“qirx” KƏLMƏSİ haqqinda qirx iNÇƏLİK


İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ VƏ AŞURA ZİYARƏTİNİ OXUMAQ



Yüklə 4,6 Mb.
səhifə11/29
tarix25.06.2018
ölçüsü4,6 Mb.
#51590
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ VƏ AŞURA ZİYARƏTİNİ OXUMAQ


1-Allah-taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kəs imam Hüseyn (ə)-ı Aşura ziyarətini – istər yaxından, istərsə də uzaqdan – oxumaqla ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.

2-Hər kəs onu (İmamın haqqına arif olan halda) oxusa, behiştə daxil olar.

3-İmam Sadiq (ə) Səfvana buyurmuşdur: “Hər kəs bu ziyarəti oxusa, hacətləri rəva olunar.”

4-Hər kəs bu ziyarəti, onun fəzilətli vaxtında – sübh namazından sonra və gün çıxmamışdan qabaq – oxusa, ona həm axirətdə savab verilər, həm də bu dünyadakı hacətləri qəbul olunar.

5-Hər kəs onu oxusa, qiyamət günündə istədiyi şəxsi şəfaət edər.

6-İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir xəstəliyə tutulsa və əcəli yaxınlaşmadığı halda, imam Hüseyn (ə)-ın türbətindən istifadə etsə, şəfa tapar.”

7-İnsan “Aşura” ziyarətini oxumaqla şiə olmasını isbat etmiş olur.

8-Aşura ziyarətinin savabı bütün ziyarətlərdən üstündür.

9-İmam Zaman (ə) onun oxunmasına təkid etmişdir.

10-Bu ziyarət ruzini çoxaldır.

11-Borcun ödənməsinə səbəb olur.

12-Oğurlanmış malın tapılması üçün faydalıdır.

13-Aşura ziyarətini oxumaq evlənməyi asan edir.

14-İmam Sadiq (ə) buyurmuşdur: “İmam Hüseyn (ə)-ın türbətindən düzəldilmiş təsbehlə tövbə etmək (və yaxud başqa bir zikr demək) başqa bir torpaqla düzəldilmiş təsbehlə tövbə və zikr etməkdən fəzilətlidir.”

15-Sonsuz qadının övlada sahib olmasına səbəb olar.

16-Bu ziyarəti oxuyan şəxsin salamı imam Hüseyn (ə)-a çatır və hacəti qəbul olunur.

17-Bu ziyarəti oxumaqla insanın qəm-qüssəsi aradan gedir.

18-İnsanı can vermənin çətinliklərindən nicat verir.

19-Qəbiristan əhlindən əzab götürülür.

20-Aşura ziyarətini oxumaqla imam Hüseyn (ə) qəbiristana gəlib, orada uyuşanlara kömək edər.

21-İmam Hüseyn (ə)-ın hərəmi – dörd fərsəxdən dörd fərsəxə qədər – behişt torpağından sayılır və qiyamət günündə behiştə əlavə olunar.

22-Həzrət Fatimeyi-Zəhra (ə) Aşura ziyarəti oxunan məclislərdə iştirak edirdi.

23-İmam Baqir (ə) və imam Sadiq (ə) hər il Aşura günündə “Aşura ziyarəti”ni oxuyurdular.

24-Kərbəla torpağından başqa hər bir torpağı yemək haramdır, lakin onun az miqdarda yeyilməsinə tövsiyə edilmişdir; çünki hər bir dərdin dərmanıdır.

25-İmam Hüseyn (ə)-ın türbəti selin gəlməsinin və zərərin qarşısını alır.

26-Kərbəla torpağı Kəbənin və həzrət Peyğəmbər (s)-in hərəminin torpağından fəzilətlidir.

27-İmam Baqir (ə) buyurmuşdur: “Hər kəs bu ziyarəti oxusa, Allah-taala onun məqamını yüz min dəfə artırar və (adını) imam Hüseyn (ə)-la birgə şəhid olanlar sırasında yazar.”

28-İmam Hüseyn (ə)-ın türbətini üstündə saxlamağın həm savabı vardır, həm də insanı bəlalardan qoruyub saxlayır.

29-İmam Hüseyn (ə)-ın türbətinə səcdə etmək yeddi hicabı aradan götürür, yəni namazın qəbul olunmasına səbəb olur.

30-O həzrətin türbətinə qılınan namaz qəbul olur və savabı çoxdur.

31-O həzrətin türbəti meyyitlə yanaşı qəbrə qoyulsa, o, qəbrin qorxusundan amanda qalar.

32-İmam Zaman (ə)-ın Seyyid Əhməd Rəştiyə belə buyurduğu nəql olunmuşdur: “Siz nə üçün Aşura ziyarətini oxumursunuz? Aşura! Aşura! Aşura!”

33-Mötəbər hədislərdə bəyan olunduğu kimi, imam Hüseyn (ə)-ın qəbrinin torpağı hər bir dərdin dərmanıdır, ən böyük dərman məhz budur!

34-Bu ziyarət Allah tərəfindən təlim verilmişdir.

35-Bir hədisdə göstəriş verilir ki, körpə doğulan zaman ağzına qoyduğunuz ilk şey imam Hüseyn (ə)-ın türbəti olsun ki, bu, onu bəlalardan amanda saxlayar.

36-İmam Sadiq (ə) hər kəsə hədiyyə olaraq bir miqdar mal-dövlət göndərsəydi, onun içinə imam Hüseyn (ə)-ın türbətindən qoyardı və onun bərəkəti sayəsində həmin mal oğrunun əlindən amanda qalardı.

37-Rəvayətdə deyilir ki, hər kəs imam Hüseyn (ə)-ın türbətindən yemək istəsə, əvvəlcə onu öpüb, gözlərinə sürtsün, sonra on doqquz dəfə “Bismillahir-rəhmanir-rəhim” deyib, “qul” (de) ifadəsilə başlanan dörd surəni oxusun. Ondan bir noxud miqdarından artıq meyl etməsin; çünki hər kəs ondan artıq yesə, sanki bizim ətimizi və qanımızı yemişdir.

38-İmam Kazim (ə)-dan nəql olunmuşdur ki, meyyiti dəfn edəndə onun üzünün altına imam Hüseyn (ə)-ın qəbrinin torpağından qoyun.

39-Alimlərdən biri demişdir: Ayətullah Bürucerdi hər gün iki dəfə Aşura ziyarətini (o həzrətin qatilinə və düşmənlərinə) yüz dəfə lənət və (İmamın özünə) yüz dəfə salam göndərməklə oxuyurdu.

40-Hər kəs o həzrətin türbətini gözlərinə sürtsə, gözləri nurlu olar.



plant


14


QOHUMLUQ ƏLAQƏLƏRİ


1-Qohumluq iki növdür:

a) Nəsəbi (soy, nəsil);

b) Səbəbi.

Qan qohumluğuna nəsəbi qohumluq deyilir, məsələn ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala, baba, nənə və onların övladları nəsəbi qohumlardır. Səbəbi qohumluq isə evlənmək, süd vermək və s. vasitələrlə yaranır, məsələn, ərlə-arvad arasında hər iki tərəfin qohumluğu.

2-Allah-taala Qurani-kərimdə buyurmuşdur: Xeyirxah insanlar mal-dövləti çox sevmələrinə baxmayaraq, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə qulların azad olunmasına sərf edənlərdir...”139

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hal-hazırkı ümmətimə, burada olanlara və olmayanlara, hələ dünyaya gəlməyən gələcək nəsillərə tövsiyə edirəm ki, bir illik məsafəni ötüb keçsə belə, yenə də qohumluq əlaqələrini kəsməsinlər. Çünki qohumluq əlaqələri dinin bir hissəsidir.”140

4-İmam Əli (ə) buyurmuşdur: “Din əhlinin əlamətlərindən biri də qohumluq əlaqələrini bərqərar etməkdir.”141

5-Allah-taala buyurmuşdur: “...(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, eləcə qohumluq əlaqələrini kəsməkdən həzər edin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.”142

6-Cəmil ibni Dərrac adlı bir şəxs deyir: İmam Sadiq (ə)-dan “Nisa” surəsinin 1-ci ayəsindəki “ərham” (qohumlar) sözünün mənasını soruşdum. Həzrət buyurdu: “Burada “qohumlar” sözü “insanlar” mənasında işlənmişdir. Allah-taala insanlarla əlaqə yaratmağı əmr etmiş və bunu yüksək qiymətləndirmişdir. Məgər Allah-taalanın bu sözü Öz adı ilə bir sırada yerləşdirdiyini görmürsənmi?!”143

7-Allah-taala buyurmuşdur: “Allaha ibadət edin Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın uzaq qonşuya, yaxın dosta, (pulu qurtarıb yolda qalan) müsafirə, sahib olduğunuza (qul kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, təkəbbür edənləri sevməz!”144

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir içim su ilə də olsa, qohumlarını yada sal. Qohum-əqrəbana və yaxınlarına qarşı ən gözəl yaxşılıq odur ki, onlara əziyyət verməyəsən və narahat etməyəsən.”145

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Salam verməklə də olsa, özünüzlə qohumlarınız arasında mehribanlıq yaradın.”146

10-İmam Əli (ə) buyurmuşdur: “Salam verməklə də olsa, qohum-əqrəbalarınızı yad edin.”

11-Allah-taala buyurmuşdur: Yadınıza salın o zamanı ki, Biz İsrail övladlarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın zəkat verin!” – deyə əhd-peyman aldıq.”147

12-Bir nəfər həzrət Peyğəmbər (s)-dən “Allah dərgahında ən pis əməl hansıdır?” – deyə soruşduqda, Həzrət buyurdu: “Allaha şərik qoşmaq.” Dedi: “Bundan sonra hansıdır?” Həzrət buyurdu: “Qohumluq əlaqələrini kəsmək.”148

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Üç dəstə behiştə daxil olmayacaqdır: Şərab içənlər, sehrbazlar və qohumluq əlaqələrini kəsənlər.”149

14-Şübhəsiz, qohumluq əlaqələrinin kəsilməsi böyük günahlardan olub axirət əzabına səbəb olur. Allah-taala Qurani-kərimdə qohumluq əlaqələrini kəsənlərə lənət edərək buyurmuşdur: Əgər (Mühəmməd (s)-dən) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək qohumluq əlaqələrini qırmaq gözlənilməzmi?! Onlar Allahın lənət etdiyi, (qulaqlarını) kar (gözlərini) kor etdiyi kimsələrdir.”150

15-Qurani-kərimin başqa bir ayəsində belə buyurulur: Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti (cəhənnəm) gözləyir!”151

16-Həmçinin başqa bir ayədə buyurulur: O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır!”152

17-İmam Səccad (ə) oğlu imam Baqir (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurmuşdur: “(Övladım!) Öz qohumları ilə əlaqəsini kəsən və onlarla pis rəftar edən şəxslə dostluq etmə! Çünki onlar Quranın üç yerində lənətlənmişlər.” Sonra “Mühəmməd” surəsinin 22-23-cü, “Rəd” surəsinin 25-ci və “Bəqərə” surəsinin 27-ci ayələrini oxudu.153

18-Həzrət Peyğəmbəri-Əkrəm (s) Mədinəyə daxil olan kimi, camaata belə bir göstəriş verdi: “Ey camaat! Sağ-salamat behiştə daxil olmaq istəyirsinizsə, bir-birinizə ucadan salam verin, qohumluq əlaqələrinizi möhkəmlədin, bir-birinizə əl tutun və hamının yatdığı bir vaxtda gecə namazı qılın.”154

19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sədəqə verməyin savabı on, borc verməyin savabı on səkkiz, dostlara hədiyyə verməyin savabı iyirmi və qohumluq əlaqələrini davam etdirməyin savabı isə iyirmi dörd bərabərdir.”155

20-Həzrət Peyğəmbər (s)-dən “savabı çox olan sədəqə hansıdır?” – deyə soruşulduqda, o həzrət buyurdu: “Pislik edən qohuma verilən sədəqə.”156

21-Həzrət Peyğəmbər (s)-dən soruşdular: “Ən fəzilətli sədəqə hansıdır?” Həzrət buyurdu: “Yaxın adamlarından ehtiyaclı olan şəxsə verilən sədəqə. (Sonra buyurdu:) Yaxın adamları ehtiyaclı olduğu halda, başqalarına yardım edən şəxsin yardımı (Allah dərgahında) qəbul olunmaz.”157

22-Həzrət İsa Məsih (ə) öz dostlarına buyurdu: “Eşitməmisinizmi ki, Tövratda: “Öz qohumlarınızla qohumluq əlaqəsi yaradın, onların əlindən tutun” – deyə buyurulmuşdur? Lakin mən deyirəm ki, sizdən ayrılan şəxslərlə əlaqə yaradın, sizə əl uzatmayan şəxslərə bəxşiş, pislik edən şəxslərə yaxşılıq edin, sizi söyən şəxslərə salam verin, düşmənlərinizlə insafla davranın, başqlarının sizin pisliklərinizi bağışlamasını istədiyiniz kimi, sizdə (sizə) zülm edənləri bağışlayın...”158

23-Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a buyurdu: “Əxlaq baxımından mənə oxşayan şəxsdən xəbər verimmi?” Əli (ə) “Bəli!” – deyə cavab verdi. Həzrət buyurdu: “Ən gözəl əxlaqa, böyük helmə və səbrə malik olan, qohum-əqrəbasına yaxşılıq edən və özündən artıq başqalarına qarşı insaflı olan şəxs.”159

24-Əbuzər deyir: Peyğəmbər (s)-dən eşitdim ki, o həzrət belə buyurdu: “Qiyamət günü Sirat körpüsünü keçən zaman ən çox əhəmiyyət kəsb edən məsələ əmanət və qohumluq əlaqələridir. Belə ki, əmanətə vəfalı olan və qohumluq əlaqələrini davam etdirən şəxs Sirat körpüsündən keçəcəkdir, əks təqdirdə oradan cəhənnəmə düşəcəkdir.”160

25-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala qohum-əqrəbasına maddi cəhətdən kömək edən, yaxud onlarla qohumluq əlaqəsi yaradan şəxsə yüz şəhidin savabını verər, bu yolda götürdüyü hər bir qədəminə görə qırx min savab qazanar, qırx min günahı bağışlanar və o qədər də mərtəbəsi artar, sanki səbr etdiyi halda, Allaha yüz il ibadət etmişdir.”161

26-İmam Sadiq (ə) buyurmuşdur: Bir kişi Peyğəmbər (s)-in hüzuruna gəlib dedi: “Ya Rəsuləllah! Qohumlarım məndən uzaq gəzdikləri üçün, mən də onlarla qohumluq əlaqələrimi kəsimmi?” Həzrət buyurdu: “Əgər belə bir iş tutsan, onda Allah-taala sizin hamınızı öz başınıza buraxar.” O kişi dedi: “Bəs nə edim?” Buyurdu: “Səndən uzaq gəzən şəxslə qohumluq əlaqəsi yarat, səndən üz çevirən şəxsə bəxşiş et, başqalarının (sənə etdiyi) zülmü bağışla. Əgər bu işi görsən, Allah tərəfindən sənin üçün bir xəzinə ayrılacaqdır.”162

27-Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də ömrün uzun olmasıdır. İmam Rza (ə) bu barədə buyurmuşdur: “Ömrünün tamam olmasına üç il qalmış insan qohumluq əlaqələrini möhkəmlətdiyinə görə Allah-taala onun ömrünü otuz il uzadar. Allah istədiyini edər!”163

28-İmam Rza (ə) buyurmuşdur: “Biz ömrün uzun olması üçün qohumluq əlaqələrindən başqa bir vasitə tanımırıq. Qohumluq əlaqələri uzunömürlü olmaqda o qədər təsirlidir ki, ömrün tamam olmasına üç il qalmış şəxsin ömrünü qohumluq əlaqələrini davam etdirdiyi üçün, Allah-taala otuz il artırır. Belə ki, qalan ömrü otuz üç il olur. Ömrünün tamam olmasına otuz üç il qalmış şəxsin ömrünü isə qohumluq əlaqələrini kəsdiyinə görə otuz il azaldıb üç il edər.”164

29-İmam Baqir (ə), yaxud imam Sadiq (ə) Müyəssər adlı bir şəxsə buyurdu: “Deyəsən, qohum-əqrəbana qarşı mehriban və səmimisən, onlara həmişə yaxşılıq edirsən?” Ərz etdi: “Bəli, mən cavanlıqda bazarda bir nəfər üçün işləyirdim. O, mənə iki dirhəm əmək haqqı verirdi. Bu iki dirhəmin birini bibimə, digərini isə xalama verirdim.” Sonra İmam buyurdu: “Allaha and olsun! Əcəlin iki dəfə yaxınlaşmışdı, lakin qohumlarına yaxşılıq etdiyin üçün təxirə salındı.”165

30-Qohumluq əlaqələrini möhkəmlətməyin müsbət təsirlərindən biri də ruzinin artmasıdır. İmam Səccad (ə) bir hədisdə həzrət Peyğəmbəri-Əkrəm (s)-dən belə nəql etmişdir: “Uzunömürlü olmaq və ruzisinin artmasını istəyən varsa, gərək qohumluq əlaqəsini qırmasın.”166

31-İmam Səccad (ə) buyurmuşdur: “Ruzisinin bol olmasını və əcəlinin təxirə salınmasını istəyən şəxs gərək qohumluq əlaqələrini kəsməsin.”167

32-İmam Səccad (ə) buyurmuşdur: “Qohumluq əlaqələrini möhkəmlətmək ömrü uzadır, yoxsulluğu və kədəri aradan aparır.”168

33-Hüzeyfə ibni Mənsur nəql edir ki, imam Sadiq (ə) buyurdu: “Haliqədən çəkinin; çünki o, insanı öldürür.” Soruşdum: “Haliqə nədir?” Buyurdu: “Qohumluq əlaqələrini kəsmək.”169

34-İmam Rza (ə) buyurmuşdur: “Beş xüsusiyyətə malik olan şəxs mal-dövlət yığa (varlı ola) bilməz: Həddindən artıq paxıllıq, uzun-uzadı arzu və çox hərislik etsə, qohum-əqrəba ilə qohumluq əlaqəsini kəssə və dünyanı axirətdən üstün tutsa.”170

35-Qohumluq əlaqələrini davam etdirməyin müsbət təsirlərindən biri də əməllərin pak və xalis olmasıdır. Belə ki, İmam Baqir (ə) buyurmuşdur: “Qohumluq əlaqələrinin davam etdirilməsi əməlləri xalis edir, bəlanı uzaqlaşdırır, mal-dövləti çoxaldır, ömrü uzadır, ruzini bol edir, insanı qohum-əqrəbanın və ailənin yanında sevimli edir. Buna görə də Allahdan qorxub, qohumluq əlaqələrini möhkəmlətmək lazımdır.”171

36-Onun müsbət təsirlərindən biri də qiyamət günü haqq-hesabın asanlaşmasıdır. İmam Sadiq (ə) bu barədə buyurmuşdur: “Qohumluq əlaqələrini möhkəmlətmək qiyamət gününün sorğu-sualını yüngülləşdirir, ömrü uzadır və pis ölümdən qoruyub saxlayır.”172

37-Onun müsbət təsirlərindən biri də şəhərlərin abadlaşmasıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Qohumluq əlaqələrini möhkəmlətmək və qonşularla xoş davranmaq şəhərləri abadlaşdırır, ömürləri uzadır.”173

38-İmam Sadiq (ə) buyurur: “Mən insanın nabud olmasının tezləşməsinə, ölümün yaxınlaşmasına, evlərin xarab olunmasına səbəb olan qohumluq əlaqələrini kəsmək, ata-anaya aq olmaq və onlara pislik etmək kimi günahlardan Allaha pənah aparıram.”174

39-İmam Sadiq (ə) buyurmuşdur: “Sizi qohumluq əlaqələrinizi kəsməkdən nəhy edirəm; çünki bu iş qəlbi qəsavətli edir (bərkidir). Belə bir şəxs Allah-taalanın lütf və mərhəmətindən uzaqdır.”175

40-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qohumluq əlaqələrini kəsən şəxs behiştə daxil olmaz.”176

1plant5



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə