Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az


Kazarma 
İsveç hakimiyyəti dönəmindəki konstitusiyaya görə
Finlandiyanın müstəqil poçtu və özünün pul vahidi vardı. Habelə 
öz ordusu mövcud idi. 
Rusiyanın hakimiyyəti altına keçəndən sonra da, bütün bunlar 
olduğu kimi qalmışdı. Pul sistemi, poçt, sonradan dəmiryolları, 
nahiyə və yerli idarəetmə, finlərin əlində toplanmışdı. Azsaylı fin 
ordusu da qalırdı. 
Fərq yalnız, isveçlilərin vaxtında hər şeyin faktiki olaraq 
onların əlində olmasındaydı, hər məsələdə isveçli ruhu hakimdi. 
FinlandiyalIlar İsveç hakimiyyəti və İsveç mədəniyyəti üçün 
canlı gübrədən başqa bir şey deyildilər. 
Suominin Rusiyanın hakimiyyəti altına keçməsindən sonra, 
finlər tədricən, ancaq həm də qətiyyətlə, öz ölkələrinin sahibinə 
çevrildilər və haqları olan yerləri və vəzifələri tutmağa 
başladılar. 
Proses aşağıdan başlanmışdı. Öncə xalq məktəblərində, sonra 
orta və ali məktəblərdə isveçli müəllimlərin yerini fin müəllimlər 
tutmağa başladı. Ruhanilərin, hakimlərin, həkimlərin, 
məmurların çoxu finlər oldu. 
61


Kiçik fin ordusunda fin ruhu hakim oldu. Hələ isveçlilərin 
vaxtında bu ordunun əksəriyyətini finlər təşkil edirdi, ancaq 
əslində onlar, fin dərisindən tikilmiş İsveç hərbi çəkməsini təmsil 
edirdilər. Ordunun ali komanda heyəti, onun ruhu, zabitlərin 
əsgərlə münasibəti İsveç qayda-qanunlarıyla müəyyən olunurdu. 
İsveçlər qəhrəman xalqdır. İsveç kralı Qustav Adolf, XII Karl 
və Böyük Pyotr kimi öz İslahatlarıyla İsveç ordusuna bütün 
Avropada böyük şan-şöhrət qazandıra bilmişdi. Ancaq İsveçin 
hərbi hakimiyyəti, elə başqa ölkələrdə olduğu kimi, 
zadəganlardan təşkil olunmuş və xüsusi imtiyazlara sahib 
təbəqəyə çevrilmişdi. Zabitlər məmurlara, tacirlərə və ziyalılara 
yuxarıdan aşağı baxırdılar. Xalq - ordunun aşağı təbəqəsi sayılan 
əsgərlər - kobud, amansız nizam-intizam qaydaları altında 
saxlanan müharibə qurbanları hesab olunurdu. Zabitlər döyüş 
meydanlarından, hərbi paradlardan və kazarmalardan başqa heç 
nəylə maraqlanmır, başqa heç nə öyrənmək istəmirdilər. Özlərinin 
bütün sərbəst vaxtlarını isə içki məclislərində, kart oynamaqla, ən 
yaxşı halda rəqslərlə keçirirdilər. 
Onların böyük hissəsi azsavadlıydı. Demək olar, heç nə 
oxumamışdılar. Heç bir ictimai və xalqla bağlı maraqları yoxdu. 
Qara-qışqırıq salmağı və silahla hədələməyi çox sevirdilər. Dəbə 
pərəstiş edirdilər. Parad kostyumla- rıyla bəzənib-düzənməyi çox 
sevirdilər. Əyləncəli salonların kavalerləri və mahir rəqqaslar 
kimi ad çıxarmışdılar. Ancaq içməyə və kart oynamağa daha 
böyük maraq göstərirdilər. Əsgərlərlə kobud, çox vaxt isə amansız 
davranırdılar. Əsgərlərə təhqiramiz şəkildə “kazarma mal-qarası” 
deyirdilər. 
62


Gənc fın ziyalıları Snelmanın başçılığıyla ordunun 
vəziyyətinə və əsgərlərin tərbiyəsinə çox böyük diqqət verməyə 
başladılar. Gimnaziyaların, hətta, ali məktəblərin bir çox 
məzunları təhsillərini bitirib hərbi məktəblərə daxil olurdular, 
sonra isə orduya gedib orada beş, altı, hətta on il xidmət edir, 
eyni zamanda öz elmi sahələriylə də məşğul olurdular. 
Snelman onların düşüncə və duyğularının ifadəçisiydi, o, 
hərbi məktəbin tələbələri və gənc zabitlərlə söhbətində, yaxud 
onlara müraciətlə yazdığı qəzet məqalələrində, belə bir düşüncə 
aşılamağa çalışırdı: 
- Ordu xalq üçün ən yaxşı, ən xeyirli və ən məsuliyyətli bir 
məktəbə çevrilə bilər. Unutmayın: ölkə əhalisinin içərisindən ən 
ucqarlarda yaşayan ən sağlam insanları, həyatlarının ən gözəl 
çağlarında toplayıb orduda xidmətə göndərirlər. 
Minlərlə gənci ailəsindən, adət etdiyi işdən ayırır və uzun 
müddətə kazarmalarda yaşamağa göndərirlər. Burada onları 
yedirir, geyindirir, bütünlüklə təmin edirlər. Əgər bəzən onları 
işləməyə, özü də çox ağır əməyə cəlb edirlərsə də, orduda 
qazanılmış vərdişlərin evə qayıdandan sonra onlara heç bir 
faydası olmur. 
Təəssüf doğursa da, hətta, ən mədəni ölkələr belə, sülh və 
barış içində yaşaya bilmir, - Snelman qeyd edirdi. - Köhnə 
ədavətlər və çapıb-talama ehtirasının baş qaldırması, fırtınalı 
dənizin sahillərini əlinə alması kimi onları yerindən oynadıb 
qanlı savaşlara yönəldir. Daşqınlardan bəndlərin köməyi ilə 
qorunurlar. İstənilən ordu çox bahalı canlı bənddir, o minlərlə 
qəhrəmanının 
sinəsiylə 
vətənin 
sərhədlərini 
düşmən 
həmləsindən qoruyur, öz arxasında, xalqın sülh və azad əmək 
şəraitində yaşamasını təmin edir. 
63


Ordu xüsusi fədakar топах ordenidir, - Snelman deyirdi. - 
Ancaq biz mülki insanlar hər bir zərrəsi bir insandan ibarət olan 
bu canlı bəndi yetərincə dəyərləndirə və ona hörmət edə bilmirik. 
Axı lazım olarsa, bu minlərlə zərrə bizim sağ qalmağımız və dinc 
əməyimiz üçün sinələrini irəli verib həlak olacaq. 
Əgər haradasa - küçədə, tarlada, dükanda, hətta yeməkxanada 
- zabit və ya əsgərlə qarşılaşıramsa, məndə onlarla nəzakətlə 
salamlaşmaq arzusu yaranır. İstəyirəm, onlara incə təbəssümlə üz 
tutub deyəm: 
- Əzizlərim! Doğmalarım! Gözəl insanlar! Bizə görə, elə 
mənim üçün, siz ömrünüzü ağır bir xidmətə, vətənin qorunmasına 
həsr etmisiniz. Tanrı sizləri qorusun! 
- Özünüz düşünün, - Snelman davam etdi: kazarmadakı hər 
bir əsgər, canlı qiymətli daş deməkdir. Hər il minlərlə belə canlı 
daş-qaş toplanılır. Onlan uzun müddət bir yerdə saxlayırlar... Bu 
canlı brilyantların ordudan çatlaq və ya sınmış halda qayıtması 
yalnız ağrılı bir yanlış deyil, həm də qatı günah olardı. 
- Bizim yeni fın ordusu gərək ruh, mənəviyyat, inkişafça və 
əsgərlərin kazarmalardakı xidməti üzrə yenilənsin, - Snelmanın 
mənəvi şagirdləri olan Fin ordusunun gənc zabitləri belə 
deyirdilər. - Əsgərlər kazarma mal-qarası deyillər. Əsgər - bizim 
yaşca kiçik, yetərincə savadlı olmayan qardaşımızdır, anamız 
vətən onu bizim yanımıza tərbiyə olunmaq üçün göndərib. O 
hərbi xidmətini qurtarıb evə qayıdanda vətən məndən soruşacaq: 
- Sən onları necə hazırladın? Sənə etibar edilən yüzlərlə, 
minlərlə gənc fidanları necə böyütdün? 
Zabit yalnız əsgərin qardaşı deyil. Müharibədə onun böyük 
qardaşı olmaqla da iş bitmir. Zabit - əsgərin müəllimidir. 
64


Onun tərbiyəçisidir. Əsgərin bədəni (onun sağlamlığı), başı 
(onun ağlı və beyni), ürəyi, ruhu (onun xarakteri), onun vicdanı, 
onun həyata baxışı, insanlara, valideynlərinə və həyata 
münasibəti zabit üçün vicdan məsələsidir. 
Gənc fın zabitləri, özlərini yeni Fin ordusunun fəhlələri sayan 
bu insanlar, xidmətin ağırlığından çəkinmir, əksinə, öz 
vəzifələriylə öyünür və fəxrlə deyirdilər: 
- Burada nə var axı? Biz öz ölkəmizə yalnız müharibələrdə 
faydalı olmalı deyilik. Kazarmalarda olduğumuz bütün 
müddətlərdə də, xalqımıza xidmət edə bilərik. Hər bir əsgərlə 
daimi təmasda olmaqla xalqa, onun övladlarına faydalı olmaq 
mümkündür. Əvvəllər “kazarma” sözü çox vaxt söyüş kim 
işlədilərdi: 
-
Özünüzü yaxşı aparın: siz kazarmada deyilsiniz! 
-
Kazarma kimi iylənir. 
-
Onu kazarma bu günə saldı... 
Gənc fın zabitlərinin fikrincə, indi kazarma başqa cür ola bilər 
və olmalıdır: 
-
Biz kazarmanı xalq məktəbinə çevirəcəyik. Xalq uni-
versiteti edəcəyik. Əsgərlər xidmətdən sonra kazarmanı sevinclə 
xatırlayacaqlar. İnsanlar kazarma haqqında qürurla danışacaqlar: 
-
Kazarma onu islah elədi. 
-
Bu kazarma onu tərbiyə etdi: inkişafına yardımçı oldu, 
çevik, vicdanlı, çalışqan, nəzakətli, faydalı və səliqəli bir insan 
kimi yetişdirdi. 
Fin zabitləri kazarmada böyük apostolsayağı vəzifələrinə belə 
başladılar. Onların üzərinə böyük işlər düşürdü. Hər bir addıma 
diqqət yetirirdilər. Öz həyatlarını bütünlüklə kazarmadan asılı 
şəkildə yenidən qururdular. 
65


Əvvəllər, isveçlilərin vaxtında, kazarmalar kirli və narahatdı. 
Orada ölgün bir ruh hakimlik edirdi. Hava turşumuş və 
ağırlaşmışdı. Əsgərlər səliqəsiz geyinir, aclıq çəkirdilər. Çox 
zaman pis qidalanma xəstəliyə səbəb olurdu. Rütbəcə böyük 
olanlar əsgərlərin hər şeyini talayır, yeməyi, paltarı, ayaqqabını, 
kazarmanı qızdırmaq üçün olan odunu, hətta avadanlığı belə 
oğurlayırdılar. Onlarla kobud davranırdılar. Əsgərlərin 
alçaldılması xidmətin tərkib hissəsinə çevrilmişdi. 
İndi isə hər şey kökündən dəyişib. Kazarmaları yığışdırır, 
havasını daim dəyişirlər. Əsgər və zabitlər boş vaxtlarında 
kazarmanın ətrafında bitki əkir, çiçək bəsləyirlər. Saxsı qablarda 
becərilən çiçəklər kazarmaların içərisini bəzəyir. Pəncərələrdən 
pərdə asılıb. Döşəmədə palazlar, qapıda ayaq silmək üçün 
döşəmə əsgisi var. Ayaqqabılar girişdə diqqətlə təmizlənir. 
Əsgərlər əyin-başlarının təmizliyinə xüsusi diqqət yetirirlər. 
Həftədə bir dəfə çimirlər. 
Zahiri təmizliklə yanaşı daxili təmizliyin də qayğısına 
qalmır. Keçmişdə isveçlilərin sərxoşluğu və kobud 
söyüşcüllüyüylə bağlı məşhur deyimlər yaranmışdı: 
-
İsveçli kimi keflidir. 
-
İsveç əsgəri kimi biabırçı söyür. 
Həqiqətən də isveçlilərin vaxtında kazarmalarda dəhşətli 
dərəcədə çox içilir və burada daima ağır ana söyüşləri eşidilirdi. 
Əsgərlər, zabitlər, generallar üçün söyüş söymək adət halını 
almışdı. Acıqlananda da, dostyana danışanda da söyüş 
söyürdülər. İyrənc söyüşlər səslənirdi. Bu ürəkbulandıran 
söyüşlərdən, ana, Allah, İsa Məsih, günəş, göy də qoruna 
bilmirdi. Ən alçaq söyüşlər sel kimi axıb gedirdi. 
Gənc fın zabitləri kazarmada sabundan istifadə edilməsinə 
başladılar. Əsgərləri səhərlər, axşamlar və hər dəfə 
66


yeməkdən öncə və sonra əllərini yumağa öyrəşdirdilər. Hər bir 
əsgərin əl-üz dəsmalı və diş fırçası olması mecburiydi. Əsgərlərə 
dişlərini təmizləməyi öyrətdilər. Onlara güzəşt etmirdilər. Söyüş 
söymədən, hər bir əsgərdən ciddi nizam- intizama tabe olmağı 
tələb edirdilər. 
Əvvəllər yalnız əsgərlər deyil, çox vaxt tərbiyəli ailədən 
çıxmış zabitlər belə, yaranmış ənənəyə görə, bu iyrənc söyüşləri 
hərbi xidmətə xas özünəməxsus hünər, incəlik sayırdılar. Küçə 
söyüşləri üzrə xüsusi mütəxəssislər yaranmışdı: onlar istənilən 
vəziyyətdə dayanmadan söyüş söyə bildikleriyle öyünürdülər. 
Gənc fin zabitləri kazarmalarda yeni həyat tərzi forma-
laşdırırdılar. Onlar bununla bağlı deyirdilər: 
- Kazarma - bizim ümumi ailəvi evimizdir. Bura bizim elmi 
kafedramızdır. Ruhanilər üçün kilsə nədirsə, bizim üçün də 
kazarma odur. Burada özünü, qadınların arasında olduğundan da 
tərbiyəli aparmaq lazımdır. 
Gənc zabitlər sözdə də, işdə də, əsgərlərə nümunə olmağa 
başlamışdılar: 
- Kazarmanı sərxoşluq yuvasına və ya ayaqyoluna 
döndərməyin. Döşəməyə tüpürməyin, onun həmişə təmiz 
olmasının qayğısına qalın. Havanı kobud söyüşlərlə 
çirkləndirməyin, öz dilinizin və yoldaşlarınızın qulaqlarının 
təmizliyini qoruyun. Kobud söyüş it hürüşündən də beterdir. Bu 
əqli və ümumi mənəvi mədəniyyətsizlik əlamətidir. Əgər siz öz 
hünərinizi göstərmək istəyirsinizsə, bunun üçün daha xeyirxah 
və gözəl yollar tapın: 
İdmanla məşğul olun. Gözəl və uzun müddətli üzməyi, 
xizəkdə sürüşməyi öyrənin. Güləşdə çevikliyə alışın. 
Hündürlüyə və uzunluğa daha yaxşı tullanmaq bacarığınızın 
qayğısına qalın. 
67


Mahnı oxumağı, hansısa musiqi alətində çalmağı, gözəl rəqs 
etməyi öyrənin. 
Cəmiyyət içində özünüzü mədəni aparmağı bacarın. Maraqlı 
həmsöhbət olmağa çalışın. Yaxşı məsləhətləri oxuyun və 
başqalarından da nəsə öyrənin. Onları unutmayın. 
Beləliklə gənc zabitlər ən qayğıkeş pedaqoqlara çevrildilər. 
Hərbi məşğələlərlə yanaşı, onların hər biri, əsgərlərin tərbiyəsi 
üçün xeyli vaxt ayırırdı. Hərbi oyunlar, əyləncəli gecələr təşkil 
edilirdi. Əsgərlərə, müğənnilik və musiqi dəməkləri təşkil 
etmələri, rəqs və rəsm kursları yaratmaqları üçün yol 
göstərirdilər. 
Savadca zəif olanlarla şagird kimi davranırdılar. Gecələr 
onlara kitab oxutdururdular. Maraqlı mövzulardan söz açırdılar. 
Müxtəlif xalqların ən yaxşı hekayələrini, macəralar və 
qəhrəmanlar barədə əyləncəli əsərlər oxumaqla onları mütaliəyə 
həvəsləndirirdilər. Vətənin və dünyanın tarixində baş verən 
hadisələrlə bağlı çəkilmiş rəsm əsərləriylə tanış edir, Suominin 
və dünyanın ən gözəl peyzajlarının rəsmlərini nümayiş 
etdirirdilər. 
Çoxları, bu cür tərbiyə olunmuş əsgərlərin evə qayıdandan 
sonra vətənə faydalı şəkildə xidmət üçün hazır olduğunu irəli 
sürürdü. 
Onları ayıltmaq və hərəkətə gətirmək üçün deyirdilər: 
- Orada insanlar köstəbək kimi yeraltı qazmalarda yaşayırlar. 
Nə görür, nə eşidirlər. Siz də ora bu düşüncənizlə qayıtsanız, elə 
köstəbəklər kimi qaranlıq dünyada yaşayacaqsınız: ancaq 
düşüncələrinizi yeniləsəniz, köstəbək kimi ömür sürməkdən 
utanacaqsınız. Yeni həyatın qaranquşları olun. Gedəcəyiniz 
ucqarları öz ağlınızla işıqlandırmağa çalışın. Yeni gücə çevrilin. 
Dinc mədəni əməyin bahadırları olun. 
68 


Hər bir orduda xüsusi imtiyazlı və seçilən alaylar olur. 
Qəhrəmanlar alayı. Onlar özləri də, özgələri də bu hərbi birlikləri 
“ölüm alayları” adlandırır. Ölüm qusarları, ölüm əjdahaları, 
ölüm atıcıları və başqa bu kimi adlar da işlənir. Bunun öz mənası 
var - əgər müharibə olarsa və zərurət yaranarsa, hamısı bir nəfər 
kimi ölməyə hazır olacaqlar. Onlar əsl qəhrəmanlardır. Ancaq 
vətən uğrunda yaşamaq özü, onun uğrunda ölməkdən kiçik 
qəhrəmanlıq sayılmamalıdır. Oxuyub-öyrənməyin, vətənin, 
doğma xalqın çiçəklənməsi üçün çalışmağın özü də ən böyük 
qəhrəmanlıqdır. 
- Sizdə torpağı necə becərirlər, necə əkirlər, taxılı necə 
biçirlər? 
- Sizdə süddən ərsəyə gələn məhsulları necə hazırlayırlar, 
meşə meyvələrini toplayıb qış üçün tədarük görürlərmi? 
- Sənətkarlıqla necə məşğul olurlar? 
- Kişilər öz arvadlarına necə münasibət bəsləyirlər? 
- Valideynlər uşaqlarını necə tərbiyə edirlər? 
Bütün hərəkətlərində şüurlu düşüncəyə əsaslanan xalqlar bu 
və bu qəbildən olan başqa məsələləri daha yaxşı həll edə bilirlər. 
üçün ingilis mahudunu, çex şüşəsini, holland balıq 
məmulatını, irland qoyununu, fransız şərabını, dani- marka 
yağını, brüssel krujevasını, İsveçrə inəyini, amerikan üzümünü, 
rus xəzi və dərisini, İsveç kartonu və kibritini hamı tərifləyir və 
bunların alıcısı olmağa can atır? Çünki bu ölkələr adı çəkilən 
malları daha yaxşı və keyfiyyətli hazırlayırlar. 
- Bütün gücünüzü, bizdə də belə olması üçün sərf edin - gənc 
zabitlər yorulmaq bilmədən əsgərlərinə bu məsləhəti verirdilər. 
Finlandiyada belə uğurlar qazanmağın yollarını izah edir, başa 
salırdılar. - Bunu kim edə bilər? Sizin kənddəki təhsilsiz ata və 
qardaşlarınızı kim öyrədə bilər? 
69 


Kim mürgülü meşələrin və bataqlıqların arasındakı o yerlərə 
gedib çıxacaq? - deyə bu xeyirxah pedaqoqlar öz əsgərlərindən 
soruşur, sonra isə onlara bunun kim olduğunu aşılayırdılar: Siz! 
İlk növbədə - siz! O zaman sizin uzun müddət kazarmada 
saxlanmağınız vaxt itkisi sayılmayacaq. Əksinə, siz onların 
yanma dəyərli qənimət kimi qayıdacaqsınız. Özünüzlə böyük 
faizli qazanc gətirəcəksiniz. Kazarmaya odun kimi gəlmişdiniz, 
ancaq buradan gur işıq, möcüzəvi istilik qaynağı kimi 
qayıdırsınız. 
Beləliklə, Fin ordusunun gənc zabitləri təbii sərvətlərdən 
məhrum olan Suominin böyük mədəni gücünə çevrildilər. 
Nəticədə, ölkədə böyük fabrikdə olduğu kimi, minlərlə ağıllı 
mexanizm hazırlanıb üzə çıxarıldı. 
Əsgərlər ordudaki rütbəcə böyük yoldaşlarını yüksək 
dəyərləndirirdilər. Onları ürəkdən sevir, xidmət zamanı 
incitməməyə, özlərinin bacarıqsız və tərbiyəsiz yoldaşlarının 
düz yola çəkilməsi qayğısını da öz üzərilərinə götürməyə 
çalışırdılar. Hərbi xidməti başa vurub doğma yerlərə qayıdan 
əsgərlər çox vaxt keçmiş zabitləriylə məktublaşır, orduda 
xidməti minnətdarlıqla xatırlayırdılar. Artıq həyata başqa bir 
gözlə 
baxdıqlarını 
yazırdılar. 
Öz 
planlarından 
və 
düşüncələrindən söz açırdılar. Onlardan məsləhət gözləyir, kitab 
və qəzet əldə etmək üçün kömək istəyirdilər. 
Bütün ölkədə, ən ucqar yerlərinədək, kazarma həyatı yaşamış 
insanlarla yerdə qalan əhali arasında çox gözəl, istiqanlı mənəvi 
əlaqələr yaranmağa başlamışdı. Kazarma xalq həyatının mədəni 
baxımdan gözəlləşməsinə və möhkəmlənməsinə xidmət edən 
parçalar toxuyan toxuculuq fabrikinə bənzər bir rol oynayırdı. 
Xalq, artıq kazarmalardan qorxmamağa, onu dəyərlən-
dirməyə başladılar. Şəhərlərdə və kəndlərdə valideynlərin 
70


öz
yelbeyin, yaramaz və ya tərbiyəsiz övladlarına tez-tez belə 
deməsini eşitmək olurdu: 
- Bircə, orduya getmək vaxtın çatsaydı! Bəlkə kazarma səni 
düz yola gətirərdi! 
- Kazarma gəncləri tərbiyə edir, - bu sözləri eşidən qonşular 
söhbətə qarışırdılar. - Orada ən böyük yaramazları da 
tərbiyələndirib adam edirlər. Pekku Yukseni xatırlayın, Rud 
Atonenə baxın: adama elə gəlirdi, onlardan insan olmayacaq. 
Ancaq ordudan qayıdandan sonra hər ikisi nümunəvi gəncə 
çevrilib. Kaş bizim övladlarımız da onlar kimi olalar. Deməli, 
kazarma uşaqlarımızı bizdən yaxşı tərbiyə edə bilir. 
- Hə, hə, hə, - qocalar bu sözlə razılaşırdılar. - Biz həqiqətən 
kor kimi ömür sürmüşük. Çox az şeyi anlayırdıq. Pis gündə 
yaşayırdıq. Allaha şükür, yeni insanlar əsl insan kimi yaşayırlar: 
öz həyatlarını daha yaxşı, ağıllı, gözəl qura bilirlər. 
Bu müddətdə kazarmanın özü də əqli və əxlaqi baxımdan 
yüksəlmişdi. Onun, xalqın əqli-mənəvi baxımdan inkişafında 
oynadığı rolu, keyfiyyətli mayanın xəmiri şişirdib hazır hala 
gətirməsinə bənzətmək olardı. 
71



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə