Qriqori Petrov a ğ zanbaqlar


və ya passiv ruhuyla həyata keçirmək mümkündür?



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   2   3   4   5   6   7   8   9   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

və ya passiv ruhuyla həyata keçirmək mümkündür?
Karleyl özünün “Qəhrəmanlar və qəhrəmanlığın tarixdə rolu” 
adlı maraqlı kitabında qəhrəmanlıq kultunu və mədəniyyətini 
təbliğ edir. Karleylin fikrincə, xalq kütləsi cansız gil yığımdır, 
istedadlı heykəltəraş olmadan bu gil yığını hərəkətsiz düşüb qalır. 
Ancaq sənətkar meydana çıxdımı, bu böyük insan və qəhrəman - 
Sezar, Napoleon, Böyük Pyotr, Sokrat, Məhəmməd kimi - gili 
əlinə götürüb, ona bu və ya başqa formanı verir. O adamlardan, 
kütlədən, istədiyini yaradır. 
Çingiz xan Asiya çöllərindən milyonlarla monqolu toplayıb 
arxasınca aparır, Çini, Hindistanı, İranı, Qədim Rusu işğal edir. 
Amyonlu Pyotr Yerusəlimi müsəlmanlardan azad etmək üçün 
bütün katolik Avropasını ayağa qaldırır. Lüter islahatların 
yaradıcısı olur. Neronlar və Karakallar Qədim Romanı məhvə 
sürükləyirlər. Bismark və Hohenzollerlərin apardıqları siyasət 
Almaniyanı dəhşətli sarsıntılara gətirib çıxarır. 
12 


Bir sözlə, Karleylin fikrincə, xalqın və hətta bütün insanlığın 
tarixini belə, ayrı-ayrı şəxsiyyətlər yaradır, bu sarsılmaz ruhlu və 
dahi adamlara örnək olaraq, Ramzesiəri, Romulları, 
Femistoklları, Lüterləri, Bismarkları və başqalarını göstərmək 
olar. 
Lev Tolstoy bunun əksini iddia edir. Onun fikrincə, həyatı 
ayrıca şəxslər, Napoleonlar deyil, xalq kütlələri yaradır, yönəldir, 
məhz xalq hadisələrə istiqamət, xarakter və çalar verir. 
Karleylin sözləriylə desək, xalq kütlələri yerə dağılmış, yana 
bilən və ya gübrəyə çevrilən küləş kimidir, böyük insanlar, 
qəhrəmanlar göydən ildırım kimi düşüb onu yandırır. 
Lev Tolstoy başqa bir mənzərəni təsvir edir. O deyir: 
- Dənizdə üzən çox-çox böyük bir gəmin təsəvvür edin. Gəmi 
irəli getdikcə, qarşısında güclü bir axın yaradır. 
Bu axının gəmini öz arxasınca apardığını deyəcək bir adam 
tapılarmı? Hamı, gəminin önündəki suları yarıb axın yaratdığını 
və onu qabağına qatıb qovduğunu bilir. Burada hərəkətverici 
qüvvə gəmidir, axın isə, nəticədir, üzən gəminin gücünün ifadəsi 
olan bir formadır. 
Xalqla da belədir - deyə Tolstoy başa salır. - Xalqda hərəkətə 
gəlmək üçün olan güc, doğulan və möhkəmlənən kimi özü irəliyə 
can atır və önündə yaratdığı axını qovub aparır, eyni zamanda öz 
içindən duyğu və arzularını ifadə edən rəhbərini seçib üzə çıxarır. 
Əgər Tolstoy, “Hərb və sülhün” müəllifi, Karleylin qəhrəmanı 
ildırıma bənzətdiyini bilsəydi, deyərdi: 
- Həqiqətən də, qəhrəman böyük insandır - ona ildırım demək 
doğrudur, ancaq xalq kütlələri heç də gil yığını və ya ot tayası 
deyil. Onlar ildırımı doğuran buludlardır. 
13 


Əgər buludlar enerjiylə yüklənibsə, ildırım çaxır. Əgər buludda 
enerji yoxdursa, ildırımın yaranması mümkün deyil... Bu halda 
bulud yalnız su buxarı yığıntısından ibarət olacaq. Xalq da 
belədir: əgər öz böyüklük və qəhrəmanlıq ruhunu yaşadırsa, onun 
arasından böyük insanların və qəhrəmanlarım çıxması 
mümkündür. Əgər xalq kütləsi yalnız soyuq dumandan 
ibarətdirsə, heç bir güc ondan ildırım törədə bilməz. 
İlk baxışdan, qəhrəmanların tarixdəki yeriylə bağlı bu iki 
rəyin (şəxsiyyət-qəhrəman və ya xalq-kütlə) razılığa 
gəlməyəcəyi təsəvvürü yaranır. Onların bir-birini inkar etdiyini 
və belə bir nəticəyə gətirib çıxardığını düşünmək mümkündür: ya 
Karleyl haqlıdır, ya da Tolstoy. 
Ancaq Karleyllə Tolstoyun düşüncələri arasındakı ziddiyyət 
yalnız zahiri və aldadıcı görünüşdür. Karleyllə Tolstoy nəinki 
bir-birini inkar etmir, əksinə, biri o birini tamamlayır. Burada “ya 
o, ya da bu” deyil, “o və bu” deyilməlidir. 
Karleyl də, Tolstoy da haqlıdır. Onların hər ikisi, bir medalın 
iki üzüdür. Onlar vahid və böyük həqiqətin iki yarısıdır. 
Qəhrəmanlar kütləni alovlandırır, ruhlandırır, ancaq bu odu öz 
xalq kütlələrindən əldə edirlər. 
Böyüdücü, optik şüşə götürün. O xüsusi üsulla cilalanıb, 
bunun sayəsində isti günəş şüalarını bir nöqtəyə toplaya bilir. Bu 
parlaq nöqtə ağacı, daşı, dəmiri alışdıra bilər. 
Xalqın içindən çıxan hər bir böyük insan bu cür alovlandırıcı 
rolunu oynaya bilən böyüdücü şüşə kimidir. O şəxsiyyətində öz 
xalqının bütün dühasını və bütün yaxşı qüvvələrini birləşdirir və 
bununla, istər öz xalqının arasında, istərsə də yad xalqlar 
arasında, milyonlarla insanın ruhunu alovlandırır. Ancaq göy 
tutqundursa, havada günəş 
14


şüaları yoxdursa, heç bir böyüdücü şüşə qar dənəciklərini əritmək, 
su damlalarını qızdırmaq gücündə olmayacaq. 
İsveçrə pendiri yalnız dağlıq ərazidə otlayıb oranın bitkiləriylə 
yemlənən inəklərin südündən hazırlanır, holland pendiri isə, yalnız 
bitkilərlə zəngin holland örüşlərində otlayan inəklərin südündən 
tutulur. Hər kəs öz yurdunun təravətini təmsil edir. Napoleon 
Fransada doğula bilərdi, ancaq onun sülhpərvər Çində doğulması 
mümkün deyildi. İngiltərə Darvinə təbiətin əsas qanunu olan 
yaşamaq uğrunda mübarizə təlimini, Rusiya Tolstoya, onun 
insanlara öyrətməyə çalışdığı, şərə qarşı döyüşməmək təlimini ver-
mişdi. Başqa cür ola da bilməzdi. 
Bu, hər yerdə və həmişə belədir. Almaniyanı dünya müharibəsinə 
sürükləyən II Vilhelm deyildi, bu ölkənin qaba, yırtıcı ruhu öz 
ifadəsini Bismarkda, Vilhelmdə, Hindenburqda, Robaxda tapmışdı. 
Qədim Romanı Neronlar, Karakallar, Komodlar dağıtmadı, uzun 
illər ərzində aparılan quldur müharibələrində ruhu alçalmış, əxlaqı 
pozulmuş Roma xalqı hakimiyyət başma özünün yaratdığı pozğun 
tiranları və cəlladları gətirmişdi. Öz çılğın ehtiraslarıyla seçilən 
İspaniya Loyolu və onun qurduğu amansız inkvizisiyanı ortaya 
çıxardı, Almaniya isə bir tərəfdən Kantı, o biri tərəfdən Kruppu' 
meydana gətirdi. 
Hər bir xalq ya böyük şəxsiyyətlər, ya da şərəfsiz insanlar 
yetişdirir və xalq kütlələrinin mənəvi səviyyəsindən asılı olaraq 
onlardan birini hakimiyyət başına gətirir. Xalq hansısa dəyərli bir 
şeyə malikdir, ya yox? Xalqın şüuru, iradəsi, vicdanı inkişaf edirmi? 
Yoxsa çürüyür, zəhərlənir, mənasız və utanc doğuran məqsədlərə 
sərf olunur? 
' İri sənayeçi (Tərcüməçinin qeydi). 
15


Burada həyatin və bizim hamıiıqla çəkdiyimiz zəhmətin 
xarakteriylə bağlı sual gizlənir. Biz ölkəmizdə hansı işlə məşğuluq? 
Öz xalqımızın taleyində hansı rolu oynayırıq? 
Cənub ölkələrində mərcan adaları vardır. Mərcanlar 
özünəməxsus, daşlaşmış çöküntülərdir. Kiçicik poliplər özlərindən 
kiçik hissəciklər ifraz edir, bunlar isə getdikcə artaraq insanların 
yaşaya bildiyi bütöv adalar silsiləsinə çevrilir. Digər tərəfdən, cənub 
ölkələrində yerli əhalinin bəlasına çevrilmiş kiçik qarışqalar da 
yaşayır. Onlar evləri, mebelləri yeyib bitirirlər. İnsanları yaşadıqları 
yerlərdən qaçmağa məcbur edirlər. 
Çəkdiyimiz zəhmət yaradıcı və ya dağıdıcı olmaqla, Ç 
ölkəmizin taleyində hansı təsirə malikdir? 
° 
Ölkənin rifahının, dövlətin gücünün və xalqın şücaətinin ayrı-
ayrı şəxslərin iradəsindən deyil, ölkə vətəndaşlarının iradəsindən 
asılı olduğunu göstərən ən yaxşı və əyani nümunə iki milyon əhalisi 
olan balaca və yoxsul bir ölkə ola bilər. 
Bu ölkə Avropanın ucqar şimalında yerləşir. Buranın iqlimi çox 
kəskindir: tez-tez yağışlar yağır, daimi duman hökm sürür, yazın 
sonuna qədər şaxta olur, avqustda erkən qış başlayır. Torpaq 
məhsuldar deyil: çox yerlər çılpaq daşlıq və qranit qayalıqlardır, 
qalan bölgələr isə bataqlıqdan ibarət düzənliklərdir. Faydalı 
qazıntılar demək olar, yoxdur. Əkinçilik çox ağır əmək bahasına 
başa gəlir. Əhali heç vaxt müstəqil şəraitdə yaşamayıb. Gah bu, gah 
da digər qonşu ölkənin hakimiyyəti altında olub. 
Bu ölkə Finlandiya, “finlərin torpağı” adlanır, özlərinin soyuq 
iqlimli vətənlərini alovlu məhəbbətlə sevən finlər isə buranı “Suomi” 
adlandırırlar, bu söz onların dilində “Bataqlıqlar ölkəsi” mənasını 
verir. 
16



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə