Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə30/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   26   27   28   29   30   31   32   33   ...   47

nəfər sahmançı qadın verdilər. Qadınlar qablı-qaşıqlı, çadırlı-filanlı 
yığışıb gəldilər. Uşaqların bayramı oldu. Doğum vaxtı Tanabaya ən azı yeddi  
 
nəfər belə köməkçi lazım olacaqdı. İbrahim bərk-bərk söz verirdi ki, onları 
da göndərəcəkdir. Sürü Beşağac vadisinə – döl məntəqəsinə köçürüləndə  
 
mütləq göndərəcəkdir, onun dediyinə görə, hələlik bu iki nəfər kifayət idi. 
Nəhayət, köç vaxtı gəlib yetişdi. Sürülər dağlardan endirildi, döşlərə,  
 
döl bazalarına axın başlandı. Sahmançı qadınları aparıb yerbəyer eləməyi 
Tanabay Eşim Bolotbekova tapşırdı. Onları səhər tezdən böyük bir dəstə ilə  
 
yola saldı, özü isə sürünü dağdan yavaş-yavaş endirdi ki, balalı qoyunlar 
rahat gəlib çıxsınlar. Sonra, öz hamilərinə kömək eləmək üçün, Tanabay bu  
 
yolu iki dəfə də gedib gəlməli idi. 
Qoyunlar öz bildikləri kimi gedirdilər, onları tələsdirmək olmazdı. 
Qoyunların bu yavaş yerişi iti də hövsələdən  
 
çıxarmışdı, it bir yerdə qərar tuta bilmirdi. 
Günəş batmağa gedirdi, ancaq istisi hələ də hiss olunurdu. Sürü aşağı endikcə 
hava da istiləşirdi.  
 
Güneylərdə ot göyərirdi. 
Yolda Tanabay bir qədər gecikməli oldu – qoyunlardan biri doğdu. Təzəcə 
doğulmuş quzunun burnunu, qulağını püfləyə-püfləyə  
 
Tanabayın qanı qaraldı, çünki hələ tez idi, çox tez idi. Doğum bir həftədən 
sonra başlanmalı idi. 
Bəlkə, yenə yolda doğanlar olacaqdı? Tanabay  
 
qoyunlara baxdı – yox, belə şey gərək olmayaydı. Ürəyi sakitləşdi, sonra, 
hətta, sevindi də. İlk quzu qızlar üçün toy-bayram olacaqdı. İlk balanın  
 
həmişə öz yeri var. Həm də quzu qəşəng quzu idi. Ağappaq. Bircə kirpikləri 
ilə dırnaqları qara idi. Tanabayın sürüsündə bir neçə qaba yunlu qoyun  
 
vardı. Bu quzunu da onlardan biri doğmuşdu. Belə qoyunların balası gəlimli 
olur, tüklü, sağlam olur. Bu quzular zərif yunlu qoyunlardan doğulan  
 
tüksüz quzulara oxşamırlar. Tanabay quzunu qucağına aldı: 
– Madam ki, dünyaya gəlməyə tələsmisən, – dedi, – aç gözlərini, bax. Qədəmin 
qoy xoş olsun!  
 
Dünyaya sənin kimi o qədər bala gəlsin ki, səsinizdən qulağımız batsın, 
hamınız da sağ qalın, çoxalın, dünyanı doldurun! – O, quzunu yuxarı qaldırdı.  
 
– Bax, – dedi, – bax, sən ey qoyunların allahı, birinci baladır, bax və kömək 
ol bizə! 
Yuxarıda isə dağlar dayanmışdı. Dağlar susurdular. 
Tanabay  
 
quzunu kürkünün altına soxub yola düzəldi. Ana qoyun onun dalınca qaçırdı, 
mələyirdi, həyəcan keçirirdi. Tanabay qoyuna ürək-dirək verirdi: 
– Gəl,  
 
görüm gəl! Balan burdadır, heç yana qaçmır. 


Quzu kürkün altında qurudu, isindi, rahatlandı. Onlar axşam çağı bazaya 
yetişdilər. 
Bazada camaat yerbəyer  
 
olmuşdu, alaçıqdan tüstü qalxırdı. Sahmançı qadınlar çadırların qabağında 
sürünü gözləyirdilər. Deməli, hər şey qaydasında idi. Bircə Eşim gözə  
 
dəymirdi. Dəvəni götürüb getmişdi ki, sabah özü köçüb gəlsin. 
Burada gördüyü hər şeyə Tanabay böyük ümidlə baxırdı. Yenə ürəkdə qüssə də 
vardı, sevinc  
 
də vardı. Ancaq tövlələri görəndə, sanki, onu ildırım vurdu: damların qamışı 
çürümüşdü, divarlar deşik-deşik idi; nə qapı, nə pəncərə vardı, külək  
 
burdan vurub, ordan çıxırdı. Çölün qarı az qala əriyib qurtarmışdı, ancaq 
tövlələrin içində koma-koma qar qalırdı. 
Bir vaxt daşdan tikilmiş ağıl da  
 
xarabalıq içində idi. Bütün bunları görəndə Tanabay elə dilxor oldu ki, 
qızların quzu ilə oynamasına da fikir vermədi. Quzunu onların üstünə atıb  
 
bazanı dörd dolandı. Hər yan xarabalıq, hər yan uçuq-sökük. Tanabay ömründə 
belə biabırçılıq görməmişdi. Bütün bu döl bazası, yəqin ki, lap müharibə  
 
vaxtından başlı-başına buraxılmışdı. Çobanlar doğumu birtəhər yola 
vermişdilər, sonra hər şeyi qarın, küləyin ümidinə buraxıb getmişdilər. 
Anbarın  
 
damında bir qalaq çürümüş ot vardı, bir-iki qalaq da saman gözə dəyirdi. 
İçəridə – iki kisə arpa unu, bir qutu duz. Bir neçə şüşəsi qırılmış fənər,  
 
fənərlərin yanında paslanmış neft bidonu, sapı çürümüş bellər, dişləri 
əyilmiş yabalar. Baxanda istəyirdin ki, nefti töküb bütün bu şeylərə od  
 
vurasan, baş götürüb, ayağın getdikcə gedəsən... 
Tövlələrdə qar dizə çıxırdı, bildirdənqalma donmuş peyin hər yerdə təpə-təpə 
ucalırdı. Tanabay qarın,  
 
peyinin içində gəzirdi və nə edəcəyini bilmirdi. O deməyə söz də tapmırdı. 
Eyni şeyi dəli kimi təkrar eləyirdi: “Bu nədir, bu necə işdir?.. Bu nədir,  
 
bu necə işdir?.. Bu nədir, bu necə işdir?..” 
Tanabay tövlədən çıxıb, tələsə-tələsə atı yəhərləməyə başladı. Əlləri əsim-
əsim əsirdi. Bu saat o özünü  
 
kəndə yetirəcəkdi, gecənin qaranlığında hamını ayağa qaldıracaqdı, gör 
Tanabay onlara necə divan tutacaqdı! Onları Tanabay birbəbir xirtdəkləyəcəkdi  
 
– İbrahimi də, sədri də, Çoronu da: daha məndən rəhm gözləməyin! Siz ki 
mənimlə belə rəftar etdiniz, alın payınızı! Daha bəsdir, bıçaq sümüyə  
 
dirənib!.. 
Yenə Caydar haradansa peyda olub atın cilovundan yapışdı. 
– Dayan! – dedi. – Hara gedirsən? Düş görüm, mənim sözümə qulaq as! 
Ancaq Tanabay  
 


sözmü eşidirdi?! O, cilovu gücü çatdıqca dartışdırırdı, atı qamçılayıb 
arvadının üstünə sürürdü: 
– Burax! Burax! Burax, deyirəm sənə! Hamısını  
 
qıracağam! Doğrayacağam! Öldürəcəyəm hamısını! 
– Buraxmayacağam! Adam öldürmək istəmirsənmi? Məni öldür. 
Bu vaxt sahmançı qadınlar tökülüşüb gəldilər,  
 
qızlar ağlaşıb hər tərəfdən qışqırışdılar: 
– Ata! Ata! Getmə! 
Tanabayın qəzəbi soyudu, ancaq inadından əl çəkmədi. 
– Burax, – dedi, – görürsənmi  
 
tövlələr nə gündədir? Qoyunlara bax, bu gün-sabah hamısını doğub-tökəcək. Biz 
onları harda saxlayacağıq? Hanı dam-daş? Hanı yem? Hamısı murdar  
 
olacaq. Kim cavab verəcək? Burax məni. 
Caydar dedi: 
– Tutalım ki, buraxdım getdin. Qışqırdın, dava saldın. Bunun bizə nə xeyri 
var? Madam ki, indiyəcən  
 
heç nə eləməyiblər, deməli, eləyə bilmirlər, gücləri çatmır. Əgər imkanları 
olsaydı, təzə tövlə tikərdilər. 
– Bəs dam necə? Onu ki, düzəldə  
 
bilərdilər. Hanı bunun qapısı? Hanı pəncərəsi? Başdan-başa xarabalıqdır, 
tövlənin peyinini də on ildir daşımayıblar! Sən bir ota bax. Bu çürük otla  
 
bu boyda sürünü neçə gün saxlamaq olar? Bu otu quzuya vermək olarmı! Bəs 
altlarına nə döşəyəcəyik? Deyirsən, quzular peyinin-palçığın içində murdar  
 
olsun, eləmi? Sən belə deyirsən, hə? Burax məni! 
– Bəsdir, Tanabay, özünə gəl. Sən bu camaatdan artıq deyilsən ki? Hamı necə, 
biz də elə. Bir də, axı,  
 
sən kişisən. Hələ ki, gec deyil, fikirləş gör neyləyəcəksən. Onları da burax 
başına. Birdəfəlik tüpür, vəssalam! Cavabdeh bizik, işi də özümüz  
 
görəcəyik. Odur, o dərədə yolun üstündə xeyli itburnu kolu var, gələndə 
görmüşəm. Kəsib gətirrik, birtəhər damın üstünü basdırarıq. Üstündən də peyin  
 
tökərik. Altlarına da yovşandan-zaddan tapıb döşərik, havalar korlanmasa, 
birtəhər yola verərik... 
Bu yandan da sahmançı qadınlar Tanabaya ürək-dirək  
 
verməyə başladılar. Tanabay yəhərdən düşdü, qadınlara gözucu da baxmadan 
birbaş alaçığa yollandı. Başını aşağı salıb oturdu – elə bil uzun sürən  
 
xəstəlikdən durmuşdu. 
Evdə hamı susurdu. Danışmağa qorxurdular. Caydar çaydanı ocaqdan götürdü, 
yaxşı çay dəmlədi, badyaya isti su töküb ərinə verdi.  
 
Tanabay əllərini yudu. Təptəzə süfrə açıldı, hətta Caydar haradansa bir neçə 
konfet də tapıb çıxartdı, boşqablara sapsarı ərinmiş yağ qoydu.  
 
Sahmançıları da çağırıb süfrə başına əyləşdilər. Eh, arvadlar, arvadlar! 
Onlar ləzzətlə çay içib, yenə öz söhbətlərini eləyirdilər, sanki, qonaqlıqda  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə