Qoca bir kişi köhnə bir arabanı yolyuxarı sürürdü. Arabaya qoşulmuş at da qocaydı. Çoxdanın atı idi, lap çoxdanın



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə32/47
tarix14.01.2018
ölçüsü4,8 Kb.
#20515
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

İbrahim ağladı. Heç gözlənilmədən ağladı və gözünün yaşını axıda-axıda 
mızıldandı: 
– Məni məhkəməyə  
 
verəcəklər! Məhkəməyə! Heç nə yoxdur, heç nə tapılmır. Camaat beş günlüyə 
sahmançılığa da gəlmək istəmir. Allahınız var, vurun öldürün məni, daha  
 
məndən heç bir kömək olmayacaq. Məndən heç nə gözləməyin. Bu işi mən nahaq 
yerə boynuma çəkdim, lap nahaq yerə... 
İbrahim getdi, sadəlövh Tanabayı  
 
əməllicə çaşdırıb getdi və bir daha buralarda görsənmədi. 
 
 
Hələlik, beş yüz qoyunun ancaq yüzü doğmuşdu. Yuxarıda, Eşimlə Bektayın 
sürüsündə isə hələ  
 
doğum başlanmamışdı. Ancaq fəlakət uzaqda deyildi; bunu Tanabay hər gün hiss 
eləyirdi. Çoxdan bəri qoyuna gedən qoca sahmançı qadından başqa, hamı  
 
eyni işi görürdü, hətta Tanabayın altı yaşlı böyük qızı da işə qoşulmuşdu. 
Onlar doğan qoyunları zorla yerbəyer eləyirdilər. Quzuları tuturdular,  
 
ayırırdılar, anaların altına qoyurdular. Bir yandan peyin daşıyırdılar, bir 
yandan şuburtu yığıb qoyun-quzunun altına döşəyirdilər. İşdən baş açmaq  
 
olmurdu. Bu yandan da ac quzular fasiləsiz mələşirdilər – süd çatışmırdı, ot 
yox idi, aclıq qoyunları əldən salmışdı. İrəlidə bundan da pis günlər  
 
gözlənilirdi. 
Doğan qoyunların sayı günbəgün artırdı. Çobanın nə gecəsi, nə gündüzü vardı. 
İş əlindən nəfəs almaq mümkün deyildi. 
Birdən-birə hava da  
 
soyudu. Bulud göyün üzünü aldı, narın qar yardı. Duman gəldi, zülmət çökdü. 
Ancaq, yaxşı ki, bütün bunlar çox çəkmədi. Buludlar dağılışıb getdi, hava  
 
isindi. Yerdən nəm iyi qalxdı, baharın nəfəsi duyuldu. Tanabay sevindi: “Kaş 
ki, yaz tez gələydi. Özü də qaydalı gələydi. Gah isti, gah soyuq  
 
olmayaydı. Doğum vaxtı bundan pis şey yoxdur”. 
Bahar gəldi, lap vaxtında gəldi, ancaq Tanabayın gözlədiyi kimi gəlmədi. 
Gecələrin birində xəlvətcə  
 
təşrif gətirdi, dumanla, yağışla, qarla gəldi. O, hər yerdə özünü göstərdi – 
tövlədə də, ağılda da, alaçıqda da. Dörd bir yanda gölməçələr yarandı,  
 
su axdıqca zığlı soyuq torpağın üzü cadar-cadar oldu. Yağış suyu tövlənin 
çürük damından içəri axdı, ağılın divarlarını yudu, soyuqdan qoyun-quzu  
 
mələşdi, tövlələrdə palçıq dizə çıxdı. Öz gəlişi ilə bahar hamını ayağa 
qaldırdı. Quzular büzüşüb bir-birinə qısıldı, analar ayaq üstdə mələşdilər,  
 
yağışsa aman vermək istəmədi. Öz soyuq gölməçələrində bahar yeni doğulan 
quzuları xaç suyuna saldı. 
Adamlar çaxnaşmaya düşdü – əllərdə fənər,  
 


əyinlərdə plaş. Tanabay sürünün dövrəsində fırfıra kimi fırlandı. Qaçdı və 
qaçdıqca onun iri çəkmələri, təşvişə düşmüş bir cüt vəhşi heyvan kimi, gah  
 
suya atıldı, gah peyinə girdi. Plaşının ətəkləri güllə dəymiş quş kimi 
çırpındı. Tanabayın nəfəsi xırıldadı. O qışqırdı, özünün də, başqalarının da  
 
üstünə bağırdı: 
– Lingi verin! Beli! Peyini bura tökün! Suyun qabağını kəsin! 
Heç olmasa tövləyə axan suyun qabağını kəsmək lazım idi. Tanabay donmuş  
 
torpağı deşdi, arx qazdı. 
– İşığı tut! Bura tut! Gözlərini döymə! 
Ancaq duman get-gedə sıxlaşırdı. Sulu qar yağırdı. Onu saxlamaqda insan 
gücsüz idi. 
Tanabay özünü evə saldı. Çırağı yandırdı. Ev də hər tərəfdən damırdı. Ancaq 
tövləyə baxanda yenə bura yaxşı idi. Uşaqlar yatırdılar, onların yorğanı  
 
da islanmışdı. Tanabay uşaqları yorğan-döşəkli qucağına aldı, onları qırağa 
çəkib, alaçıqda bir qədər yer düzəltdi. Yorğanlar islanmasın deyə,  
 
keçələri də uşaqların üstünə tökdü, bayıra çıxıb tövlədəki arvadları çağırdı: 
– Quzuları evə gətirin! – dedi və özü də tövləyə qaçdı. 
Ancaq bir alaçığa  
 
nə qədər quzu yığmaq olardı? Nə qədər mümkün idi yığdılar. Bəs qalanlar? Uf, 
kaş heç olmasa bunları ölümdən qurtarmaq olaydı... 
Nəhayət, səhər də  
 
açıldı. Ancaq göyün çən-dumanı çəkilib getmədi. Bir az ara verdi, yenə 
başladı – gah qar, gah yağış, gah qar, gah yağış... 
Alaçıq ağzınacan quzu ilə  
 
dolu idi. Mələşirdilər, çığırışırdılar. Qoxu, üfunət. Şeyləri bir küncə 
qalayıb, brezentlə örtmüşdülər, özləri çadırlara, sahmançıların yanına  
 
köçmüşdülər, uşaqlar ağlayırdılar, soyuqdan əsirdilər. 
Çobanın məşəqqətli günləri idi. O özünü də söyürdü, başqalarını da. Dünyada 
hamını və hər şeyi  
 
yamanlayırdı. Nə yuxusu vardı, nə yeməyi; islanıb suyu axan qoyunların, donub 
ağaca dönmüş quzuların içində çapalayırdı. Ölümsə yaş tövlədə sürünü  
 
bir ucdan doğrayıb tökürdü. Burada onun üçün yol açıq idi. Dəlinmiş damdan da 
girə bilərdi, şüşəsiz pəncərələrdən də, qapısız darvazalardan da içəri  
 
soxula bilərdi. O gəlirdi. Balaları və üzülmüş anaları eninə-uzununa kəsib 
tökürdü. Çoban bir dəfədə tövlədən neçə-neçə göyərmiş cəmdək çıxarırdı,  
 
çöldə cəmdək üst-üstə qalanırdı. 
Bayırda, ağılda isə bu gün-sabah doğası yüz-yüz qoyun qarın-yağışın altında 
qalmışdı. Tezliklə ölüm onlara da yol  
 
tapacaqdı. Soyuqdan çənələri titrəyirdi. İslanmış tükləri yumaq-yumaq 
sallanırdı, koma-koma... 
Daha sürü örüşə də çıxmaq istəmirdi. Bu nəmdə, bu  
 


yağışda örüşəmi çıxmaq olardı?! Sahmançı qadın çuvalı başına salıb qoyunları 
qovurdu, qoyunlarsa getmək istəmirdi, qayıdıb qaçırdılar, sanki burada  
 
onlar üçün cənnət guşəsi hazırlamışdılar. Qadın hirsindən ağlayırdı, sürünü 
təzədən qovmağa başlayırdı, ancaq davar yerindən tərpənmək istəmirdi.  
 
Tanabay dəli kimi sürünün üstünə cumurdu. Hamısını çomaqla qırıb tökmək 
istəyirdi, ancaq boğaz qoyuna çomaqmı qaldırmaq olardı? Tanabay camaatı  
 
haraylayırdı. Hamılıqla onlar sürünü birtəhər örüşə çıxarırdılar. 
Bu fəlakət başlayan gündən Tanabay büsbütün başını itirmişdi. Nə ötən 
günlərin  
 
sayını bilirdi, nə ölən quzunun hesabını bilirdi. Qoyunların əksəriyyəti əkiz 
doğurdu, hətta üçəm doğan qoyunlar da vardı. Var-dövlət batıb gedirdi.  
 
Tanabayın bütün zəhməti hədər olurdu. Quzular bir ucdan doğulurdular və elə 
həmin gün də onlar peyinin-palçığın içində dalbadal murdar olurdular. Sağ  
 
qalanlar öskürürdülər, xır-xır xırıldayırdılar, qarın işləməsindən bir-
birinin üstünü batırırdılar. Balasız qalmış qoyunlar zar-zar zarıyırdılar,  
 
ortalıqda çaxnaşırdılar, dolanıb doğmaqda olan qoyunları ayaqlayırdılar. 
Bütün bunlar nəsə sövq-təbii bir dəhşət idi, ağla sığışmayan möcüzə idi. Ah,  
 
kaş ki, bu doğum bir az gec başlanaydı! 
Ancaq qoyunlar elə bil bir-biri ilə şərtləşmişdilər. Doğum dalınca doğum, 
doğum dalınca doğum!.. 
Və bütün bu  
 
mənzərənin qarşısında insan ürəyi tab gətirə bilmirdi. Ürəkdə qəzəb baş 
qaldırırdı və bu qəzəb insanın gözünə bir qara pərdə çəkib hər şeyə nifrət  
 
oyadırdı: bu xaraba tövləyə də, oradakı qoyunlara da, özünə də, öz həyatına 
da, ümidə, inama, arzuya – ürəkdə hər şeyə nifrət baş qaldırırdı. 
Elə bil  
 
Tanabayın beyni kütləşmişdi. Özü öz fikirlərindən dəhşətə gəlirdi. Bu qorxunc 
fikirləri Tanabay qovmağa çalışırdı, ancaq fikirlər ondan əl çəkmirdi,  
 
ürəyinə dolurdu, beyninə dolurdu: “Axı, bütün bunlar nə üçündür? Kimə 
lazımdır? Madam ki, saxlaya bilməyəcəkdik, biz bu qoyunları nə üçün  
 
bəsləyirdik? Burada müqəssir kimdir? Kim? De görüm, kim müqəssirdir? Sən və 
sənin kimi boşboğazlar! Yüksəliş belə gəldi, inkişaf belə getdi,  
 
çatağayıq, ötüb keçəcəyik, yüksəldəcəyik, qaldıracağıq. Hamımız söz 
pəhləvanıyıq. İndi qaldır bu ölü quzuları, apar çöldə cəmdək qala. O doğar 
qoyunu  
 
da palçığın içindən quru, çıxart. Daşı, göstər kişiliyini...” 
Xüsusən gecələr tövlədə palçığın, sidiyin içində eşələnəndə bu dəhşətli 
fikirlər  
 
Tanabayı rahat buraxmırdı. Ah, gecələr, amansız gecələr! Ayaq altda turşumuş 
peyin bataqlığı, üst damır, ara vermədən damır. Külək tövlənin içində  
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə