Qriqori Petrov a ğ zanbaqlar


Helsinkidəki Dövlət Teatrı



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

Helsinkidəki Dövlət Teatrı 
(memar Onni Taryanne, 1902)
Milli Fin Teatrının binası yeni fin memarlığının 
yaradıcılıq incilərindədir. Finlandiyanın şəhərləri 
indi öz yeni tikilmiş binalarının nıenıarlığıyla öyünə bilər.


zamanda cansıxıcı qutu görkəmi bağışlamayan bir tikili! İçəridə 
hər şey: poçt, teleqraf, saxlanma kameraları və bilet kassaları əl 
altındadır. 
Milli Fin Teatrının binası yeni fin memarlığının yaradıcılıq 
incilərindədir. Finlandiyanın şəhərləri indi öz yeni tikilmiş 
binalarının memarlığıyla öyünə bilər. Yeni yaşayış binaları, 
banklar, muzeylər, məbədlər, hətta, fabriklər və yanğınsöndürmə 
idarələri də, hər birinə incəsənət əsəri demək olacaq şəkildə 
tikilir. 
Bu baxımdan, şişirtmədən və tamamilə ciddi şəkildə, finlərin 
bu gün orta əsrlərin florensiyalılarını xatırlatdıqlarını söyləmək 
olar. Siz təkcə Florensiyada hətta, ən ucqar küçədə belə köhnə bir 
binanın fasadında bir saat dayanıb heyranlıqla seyr edəcəyiniz bir 
gözəlliklə qarşılaşa bilərsiniz. Finlərin tikdiyi bütün binalar 
belədir. 
Darıxdırıcı və yeknəsəq daşların, bataqlıq və meşələrin 
arasında yaşayan bu xalqın gözəllik duyğusu, haradan qay-
naqlandığından asılı olmayaraq dayanmadan artmaqda və 
möhkəmlənməkdədir. 
Helsinqforsun və Abonun incəsənət muzeyləri ən ciddi 
diqqətə layiqdir. Eksponatların sayı çox olmasa da, hamısı yüksək 
dəyəri və bədii gözəlliyiylə seçilir. Rəssamlıq əsərləri yaxşıdır, 
heykəltəraşlıq daha yaxşı, memarlıq isə ən yüksək səviyyədədir. 
FinlandiyalI, bütün şimallılar kimi, adətən öz işinə evin 
divarlarına xüsusi diqqət yetirməklə başlayır, sonra isə evin 
daxilində qayda yaratmağa keçir. 
Helsinqforsda bir bolqar yazıçısıyla gəzişirdik. O, fin teatrının 
binası qarşısında dayandı və uzun müddət onun gözəlliyinə 
heyranlıqla tamaşa etdi. Binaya yaxınlaşıb ona hər tərəfdən 
baxandan sonra qeyri-iradi həsəd duyulan səslə dedi: 
28 


- Bəli, bunu başa düşürəm, bu tikilinin öz siması var. İndi ona 
baxmaq çox gözəldir, aldığın zövq sonradan heç vaxt 
unudulmayacaq. Yoxsa, bizim Sofiyada, guya xalq teatrı tikiblər, 
buradakından qat-qat artıq pul xərcləyiblər, bina isə böyük 
sandığa bənzəyir. 
Teatr yeganə nümunə deyil. Finlər istəsələr, ölkədə sayı 
durmadan artan yüksək səviyyəli memarlıq abidələrinin böyük 
albomunu yarada bilərdilər. Misal üçün, Abodakı incəsənət 
muzeyi, Tammerforsdakı protestant kilsəsi buna örnək ola bilər. 
Gözlərini ayıra bilmirsən. Bina yalnız bütövlükdə gözəl deyil. 
Ayrıca götürülmüş hər bir hissəsi özlüyündə bir gözəllik 
örnəyidir. Hər bir pəncərə, qapı, qüllə, qanov, künc və qabarıq 
hissə özünün xüsusi gözəlliyiylə seçilir. Görünür, burada hər bir 
daş öz yerinə, fəhlə tərəfindən deyil, böyük bir sənətkarın əliylə 
yerləşdirilib. 
Abo şəhərində, təpənin üzərində yerləşən muzeyə pilləkənlə 
qalxmalı olursan, Tammerforsdakı məbədin künclərində kiçik 
hasarlar ucaldılıb. Daş hasarı, pillələri və hündürlüyü 1,5-2 arşın 
olan pilləkən məhəccərini (tutacağını) tikmək üçün ayrı-ayrı daş 
parçalarından istifadə olunub, ancaq bu daş parçaları olduqca 
böyük ustalıqla hörülmüş, üzəri çox gözəl üzlüklə örtülmüşdür! 
Hasar, az qala qarış- qarış rəsmlərdə və fotolarda 
əbədiləşdirilmək istəyir. 
Muzeyin içində yüksək incəsənət nümunələrinin daha böyük 
gözəlliyi, bədii sadəliyin füsunkarlığıyla qarşılaşırsan. Taxta 
pilləkənlərin hər bir pilləsi, divarlara çəkilmiş üzlüklər
pilləkənlərin məhəccərlərinə bərkidilmiş saxsı qablardakı incə 
bitkilər, bir sözlə, hər şey ayrılıqda və bütövlükdə götürüldükdə 
olduqca gözəl görünür. 
Bütün bunların təbii sərvətləri çox qıt olan bir ölkədə yaranıb 
artdığını qətiyyən unutmayın. Finlandiyanın özündə 
29 


bütövlükdə və ayrı-ayrı şəxslərdə, böyük sərvət yoxdur. Habelə, 
əhali sayının üç milyondan az olduğunu nəzərə alsaq, içərisindən 
istedadların seçilməsi üçün böyük kütləyə də malik deyil. Bütün 
bunlara baxmayaraq, bu ölkəyə bütövlükdə həsədaparıcı bir 
abadlıq abidəsi kimi baxmaq olar. 
* * * 
Bütün bunların sirri nədədir? Yerli əhalinin xüsusi bacarıqlı 
olmasındamı? Ancaq ən qızğın fin vətənpərvəri belə bu cür sözü 
dilinə gətirməz. Slavyanlar istər vətənpərvərlikdə, istərsə də, 
əməksevərlikdə finlərdən, eləcə də dünyanın başqa heç bir 
xalqından geri qalmır. Buradakı fərqliliyin sirri başqadır. 
Əmək əməkdən fərqlənir. Kobud əmək, kəlin və yük atının 
əməyi, üzgün bir yabının əməyi var, bir də şüurlu, biliyə 
əsaslanan əmək vardır. Sonuncu əmək, biliyə arxalandığından, 
on, yüz və min dəfə güclü sayılır. 
Bundan başqa, qandallı, tahkimli, öz iradəsi altında olmayan, 
başqasının ağlına görə, özgəsinin əli altında çəkilən əmək vardır. 
Əzilənlərin əməyi. Bir də gümrah, fərəhli əmək var. Azad, 
müstəqil əmək. Canlı, yaradıcı əmək. İnsanı, qartal qanadları 
kimi yüksəklərə qaldıran əmək. Burada, Finlandiyanın Rusiyaya 
birləşdiyi gündən başlamış indiyə kimi, finlərlə bizim əməyimiz 
arasında böyük fərq olduğunu görmək mümkündür. 
Finlandiyanın bərəkətsiz, daşlı və çox az sahəni əhatə edən 
əkin sahələri ölkə əhalisinin taxıla olan tələbatım heç vaxt ödəyə 
bilməyib. Finlandiya neçə yüz illərdir, alman taxılın hesabına 
yaşayır və bu gün ölkənin idxal məhsulunun təqribən üçdə birini 
taxıl təşkil edir. Ancaq buna baxmayaraq, Finlandiyada heç vaxt 
aclıq və yoxsulluq olmayıb. 
30 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə