Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   27   28   29   30   31   32   33   34   ...   47

 
əyləşmişdilər. Tanabay dinməz-söyləməz oturdu. Caydar sonra ayağa durub 
ağılın divarlarından tökülmüş daşları hörməyə getdi. Burada iş qurtaran  
 
deyildi. Ancaq ağılı başlı-başına buraxmaq da olmazdı, gecə davar buraya 
qatılacaqdı. Bir azdan arvadlar da gəlib daş daşımağa başladılar. Hətta,  
 
qızlar da işə girişdilər. Tanabay qızlara acıqlandı: 
– Bircə siz qalmışdınız, – dedi, – qaçın evə! 
O utanırdı. Başını qaldırıb arvadların üzünə baxa  
 
bilmirdi. Çoro doğru deyirdi: Caydarsız öz bəlalı başını Tanabay, çox çətin 
ki, saxlaya bilərdi... 
 
16 
 
Ertəsi gün Tanabay hamiliyə götürdüyü çobanların  
 
köməyinə getdi, onları da köçürüb gətirdi, sonra bütün həftəni dinclik 
bilmədən işlədi. Belə ağır işlə o, yalnız müharibədə, özü də müdafiə xətti  
 
yaradılan vaxtlar üz-üzə gəlmişdi. Ancaq orada bütün diviziya işləyirdi
bütün ordu işləyirdi. Burada isə üç nəfər – özü, arvadı, bir də bir nəfər  
 
sahmançı qadın. O biri qadın yaxınlıqda qoyun otarırdı. 
Tövlələrin peyinini təmizləmək və dərədən itburnu kolu kəsib gətirmək onlara 
daha çox əzab  
 
verdi. İtburnu yaman sıx bitmişdi, iti tikanları vardı. Kolların arasında 
Tanabay çəkmələrini cırıq-cırıq elədi, öz əsgər şinelinin axırına çıxdı.  
 
Tikanlı kolları iplə bağlayıb sürüyə-sürüyə daşıdılar, çünki onları nə ata 
yükləmək mümkün idi, nə də dalda aparmaq olardı. Tanabay əldən-ayaqdan  
 
düşdü. Buraya Beşağac vadisi deyirdilər, ancaq axtarsaydın heç beş kötük də 
tapmazdın. İkiqat bükülüb tər tökə-tökə onlar itburnu kollarını tövləyə  
 
sürüyüb yolları şum-porşum elədilər. Tanabayın qadınlara yazığı gəlirdi, 
ancaq başqa əlac yox idi. Bir ucdan işləyirdilər, bir ucdan da göyə  
 
baxırdılar. Qar yağsaydı, bütün zəhmətləri bada gedə bilərdi. Bu yandan da 
Tanabay böyük qızı tez-tez sürüyə baş çəkməyə yollayırdı – yaxşı ki, hələ  
 
doğum yox idi. 
Peyin təmizləmənin əziyyəti bundan da çox oldu. Damı saz olan tövlədən quru, 
bərk peyini daşımağa nə var ki? Onu parça-parça doğramaq  
 
olur, üst-üstə qalayıb asanca aparmaq olur. Bu cür qoyun peyinini günə verib 
qurudurlar. Qışda onun istisində oturmağın özgə ləzzəti var. Ancaq qar,  
 
yağış altında qalmış peyini daşımaq katorqa işi idi, cəhənnəm əzabı idi. İş 
çox, vaxt az. Hətta, gecələr də hisli fənərlərin işığında onlar bu soyuq,  
 
bu yapışqan, bu qurğuşun kimi ağır palçığı xərəyə yığıb daşıyırdılar. İki gün 
idi ki, onların gecəsi-gündüzü yox idi. 
Həyətdə neçə-neçə peyin tığı  
 


qalanmışdı, ancaq tövlənin peyini daşımaqla qurtaran deyildi, tezliklə 
doğacaq qoyunlar üçün onlar tövlənin heç olmasa bir bucağını təmizləməyə  
 
tələsirdilər. Ancaq bununla yara sağalmayacaqdı. Doğar qoyunları və onların 
balalarını yerləşdirmək üçün bütün bu tövlə az idi – axı, gündə iyirmi- 
 
otuz quzu doğulacaqdı! Tanabay peyini xərəyə yığırdı, aparıb boşaldırdı, 
gedəndə də, gələndə də, yatanda da, duranda da o, yalnız bir şey barədə  
 
düşünürdü: “Bu işin axırı nə olacaq?” Tanabayın başı gicəllənirdi. Qolları 
sızıldayırdı. Bir yandan da külək hər dəqiqəbaşı fənərləri söndürürdü.  
 
Yaxşı ki, sahmançı qadınlar işdən şikayət eləmirdilər, Tanabayla, Caydarla 
bərabər onlar da gecə-gündüz işləyirdilər. 
Bir gün də keçdi, beş gün də  
 
keçdi. Yenə onlar peyin daşıyırdılar, damın-divarın deşiklərini suvayırdılar. 
Nəhayət, bir gecə Tanabay xərəklə tövlədən çıxanda səs eşitdi: ağılda  
 
quzu mələyirdi, anası ayaqlarını yerə döyüb, balasının səsinə səs verirdi: 
“Deməli, başlandı!” Tanabayın az qala ürəyi yerindən qopdu. Dönüb arvadına  
 
baxdı: 
– Eşidirsən? – dedi. 
Onlar xərəyi yerə atıb, fənərləri götürdülər, tələsik ağıla qaçdılar. 
Fənərlərin işığı qoyunları birbəbir arayıb axtardı.  
 
Bəs o harada idi? Nəhayət, ağılın bir küncündə onlar doğan qoyunu gördülər. 
Ana təzəcə dünyaya gəlmiş balasının xırdaca, titrək bədənini yalayırdı.  
 
Caydar quzunu götürüb ətəyinə qoydu.  
Yaxşı ki, vaxtında gəlmişdilər, yoxsa quzu soyuqdan ölə bilərdi. Sonra məlum 
oldu ki, qoyunların biri də doğub.  
 
Özü də əkiz doğub. Onları Tanabay plaşının ətəyinə qoydu. Bundan əlavə, beş-
altı qoyun da bir azdan doğacaqdı, onlar yerə sərilib mələyirdilər,  
 
çapalayırdılar. Deməli, doğum başlanırdı. Səhərəcən bu mələyib-çapalayan 
qoyunlar da doğacaqdı. Sahmançıları çağırdılar. Doğan qoyunları sürüb  
 
tövlənin az-çox təmizlənmiş yerinə apardılar. 
Tanabay divarın dibinə saman döşədi, ilk dəfə ana südü əmən balaca quzuların 
yerini rahatlayıb üstlərinə  
 
çuval saldı. Soyuq idi. Ana qoyunları da Tanabay birtəhər burada yerləşdirdi. 
Və düşündü. Dodağını dişləyib düşündü. Ancaq düşünməyin mənası vardımı?  
 
Ümid bircə Allaha qalırdı, bəlkə onun bu xırdaca quzulara rəhmi gələydi. Hələ 
görüləsi nə qədər iş vardı... Bu zəhrimar samansa da barı bol olaydı.  
 
İbrahimə qalsa, o, buna da bir üzrlü səbəb tapacaqdı. Dağdır, deyəcəkdi, yol 
yoxdur, mən bura samanı necə daşıyım?! 
Qoy nə olacaq olsun! Tanabay  
 
ürəyində hər şeyə tüpürüb tövlədən çıxdı. Gedib evdən bir şüşə mürəkkəb 
gətirdi. Quzuların birini “2” rəqəmi ilə işarə elədi, o birini “3” rəqəmi ilə  
 


nişanladı. Eyni cür anaları da nömrələdi. Yoxsa, sonra yüzü birdən mələşəndə 
onları bir-birindən ayırmaq olmazdı. Bəli, o gün uzaqda deyildi, çobanın  
 
əsil məşəqqəti başlanırdı. 
Başlandı, özü də yaman başlandı, lap cəbhədə müdafiədə olduğu kimi. Sanki, 
tanklar bir-birinin ardınca gəlirdi, səndə isə  
 
qorunmaq üçün heç nə yox idi. Səngərdə dayanmışdın, çünki heç yana gedə 
bilməzdin. İki yol qalırdı – ya ölmək, ya da təsadüfə ümid bağlamaq. 
Səhərlər,  
 
sürü otlamağa gedəndə Tanabay təpənin üstünə çıxıb ətrafı nəzərdən keçirirdi. 
Sanki, o, yenə də cəbhədə idi, öz hərbi mövqeyini yoxlayırdı. Tanabayın  
 
mövqeli çox zəif idi, lakin o dayanmalı idi, başqa əlac yox idi. Ortasından 
çay axan balaca, kələ-kötür vadi təpələrin arasına sığınmışdı, o yanda  
 
daha uca təpələr görünürdü, daha yuxarıda isə başı qarlı dağlar dayanmışdı. 
Ağappaq təpəliklər boyunca çılpaq qayalıqlar qaralırdı, onlardan  
 
yuxarıdakı buz bağlamış zirvələrdə qış dayanıb keşik çəkirdi. İstəsəydi, bir 
göz qırpımında o, buranın üstünü alardı. Qara qış bircə dəfə silkələnib  
 
buludlarını aşağı səpələsəydi, bütün bu vadi duman içində itə bilərdi. 
Göy boz idi, boz dumana bürünmüşdü. Çöllərdən külək əsirdi. Ətraf sakit, dörd  
 
yan dağ. Narahatlıqdan ürəyə üşütmə düşürdü. Soyuq, xaraba tövlədə quzular 
mələşirdilər. Onacan boğaz qoyun indicə sürüdən ayrılmışdı; bu gün onlar  
 
da doğacaqdılar. 
Qoyunlar aram-aram çöllərə ot axtarmağa gedirdilər. İndi hər qoyunun üstündə 
göz olmaq lazım idi. Sürüdə elə qoyunlar vardı ki,  
 
onların doğacağını bilmək olmurdu. Heç gözlənilmədən özlərini kol dibinə 
verib doğurdular. Bala gözdən yayınıb nəm torpaq üstündə qalsaydı, ondan  
 
quzu olacağını gözləməyin mənası yox idi. 
Tanabay təpənin üstündə çox dayanırdı, çox düşünürdü. Ancaq burada dayanıb 
düşünməyin də heç bir mənası yox  
 
idi. Tövlədə iş əlindən baş qaşımaq olmurdu. Yenə Tanabay qollarını 
çırmalayıb işə girişirdi, tövlədə axşamacan əlləşirdi. 
Sonra İbrahim gəldi, un  
 
gətirdi – sən hələ utanmazlığa bax!.. Mən, deyir, sənin üçün sarayı hardan 
tapım? Kolxozun olanı budur, başqa tövləmiz yoxdur. Hələlik kommunizmə  
 
çatmamışıq. 
Tanabay az qaldı ki, yumruq davasına keçsin. 
– Bu istehza nədir? – dedi. – Mən sənə söz deyirəm, sən də sözə cavab ver. 
Bundan ötrü sabah  
 
mənim yaxamdan yapışacaqlar. 
– Bəs mənim yaxamdan yapışmayacaqlar? Siz burda bir sürüyə cavabdehsiniz, 
ancaq mən hamınız üçün cavabdehəm, bütün  
 
maldarlıq üçün. Elə bilirsiniz mən əzab çəkmirəm? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə