Qriqori Petrov a ğ zanbaqlar


Helsinkidəki dəmiryolu vağzalının binası



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   2   3   4   5   6   7   8   9   10   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

Helsinkidəki dəmiryolu vağzalının binası 
(memar Eliel Saarinen, 1914)
Vağzalın və onun yerləşdiyi meydanın zahiri görkəmi özünün 
sadəliklə yoğurulmuş gözəlliyiylə insanı heyrətləndirir.
incəsənətlə bağlı heç bir cizgiyə malik olmayan, ancaq eyni 
zamanda cansıxıcı qutu görkəmi bağışlamayan bir tikili! 
içəridə hər şey: poçt, teleqraf, saxlanma kameraları və 
bilet kassaları əl altındadır.


san. Bizdə özünü göstərən slavyan qarışıqlığı, dağıntıhğı, 
nizamsızlığı, səliqəsizliyi, başıpozuqluğu burada heç bir sahədə 
gözə dəymir. 
Peterburqdan üç saat yarımlıq məsafədə olan Vıborqdan 
başlayaraq, artıq özünü büsbütün ayrı bir ölkədə hiss etməyə 
başlayırsan. Vıborq, Kuopio, Uleaborq, Vasa və Tavastqus kimi 
şəhərlər, sanki hamısı birlikdə, yaxşı bir geniş ovuca yerləşəcək 
kimi görünür, ancaq onlar hamısı elə bil, gözəl bir oyuncaq 
kimidir. Sanki bütün bu yaraşıqlı evlər tamaşa edilməsi üçün 
kartona yapışdırılıb. 
Küçələr geniş, təmizdir, yaxşı döşənib. Həyətlərdə səliqə-
sahman hökm sürür. Evlərdə hər cür rahatlıq və şərait var. Qonaq 
evlərində, poçt stansiyalarında dayananda qüsursuz təmizlik, təzə 
yemək, bütün rahatlıqlar və hər yerdə gözə çaıpan ucuzluqla 
qarşılaşırsan. Bütün bunlarla yanaşı, istənilən xarici qonağı 
heyrətləndirən vicdanlı münasibət xüsusi qeyd edilməlidir. 
Ölkənin paytaxtı Helsinqforsla bağlı isə nə deyəcəyini 
kəsdirə bilmirsən. Biz slavyanlar üçün bu şəhər əyani tədris 
mövzusu rolunu oynaya bilər. Dəbdəbədən, pulu sağa- sola 
səpələməkdən, nəyisə gözə soxmaqdan əsər-əlamət belə yoxdur, 
əvəzində hər addımda evdarlıq, işgüzarlıq, gözəllik və təmizlik 
göz oxşayır. Bu cəhətlər, yeni tikilmiş vağzaldan başlayaraq 
qabarıq şəkildə gözə çarpır. Vağzal şəhərin mərkəzindəki baş 
meydanda yerləşir. Onunla yanaşı Milli Fin Teatrının, Milli 
İncəsənət Muzeyinin yerləşdiyi “AteneunT’un, incəsənət 
məktəbinin və xalq seyminin yaraşıqlı binaları yerləşir. 
Vağzalın və onun yerləşdiyi meydanın zahiri görkəmi özünün 
sadəliklə yoğurulmuş gözəl 1 iy iylə insanı heyrətləndirir. 
İncəsənətlə bağlı heç bir cizgiyə malik olmayan, ancaq eyni 
26



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə