Qriqori Petrov a ğ zanbaqlar


Abodakı incəsənət muzeyinin binası



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   2   3   4   5   6   7   8   9   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

Abodakı incəsənət muzeyinin binası 
(memar Gustav Nyström, 1904)
Çılpaq qranit qayalıqların əhatələdiyi, 
dəniz sahilində yerləşən kiçik və sadə 
fin şəhəri Abodayeni incəsənət 
muzeyi ucalır.


incəsənətinin danılmaz ləyaqətini tanıtmaq gücündədir. İstər 
rəssamlıq, istərsə də heykəltəraşlıq nümunələri finlan- diyalı 
sənətkarların yüksək zahiri texnikası və dərin daxili yaradıcılıq 
istedadından soraq verir. Buradakı heykəltəraşlıq nümunələri içində 
cənab Vikstremanm “Finlandiya” adlı heykəli xüsusilə seçilir. 
Heykəldə adi bir obraz: gənc, güclü, dolğun bədənli fın qadını təsvir 
olunub. Ancaq heykəltəraşın adı çəkilən əsərində bu tipli 
heykəllərdə çox az rast gəlinən, daxili məna və duyğular öz əksini 
tapır. 
“Finlandiya” heykəli nə isə çox vacib, böyük və uzaq bir şey 
barədə dərindən-dərin və çox ciddi düşüncələrə dalmış bir təsir 
bağışlayır. Heykəlin sol əli yanma sallanıb. O biri əli sıx saçlarının 
arasındadır və sanki düşüncələrinin ağırlığından köksünə enmək 
istəyən başına dayaq olub, onu dik saxlamağa çalışır. 
“Finlandiyanın” üzündən kədər, qüssə yağmır, sanki artıq keçmişdə 
qalmış bir dərdin kölgəsi sezilir. 
Cənab Vikstremanm “Finlandiya” heykəlinin simasında ötüb 
keçmiş əzabların incə, çox çətinliklə duyulan bir ifadəsi sezilir. Bu, 
indi xoşbəxt və güclü, gələcəyinə əmin, ancaq erkən gəncliyində 
çox ağır, ağrılı və qorxulu günlər yaşamış bir qadının simasıdır. 
Həmin, indi unudulsa da, bir vaxtlar yaşanıb ölkənin ruhunu 
yandırıb yaxmış əzablı günlər, ölkə sakinlərinin simasında öz 
izlərini buraxıb. 
Fin rəssamları Edelfeldt, Hebhart, Enkell, Vesterholm, Halonen 
və başqaları, bütün finlər kimi özlərinin kiçik, yoxsul ölkəsini sevən 
bu yaradıcı insanlar, incə bir məhəbbətlə fin təbiətinin gözəlliklərini 
təsvir etməyə çalışsalar da, onların bu iti rəssam baxışlarının 
məhsulu olan rəsmlər oxucunun diqqətini özünə bağlayan peyzajlar 
yaratmaq gücündə deyil. 
22


Finlandiyanın təbiətində qüssəli kimsəsizlik, kədərli yalqızlıq 
doğuran lövhələr çox olsa da, onların arasında özünün kəskin gözə 
çarpan böyüklüyü və parlaqlığıyla tamaşaçını məst edən 
nümunələr tapmaq mümkün deyil. Mamırla örtülmüş daşlar. 
Qranit qayalar. Küknar və şam ağacları. Donuq və cansıxıcı 
bataqlıqlar. Solğun-yaşıl rəngli, göyün altında boz-yaşıl rəngə 
çalan uzaq göllər. Finlandiyada haraya gedirsinizsə gedin, təbiətin 
bu yalçın qayalıqlar və meşəliklərdən ibarət olan görkəmiylə 
qarşılaşacaqsınız. Hara baxırsan, nəhəng qaya parçaları, qənd 
kimi parıldayan qranit gözə dəyir. Yol boyunca sobada yandırmaq 
üçün hazırlanmış odun qalaqları, ağacların budanmış gövdə və 
taxta şəklinə salınmış oduncaq topaları uzanır. Sahillərdə qatranla 
dolu minlərlə çəllək gözə çarpır. 
Ölkə yoxsuldur. Burada hər şey qıtdır, ancaq əhalinin əməyə 
qatlaşmaqda göstərdiyi inadkarlığı, enerjisi və öz yoxsul torpağına 
olan sevgisi hədsizdir. 
Helsinqforsdakı “Ateneum” deyilən, Finlandiyanın mərkəzi 
incəsənət muzeyində siz Yemfeldin, Halonenin, Blomstedtin və 
Rissanenin bir sıra rəsm əsərləriylə qarşılaşacaqsınız, bu rəsmlər, 
finlərin hansı güc, zəhmət və məhrumiyyətlərə dözərək öz 
ölkələrində yaşadıqlarını sizə əyani şəkildə göstərəcək. Bir sıra 
kətan üzərində təxminən eyni bir mənzərə təsvir: Kəndlilər 
ailəliklə torpağı əkin üçün təmizləyirlər. Ağacları qırıb yerə 
tökürlər. Kötükləri qazıyıb yandırırlar. Torpaqdan iri daşları qazıb 
çıxarırlar. Çılpaq qranit qayalıqlara münbit torpaq daşıyıb 
tökürlər. 
Buradakı hər torpaq parçası bütöv bir nəslin ağır zəhməti 
bahasına əkin sahəsinə çevrilirdi. Sanki təbiət insanı bu ba-
taqlıqlar, göllər və çılpaq qayalıqlarla dolu əraziyə atmaqla onu 
ələ salmaq istəmişdi. Ancaq hər şey tərsinə olmuş, 
23


insan təbiəti ələ salmış, onunla savaşa qalxıb təbiətə qalib 
gəlmişdi. 
Finlandiya şəhərlərinin çoxunda küçədə gəzərkən ayağınız 
altında dərinliklərdən baş qaldıran iri qranit layları görə 
bilərsiniz. İnsan ağlının gücüylə əl gəzdirilmiş bu daş yı-
ğınlarından əmələ gələn silsilə bütöv məhəllələri bürüyür. 
Hersoqovinanın çılpaq qayalıqlarını görən hər bir adam, finlərin 
qatlaşdığı ağır zəhməti düzgün təsəvvür edə bilər. Bizim 
Rusiyada Novqorod və Pskov quberniyalarında da belə iri daş 
parçası yığınlarına rast gəlinir. Yerli əhali bunlara “Şeytan 
qənddanı” deyir. Finlandiyada bu “Şeytan qənddanlarını” 
bağlara və parklara çeviriblər. Çılpaq daşların üzərinə münbit 
torpaq töküb, ağac əkib, çiçək ləkləri salıblar. 
Sanki “İkuynen taystelu” pyesinin müəllifi Y.Linnankoski 
əsəriylə belə demək istəyir: 
-
Qabili mənə verin, mən öz ilhamımla ondan mədəniyyətin 
əbədi başlanğıcını qoyan qorxmaz və əzmli bir döyüşçü yaradım. 
Finlər isə, özlərinin yüzillikləri əhatə edən inadkar zəh- 
mətiylə demək istəmişlər: 
-
Bizim bəxtimizə bataqlıqlar və qayalıqların arasında 
yaşamaq düşdü, lakin öz əməyimizlə buranı mədəni bir ölkəyə 
çevirdik. 
Bütün bunları isə sayı üç milyona çatan kiçik bir xalq qurub 
yaradıb: onun iki milyon üç yüz mini fin, dörd yüz mini 
isveçlidir. 
* * * 
Suomi ilə tanış olduqca ona həsəd aparmaq mümkündür. 
Ölkədə hər şey kiçikdir: şəhərlər kiçikdir, ölkənin təbii sərvətləri 
çox azdır, lakin böyük abadlıqla rastlaşır- 
24 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə