152
MƏRUZƏÇİ: dos.Həşimov Xalıq Məmməd oğlu
MÖVZU 13. LİPİDLƏRİN MÜBADİLƏSİ. SADƏ VƏ MÜRƏKKƏB LİPİD-
LƏRİN MÜBADİLƏSİ VƏ BİOSİNTEZİ. LİPİD MÜBADİLƏSİ-
NİN POZĞUNLUQLARI
P L A N
1. Lipid mübadiləsi haqqında ümumi məlumat
2. Yağların parçalanması
3. Qliserin və yağ turşularının mübadiləsi
4. Yağabənzər maddələrin mübadiləsi
5. Sterinlərin mübadiləsi
6. Ali yağ turşularının biosintezi
7. Yağların (triqliseridlərin) sintezi
8. Lipid mübadiləsinin pozğunluqları
153
1. Lipid mübadiləsi haqqında ümumi məlumat: Lipidlər orqanizmin əsas enerji
materialı sayılır. İnsan və heyvanların enerjiyə olan ehtiyacının 30–40%-i
lipidlərin, xüsusilə neytral yağların hesabına ödənilir. İnsan və heyvan orqanizminə
lipidlər qida vasitəsilə daxil olur. İnsan orqanizminə gün ərzində qida vasitəsilə
50–70 q heyvan və bitki mənşəli lipidlər (o cümlədən 10 q doymamış yağ turşuları,
10 q fosfolipidlər və 0,5 q xolestrol) daxil olur. Mədə-bağırsaq sistemində lipidlə-
rin çevrilməsi və bağırsaqlardan sorulması mürəkkəb prosesdir.
Lipidləri parçalayan əsasən lipaza fermentidir. Mədədə bu ferment az
fəaldır. Yaşlı insanlarada 5%-dən az (əsasən süddə olan yağ) hissəsi parçalanır.
Mədə şirəsində lipaza bütün heyvanlarda olur, lakin az fəaldır. Bu ferment zəif turş
mühitdə (pH=4–5) yağları qliserinə və yağ turşularına parçalayır. Ancaq körpələr-
də mədə lipazası aktivdir, lipidlərin parçalanması zamanı öd axarı onikibarmaq
bağırsağa açılır və nəticədə yağlar emulsiyalaşır. Öddəki öd turşuları (qlikoxol,
qlikodezoksixol, tauroxol turşuları) yağ turşuları ilə birləşib suda həll olan (yağlar
suda həll olmurlar, bu səbəbdən bağırsaq divarlarından sorula bilmirlər) kompleks-
lər (xolein turşularını) əmələ gətirirlər. Yağların parçalanması nəticəsində əmələ
gələn qliserin suda həll olduğundan bağırsaqlardan asanlıqla sorulur. Bağırsaq
divarlarının epitel hüceyrələrində lipidlərin parçalanması nəticəsində əmələ gələn
məhsullardan (qliserin, ali yağ turşuları, mono- və diqliseridlər) yenidən triqlise-
ridlər (neytral yağlar) və ya fosfolipidlər sintez olunur. Bu proses resintez adlanır.
Resintez yolu ilə əmələ gəlmiş lipidlərin əsas hissəsi (80%-ə qədəri) limfa
sisteminə, nisbətən az (20%-ə qədəri) isə müsariqə venaları vasitəsilə qapı
venasına keçir. Resintez prosesi nəticəsində bağırsaq divarlarında ATF, koenzim-A
və sitidin trifosfatın iştirakı ilə müəyyən miqdar (30–40%) neytral yağlar sintez
olunur. Bunların bir qismi orqanlarda ehtiyyat şəklində toplanır, qalanı isə hidroliz
olunaraq qana sorulur, ayrı-ayrı orqanlara aparılır.
2. Yağların parçalanması: Yağların (triqliseridlərin) parçalanması onların
hidrolizi nəticəsində baş verir. Hidroliz nəticəsində qliserin və ali yağ turşuları
alınır. Ali yağ turşuları tərkibində əsasən karbonun miqdarı 16:18 olan (həmişə cüt
karbon olur) doymuş: palmitin–C
15
H
31
COOH, stearin – C
17
H
35
COOH və araxin –
C
19
H
39
COOH turşuları, doymamış: olein – C
17
H
33
COOH, linol – C
17
H
31
COOH,
linolein – C
17
H
29
COOH, araxidon – C
19
H
31
COOH turşuları olur.
Yağların hidrolizi nazik bağırsaqda mədəaltı vəzin hazırladığı lipolitik
fermentlərin (əsasən lipazanın) təsirilə baş verir.
Lipolitik fermentlər iki tipdə olur. Birincilər triqliseridlərdə olan α-efir
rabitəsinin, ikincilər isə β-efir rabitəsinin hidrolizini kataliz edirlər. Triqliseridlər
birbaşa hidrolizə uğramır. Hidroliz prosesi mərhələlərlə baş verir. Əvvəlcə α-efir
rabitələri, sonra isə β-efir rabitələri hidrolizə məruz qalır.
154
β-monoqliseridlərin bir hissəsi bağırsaq divarlarından qana sorulur. Digər
hissəsi resintez prosesinə uğrayır. Qalan hissəsi isə qaraciyərdə spesifik olmayan
aliesteraza fermentinin təsirindən hidrolizə uğrayır.
Sonrakı proses orqanizmdə qliserin və ali yağ turşularının parçalanması ilə
davam edir.
3. Qliserin və yağ turşularının mübadiləsi: Triqliseridlərin hidrolizindən
əmələ gəlmiş qliserin və ali yağ turşuları sonrakı mübadilə prosesində bir sıra
çevrilmələrə məruz qalırlar.
Qliserin resintez prosesinə və ya başqa mübadilə prosesinə qoşulsa belə
karbohidratlarda olduğu kimi əvvəlcə ATF-in təsiri ilə fosforlaşmaya məruz qalır.
Prosesi qliserolkinaza fermenti kataliz edir.
CH
2
−OH CH
2
−OH
Qliserokinaza
CH−OH + ATF CH−OH + ADF
OH
CH
2
−OH CH
2
−O−P=O
Qliserin
OH
1-Fosfoqliserin
CH
2
−OH CH
2
−OH
O
Ali-
esteraza
CH−O−C−C
17
H
35
+ H
2
O CH−OH + C
17
H
35
−COOH
Stearin turşusu
CH
2
−OH CH
2
−OH
Β-Monoqliserid Qliserin
O
CH
2
−O−C−C
17
H
35
CH
2
−OH
O H
2
O; O
lipaza
CH−O−C−C
17
H
35
CH−O−C−C
17
H
35
+ C
15
H
35
COOH
Stearin
turşusu
CH
2
−OH CH
2
−OH
α-β-Diqliserid
β-Monoqliserid
O O
CH
2
−O−C−C
17
H
35
CH
2
−O−C−C
17
H
35
O H
2
O; O
lipaza
CH−O−C−C
17
H
35
CH−O−C−C
17
H
35
+ C
15
H
31
COOH
O
Palmitin
turşusu
CH
2
−O−C−C
15
H
31
CH
2
−OH
Triqliserid (palmitodstearin) α-β-Diqliserid
Dostları ilə paylaş: |