Qriqori Petrov a ğ zanbaqlar


Aksel Gallen - Kallela "İlk dərs” (1889)



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

Aksel Gallen - Kallela "İlk dərs” (1889) 
(Mərkəzi incəsənət arxivi, Helsinki)
...yoxsul balıqçı daxmaları... Qoca baba balıqçı torlarını hörüı; 
təmir edir, onun yeddi yaşlı nəvəsi sözləri çətinliklə 
hecalaya-hecalaya, babası üçün kitab oxuyur.
Evdə ikisidir və hər biri kitabla ünsiyyət qurmağa çalışır.


Yalnız ayrı-ayrı faktlara göz yetirməli olsaq, misal üçün, 
Finlandiyanın Dalmasiya adlanan ərazisində bir universitet, bir 
politexnikum, 51 gimnaziya, 23 real məktəb, 8 müəllim 
seminariyası, 7 dənizçilik məktəbi, 9 kommersiya, 10 texniki, 24 
kənd təsərrüfatı, çoxsaylı qadın seminariyaları və başqa məktəblər 
yerləşir. Bu məktəbləri öz gözlərinizlə görüb onların bütün ölkə 
boyunca necə səpələndiyini izləyəndə təəssüratınız daha da 
güclənir. 
Məktəblər yalnız özünün zahiri görünüşüylə seçilmir, burada 
təmizlik və gigiyena şərtlərinə tam əməl olunur, sinif otaqları 
geniş və ucatavanlıdır, böyük işıqlı pəncərələri var, məktəb 
dəhlizləri genişdir, gözəl havalandırma sistemi mövcuddur, 
otaqlar sadə və rahat mebellə təmin olunub, təmiz və geniş 
həyətlərdə müxtəlif idman oyunları üçün şərait yaradılmaqla 
yanaşı, binanın içərisində də gimnastika zalları var. 
Finlandiyanın hər yerində belədir. Vıborq şəhərində rus, İsveç 
və fin dillərində qadın gimnaziyası, rus və İsveç dilində realm 
məktəb, İsveç və fın dilində lisey və ibtidai liseylər, gənclərin 
birlikdə savadlanması üçün fın məktəbi, rus və fın xalq 
məktəbləri, naviqasiya, kommersiya və yüksək sənətlər məktəbi, 
qadınlar üçün əlavə savadartır- ma kursları, sənət öyrədən bir 
İsveç, iki fin hazırlıq kursu fəaliyyət göstərir. 
15 min əhalisi olan Kuopioda seminariya, lisey, texniki 
məktəb, lal-karlar və korlar üçün məktəblər, sənaye məktəbi, 
qadın gimnaziyası, ticarət məktəbi, bir neçə xalq məktəbi, oğlan 
və qızların birlikdə oxuduğu onillik İsveç, yeddiillik fin 
məktəbləri var. 
Tavastqusda altı minə yaxın əhali yaşayır. Görünüşcə bura 
ucqar və sakit əyalət şəhəridir. Saata baxdım, bu 
32


şəhərin enini 7, uzununu 8 dəqiqəyə keçib getmək mümkündür. 
Bütün şəhərdə bir qonaq evi və bir restoran var. Restoran “Teatr” 
adlanır və onun böyük zalında bəzən teatr tamaşaları oynanılır. 
Əvəzində, burada səkkizillik kişi gimnaziyası, müəllimlər 
seminariyası, toxuculuq üzrə ali məktəb, iki qadın gimnaziyası 
(fın və İsveç dillərində), iki ali xalq məktəbi (oğlanlar və qızlar 
üçün), ibtidai məktəb, fəhlələr üçün bazar günü məktəbi, “Azad 
kilsə” adlı bazar günü məktəbi, islah, hazırlıq və dustaqxana 
məktəbləri, habelə müxtəlif rusdilli məktəblər fəaliyyət göstərir. 
Bizdə, Rusiyada, bu cür məktəblərlə zəngin altı minlik 
şəhərcik axtarın, görün tapa bilirsinizmi?! 
Abo şəhərinin bir milyon yüz əlli min manatlıq qazancının 
təqribən iki yüz min manatı məktəblərin xərcləri üçün ayrılıb. 
Məktəblərin təchizatına isə söz ola bilməz! 
Gənclik illərimdə mən bir çox Peterburq gimnaziyasında dərs 
demişəm. Otaqlar darısqal, sinif otaqları ağzınadək dolu olurdu. 
Saat on ikidən sonra bu sinif otaqlarında nəfəs almaq olmurdu. 
Hava nəfəs sıxlığından dözülməz dərəcədə ağırlaşırdı. Şagirdlər 
diqqətlərini dərsə verə bilmirdilər. Onların diqqəti kütləşirdi, 
müəllimlər əzab çəkirdilər. Məktəblilər tez-tez bir dəqiqəlik 
bayıra çıxmaq üçün icazə istəyirdilər. Özü də bütün bunlar 
paytaxtda baş verirdi. 
Vıborq və Tavastqusdakı liseylər, Helsinqforsdakı qadın 
gimnaziyaları xarici görünüşünə görə kiçik saraylara bənzəyir. 
Məktəb binaları və onların yaxınlığındakı yoxsul balıqçı 
daxmaları... Qoca baba balıqçı torlarını hörür, təmir edir, onun 
yeddi yaşlı nəvəsi sözləri çətinliklə hecalaya-he- calaya, babası 
üçün kitab oxuyur. Evdə ikisidir və hər biri kitabla ünsiyyət 
qurmağa çalışır. 
33


Müxtəlif tipli bu cür məktəblər fın şəhərlərinin bəzəyinə 
çevrilib. Misal üçün, Abo şəhərində, şəhərin qırağındakı hündür 
təpənin üzərində, kanalın qırağında qəsr və qüllə şəkilli evlər 
ucalır. Bu, dənizçilik məktəbinin binasıdır. Şəhərin başqa bir 
tərəfinə, gözəl muzey binasına sarı getsəniz, işıq saçan böyük bir 
mülk görəcəksiniz. Buranın hansısa incə zövqlü varlı adamın 
sarayı olduğunu düşünə bilərsiniz. Lakin bu sadəcə ticarət 
məktəbinin binasıdır. 
Vıborqda məktəblər bir yerə toplanıb və hündür tavanlı, geniş 
pəncərəli zallarına iki tərəfdən işıq düşən bu binalar şəhərin xüsusi 
bir məhəlləsini təşkil edir. 
Məktəblərdə məşğələlər xüsusi qayda üzrə keçirilir. Dərslər 
səhər çağı saat səkkizdən onadək və günorta yeməyindən sonra, 
saat ikidən dördədək olmaqla, iki saatlıq müddətlərə bölünüb. 
Buna görə də, şagirdlər uzun müddət havasız şəraitdə, bir yerdə 
oturmaqdan yorulmur. Sinif otaqlarının havası həmişə təzələnir. 
Qışda, fin gəncləri sərbəst vaxtlarında saatlarla buz üzərində 
sürüşür, qar üzərində xüsusi ayaqqabılarda gəzirlər. Yayda isə 
güləşir, üzür, topla oynayır, qaçışla məşğul olurlar. Köksləri 
genişlənir, əzələləri, ciyərləri, əl-ayaqları inkişaf edir, dözümlülük 
qazanır, sağlamlıqlarım bərkidirlər. 
Erkən yazda küçədə ayaqyalın gəzən çoxlu oğlan uşaqları 
görə bilərsiniz. Əyinlərindəki yaxşı paltarlara baxanda, 
yoxsulluğa görə ayaqyalın gəzmədikləri aydın olur. Şagirdlərə 
tamaşa etmək isə insana zövq verir. Bizim bu yaşda olan uşaqlarda 
özünü göstərən sısqalıq, qısaboyluq və solğun bənizlilikdən bu 
uşaqlarda əsər-əlamət görünmür. Buranın uşaqları ağ göbələklər 
kimi möhkəm bədənli böyüyür və ya başqa bir bənzətməyə üz 
tutsaq, onlar ən yaxşı xəmirdən yoğurulurlar. 
34


- Məktəb bizim başlıca sərvətimizdir, - finlər bununla bağlı 
söz düşəndə belə deyirlər. - Bizdə sizin Rusiyadakı kimi Uralın 
zəngin filizləri, Sibirin qızıl ehtiyatları, təbii sərvətlər yoxdur. 
Təbiət öz hədiyyələrini bizdən əsirgəyib. Ona görə də, öz 
enerjimizə arxalanmalı oluruq. Vətəndaşlarımızdan fayda 
vermələrini tələb edirik. İngilis zavodlarında poladı döyüb 
bərkitdikləri kimi, biz də öz gənclərimizi məktəblərdə 
möhkəmlədib həyata hazırlayırıq. Məktəblərimizin köməyi ilə 
bataqlıqlar və çılpaq daşlıqlar arasında özümüzə yaratdığımız 
abadlıq və fira- vanlıqla, Rusiyanın başqa yerlərində rastlaşa 
bilməzsiniz. Məktəblərimizi əlimizdən alın, biz məhv olacağıq. 
Acıt- masız xəmir kimi daşıb yerə dağılacağıq. 
Təhsilin ölkədə belə geniş yayılması nəticəsində əhali 
oxumağa alışmış, qəzet və kitaba bağlanmışdır. 
Abo şəhərindəki muzeydə Aksel Qallenin çəkdiyi gözəl bir 
rəsm nümayiş olunur. Rəsmdə yoxsul balıqçı koması təsvir 
edilib. Çılpaq divarlar, divar boyunca düzülmüş taxta 
oturacaqlar, taxta masa... Döşəmədə köhnə balıqçı torları var. 
Tavandakı asılqandan çörək əvəzinə quru suxarı topası asılıb. 
Qoca baba köhnə torları yamayıb təmir edir. Onun yaxınlığındakı 
oturacaqda tumançaq, bir köynəkdə oturmuş yeddi yaşlı qız 
nəvəsi sözləri çətinliklə hecalayaraq babası üçün kitab oxuyur. 
Evdə yalnız ikisidir, ancaq hər biri kitaba bağlıdır. 
Ölkədə qəzetlər də, məktəblər kimi çox sıx yayılıb. Hər 
şəhərin öz qəzeti çıxır. On səkkiz min əhalisi olan Vıborqda ikisi 
fin, ikisi İsveç dilində olmaqla dörd qəzet buraxılır. Kəndlərdə 
demək olar, hər ailə qəzetlərə abunəçidir. 
Mənə belə bir əhvalat danışdılar. Bir kənddə iki gecə- qondu 
var, ancaq buranın adətincə hər ikisi çox təmizdir. 
35


Onların birində hər iki ayağını itirmiş bir qoca yaşayır. İkinci 
evdə gözləri görməyən qoca qarıyla on yaşlı nəvəsi qalır. Bu 
yoxsul və şikəst qocalar şərik olub ikisi bir qəzetə abunə olublar. 
Nəvə hər gün poçta gedib qəzeti götürür, kor nənəsinin əlindən 
tutub ayaqsız qocanın evinə gətirir və onlar üçün qəzeti başdan 
ayağa kimi oxuyur. 
Buna görə də, burada xalqın ən aşağı təbəqələrində belə 
düşüncələr dərin yuxuya dalıb qalmır, çırpı kimi quruyub 
çürümür. 
Burada 
insanlar 
özlərinin 
şikəstlikləri 
və 
kimsəsizlikləriylə barışmırlar. Eləcə də, özgə fikirlərin təsiriylə, 
“nə olacaqsa olacaq” deyə, ümidsizlik içində ömür sürməyi qəbul 
etmirlər. 
Meşədə təzə və yaşıl otlar yoxsa, hamı quru otdan istifadə 
etməli olur. Ölkə yaşayır. Yuxarıdan başlamış aşağı təbəqələrə 
kimi həyat qaynayır. 
Bu yaxınlaradək aşpaz işləyən Mnina Sillanpyaya təhsilini 
artırması sayəsində artıq qəzetlərə məqalə yazır, güclü qadın 
hərəkatı yaradır, böyük vüsətlə ortaya ictimai problemləri qoyur, 
diyarın siyasi həyatında görkəmli rol oynayır, ölkə parlamentinə 
deputat seçilir. 
Finlandiyadakı seçkilərdə yalnız əhalinin kişilərdən ibarət 
hissəsi iştirak etmir, seçkilərdə qadınlar da iştirak edir və xalq 
seyminə nümayəndə seçilirlər. Onların qanunverici orqanlarda 
iştirakı isə, adətən kişi deputatların nəzərə almaq istəmədiyi və 
göz yumduğu problemlərin ön plana çıxıb öz həllini tapmasına 
gətirib çıxarır. 
Qanunverici orqanlarda ailə, nikah, qadınların vəziyyə- tiylə 
bağlı problemlərə baxılır. Bütün Avropada yalnız Finlandiyada 
qadınların alver predmetinə çevrilməsi qadağan edilib. Ölkədə 
bir dənə də olsun qanuni fəaliyyət göstərən fahişəxana yoxdur. 
36 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə