Qida kimyasından mühazirələr. MƏRuzəÇİ: dos. Həşimov Xalıq Məhəmməd oğlu



Yüklə 86,67 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix11.04.2018
ölçüsü86,67 Kb.
#37150
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   72

168 
 
vitaminlərdən siankobalamində kobalt, fermentlərdən ksantinoksidazada molibden, 
karboanhidrazada sink, hormonlardan tiroksində yod vardır.  
2.  Suyun  mübadiləsi  və  orqanizmdə  rolu:  Su  orqanizmdə  diri  çəkinin 
yarıdan  çoxunu  (50–80%-ni)  təşkil  edir.  Bu  da  heyvanın  növündən,  yaşından, 
yemindən,  yemlənməsindən  və  s.  amillərdən  asılıdır.  Yaşlı  heyvanlarda  suyun 
miqdarı  cavanlara  nisbətən  azdır.  Əgər  yeni  doğulan  buzovun  bədənində  suyun 
miqdarı  75%  təşkil  edirsə,  yaşlı  öküzdə  55%  olur.  Orta  köklükdə  olan  qoyunun 
bədənində  50–60%,  çox  kök  qoyunda  isə  35–45%  su  vardır.  Bədəndə  müxtəlif 
orqanlarda  su  eyni  miqdarda  paylanmır.  Məsələn,  bədəndəki  suyun  mütləq 
miqdarının  48%-i  əzələdə,  11%-i  dəridə,  8%-i  qandadır.  Beləliklə,  heyvan 
orqanizmindəki  suyun  mütləq  miqdarının  çoxu  əzələlərdə,  dəridə,  bağırsaqlarda, 
sümüklərdə  və  qanda,  azı  isə  ağciyərdə,  beyində,  böyrəklərdə  və  dalaqda 
mövcuddur.  Orqanizmdə  və  bioloji  mayelərdə  də  suyun  miqdarı  müxtəlifdir. 
Məsələn,  qaraciyərdə  70%,  əzələ  toxumasında  75%,  beyində  70–84%,  böyrəklər-
də 82%, qanda 85%, tüpürcəkdə 99,4%, sümük toxumasında 16–46% su var.   
İnsanın  bədənində  olan  suyun  ⅔  hissəsi  hüceyrələrdə,  qalanı  isə  ondan 
xaricdə olur.  
Insan və heyvan suyu xaricdən qida ilə və içməklə qəbul edir. İnsan sutkada 
2,5-2,8 l, at 15-18 l, camış 42-91 l mənimsəyir. Su orqanizmin özündə də, mübadi-
lə zamanı qida maddələrinin oksidləşməsində də yaranır. Toxumalarda 1 kq nişasta 
oksidləşdikdə  600  ml,  1kq  zülaldan  400  ml  və  1  kq  yağdan  isə  1  l-dən  çox  su 
əmələ  gəlir.  Buna  görə  də  onun  balansı  həmişə  mənfi  olur.  Qəbul  olunan  sudan 
ifraz  edilən  suyun  miqdarı  təxminən  15%  çoxdur.  Su  qismən  mədədən  və  əsas 
bağırsaqlardan sorulur. Bədəndə onun əsas deposu dəri sayılır. Çünki içilən suyun 
80%-i  ehtiyat  halında  dəridə  toplanır.  Suyun  bədəndə  saxlanmasını  natrium  ionu, 
əksinə, ifrazını isə kalium və kalsium ionları artırır, toxumaların dehidratasiyasına 
səbəb olur.  
Su  bədəndən  əsasən  sidiklə  gedir.  Bədəndən  çıxan  suyun  təxminən  50%-i 
sidiklə, 30%-i dəri və ağciyərlə, qalanı isə bağırsaqdan nəcislə ayrılır. İnsan sidiklə 
sutkada 1,5 l, at 4–8 l su ifraz edir.  
Suyun mübadiləsində dəri və böyrəklərin də əhəmiyyəti çoxdur. Böyrəklərin 
normal fəaliyyəti zamanı insan orqanizmindən içilən suyun 80%-i 3–4 saata, atınkı 
30–54%-i və inəyinki 33–61%-i 4–6 saata xaric olur.    
Suyun  mübadiləsinə  bəzi  daxili  sekresiya  vəzilərinin  (qalxanabənzər, 
hipofiz, mədəaltı vəzi və s.) hormonları da təsir göstərir. Buna misal vazopressini, 
tiroksini və s.-ni göstərmək olar.  
Tiroksin  suyun  ifrazatını  artırır,  vazopressin  və  insulin  isə  azaldır, 
toxumalarda  saxlanmasına  şərait  yaradır.  Suyun  mübadiləsinin  nizamlanmasında 
sinir sistemi də (beyin qabığı, ara beyin, boz qabıq) iştirak edir.    


169 
 
  3. Duzların mübadiləsi və bioloji rolu. Makroelementlər: Bütün canlıların 
həyatında  duzların  da  rolu  az  deyildir.  Duzlar  ən  çox  (təxminən  84%)  insan  və 
heyvanların  sümüklərində  olur.  Sümük  toxumasının  85%-ni  kalsium-fosfat,  10%-
ni isə kalsium-karbonat təşkil edir. Sümüklərdə 1,5% maqnezium-fosfat da vardır. 
Küldə 0,3% kalsium-flüorid də olur.  
Duzlar  orqanizmdə  buferli  sistemlərin  də  (fosfat,  karbonat  buferləri  və  s.) 
əmələ gəlməsində, osmos təzyiqinin yaranmasında iştirak edir.  
Kalsiumun  orqanizmdə  miqdarı  2%-ə  yaxın,  maqnezium  0,05%,  kalium 
0,3%, natrium 0,15% və flüor 0,009% olur. Orqanizm duzları qida və içilən su ilə 
qəbul edir. İnsan və heyvanların duzlara olan təlabatı onların yaşından, qidasından, 
ilin  fəslindən,  fizioloji  və  patoloji  halından  və  s.  amillərdən  asılıdır.  İnsanın 
sutkalıq təlabatı kalsiuma 0,7–0,8 q, fosfora 1,5–2 q, natriuma 4–8 q, kaliuma 2–3 
q, xlora 2–4 q təşkil edir. Heyvanların diri çəkisinin hər 100 kq-na sutkada inəkdə 
q, atda 35 q, qoyunda  3–10 q kalsium,  müvafiq olaraq 2,5 q, 37 q  və 1,5–5,5  q 
fosfor  tələb  edilir.  Bəzi  duzlar  (kalsium-karbonat,  maqnezium-karbonat,  kalsium-
fosfat, maqnezium-fosfat) suda pis həll olur. Pankreas şirəsi və öd onların sorulma-
sını asanlaşdırır.   
 
 
 
Duzların  orqanlarda  paylanması  müxtəlifdir.  Kalsium,  maqnezium  və 
fosforun duzları ən çox sümüklərdə, xörək duzu dəridə, dəmir qaraciyərdə toplanır. 
Onlar  sidiklə,  tərlə  (natrium  xlorid)  və  nəcislə  ifraz  olunur.  Civə,  qurğuşun  və 
bismut  duzları  yoğun  bağırsağın  selik  qişası  ilə  ifraz  edilir.  Kalsium-fosfatlar  isə 
əsas sidiklə və qismən nəcislə ayrılır.  
Natrium  və  kalium  bədəndə  fosfat,  karbonat,  xlorid,  sulfat  turşularının 
duzları formasındadır. Bu elementlərin müəyyən hissəsi ionlaşmış halda, bir qismi 
də zülallar, nuklein turşuları və başqa maddələrlə birləşmiş vəziyyətdədir.  
Natrium  bioloji  mayelərdə,  kalium  isə  toxumalarda  çoxdur.  Məsələn,  qan 
zərdabında natrium 335 mq%, kalium 20 mq%, əzələlərdə isə natrium 38 mq% və 
kalium  320  mq%-dir.  Kaliumun  95%-dən  çoxu  eritrositlərdədir.  Bu  elementlər 
osmos  təzyiqinin  yaranmasında  (xüsusilə  natrium),  buferli  məhlulların  əmələ  gəl-


170 
 
məsində, ayrı-ayrı orqanların (sinir sistemi, ürək, əzələlər, damarlar və s.) fəaliyyə-
tində iştirak edir. Natrium əzələlərin oyanmasını artırır, kalium isə əksinə ləngidir.      
Qidada  natrium  az  olanda  insan  və  heyvanlarda  adinomiya  xəstəliyi  baş 
verir.  
Kalsium ən çox (97%) fosfat və karbonat turşusunun duzları şəklində sümük 
toxumasında  rast  gəlinir.  Qalan  orqan  və  toxumalarda  ion  şəklində,  yaxud 
zülallarda (məsələn, kazeinlə) birləşmiş haldadır. 
Kalsium  sinir  oyanmalarını,  toxuma  zülallarının  su  ilə  birləşmək  qabiliyyə-
tini, hüceyrələrin sızma xüsusiyyətini (keçriciliyini) azaldır, qanın laxtalanmasında 
iştirak  edir,  ürəyin  fəaliyyətini  artırır.  Fermentlərin  fəallığına  da  təsir  göstərir. 
Lesitinazanı fəallaşdırır, dipeptidazaların fəallığını azaldır.  
Kalsium 25–35% sidiklə, 65–75% isə nəcislə ifraz olunur.  
Maqnezium  hüceyrədaxili  kationdur.  Mitoxondriyalarda  oksidləşməklə 
fosforlaşmanı sürətləndirir. Nüvədə və ribosomlarda zülallarla və nuklein turşuları 
ilə  birləşmiş  halda  olur.  O,  ADF  və  ATF-lə  komplekslər  əmələ  gətirməklə  onları 
fəallaşdırır. Bu da pirofosfat qrupunun ikivalentli kationlarla birləşmək qabiliyyəti 
və  hüceyrələrdə  maqnezium  ionunun  qatılığının çoxluğu  ilə əlaqədardır.  Kalsium 
və  maqnizium  mübadilə  proseslərində  bir-birinin  antoqanistidir.  Maqnizium  çox 
qəbul edildikdə, o kalsiumu zülalların və mineral birləşmələrin tərkibindən sıxışdı-
rıb çıxarır. Onun artıq miqdarı böyrəklər vasitəsilə orqanizmdən xaric olunur. 
 
 
 
Maqnezium  ionunun  ATF-lə  kompleks  əmələ  gətirmək  qabiliyyəti  ADF-ə 
nisbətən 10 dəfə çoxdur. ATF isə MgATF
2-
 kompleksi şəklində daha fəal olmaqla, 
fermentativ  reaksiyalarda  fosfatın  donoru  rolunu  oynayır.  Maqnezium  ionu 
mübadilə proseslərində vacib biostimulyatordur, zülalların biosintezində, irsiyyətlə 
əlaqədar  çevrilmələrin  nizamlanmasında,  əzələlərin  qısalmasında,  bir  sıra 
fermentlərin (fosfataza, peptidaza, karboksilaza və s.) fəallaşmasında iştirak edir.  
Maqneziumun  70%-ə  yaxını  fosfatlar  və  karbonatlar  şəklində  sümük  toxu-
masındadır.  
Fosfor fosfat turşusunun duzları şəklindədir. O, bəzi zülalların (fosfoproteid- 
lər), lipidlərin (fosfatidlər), karbohidratların törəmələrinin (monosaxaridlərin fosfat 
                                                                      Mg
2+
 
                                                       O
-
      
-
O        O 
                                                       



                   
Mg ATF
2-
         
Adenin-riboza 
─ ── ── ──
O P O P O P O
-
 
                                                                           

║ 
                                                                  O        O 
 
                                                      O             O 
                                                                    

║ 
Mg ADF
-
        
Adenin-riboza
 
─ ──
─ ─
──
O P
O P O
-
 
                                                      


               
                                                     
-
O

Mg
2+

O- 


Yüklə 86,67 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə