlər o dağlar bizi,   
Quşdan soraqlar bizi.   
Özü düşmən əlində,   
Yad eylər ağlar bizi. 


118 
 
Şair arzuyla yaşayır, ümidini itirmir:   
Quruyaydı göz yaşı, 
Bizi görüb yanaşı.   
Nur saçaydı atamın,   
Anamın məzar daşı.   
Şairin  bayatılarını  izlədikcə,  onların  bədii 
dün-ya--sına  vardıqca  bir  daha  qəti  qənaətə 
gəldim  ki,  aşıq  yaradıcılığında  təcnis  sınaq 
meydanı  hesab  olun---duğu  kimi  bayatılarda  da 
belədir.  Hər  ikisin-də  sənətkardan  böyük  istedad, 
az  sözlə  dərin  məna  ifadə  etmək,  zəngin  söz 
ehtiyatına  malik  olmaq,  sözləri  seçərək  cinas 
yaratmaq 
tələb 
olunur.  Hüseyn  Kürdoğlu 
yaradıcılığının  böyük  qismini  heyrətamiz  poetik 
gücü  və  zənginliyi  ilə  seçilən,  lirik  növün  bədii 
cəhətdən  kamil  növü  olan,  ölməz  sə-nət  əsərləri 
səviyyəsinə  yüksələn  bayatılara  həsr  et--məklə 
həm  sınaq  meydanında  at  çapmış,  həm  də 
gös--tərmişdir ki, folklorun qədim növü belə yeni 
döv-rün fikrini ifadə etməkdə münasib formadır.   
Bu  baxımdan  görkəmli  rus  alimi  M.Baxtinin 
fikri  deyilənlərə  dayaq  olur.  M.Baxtinin  doğru 
olaraq  yazdığına  görə  hər  zaman  irəliyə  doğru 


119 
 
atılan  hər  bir  əhəmiyyətli  addım  geriyə  qayıdışla 
müşayiət  olunur.  Daha  dəqiq  desək,  başlanğıcın 
(mənşənin)  yeniləşməsinə  gətirib  çıxarır.  Yalnız 
yaddaş  irəliyə  doğru  gedə  bilər,  unutqanlıq  yox. 
Yaddaş  kökə  qayıdır  və  onu  yeniləndirir  (Baxtin 
M.  Ədəbiyyat  və  estetika  məsələləri.  Moskva, 
1975, s.533). 
Heç  şübhəsiz,  dahi  Səməd  Vurğunun 
üstüörtülü  şəkildə  dilə  gətirdiyi  misralar  da  kökə 
qayıdışla, yaddaşla bağlıdır: 
Sabaha çağırır o bizi, ancaq, 
Sabah da bugünsüz, dünənsiz deyil. 
Hüseyn  Kürdoğlu  bayatıları,  qoşmaları  vaxtı 
keçmiş  janr  hesab  edənlərə  cavab  verməyi  də 
unutmayıb:   
Şeir yaraşıqdır insan oğluna,   
Rəsul hümmətinə, Quran oğluna. 
Kim deyir köhnədir qoşma, bayatı,   
Qoy desin, nə deyim nadan oğluna?   
 
 
 


120 
 
 
 
 
Təcnislər 
 
 
Təcnislər şairin yaradıcılığında əhəmiyyətli yer 
tutur.  Bu  təbiidir.  Hüseyn  Kürdoğlunun,  yuxarıda 
dediyimiz  kimi,  mənəvi  qidası  saz-söz  olub. 
Məlumdur  ki,  bayatılar  və  təcnislər  aşıq 
yaradıcılığında  sınaq  meydanı  hesab  edilir.  Bu 
formalarda  sənətkardan  böyük  istedad,  az  sözlə 
dərin  məna  ifadə  etmək,  zəngin  söz  ehtiyatına 
malik olmaq, sözləri seçərək cinas yaratmaq tələb 
olunur.  Aşıq  sənətinin  zirvəsində  dayanan  Xəstə 
Qasım təsadüfi yazmırdı:   
Xəstə Qasım, sözün yetir tamama, 
Gün doğan, gün batan gəlsin salama. 
Nə alim işidi, nə də üləma 
Təcnis meydanının öz hünəri var. 
Hüseyn  Kürdoğlu  yaradıcılığının  böyük  bir 
qis--mini  heyrətamiz  gücü  və  zənginliyi  ilə 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə