Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə50/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

120 
 
İnisiasiya  prosesində  DNT  molekulu  əvvəlcə  DNT-birləşdirici,  sonra  isə  DNT-
açıcı  zülallarla  birləşir.  DNT-açıcı  zülalın  təsiri  altında  DNT  molekulunun  ikiqat 
spiraldan ibarət olan hörüyü müəyyən nahiyədə açılır. Sonra açılmış spirala DNT-
polimeraza  və  RNT-polimeraza  fermentləri  birləşir.  RNT-polimerazanın  təsiri  ilə 
praymer  sintez  olunur.  Belə  güman  edilir  ki,  DNT  molekulu  məhz  praymerin 
sonuncu riboza qalığının 3-hidroksil qrupu ilə birləşmiş şəkildə sintez edilir. Sonra 
molekul  zəncirinin  həmin  hissəsi  nukleaza  fermentinin  təsiri  ilə  yeni  yaranmış 
oliqodezoksiribonukleotid molekulundan ayrılır. 
5.  DNT-nin  sintezinin  elonqasiya  mərhələsi:  DNT  sintezinin  elonqasiya 
mərhələsində  əsas  DNT  molekulu  replikasiyaya  uğrayır  və  onun  polinukleotid 
zəncirlərinin  iştirakı  ilə  komplementarlıq  prinsipi  üzrə  yaranan  yeni  DNT 
zəncirlərinin hər biri əsas zəncirlərdən biri ilə birləşib, ikiqat spiral əmələ gətirir.  
Yeni  DNT  zəncirləri  DNT-polimeraza  fermentinin  iştirakı  ilə  sintez  edilir. 
Zəncirlərin bir-birinə hörülərək, spiral əmələ gətirməsi isə DNT-liqaza fermentinin 
işrirakı  ilə  həyata keçir.  Belə güman edilir ki, DNT sintezinin  terminasiyası (sona 
çatması)  əsas  DNT  molekulunun  replikaiyasının  sona  çatması  ilə  əlaqədar  olaraq 
baş verir.  
6.  RNT-in  biosintezi  –  transkripsiya:  Hüceyrədə  RNT-nin  miqdarı  sabit 
deyil.  Hüceyrə  və toxumanın  növündən,  yaşından  və  fizioloji  funksiyasından asılı 
olaraq, onun  tərkibindəki RNT-nin  miqdarı  müxtəlif  hüdudda  dəyişir.  Böyümə  və 
çoxalma dövründə hüceyrələrdə RNT artır. Bundan əlavə, hüceyrələrdə olan RNT-
nin  tərkib  və  funskyasına  görə  bir-birindən  fərqlənən  müxtəlif  növləri  vardır  (m-
RNT,  n-RNT,  p-RNT).  Müxtəlif  tərkib  və  quruluşa  malik  olan  RNT  molekulları 
hüceyrənin  nüvəsində  olan  DNT-nin  təsiri  ilə  sintez  edilir.  RNT  molekulunun  
DNT  matrisasında  biosintezi-transkripsiya  adlanır.  RNT-nin  digər  növlərinin  də 
transkripsiya yolu ilə əmələ gəldiyi güman edilir.  
Transkripsiya prosesinin normal gedişi üçün bu prosesin baş verdiyi mühitdə 
bütün  nukleozidtrifosfatların  (ATF,  QTF,  STF,  UTF),  matrisa  vəzifəsini  daşıyan 
DNT-nin və Mg
2+
, yaxud Mn
2+
 ionlarının olması zəruri şərtdir.  
 


121 
 
 
Nukleozidtrifosfatlardan  RNT  molekullarının  sintez  olunması  prosesini 
kataliz edən ferment RNT-polimeraza (yaxud transkriptaza) adlanır.  
RNT-polimerazanın təsiri ilə nukleozidtrifosfatlar polimerləşərək, monomer-
lərin  arasında  3,5-fosfodiefir  rabitələri  olan  polinukleotid  zəncirləri  əmələ  gətirir; 
bu zaman nukleozidtrifosfatlar-dan pirofosfat turşusu ayrılır. 
 
 
 
 
 
Müxtəlif  canlıların  toxuma  və  hüceyrələrində  təsir  xüsusiyyətinə  görə  RNT 
polimerazanı  xatırladan  bir  neçə  fermentə  təsadüf  edilmişdir.  Bunlardan  ən 
mühümü polinukleotidfosforilaza və RNT-sintetazadır. 
Polinukleotidfosforilaza  (PNF-aza)  Qrunberq-Monaqa  və  Oçoa  tərəfindən 
1955-ci  ildə  Azotobacter  vinelandii  ekstaktında  aşkar  edilmişdir.  Sonralar  bu 
fermentə  müxtəlif  bitki  və  heyvan  hüceyrələrində  də  təsadüf  olunmuşdur.  PNF-
azaribonukleoziddifosfat molekullarından RNT-nin əmələ gəlməsi prosesini kataliz 
edən fermentdir: 
 
 
 
 
 
RNT-polimeraza  matrisa  ilə  birlikdə-promotor  adlanır.  RNT-polimeraza 
fermenti bir neçə zülal tənzimləyici faktor (TATA) mərkəzi olan substratdan əmələ 
gəlmişdir.  İnisiasiya  prosesində  (biosintez  prosesinin  başlanması)  promotorun 
aktivləşməsi  xüsusi  nukleotid  düzülüşünə  malik  olan  TATA-faktorun  köməyi  ilə 
baş verir.  
n
1
 ATF 
n
2
 QTF     DNT, Mg
2+
 yaxud Mn
2+
 
n

UTF                                             RNT + (n
1
+n
2
+n
3
+n
4
) H
4
P
2
O
7
 
n

STF         RNT – polimeraza  
n
1
 ATF 
n
2
 QTF    DNT, Mg
2+
 
n

UTF                           RNT + (n
1
+n
2
+n
3
+n
4
) H
4
P
2
O
7
 
n

STF     PNF – aza  


122 
 
PNF-azanın  bioloji  funksyası  hələ  tam  aydınlaşdırılmamışdır.  Bu  fermentin 
hüceyrələrdə müxtəlif tipli RNT molekullarının sintezində iştirak etməsi haqqında 
olan nəzəri  mülahizə özünü doğrultmur, çünki ribonukleoziddifosfatların və fosfat 
turşusunun  hüceyrədaxili  mühit  üçün  səciyyəvi  hesab  olunan  konsentrasiyasında 
bu  dönər  reaksiyanın  tarazlığı  əks  tərəfə  yönəlir,  yəni  göstərilən  şəraitdə  reaksiya 
PNF-azanın  təsiri  ilə  ribonukleoziddifosfatların  polikondensasiyası  istiqamətində 
deyil, RNT-nin  fosforolizi  istiqamətində  gedir.  Bundan əlavə, PNF-azanın  iştirakı 
ilə  sintez  edilən  RNT-nin  birincili  quruluşu  “səbəbkar”  DNT-yə  müvafiq  gəlmir. 
Bunları  nəzərə  alaraq,  güman  etmək  olar  ki,  PNF-azanın  əsas  bioloji  funksyası 
hüceyrələrdə  lazım  gəlməyən  RNT  molekullarını  fosfat  turşusu  iştirakı  ilə  ribo-
nukleoziddifosfatlara çevirməkdən ibarətdir.  
RNT-sintetaza  fermenti  tərkibində  RNT  olan  faqlarla  yoluxmuş  mikroorqa-
nizmlərdə,  həmçinin  belə  viruslarla  yoluxmuş  bitki  və  heyvan  hüceyrələrində 
tapılmışdır. Bu fermentin təsiri ilə nukleozidtrifosfatlardan RNT molekulları sintez 
edilir. Lakin RNT-sintetazanın RNT-polimerazadan əsas fərqi bundan ibarətdir ki, 
onun fəaliyyəti üçün mühitdə DNT molekullarının olması vacib deyil. Bu fermen-
tin  təsiri  ilə  hüceyrələrdə,  onların  yoluxduğu  virus  və  faqlar  üçün  xarakterik  olan 
RNT  molekulları  sintez  edilir.  Bu  zaman  virus  və  faqların  spesifik  RNT-si  yeni 
sintez olunan RNT üçün matrisa vəzifəsini daşıyır.  
RNT-polimerazadan  ən  yaxşı  öyrənilən  bağırsaq  şöplərində  rast  gəlinən 
molekul kütləsi 487000 Da olan, beş substratdan təşkil olunmuş fermentdir (proka-
riot).  Bu  fermentin  “-in  vivo-”  köməyi  ilə  hüceyrə  nüvəsində  müxtəlif  m  RNT,  n 
RNT və r RNT-si sintez olunur.  
1970-ci  illərdə  xərçəng  hüceyrələrinin  onkogen  viruslarında  RNT  matrisa-
sında  DNT-in  sintezini  kataliz  edən  ferment  müəyyən  olunmuşdur.  Bu  ferment 
RNT-dən  asılı  olan  (bağlı  olan)  DNT-polimeraza  adlandırıldı.  Onu  həmçinin 
tərsinə  (geridönən)  transkripsiya  –  refertaza  prosesi  adlandırırlar.  Refertaza  gen 
mühəndisliyində   geniş  istifadə edilir.  Bu  fermentin köməyi  ilə  m RNT-si bir sıra 
gen  və  zülalların  sintezini  təşkil  edir.  Refertaza  reaksiyaları  vasitəsilə  normal 
sağlam hüceyrənin xərçəng hüceyrəsinə necə çevrilməsi öyrənilir.  
DNT-in  və  RNT-in  sintezi  artıq  sonuncu  40  ildə  daha  da  dərindən  öyrənil-
məyə  başlanmışdır.  Artıq  bu  çoxmərhələli  sintez  proseslərinin  bir  çox  fermentləri 
məlumdur.  Bu  mərhələlərin  mexanizminin detallarının açılması  gələcəkdə bir çox 
xəstəliklərin  əmələ  gəlməsi  səbəblərini  müəyyən  edəcəkdir  və  insanların  orqa-
nizminin qocalmasının qarşısı alınacaqdır.  
7. Nuklein turşularının mübadiləsinin pozğunluqları: İnsan və heyvanlarda 
rast  gəlinən  bir  sıra  xəstəliklər  nuklein  turşularının  və  nukleoproteidlərin  mübadi-
ləsinin  pozulmaları  ilə  müşayiət  olunur.  Hazırda  xromosomların  sayının  (Daun, 
Şereşevski-Terner,  Kleynfelter  xəstəlikləri  və  s.)  və  bəzi  fermentlərin  aktivliyinin 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə