Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   2   3   4   5   6   7   8   9   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az


Mene, Tekel, Peres 
Bir neçə il öncə gözlənilmədən Moskvadakı Böyük İmperator 
teatrı binasının divarlarında çatlar əmələ gəldi. Çatlar binanın 
özülündən başlayaraq, damınadək uzanırdı, bu böyük binanın 
qəfildən uçub içəridəki və yaxınlıqdakı insanları dağıntıları 
altında dəfn etməsi təhlükəsi yaranmışdı. Çatlaqların səbəbini 
axtarmağa başladılar, bunun üçün binanın özülü boyunca bir 
neçə yerdə dərin çuxurlar qazdılar. İmperator teatrının daşdan 
tikilmiş bu nəhəng binasının köhnəlmiş ağac bünövrə üzərində 
dayandığı üzə çıxdı. 
Yüz il bundan qabaq, bu böyük binanı tikməzdən öncə, 
torpağa iri və yoğun payalar çaxılmış, üzərinə yoğun palıd tirlər 
düzmüş, sonra yaranan bünövrənin üzərində hündür daş divarlar 
ucaltmışdılar. O dövrlərdə bu cür bünövrə yetərincə möhkəm 
sayılırdı. 
Beləliklə, teatr binası yüz il bu bünövrənin üzərində 
dayanmış, ancaq zaman öz işini görmüşdü. Yoğun tirlər 
çürümüş, divarlar çökməyə və çat verməyə başlamışdı. 
Divarlarda iri yarıqlar əmələ gəlmiş, onların uçulması təhlükəsi 
yaranmışdı. Nə etməli? Binanımı sökməli? 



Mühəndislər başqa bir həll yolu tapdılar. Çürümüş tirləri tədricən, 
hissə-hissə, böyük qranit lövhələrlə əvəz etməklə bütün bünövrəni 
dəyişdilər. Nəticədə, İmperator teatrının nəhəng binası yeni, 
möhkəm bünövrənin üzərində dayandı. Elə indi də bina öz 
sarsılmaz bünövrəsinin üzərində dayanmaqdadır. 
Dövlətlərin və xalqların həyatı bizə Moskvadakı İmperator 
teatrıyla bağlı hadisəni xatırladır. Dövlət quruluşunun köhnəlib 
sıradan çıxmış təməli, xalqların köhnə üsullarla idarəsi, keçmiş 
zamanlarda hansısa bir məna kəsb etsə də, indi artıq öz gücünü 
itirmiş, yararsız hala düşmüşdür. Müdrik bir atalar sözündə 
deyilir: “Yeni dövrün yeni mahnıları qoşulur”. İnsan nəsilləri 
dəyişir. Yenilənir. Bu dəyişilmələr isə özüylə yeni anlayışlar, yeni 
meyllər, yeni tələblər gətirir. Artıq yeni nəsilləri zorla imkanları 
tükənmiş bu köhnə idarəetmə formalarıyla, köhnəlmiş üsullarla 
idarə etmək mümkün deyil, yeni nəsillərin həyatının - ağıllı, 
ədalətli və möhkəm dövlət idarəçiliyi bünövrəsi üzərində 
qurulması zəruridir. 
Bir sıra ölkələrdə dövlətə başçılıq edən şəxslər, məhz belə 
edirlər. Xalq kütlələrinin idarə edilməsi üçün sakitliklə, heç nəyi 
sındırıb dağıtmadan, vaxtında, müdrik və ədalətli idarəetmə 
formalarını ictimai həyata daxil edirlər. Lakin bəzi ölkələrdə 
xalqın idarə edilməsi və tərbiyə olunması üsullarının tədricən və 
arasıkəsilmədən yaxşılaşdırılması zərurətini anlamır, ya da 
anlamaq istəmirlər. Buna görə də, dövlət binasının divarlarında 
çatlar yaranır, uzununa və eninə genişlənir, ancaq heç kim onlara 
fikir vermir. Buna görə də, köhnə, hətta, güclü dövlətlər yalnız çat 
verməklə qalmır, həm də dağılır. Köhnə Persiya dağıldı. Köhnə 
Türkiyə dağıldı. Köhnə Avstriya dağıldı. Nəhayət, köhnə 



və böyük Rusiya, habelə köhnə Almaniya, Bismarkın və 
Vilhelmin Almaniyası da dağıldı. 
Bibliyada belə bir pritça var: haçansa, qüdrətli, ancaq amansız 
və rəhmsiz kralın saray divarlarında alovlanan sətirlərlə belə bir 
yazı görünmüşdü: “Mene, tekel, Peres”
1

Müdrik Daniil bu sözlərin mənasını izah edərək bunun belə bir 
qorxunc xəbərdarlıq olduğunu demişdi: Köhnə dövlət öz həyati 
gücünü itirmiş və qaçılmaz məhvə məhkum olmuşdur. 
Qədim Romanın, Filipp və hersoq Albanın böyük ispan 
monarxiyasının, 
XIV 
və 
XV 
Lüdoviklərin 
fransız 
monarxiyasının, 
Rusiyada 
Romanovların, 
Almaniyada 
Hohenzollerlərin və Avstriyada Habsburqların faciəli taleyini 
xatırlayaq - bunların hamısı tarixin alovlu sətirlərlə yazdığı bu 
sözlərlə ifadə edilmişdir: “Mene, tekel, peres”. Yüngülfikirli 
olmayın! Öz cılız şəxsi işlərinizin və qayğılarınızın içində qurd 
kimi qıvrılıb sürünməklə kifayətlənməyin! Dövlətinizin 
bünövrəsini möhkəmlətmək barədə düşünün! Xalqınızın yeni, 
sonrakı və yüksək tərbiyəsinin qayğısına qalın! 
Hadisələrin gedişində tarix bir sıra dövlətlərin və xalqların 
taleyiylə bağlı amansız hökmlər versə də, bəzi 
1
Bibliyanın Köhnə Andlaşma hissəsindəki Daniil peyğəmbərin kitabında 
yazıldığına görə, Babil kralı Valtasar öz ayanlarıyla ziyafətdə əylənərkən, biləkdən 
yuxarısı görünməyən bir əlin sarayın divarında, alovlanan hərflərlə: “mene, tekel, 
peres (uparsin)” yazdığını görür. Yazılan sözlərin nə demək olduğunu anlamayan 
kral Daniil peyğəmbəri çağınb bu yazının mənasını soruşur, Danii! isə ona bu 
yazının ilahidən gələn xəbərdarlıq olduğunu və çox keçmədən Valtasarın 
hakimiyyəti itirəcəyini, krallığın isə işğalçılar arasında bölüşdürüləcəyini deyir. 
Daniilin izahına görə, mene - Tanrının krallığa son qoymağı qət etməsini; tekel - 
Tanrının Valtasarı zəif şəxsiyyət kimi dəyərləndirməsini; peres - krallığın perslər və 
midiyalılar arasında bölünəcəyini ifadə edirdi. Bibliyada deyildiyinə görə, Valtasar 
həmin gecə öldürülür və onun krallığı Daniil peyğəmbərin dediyi qaydada 
parçalanır. (Tərcüməçinin qeydi) 



dövlətlərin timsalında örnək ola biləcək nümunələr təqdim edir, 
bununla bizə, ictimai həyatın necə və hansı vasitələrlə 
möhkəmləndiyini göstərir, xalqın ikiayaqlı heyvanlar sürüsünə 
və ya qarışqa yuvasında qaynaşan həşəratlara çevrilməməsi, 
əksinə, şüurlu və sevinc dolu həyatın böyük və ağıllı yaradıcı 
olması üçün, necə tərbiyə edilməsinin yollarını öyrədir. 
10 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə