Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

vıy-vıy vıyıldayır, fənərləri söndürür. Belə vaxtlarda Tanabay kor kimi 
ehtiyatla yeriyirdi, səntirləyirdi, pəncəsinin üstündə gedirdi ki, quzuları  
 
ayaqlamasın. Fənəri tapıb yandırırdı və onun solğun işığında özünün qara, 
şişkin, qana, peyinə bulaşmış əllərini görürdü. 
O, nə vaxtdan özünü aynada  
 
görməmişdi. Qocalmağından, saçlarının ağarmağından xəbərsiz idi. Bilmirdi ki, 
indi onun bircə adı var – qoca Tanabay öz hayında deyildi. Heç  
 
yuyunmağa, yeməyə də vaxt tapmırdı. Özünə də, özgələrinə də bir dəqiqə 
rahatlıq vermirdi. Nəhayət, o, bu amansız fəlakətin qarşısında tam aciz  
 
olduğunu hiss eləyib, bir gün cavan sahmançını ata mindirdi: 
– Get Çoronu tap, – dedi. – De ki, tez özünü bura yetirsin. Gəlməsə, gözümə 
görünməsin! 
Qadın axşamüstü qayıdıb gəldi. İslanmışdı, gömgöy göyərmişdi, yəhərdən zorla 
düşdü. 
– Xəstədir, Tanake, – dedi. – Yorğan-döşəkdədir, ancaq deyir ki,  
 
iki-üç günəcən, ölsəm də, özümü yetirəcəyəm. 
Tanabay hirsləndi: 
– Görüm onu heç xəstəlikdən baş açmasın! 
Sonra Tanabay Çoronu söyməyə başladı. Caydar  
 
onun ağzını yummaq istədi, ancaq cəsarət eləmədi. 
Üç gündən sonra hava açıldı. Buludlar həvəssiz çəkilib getdilər, duman 
dağlara qalxdı. Külək  
 
dayandı. Ancaq gec idi. Bu bir neçə gündə boğaz qoyunlar elə bir kökə 
düşmüşdülər ki, adam onlara baxmağa da qorxurdu. Qarnı qabağa çıxmış sısqa  
 
qoyunlar namnazik qıçlarının üstündə zorla dayanırdılar. Bundan sonra onların 
süd verib bala bəsləyəcəklərinə ümid etmək olardımı?! Heç doğmuş  
 
qoyunların, yaxud sağ qalan quzuların da yaya çıxacağına ümid yox idi. 
Naxoşluq gec-tez xirtdəklərindən yapışacaqdı. Lap naxoşluq olmasa da, onlar  
 
beləcə qalacaqdılar, bu cür davardan nə yun, nə də ət gözləmək olardı... 
Hava açılandan sonra yeni bir fəlakət üz verdi – su donmağa başladı. Bərk  
 
soyuq gözlənilirdi. Ancaq günorta havanın yumşalmağı Tanabayı sevindirdi: 
yenə ümid işləməyə qalırdı. Bellər, yabalar, xərəklər yenə də işə düşdü.  
 
Heç olmasa tövlənin qabağını açmaq lazım idi, yoxsa orada tərpənmək mümkün 
deyildi. Ancaq onlar bu işlə çox məşğul ola bilmədilər. Yetim quzuları  
 
balası ölmüş qoyunların altına qoyub əmizdirmək lazım idi. Qoyunlarsa yad 
quzuları yaxına buraxmırdı. Quzular ağızlarını marçıldadıb süd  
 
istəyirdilər. Soyuq dodaqları ilə adamın barmağını tutub əmirdilər. Plaşların 
ətəyini yalayırdılar. Onlar dəstə ilə adamın dalınca tökülüşürdülər –  
 
mələşə-mələşə, ağlaşa-ağlaşa. 
Ölsən də, çatlasan da bundan artıq iş görmək mümkün deyildi. Bu arvadları nə 
qədər işlətmək olardı, bu yazıq qızcığaza  
 


nə qədər zülm etmək olardı?! Yazıqlar ayaq üstdə zorla dayanırdılar. 
Əyinlərinin plaşı, neçə gün idi ki, qurumamışdı. Tanabay onlara heç nə 
demirdi.  
 
Yalnız bircə dəfə özünü saxlaya bilmədi. Onda da qışqırmamaq mümkün deyildi. 
Yaşlı qadın günorta çağı sürünü örüşdən qaytarıb Tanabaya kömək eləməyə  
 
gəlmişdi. Tanabay sürüyə baş çəkməyə getdi. Nə görsə yaxşıdır: qoyunlar bir-
birinin yununu yeyirdilər. Bu, o demək idi ki, sürünü aclıqdan qırılmaq  
 
təhlükəsi gözləyirdi. Tanabay qayıdıb qarının üstünə düşdü: 
– Bu nədir, ay arvad! – dedi. – Görmürsənmi? Bəs niyə gəlib xəbər eləmirsən? 
Rədd ol  
 
burdan! Sürünü çıxart çölə. Qoyma dayansınlar, bir-birinin yununu 
gəmirsinlər! Qov getsinlər. Bir dəqiqə də dayanmağa qoyma. Yoxsa, qırram 
hamınızı! 
Bir fəlakətin dalınca o biri fəlakət gəlirdi. Bu yandan da iki balalı bir 
qoyun öz quzularına düşmən kəsildi. Ana öz balalarını itələyirdi,  
 
təpikləyirdi, onları yaxına buraxmırdı. Quzularsa əl çəkmirdilər, yıxılıb-
durub uşaq kimi ağlaşırdılar. Bu, təbiətin amansız bir qanunu idi:  
 
qüvvəsini itirmiş ana özünü yaşatmaq istəyirdi, daha onun bala əmizdirməyə 
gücü çatmırdı və buna görə də instinkt ondan özünü yaşatmağı tələb  
 
eləyirdi. Bu hal xəstəlik kimi yoluxucu bir hal idi. Bütün sürünün bu 
xəstəliyə yoluxması üçün bircə qoyunun nümunə göstərməyi kifayət idi. Tanabay  
 
bərk təşvişə düşdü. Aclıqdan vəhşiləşmiş qoyunu o öz qızı ilə birgə tövlədən 
çıxartdı. Onu ağıla qatıb quzuları zorla altına saldılar. Əvvəl qoyunun  
 
başını Tanabay saxladı, quzuları əmizdirmək işi qızın boynuna düşdü. Ancaq 
qoyun təslim olmaq istəmədi, fırlandı, təpik atdı, qızcığaz heç nə eləyə  
 
bilmədi. 
– Ata, quzular əmə bilmir. 
–Yalan demə, sən onları tuta bilmirsən. 
– Yox, ata, bir bax, ayaq üstdə dura bilmirlər. – Qız az qaldı ki, ağlasın. 
–  
 
Yaxşı, gəl qoyunu saxla! 
Onlar yerlərini dəyişdilər. Ancaq bu boyda qızın gücü nə olacaqdı. Tanabay 
quzuları qoyunun altına salan kimi, hələ quzular  
 
əmməyə macal tapmamış, qoyun vurnuxub aradan çıxdı, qızı yerə çırpıb qaçdı. 
Tanabayın səbri tükəndi. Qızın üzünə şillə çəkdi. O heç vaxt uşağa əl  
 
qaldırmamışdı, bu dəfə dözə bilmədi. Qızcığaz hıçqırıb ağladı. Tanabaysa 
çıxıb getdi. Hər şeyə tüpürüb getdi. 
Sonra o, yenə qayıtdı, bilmirdi ki,  
 
qızın könlünü necə alsın, ancaq qızın özü onun qabağına qaçdı: 
– Ata, daha qoyun təpik atmır. Biz anamla quzuları altına qoyduq. Heç nə 
eləmədi. 
– Bax,  
 


bu başqa məsələ. Sağ ol, qızım. 
Ürəkdə də o saat bir yüngüllük əmələ gəldi. 
Yenə ümid baş qaldırdı. Sürüdən sağ qalanları, bəlkə də, axıracan qoruyub  
 
saxlayacaqdılar. Budur, hava da düzəlirdi! Bəlkə də, əməlli-başlı yaz 
gələcəkdi, çobanın məşəqqətlərinə son qoyulacaqdı. Hər halda dayanmaq 
olmazdı.  
 
İşləmək lazım idi. İş, iş və yenə iş – özgə çıxış yolu yox idi... 
Kolxozun hesablayıcısı gəldi. Cavan oğlan idi, tez yatıb gec ayılmışdı. 
Sorğu-sual  
 
elədi: nə var, nə yox? Tanabay istədi ki, dişinin dibindən çıxanı desin. 
Ancaq bu oğlandan çoxmu şey tələb etmək olardı?! 
– Bəs indiyəcən harda idin? 
–  
 
Necə harda? Sürüləri gəzirdim. Təkəm, yetirə bilmirəm. 
– Oralarda vəziyyət necədir? 
– Yaxşı deyil. Bu üç gündə tələfat çox olub. 
– Bəs çobanlar nə  
 
deyirlər? 
– Nə deyəcəklər? Kimisi söyüb-yamanlayır. Kimisi də heç danışmaq istəmir. 
Birisi lap qovdu məni. Bektayı deyirəm. Hirslənib. Yaxınına düşmək  
 
olmur. 
– Baho-o. Heç mən də vaxt tapıb ona baş çəkə bilməmişəm. Sağlıq olsun, bəlkə 
sonra vaxt tapıldı. Bəs sən? 
– Nə mən? Mən uçot aparıram. 
– Bəs bizə  
 
bir kömək olmayacaq? 
– Olacaq. Çoro, deyirlər, durubdur. Bir araba ot-saman göndərib, atların 
ruzusudur – bundansa deyir, qoy atlar acından  
 
qırılsınlar. Ancaq, deyirdilər, araba haradasa ilişib qalıb, yolları 
görmürsənmi? 
– Görürəm! Bəs indiyəcən harda yatmışdılar? Bizimki həmişə belədir.  
 
Bundan sonra o arabanın xeyri nə olacaq? Yaxşı, vaxt gələr mən onlara 
göstərərəm! – deyə Tanabay yumruğunu silkələdi. – Məndən heç nə soruşma. Get  
 
özün bax, say, haqq-hesab elə. Daha mənim üçün heç bir isti-soyuğu yoxdur! 
Tanabay söhbəti yarımçıq qoyub, tövləyə, doğan qoyunların yanına getdi. Bu  
 
gün də yenə on beşəcən qoyun doğmuşdu. Tanabay öz işində ikən, hesablayıcı 
gəlib əlindəki kağızı qabağa dürtüşdürdü: 
– Tələfat aktına qol çəkin. 
Tanabay gözüyumulu qol çəkdi. Elə hirsli-hirsli çəkdi ki, karandaşın ucu 
qırıldı. 
– Xudahafis, Tanake. Bir adama sözünüz yoxdur ki? 
Tanabay: 
– Yoxdur, –  
 
dedi. – Sonra arxadan oğlanı səslədi: – Yolunu o tərəfə sal. Bektaya de ki, 
sabah günorta çağı vaxt eləyib gələcəyəm. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə