Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   2   3   4   5   6   7   8   9   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az


“İkuynen taystelu” 

Г) Mən uzun illər ərzində Finlandiyanın bir çox bölgələrini e 
dolaşmışam. Yayda və qışda, yazda və payızda bu ölkəni gəzib 
dolanmışam. Varlı ticarət şəhərlərində olmuşam. Göllər və 
meşələrin əhatəsində itib-batan ucqar kəndlərə gedib çıxmışam. 
Finlərin həyatını hərtərəfli müşahidə etmişəm. Onların gündəlik 
əməyini, bayramlarını, əyləncələrini görmüşəm. Musiqisini, 
ədəbiyyatım, rəssamlığını, teatr və memarlığını öyrənmişəm. 
Açığını desəm, bunların hamısı məni valeh edib. Finlandiyaya hər 
yeni gəlişimdə onu daha da yüksək dəyərləndirmiş, bu qaradinməz, 
zahirən kədərli görünən, işləməkdən yorulmaq bilməyən azsaylı 
şimallı xalqa daha çox hörmət və sevgi bəsləmişəm. 
Bir dəfə Helsinqforsda olanda, bir elandan, şəhər teatrında 
dördpərdəli “İkuynen taystelu” (Əbədi mübarizə) dramının 
tamaşaya qoyulduğunu oxumuşdum. 
Dramda aktyorların, Adəm, Həvva, Qabil, Habil, onların 
arvadları, Lyutsiferin və onlarla şeytan rolunda oynayacaqları 
bildirilirdi. Tamaşa salonunda yerimi tutandan sonra, keşiş 
moizəsinə bənzər darıxdırıcı bir hadisəyə baxmağa 
17 
-------- —] 
Azarbaycan Mffi 
Kitabxanası
 


məhkum olduğumu düşündüm. 
Ancaq tam əksinə oldu. Bu 
dərin fəlsəfi və yüksək dərəcədə mədəni səviyyəli bir pyeslə 
qarşsiaşdım. 
“Taystelu” pyesinin müəllifi Linnankoski istedadlı fın 
yazıçısı olmaqla yanaşı, həm də, güclü və orijinal bir mütəfəkkir 
kimi də tanmır. O burada Qabili Bibliyada verildiyi kimi 
yarımvəhşi, amansız qatil, mürtəd və qardaş qatili kimi təsvir 
etmir. Linnankoskinin bu əsərində Qabil özünəməxsus Prometey 
kimi təsvir olunur, aramsız olaraq zülmə və həyatın insana 
göstərdiyi təzyiqlərə qarşı etiraz səsini ucaldır, bunlarla 
barışmadığını bəyan edir. Qabil həyatın bütün zərbələri qarşısında 
yazıqca mələyən və itaatkarcasına öz başını bıçaq altında qoyan 
qoyun olmağı bacarmır. 
Qabil özündə qüdrətli yaradıcılıq gücü hiss edir, öz qüvvəsinə 
inanır və dünyadakı bütün xeyir qüvvələrlə birlikdə insanlığın və 
yer üzünün xoşbəxt gələcəyi uğrunda mübarizə aparmağa 
hazırdır. 
Bu vaxt yeri titrədən göy gurultusu eşidilir və sanki göylər, 
aramsız ildırımın təsiriylə od tutub yanır - hamı qorxu və təlaş 
içində üzüqoylu yerə sərilir. Yalnız Qabil başını dik tutub əzmlə 
ayaq üstə dayanır. Qabil yerə sərilən Habilə, bacılarına, hətta, 
atasıyla anasına üz tutub onları qınayır: 
- Cılız və yazıq soxulcanlar, siz yalnız eşələnməyi, titrəməyi 
və sürünməyi bacarırsınız. Özünüz qorxunun övladı olduğunuz 
üçün siz dini də, əbədi qorxu, əbədi titrəmə, əbədi şikayət və inilti, 
əbədi dilənçilik kimi anlayırsınız. Əgər siz həqiqətən də ruhunuza 
görə Yaradanın övladları olsaydınız, öz həyatınızı özünüz 
qurardınız, artardınız, 
18


yüksələrdiniz, yoxsa üzüqoylu düşməz, başınızı torpağa 
əyməzdiniz. 
Burada öz doğmaları tərəfindən anlaşılmayan, onların 
qorxutduğu və dəhşət içində olan Qabil, təkbaşına əzab çəkir, 
sarsıntılara düşür, özünün şübhələri və onu uğursuzluğa düçar 
edən uğursuzluqlarıyla döyüşə qalxır. Ailəsinin cənnətdən 
məhrum olmuş başqa üzvləri keçmişin xoşbəxt günlərini ah-
naləylə andığı bir vaxtda, Qabil işıqlı gələcəyə necə çatmalı olduğu 
barədə dərin düşüncələr içindədir. Odu əldə edir və bu tapıntı onu 
uşaq kimi sevindirir. Odu tərənnüm etməyə başlayan Qabil deyir: 
- Mən artıq yalqız deyiləm. İndi sən, yenilməz gücünlə 
mənimlə birlikdəsən. Sən bizim qaranlığa qərq olduğumuz gecəni 
işıqlandıracaqsan, bizi soyuqdan qoruyacaqsan, daşları-qayaları 
əritməyimizə yardımçı olacaqsan. 
Beləliklə, Qabil gələcəklə bağlı xəyallara dalır, arzular qurur. 
Gözləri qarşısında mədəniyyətin təntənəli mənzərəsi canlanır. O 
vüqarlı, möhkəm, güclü və yenilməzdir. Hər şeyə hazırdır. 
Təbiətin bütün qüdrətinə meydan oxuyur. Həyatı əbədi və mədəni 
mübarizə kimi qəbul edir, yalnız bu cür anlayır. O bu 
mübarizəsində həm təbiətin kobud gücləri, həm də özündəki 
kobud cəhətlərlə savaşmalı olduğunu qət edir. 
Allahın və dinin, qorxu yaradan güc və köləcəsinə itaət, yoxsa 
işıqlı əməllərin yaradıcısı kimi qəbul olunması mövzusunda gedən 
çox ehtiraslı və qızğın mübahisələrin birində qızışan davada özünü 
ələ ala bilməyən Qabil qardaşını öldürür. Bu qətldən dəhşətli 
dərəcədə sarsılır. Ancaq bu qətl ona, istər daxili, istərsə də zahiri 
mədəni mübarizənin müxtəlif labüd təzahürlərinin mövcudluğunu 
göstərir. 
Bu 
mübarizə 
əbədidir. 
Mədəniyyət 
işığının 
mədəniyyətsizlik 
19


qaranlığının, daxili və zahiri, minlərlə yuvalarına qarşı 

əbədi bir 
mübarizəsi qaçılmazdır. 
Я 
* * * 
Linnankoskinin “İkuynen taystelu” əsərində yaratdı- I ğı Qabil 
obrazını bədii cəhətdən dəyərləndirmək fikrim I yoxdur, indi buna 
ehtiyac da duyulmur. Qabili bütün insani mədəniyyətin və onun 
mədəni mübarizəsinin banisi hesab etməyin nə dərəcədə doğru 
olduğunu aydınlaşdırmaq da, № bu məqamda bizim üçün arxa 
plandadır. Burada ən başlıca- Kİ sı, pyesin, Qabilin və ya hansısa bir 
tarixi, yaxud uydurma |£ şəxsin vasitəsilə ifadə olunan əsas 
ideyasıdır. Bu ideyaya Ей görə insan heç vaxt heç nəyin və heç 
kimin qarşısında yıxıl- Ш mamalı, sürünməməlidir. Bu ideya həm də 
insanın gerçək İS həyatının arasıkəsilməz mədəni yaradıcılıq, özündə 
və xa- rici aləmdə mövcud olan kobud güclərlə əbədi mübarizə H 
olduğunu aşılayır. 
™ 
“Əbədi mübarizə” pyesinə, həmçinin Yohan Linnan- Rä koskinin 
buradakı qəhrəmanı Qabilə xas olan əsas düşüncə, r” finlərin həyatını 
və məişət şəraitini izləyəndə sizin üçün f . ' daha aydın olacaq. 
Y.Linnankoski öz pyesində məhz Finlan- jg| diyanın ruhunu əks 
etdirir. Bu ruh inadla, işıqlı gələcəyə F yönələcək hər bir şüa üçün
mədəniyyətin bu ölkədə hər bir verst irəliləyişi üçün, amansız 
mübarizə aparmaqdadır. 
Çılpaq qranit qayalıqların əhatələdiyi, dəniz sahilində yerləşən 
kiçik və sadə fın şəhəri Aboda yeni incəsənət muzeyi ucalır. Memarlıq 
baxımından gözəlliyiylə seçilən bu bina, istər içində, istərsə də 
çölündə, hər bir daşı, burma pillələri, pəncərələr silsiləsiylə diqqət 
çəkir və göz oxşayır. 
Muzeydə yalnız fın sənətkarlarının əsərləri toplanıb. Onların sayı 
azdır, ancaq bu əsərlərin bədii dəyəri fın 
20 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə