Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə54/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

130 
 
yaşayan onurğalıların əksəriyyəti amin azotunu sidik cövhəri şəklində xaric edilir. 
Bunlara  urotelik  orqanizmlər  deyilir.  Suda  yaşayan  heyvanların  əksəriyyəti 
(xüsusən  balıqlar)  amin  azotunu  ammonyak  şəklində  xaric  edilir.  Bunlara 
ammoniotelik orqanizimlər deyilir.  
Orqanizmdə  qida  rasionunda  zülallar  çox  olduqda  aminturşuların 
toxumadaxili  parçalanması  yüksəlir.  Orqanizmdən  sidik  vasitəsilə  xaric  olunur. 
Azotun  6%-ə  qədərini  ammonium  duzları,  90%-ə  yaxını  isə  sidik  cövhəri  təşkil 
edir.  Ammonyakın  sidik  cövhərinə  çevrilməsi  onu  orqanizm  üçün  zərərsiz  hala 
salır və asanlıqla ifraz edilir.  
Əvəllər  elə  güman  edilirdi  ki,  sidik  cövhəri  böyrəklərdə  əmələ  gəlir. 
Sonralar  aydınlaşdırıldı  ki,  normal  halda  qaraciyər  toxumasında  sidik  cövhərinin 
miqdarı qandakına nisbətən çox olur.  
Sidik cövhərinin əmələ gəlməsi haqqında ilk nəzəriyyəni M. V. Nenski irəli 
sürmüşdür.  Bu  nəzəriyyəyə  görə  heyvan  orqanizmində  sidik  cövhəri  karbon  qazı 
və ammonyakdan əmələ gəlir. 
 
 
 
 
 
 
 
 
XX  əsrin  əvvəllərində  bu  nəzəryyə  öz  əhəmiyyətini  itirdi.  1932-ci  ildə 
Krebsin  qaraciyərdə  apardığı  təcrübələrdən  aydın  oldu  ki,  arginin,  ornitin  və 
sitrulin  sidik  cövhərinin  sintezini  sürətləndirir.  Ornitin  əvvəlcə  CO
2
  və  NH
3
  ilə 
birləşərək  sitrulinə  çevrilir.  Alınan  sitrullin  yenidən  bir  molekul  ammonyakla 
reduksiyaya girib argininin əmələ gətirir. Arginin isə arginaza fermentinin təsiri ilə 
parçalanıb  sidik  cövhəri  və  ornitinə  çevrilir.  Ornitin  karbon  qazı  və  ammonyakla 
reaksiyaya  girməklə  sidik  cövhərinin  sintezində  iştirakını  davam  etdirir.  Beləliklə 
sikl davam edir, bu proses “ornitin dövranı” adlanır. 
Orqanizmdə müxtəlif aminturşuların aminləşməsi və ya transaminləşməsi 
məhsulları olan α ketoturşular ya oksidləşmə yolu ilə CO
2
 və H
2
O-ya çevrilir ya da  
müxtəlif  biosintez  proseslərinə  sərf  edilir.  α-ketoturşular  oksidləşdirici  karboksil-
sizləşmə yolu ilə üzvi turşulara çevrilir.  
 
 
 
 
 
                    OH         ONH
4                         
 NH
2
                   NH
2
 
2NH
3
 + C


O → C O      

 


O
H
2
C O   


 


O
H
2
C O
═  
                    OH        ONH
4
                    ONH
4
                 NH

                               Ammonium           Ammonium         Sidik  
                                 karbonat               karbamid        cövh
ə
ri 
R

CH
2
──
C COOH 





2
2
O
R

CH
2

COOH 
                                

             ─
CO
2
 
               O 
     α-ketoturşu                      üzvi turşu 


131 
 
Əmələ gələn üzvi turşular β oksidləşmə yolu ilə parçalanaraq sirkə turşusuna 
o  da  öz  növbəsində  CO
2
  və  suya  parçalanır.  Aminturşu  molekullarının  azotsuz 
hissələri  karbohidrat  və  yağların  biosintezində  də  iştirak  edə  bilir.  Aclıq  halı 
keçirən  bəzi  heyvanlar  üzərində  (diabet  xəstəliyi  olan  heyvanlar)  aparılan 
təcrübələr  nəticəsində  müəyyən  olunmuşdur  ki,  bəzi  aminturşular  qlikonegenezi 
(aminturşulardan karbohidratların sintezini) sürətləndirir və qaraciyərdə qlikogenin 
miqdarını  artırır.  Aminturşuların  digər  qrupu  isə  orqanizmdə  keton  cisimlərin 
əmələ  gəlməsini  sürətləndirir.  Bu  xüsusiyyətlərinə  əsaslanaraq  aminturşular  iki 
qrupa  bölünür.  Birincilər  qlikonegenezi  sürətləndirir-qlikoplastik,  ketogenezi 
sürətləndirənlər  isə-ketoplastik  aminturşular  adlanır.  Aminturşulardan  qlisin, 
alanin,  serin,  treonin,  valin  qlütamin  və  asparagin  turşuları,  histidin,  arginin, 
prolin-qlikoplastik,  leysin  tirozin  və  fenilalanin  isə-lipoplastik  xassəyə  malikdir. 
İzoleysin və hidroksiprolin zəif şəkildə hər iki xassə göstərir.  
Aminturşuların  qlükoplastik  və  ketoplastik  xassələr  göstərməsi,  onların 
tərkibində olan funksional qruplardan və onların miqdarından asılı olaraq dəyişir. 
3.  Aminturşuların  biosintezi:  Aminturşular  əvvəlcə  bitkilərdə  qeyri-üzvi 
maddələrdən  sintez  olunur.  Bitki  hüceyrələrində  aminturşuların  sintezi  üçün  ilkin 
material  kimi  ammonyakdan  nitrat  turşusunun  duzlarından  və  xloroplastlarda 
fotosintez yolu ilə sintez edilən karbohidratlardan istifadə edilir. Heyvani toxuma-
larda  aminturşuların  bir  qismi  sintez  olunur  (əvəzedilən  aminturşular).  Bir  hissəsi 
isə orqanizmdə sintez olunmur (əvəzedilməyən aminturşular). 
Aminturşuların  ilk  sintezi  ketoturşuların  reduksiya  olunmaqla  aminləşmə 
yolu ilə və doymamış turşuların birbaşa aminləşməsi ilə baş verir.  
Doymamış  turşuların  birbaşa  aminləşməsi  –  bitkilər  və  bakteriyalar  üçün 
xarakterikdir.  
 
 
Reduksiya  olunmaqla  aminləşmə  və  oksidləşməklə  aminsizləşmə  proses-
lərində  aminturşuların  sintez  proseslərinin  başlıca  yollarıdır.  Bunlar  aşağıdakı 
reaksiyalarla baş verir.  
1)  Ketoturşulara  ammonyakın  birbaşa  birləşməsi  nəticəsində  iminturşuların 
alınması. 
COOH                                                COOH 


                                                                               
CH  + NH
3    
   
Aspartat: ammiak-liaza
         CH−NH
2
 


                                                                               
CH                                                       CH
2
 


                                                                                
COOH                                                 COOH 
 
 Fumar                                                           Asparagin 
Turşusu                                                             turşusu 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə