Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə51/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

123 
 
(katalaza, oksidazalar, fosfatazalar və s.) dəyişməsi nəticəsində əmələ gələn müxtə-
lif  irsi  xəstəliklər  məlumdur.  Bu  xəstəliklərin  hamısı  nukleoproteidlərin  zülal 
mübadiləsinə  rəhbərlik  edən  ayrı-ayrı  şöbələrində  (genlərdə)  baş  vermiş  dəyişik-
liklərin nəticəsi kimi meydana çıxır.  
Purin  və  pirmidin  mübadiləsinin  irsi  pozulmaları  nəticəsində  podaqra, 
ksantinuriya  və orot turşusunun sidiklə  ifraz edilməsi  ilə  müşayiət olunan  xəstəlik 
halları  təzahür  edə  bilər.  Ksantinuriya  xəstəliyində  sidiyin  tərkibində  çoxlu 
miqdarda ksantin olur; sidik turşusunun miqdarı isə normaya nisbətən azalır. Nadir 
təsadüf  edilən  bu  xəstəliyin  səbəbi,  orqanizmdə  ksantini  oksidləşdirərək,  sidik 
turşusuna  çevirən  ksantinoksidaza  fermentinin  çatışmamasıdır.  Toxumalarda 
orotidilpirofosforilaza  və  ya  orotidildekarboksilaza  fermenti  çatışmadıqda  orot 
turşusunun  orotidil,  yaxud  uridil  turşusuna  çevrilməsi  prosesi  ləngiyir.  Bunun 
nəticəsində sidiklə çoxlu miqdarda orot turşusu ifraz edilir. Bu xəstəlik anemiya ilə 
müşayiət olunur.  
P  o  d  a  q  r  a    (yunanca  podus  –  ayaq  və  agrios  –  sərt)  nuklein  turşularının 
mübadilə  pozulmaları  ilə  xarakterizə  olunan  xəstəliklərin  ən  geniş  yayılmış 
növüdür. Podaqra xəstəliyinə tutulmuş şəxslərin qanında sidik turşusunun  miqdarı 
artır (hiperurikemiya). Sağlam şəxslərin qanında 2 – 4  mq%-ə qədər sidik turşusu 
olduğu  halda, podaqra zamanı  onun  miqdarı 6  mq%  və daha artıq ola  bilər.  Sidik 
turşusu  və  onun  duzları  (uratlar)  pis  həll  olan  maddələrdir.  Buna  görə  də,  qanda 
belə  maddələrin  artması,  onların  toxumalar  çökməsi  ilə  müşayiət  olunur.  Podaqra 
xəstəliyi  zamanı  qığırdaqlarda,  vətər  yataqlarına,  oynaq  kisələrinə,  bəzən  isə 
böyrəklərə,  dəriyə  və  əzələlərə  sidik  turşusu  kristalları  yığılır.  Sidik  turşusunun 
ayaq və əl barmaqlarının (xüsusən, ayağın baş barmağının) oynaq qığırdaqlarına və 
qulaq  sırğalığına  yığılması  podaqra  üçün  səciyyəvi  haldır.  Sidik  turşusunun 
yığılması  və  onun  yığıldığı  nahiyənin  iltihablaşması  nəticəsində  xəstələrin  oynaq-
larında podaqra düyünləri əmələ gəlir. Bu oynaqların quruluşunun və funksyasının 
pozulmasına  səbəb  olur.  Podaqra  xəstəliyi  üçün  oynaqlarda  vaxtaşırı  baş  verən 
kəskin  ağrı  tutmaları  xarakterikdir.  Adətən,  bu  ağrılar  bədən  teperaturunun 
yüksəlməsi ilə müşayiət olunur və 3 günə qədər davam edir. Podaqra zamanı daxili 
üzvlər arasında ən çox böyrəklər, damarlar və ürək (skleroz şəklində) zədələnir.  
Podaqra  xəstəliyinin  əmələ  gəlməsində  irsi  amillərin  rolu  olduğu  güman 
edilir. Orqanizmdə sidik turşusunun sintezinin sürətlənməsinə və onun böyrəklərlə 
xaric  olmasının  azalmasına  səbəb  olan  irsi  amillər  podaqra  xəstəliyinin  əmələ 
gəlməsi  ilə  nəticələnir.  Podaqra  zamanı  orqanizmdə  sidik  turşusunun  sintezinin 
sürətlənməsi  təcrübələrlə  isbat  olunmuşdur.  Xəstəliyin  tutmaları  zamanı  sidik 
turşusunun  böyrəklərlə  xaric  edilməsi  azalır  və  tutmadan  sonrakı  dövrdə  böyrək-
lərin bu funksyası yenidən bərpa edilir. Podaqranın əmələ gəlməsində qəbul edilən 
qidanın  keysiyyətinin  də  rolu  vardır.  Purin  nukleotidləri  ilə  zəngin  olan  qida 


124 
 
maddələrinin  (məsələn,  ətli  qida  məhsullarının)  həddindən  artıq  qəbul  edilməsi 
orqanizmdə  çoxlu  miqdarda  sidik  turşusunun  yığılması  üçün  əlverişli  şərait 
yaradır.  
 
 
 
 
 
 
 
ƏDƏBİYYAT 
 
1. Həşimov X.M, Həsənova S.Ə, Qida kimyasi, Bakı 2010, 478 c. 
 2. Həşimov X.M, İbrahimova D.Ə, Ramazanov V.S., Bioloyi kimyadan     
laboratoriya məşğələləri. Dərs vəsaiti, Bakı, 2012, 240 s. 
 3. Xəlilov Q. B. Heyvan biokimyasının əsasları. Bakı. 1987. Maarif.  
 4. Həsənov Ə. C., Rzayev N. A., İslamzadə F. Q., Əfəndiyev A. M. Bioloji kimya. 
Bakı 1989. 
 5.  Кольман Я., Рем К. Г. Наглядное биохимия –Москва. Мир, 2000. 
 6.  Северин  Е.  С.,  Алейникова  Т.  Л.,  Осипов  Е.  В.  Биохимия.  -  Москва. 
Медицина. 2003. 
 7. Ковалевский Н. И. Биологическая химия. Москва. Академия 2008. 
 
Qida kimyasından mühazirələr. 
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq  Məmməd oğlu 
MÖVZU 11. ZÜLALLARIN MÜBADİLƏSİ. ZÜLALLARIN VƏ AMİNTUR- 
                     ŞULARININ PARÇALANMASI VƏ BİOSİNTEZİ 
 
 
 
 
P L A N  
 


125 
 
 
 
1. Zülal  mübadiləsi haqqında ümumi məlumat 
2. Zülal və aminturşularının parçalanması 
3. Aminturşuların biosintezi 
4. Zülalların biosintezi – reduplikasiya, transkripsiya və translyasiya 
     prosesləri  
5. Kodonlar və antikodonlar 
 
 
1.  Zülalların  mübadiləsi  haqqında  ümumi  məlumat:  Zülal  mübadiləsi  canlı 
orqanizm ilə ətraf  mühit arasında  maddələr mübadiləsinin ən aparıcı və  mürəkkəb 
prosesidir. Zülali  maddələr fiziki-kimyəvi və bioloji xassələrinə görə canlının əsas 
həyat  amilidir.  Hüceyrə,  toxuma  və  orqanların  əsas  struktur  elementidir.  Canlı 
orqanizmlərdə  gedən  bütün  kimyəvi  proseslər  zülal-ferment  komplekslərinin 
köməyi  ilə başa çatır.  Buna  görə bütün canlı aləmdə baş  verən  maddələr  mübadi-
ləsi zülali maddələrin varlığına bağlıdır. 
Zülallar  insan  və  heyvan  orqanizminə  müxtəlif  zülal  tərkibi  ilə  fərqlənən 
qida  vasitəsi  ilə  daxil  olur.  Orqanizmə  daxil  olan  qidaların  tərkibində  zülallarla 
zəngin  olan  (ət,  balıq,  şor,  pendir,  yumurta,  noxud,  lobya,  soya  və  s.)  və  az  olan 
(meyvə, tərəvəz) ərzaqlar olur.  
 
 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə